-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2012-ci ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

   1. Təşkilatın, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Qafqaz regionunda sülh və təhlükəszilik problemləri” mövzusunda 20 aprel 2012-ci il tarixdə konfransı keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru Ramiz Sevdimalıyev; Gürcüstan İctimai Əlaqələr İnstitutunun əməkdaşı, bu ölkənin sabiq müdafiə naziri, professor David Tevzadze; Rusiyada fəaliyyət göstərən AzərRos (Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti) təşkilatının vitse-prezidenti Qalib Ağayev; “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu; “İdeal” Sülhün Təbliği Fondunun təmsilçisi Hafiz Osmanov; fəlsəfə doktoru Faiq Ələkbərov; Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova; Azərbaycan Texniki Universitetinin müəllimi Səmayə Şahnəzərova; yazıçı Esmira Şükürova və digərləri çıxış ediblər. Tədbirin sonunda müraciət qəbul edildi.Konfransın Gürcüstanda olan təşkilatçısı Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi, konfransa mənəvi dəstəyi verən qurum isə Türk Ocaqlarının Bakı təmsilçiliyi olub.

   2. Birliyin 29 aprel 2012-ci ildə Gürcüstan Respublikasının Qardabani regionunda Təmsilçiliyi yaradılmışdır. 

   3. Təşkilatın 2 oktyabr 2012-ci il tarixdə “Türk Hərəkatı” İctimai Birliyi və Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə şəkildə Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş “Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda konfransı keçirilmişdir. Konfransda Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; "Türk Hərəkatı" İctimai Birliyinin sədri Həbib Ələkbərsoy; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; sabiq millət vəkili Nazim Məmmədov; Türk Xalqları Beynəlxalq Assambleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar; Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy; Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; AzTV-nin "Turan" verlişinin aparıcısı Zərnişan İnqilabqızı; "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova; professor Məhəmməd Teymurlu; tarixçi Taryel Faziloğlu; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasinın prezidenti Sevil Yusifova; “Türk Hərəkatı” İctimai Birliyinin sədr müavini Nigar İbrahimova; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; Qardabani Gənclər Mərkəzinin sədri Məhəmməd Sarıyev; Millətçi Gənclər Təşkilatının sədri İlkin Əliyev; AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Faiq Qəzənfəroğlu; "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal; Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri Sadık Eraslan; Müstəqil Mətbuat Mərkəzinin sədri Elçin Xalidbəyli; Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı Samirə Haşımzadə və s. şəxslər, aidiyyatı qurumların, KİV-lərin təmsilçiləri, tələbələr iştirak və çıxış ediblər. Tədbirin sonunda Türk Dövlətlərinin Başçılarına, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına, Türk Dövlətlərinin Parlament Assambleyasına Türk Dünyası QHT-lər Birliyinin yaradılması üçün dörd bənddən ibarət Müraciət qəbul olunmuşdur.

   4. Təşkilatın Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyi ilə birgə Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş 3 oktyabr 2012-ci il tarixdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqili gecəsi keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; “Türk Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələkbərsoy; Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli; Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov; SAYOKAN Döyüş Növləri Mərkəzinin I vitse-prezidenti Aqil Acalov; Türk Xalqları Beynəlxalq Assamleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar; BMT-nin Xalq Yaradıcılığı Şurasının üzvü Seyfəddin Əsəd çıxış ediblər. Eyni zamanda müğənnilər Şəmistan Əlizamanlı; Nemət Qasımlı; Nuriyyə Hüseynova; Yaqub Zurufçu; Novruz Novruzlu; Əlirza Amanbəyli mahnılar ifa etmiş; SAYOKAN Döyüş Növləri Mərkəzi, rəqs qrupu müxtəlif səhnələr nümayiş etdirmişlər.

Bu yazı 678 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :