-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qafqaz diasporları arasında əməkdaşlıq
Şiriftin ölçüsünü dəyiş

Zaur ƏLİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru

   Son 20 ildə ilk dəfə olaraq Qafqaz siyasətində regiondakı etnik kimlik, superetnos maraqları qabardılmağa başladılıb.
Giriş: Qafqaz – Xəzər və Qara dəniz arasında dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya qitəsinin sərhəddində yerləşən coğrafi rayon. Böyük Qafqaz sıra dağları bölgəni Şimali Qafqaz və Cənubi Qafqaza ayırır. Ta qədimdən Qafqaz Bizans İmperiyası, Sasanilər, Ərəb Xilafəti, Qızıl Orda, Rusiya İmperiyası və Avropa kimi qüvvələrin siyasi və mədəni toqquşmasına şahidlik etmişdir ancaq heç biri bu əraziyə tamamilə hökm etməyə nail olmamışdır. Bölgə zəngin yeraltı xam maddə ehtiyatına sahibdir və tarixi olaraq ticarət yollarının kəsişmə nöqtəsi olmuşdur. Tarixi İpək Yolu buradan keçmişdir. Burada da böyük kütlələrin hərəkətinə əlverişli keçid yoxdur. Beləcə Qərb və Orta Qafqazlar dik, son dərəcə kələ-kötür və keçid verməyən xüsusiyyətləri səbəbiylə Rusiyaya qarşı müqavimət göstərən Qafqazlıların son sığınacaqlarını təşkil etmişdir. Şərqi Qafqazlar isə, Daryal Keçidindən Abşeron Yarımadasına qədər uzanar. Burada yaşayan xalqlar dillərinə görə 3 qrupa bölünür:

   •    Türk xalqları: azərbaycanlılar, qaraçaylılar, balkarlar, kumıklar, noğaylar, qumuqlar.
   •    Hind-Avropa xalqları: ermənilər, tatlar, dağ yəhudiləri, talışlar, osetinlər və ruslar.
   •    Qafqaz dilli xalqlar: abxazlar, adıgeylər, çərkəzlər, kabardinlər, çeçenlər, inquşlar, ləzgilər, avarlar, darginlər, laklar, gürcülər və başqları.
   İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir. Müsəvilik dininin nümayəndələri də mövcüddür. Tarixi olaraq Qafqaz atəşpərəstlik dininin mərkəzlərindən sayılır.
   Türk (azərbaycanlı, kumuk, noqay, qaraçay, balkar, Ahısqa Türkləri, toplam sayları 9 milyon 500 min nəfər), gürcü (sakartvelos, minqrel, svan, acara, imeret, xevsur, toplam sayları 3 milyon 700 min), çərkəz (abaza, abxaz, şapsuq, kabardin, çərkəz, adıgey, ubıx, toplam sayları 600 min), avar (andi, axvax, baqulal, botlix, qodoberi, karatin, tindal, çamalal, bejtin, ginux, qunzib, xvarşi, tsez, didoy, koysu, arçi, toplam sayları 785 min), ləzgi (aqul, arçi, budux, qırız, ləzgi, tabasaran, udin, tsaxur, xınalıq, rutul, tabasaran, toplam sayları 437 min), vaynax (çeçen, inquş, toplam sayları 1 milyon) anlamında etnosları kimi qəbul olunmaqdadır.
   Bu xalqların xaricdə Sovetlər Birliyinin dağılmasından sonra miqrasiya etməsi nəticəsində onların icma və birlikləri yaranmışdır. Hazırda Avropa dövlətlərində 1996-cı ildən bu günə kimi məskunlaşmış 150 min çeçen, 25 min inquş, 100 mindən yuxarı gürcü, 30 min çərkəz (kabarda, çərkəz, çapsuq, abaza, abxaz, adıgey), 125 minə yaxın dağıstanlı, 180 mindən çox azərbaycanlı mühacir yaşayır. Onların çoxu Qafqazda Rusiya tərəfindən gündəmə gətirilmiş və idarəolunan etnik münaqişələrin, savaşların “sayəsində”, eləcə də ağır siyasi-sosial həyat tərzi üzündən məcburi şəkildə mühacirətə getmiş vətəndaşlardır.
   Qafqaz siyasətində bütün xalqları bir platformaya gətirmək yeni ideya deyil. Son illər gürcü siyasətçiləri bu yöndə fəallıq göstərməyə başlayıblar. Bir sıra diqqəti çəkən siyasi tədbirlər həyata keçirilib. Bu sırada - 2006-cı ildə Fransanın Strasburq şəhərində Avropa Şurası Parlamentinin binasında "Qafqaz Xalqları Konfederasiyası" təsis olunub (lideri Vladimir Xmelidze), 2008-ci il 21 sentyabr tarixində Tbilisidə "Bizim Vətən Partiyası"nın təşəbbüsü ilə "Qafqaz Xalqları Konfederasiyası" (lideri Tamaz Ququnişvili), 2009-cu il martın 1-də Avstriyanın paytaxtı Vyanada "Qafqaz Xalqları Konfederasiyası" yaradılıb (lideri Zaal Kasrelişvili).
   Bu prosesin həlli yönündə artıq Qərbdə Quzey Qafqazla bağlı bir sıra qurumların yaranması, onların regiona yönəlik fəaliyyət dairəsinin infrastrukturlarının qurulması, ən azından informasiya mühitinin formalaşması yönündə çox ciddi addımlar atılmaqdadır. "Azadlıq" radiosunun gündəlik avar, çeçen və ləzgi dillərində, "Alman dalğası" radiosunun Quzey Qafqazla bağlı analitik icmal proqramları, "Kavkaz - TV" kanalının (Gürcüstan) Quzey Qafqaza yönəlik təbliğat şəbəkəsinə çevrilməsi, Danimarkada yaradılan "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı, Polşada "Qafqaz Birliyi Hərəkatı" vaynax (çeçen-inquş), çərkəz, gürcü və alan (balkar-qaraçay) diaspor təşkilatlarının fəallaşması, həmin xalqlara məxsus ictimai institutların yaranması tədricən regiona öz təsirini göstərməkdədir.
   Belə ki, Türkiyədə 48 Qafqaz diaspor təşkilatları birləşərək “Qafqaz Diaspor Təşkilatlarının Federasiyası”nı yaradıblar. Bu güclü qurumun maliyyə imkanları hesabına indi onlarca internet qəzetləri, radio və televiziya kanalları yaradılıb. Hər il onlarca kitablar nəşr olunmaqdadır.
   Eyni zamanda, dünyanın digər dövlətlərindəki diaspor təşkilatlarını da öz çevrələrində birləşdirməyə nail olublar. Kremli qorxudan amillərdən biri də İsrail və ABŞ-dakı Adıge diaspor təşkilatlarının Quzey Qafqaz siyasətlərinin bu dövlətlərin maraqları ilə uzlaşmasıdır. Dünyanın 50 dövlətində yaşayan adıgelərin bir araya gətirilib də “Unrepresented Nations and Peoples Organization” (BMT-nin nəzdində dövlətləri olmayan xalqların nümayəndəliyində təmsil olunmaları təmin edilib) təşkilatında birləşiblər.
   Bundan yararlanaraq özlərinin milli hüquqlarına əməl olunmasını bir şərt kimi irəli sürürlər. Artıq ərəb dövlətləri də bu yöndə aktivləşiblər. İordaniyada dünya çərkəzlərinin əsas milli tribunası kimi dəyərləndirilən “National Adiga Radio Television” kanalının aktiv fəaliyyətləri sayəsində Suriya, İordaniya, Misir, İsrail, Birləşmiş Ərəb Əmirlıikləri, Türkiyə, eləcə də bütün Quzey Qafqaz regionlarında diqqətlə izlənilməkdədir.
   “Federation of European Circassians” qurumu Avropada yaşayan bütün çərkəzləri öz sıralarında birləşdirə bilibdir. Çərkəz diaspor təşkilatları artıq Rusiyanı təhdid edirlər “Çərkəzlərin Böyük və Azad Birliyi” təşkilatının nəzdində dünyanın 50-dən çox dövlətində mövcud olan çərkəz diaspor təşkilatları artıq son illər öz tarixi torpaqları barəsində açıq şəkildə siyasi iradə nümayiş etdirməkdədirlər.
   2002-ci ildən etibarən Qafqaz kökənli topluluqlar ilk sırada özlərinin malik olduqları mədəni və ictimai mərkəzlərini yaratmağa, bununla da beynəlxalq aləmin hüquq normaları çərçivəsində mənsub olduqları tarixi regionun problemlərinin üstün səviyyədə həlli istiqamətində hərəkətə keçiblər. Faktik olaraq, bu ictimai qurumları təmsil edənlər arasında azərbaycanlılar, gürcülər, çeçenlər və inquşlar daha aktiv görünürlər.
   Azərbaycanın ərazilərinin işğalı və Xocalı soyqırımı kimi həqiqətlərin tanıdılması üçün təşkilatlanmış şəkildə müntəzəm olaraq mitinqlərin, piketlərin, digər ictimai-siyasi aksiyaların keçirilməsi, elmi konfransların təşkili, kitabların, dərgilərin nəşri, beynəlxalq səviyyədə işlək dillərdə internet səhifələrinin yaradılması, beynəlxlaq təşkilatlarla birlikdə bu problemlərin gündəmə gətirilməsi yönündə aparılan fəaliyyətlər faktiki olaraq yeni bir mərhələdir.
   2008-ci ilin avqustunda Rusiyaya məxsus hərbi qüvvələrin Güney Osetiyaya və sonra da Gürcüstanın paytaxtı Tiflisin 30 km-nə qədər gəlməsi, beynəlxalq səviyyədə bu müdaxiləyə qarşı dirənişlər də güclənmiş oldu. Avropa Birliyi beynəlxalq qurumların dəstəyi ilə ilk dəfə Rusiyaya məxsus hərbi qüvvələrin işğal etdiyi regiondan çox asanlıqla, qısa bir zamanda dışlanmasını təmin edə bildi. Məhz bu aksiyadan sonra Azərbaycan, Çeçen-İçkeriya, İnquşetiya, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey respublikalarında Rusiya tərəfindən idarəolunan xalqlararası münaqişələrə münasibətlər də tamam dəyişdi.
   Son 15 ildə Avropada Qafqaz kökənli əski diaspor təşkilatları və yeni mühacirlərin birləşmə prosesi xeyli dərəcədə sürətlənib. Bu sırada özəlliklə gürcü, çeçen, inquş və azərbaycanlı mühacir təşkilatlarının arasında dərin uzlaşma müşahidə olunur. Bu xalqları təmsil edən ictimai qurumlar ötən il Danimarkanın Herlev şəhərində “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatı adlı qurum təsis ediblər. Yeni qurum 2010-cu ilin fevralın 19-20-də paytaxt Kopenhagendə Avropa Qafqaz Diaspor Təşkilatlarının Birləşmiş Qurultayını keçirmişdir.
   Bunun ardınca isə fevralın 23-də Kopenhagendə qurultay iştirakçıları “Xocalı soyqırımı” və “Çeçen soyqırımı” xatirəsinə həsr olunmuş küçə yürüşləri təşkil ediblər. Bu yürüşlərə Avropada fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi və Qafqaz diaspor təşkilatları da qatılacaqlar. “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatının faktiki olaraq dünyanın bir sıra dövlətlərində nümayəndəlikləri də yaradılıb.
   Mərkəzi qərargahı Danimarkanın Herlev şəhərində yerləşən “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatının əsas hədəfi Rusiyanın Qafqazda neoimperiya siyasətinin gizlinlərini regionda yaşayan xalqlara anlatmaq, tarix boyu Moskvadan yönəldilən antiqafqaz siyasətinin bütün çalarlarını gündəmə gətirməklə yanaşı, həm də Qafqaz xalqlarının regionda hər hansı bir dövlətin imperiya siyasəti təşəbbüslərinə qarşı birgə mübarizə və dirənişlər aparmaqdır.
   Bu qurumun rəhbərliyinin fikrincə, Gürcüstan, Azərbaycan və Çeçenistanın ayrı-ayrılıqda Rusiyanın müxtəlif vasitələrlə onlara qarşı apardığı soyqırım siyasətinə, bu xalqların ərazilərinin işğalına qarşı aparılan mübarizələrin heç bir effekti yoxdur. Buna görə də ümumqafqaz müstəvisində gündəmə gətirilən uzlaşmış fəaliyyət proqramları sayəsində Rusiyanın ənənəvi imperiya siyasətinin qarşısını almaq mümkündür.
Son dövlərldə isə 52 ölkədə gürcü diasporu ilə Azərbaycan diasporunun əlaqələr qurulduğunu qətiyyətlə demək olar. Onların müxtəlif ölkələrdə təşkilatlanmasına və fəaliyyətinə digər xalqların diasporları, o cümlədən Azərbaycan icma və cəmiyyətləri zəruri dəstək göstərirlər. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan və gürcü diaspor təşkilatlarının əməkdaşlığının inkişafı məqsədilə müvafiq dövlət qurumları arasında memorandum imzalanması təklifi bu gün Diasporla iş üzrə Dövlət Komitəsi və Gürcüstanın Diaspor işləri üzrə Dövlət Nazirliyi arasında memorandum imzalanmasına dair danışıqlar gedir.
   Hal-hazıda Avropada Qafqaz diasporu ilə Azəbaycan diasporunun birgə əməkdaşlığı aşağıdakı istiqamətdə həyata keçirilir:
   1. Kitab nəşrlərini, kinomatoqrafik, elektron xüsusiləşmiş kitabxananın və həmçinin Qafqaz regionu ilə bağlı dövri mətbuatın açılması.
   2. Konfransların, seminarların, praktikum-seminarların, görüşlərin, mühazirələrin və həmçinin hesabatların və başqa elmi və təhsil tədbirlərin təşkili.
   3. Sərgi salonlarının, konsertlərin, festivalların və həmçinin başqa mədəni və artistik tədbirlərin təşkili.
   4. Qafqaz dövlətləri məzunlarına, tələbələrinə və doktorantlara kömək göstərilməsi. Avropa, Azərbaycan, Gürcüstan və digər dövlətlər və muxtar respublikalar arasında tələbə və elmi mübadilənin təşkili.
   5. Qafqaz haqqında biliyin, nəşriyyat və bilik fəaliyyətinin inkişaf etdirilməsi; Qafqaz KİV – ləri ilə məlumat əməkdaşlığı.
   6. Turist qrupları, artist, ticarət-təsərrüfat, idman və həmçinin başqa xüsusiləşmiş səfərlərin təşkili.
   7. Qafqaz təşkilatları arasında əməkdaşlığın dəstəklənməsi.
   8. Dünyada olan Azərbaycan, Gürcüstan və digər xalqların diasporları ilə əməkdaşlıq.

Bu yazı 661 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :