-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qəzetəmizin dili haqqında bir neçə söz
Şiriftin ölçüsünü dəyiş

Əli bəy Hüseynzadə

   Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa cəmaətimizəmi öz ana dili olan Türkcəyi öyrənmək lazımdır? Budur məsələ!.. Rəyimizə görə, yazdığımızdan daha sadə Qafqazda söylənən şivələrə daha müvafiq bir surətdə yazmaq mümkün deyildir. Vaqeən, qəzetəmizdə yazılan məqalə və bəndlərin şivəsi, üslubu müxtəlifdir. Lakin bunu da yaddan çıxarmamalıdır ki, yazanlarımız da Qafqazın və Rusiyanın müxtəlif şivə ilə mütəkəllim guşələrindən gəlmişlərdir. Birimiz Qarabağdan, birimiz Gəncədən, ya Şirvandan gəliyoruz. Birimizin vətəni lap Rusiyanın ortasındadır. O birimizin vətəni isə ya Osmanlı, ya İran sərhəddinə yaxındır. Qəzetəmizi qiraət edənlər də böylədirlər. Amma həqiqət aranılırsa, bu şivələrin heç birinə, hətta qəzetəmizin ən ziyadə nəşr olunduğu Bakü şivəsinə belə rüchaniyyət verməmək icab edər; cümləsini tovhidə çalışmaq lazımdır. Orta yerdə, vəsətdə durmağa qeyrət etməliyiz. Çünki hər hansı şivəyi ayrı-ayrı ələ alsaq, hər birində bir nöqsan görünür. Bəzi şivələrdə əfkari-aliyyə və hikəmiyeyi ifadəyə, məsaili-siyasiyyə, ya ictimaiyyəyi, mətalibi-iqtisadiyyəyi bəyana artıq söz qalmamışdır. O biriləri Türkcə sərfi və nəhvi bilkülliyə yaddan çıqardıb, artıq bir neçə Türkcə sözü fars və ya rus nəhvinə tətbiqən yan-yana düzərək ifadeyi-məram etmək istiyorlar. Şübhəsiz, böylə olmaz! Bakü şivəsi iləmi yazaq? Yazarsaq qorqarım ki, qeyri Türklər içində, Türkcəyi yaxşı bilən Türklər içində rüsvay oluruz! Ey qare, şübhəsiz, “Həyat”ın altıncı nömrəsindəki “Dərviş” imzalı “Balaca mütəfəriqqə”yi oqudunuz. Orda qəzetəmizin dilini bəyənməyib tən və rişxənd edən zatın sözlərinə diqqət etdinizmi? Rus lisanına vaqif deyilsiniz, əlbəttə, o sözlərdən bir məna çıxarammadınız. Nümunə üçün bir daha burada dərc edib idrak edə bilməniz üçün tərcümə dəxi edəcəgim: “Yahu... “Həyat” qəzetəsinin rəsmi-guşadına təşrif gətirdinizmi? sualına bir zat bu surətlə cavab veriyor:
   - Bana “priqlaşeni” göndərməmişdilər və bir də vallah, “zanyatiyam” o qədər çoqdur ki, sən öləsən “obed” də yadıma düşməyor... Danış görək, nə var idi, yaxşımı keçdi? “Reç” zad deyən oldumu?” Və ilax.
   Bu zatın yarım Türkcə və yarım rusca olan bu sözlərini Türkcədən başqa bir dil bilməyənlər üçün tərcüməyə məcburuz:
   Ağa demək istəyirdi ki: “Bana “dəvətnamə” göndərməmişdilər. Bir də vallah “məşğuliyyətim” o qədər çoxdur ki, sən öləsən “günorta təamı” da yadıma düşməyor... Danış görək, nə var idi, yaxşımı keçdi, “nitq” filan irad edən oldumu?..”
Hər zaman qəzetəmizin dili bu tərcümədə göstərildiyi kibi olacağından, şübhəsiz bəzi zəvat bunu bəyənməyəcəklər. “Dəvətnamə”, “məşğuliyyət”, “təam”, “nitq” və s. kibi sözlərə mütləq və öz təbirlərincə “qəliz”dir, ərəbcədir, anlaşılmıyor deyəcəklər. Nə qayıraq? Öz ana dilini bilməyən bir neçə zatın xətri üçün Türkcə hüruf ilə yazılmış rusca bir qəzetəmi çıxaraq? Qəzetəmizin dilinə etiraz edənlərin bir qismi bu cür xalqdandır! Bunlar dəvət olunmaq, iş görüb məşğul olmaq, xörək yemək kibi ən sadə mətləbləri öz ana dillərində ifadədən aciz qalırlarsa, bunlara əhvali-aləmi, ülum və fünundakı tərəqiyyatı, məsaili-siyasiyyə, iqtisadiyyə və ictimaiyyəyi, ehtiyacati-zəruriyyeyi-milliyyəmizi, hikəmiyyati-islamiyyəyi hansı dil ilə anladaq? Türkiyi-cədid artıq Türkiyi-qədim deyildir. Türkiyi-qədim üzrə yazmağa qalxışsaq, heç kimsə sözümüzü anlamaz. Məsələn; Mir Əlişir Nəvai kimi desəm ki: “uçmaq” içrə həyat tapğaylar “tamuğ”dan nicat tapğaylar. “Uçmağ”ın behişt, cənnət və “tamuğ”un cəhənnəm, duzəx olduğunu içimizdə anlayan olacaqmı?.. Şübhəsiz, xeyr! Nəyçün? Çünki bu günkü dilimiz Türkiyi-cədiddir. Türkiyi-cədid isə bir tərəfdən dini-islamın, bir tərəfdən də vüquati-tarixiyyənin təsirilə ərəb və farsdan çox kəlmələr alıb müruri-zamanla bu iki dil ilə o qədər ülfət eləmişdir ki, artıq onların xəzaini-lüğəviyyəsini özünə mal eləmişdir. Hər nədənsə Türklərin təbiət və məzaci-milliləri ancaq dini-islam ilə mütədəyyin olmağı iqtiza etdirmiş ikən, lisanları dəxi ancaq farsi və ərəbi kəlmələr əxz və qəbulə meyl göstərib, sair lisanların kəlimatını bəyənməz, rədd edər!.. Bunun üçündür ki, rus, firəng, ingilis kibi Avropa əlsəneyi-cədidəsi tərəqqi, təkəmmül və təvəssü eyləmək üçün yunan və latın lisanları kimi əlsineyi-mürdədən istifadə etdikləri kibi, Türkiyi-cədid dəxi bu gün bir cəhətlə mürdə və bir cəhətlə zində olan ərəbin və farsın xəzaini-lüğəviyyəsini özünə bir məxəz ittixaz elədi. Bu surətlədir ki, Türk şivələrindən biri olan Osmanlı lisanı o dərəcə təvssü və təkəmmül etdi ki, ən ali, ən dərin fikirləri, ən nazik, ən rəqiq hissləri ifadəyə bugnkü ərəb və farsi dillərindən belə müstəid və müqtədir olub bilapərva hər hansı Avropa dili ilə rəqabət edə bilər. Ancaq Türkiyi-cədid ərəb və farsın lüğətinə ehtiyac göstərir. Yoqsa sərf və nəhvi qəvaidi-lisaniyyəsini qəbul etməz. Çünki öz qəvaidi-lisaniyyəsi bu dillərin qəvaidi-lisaniyyəsindən fitrətən daha bəsit, daha asan və binaəleyh, daha mükəmməldir.
   Lüğat xüsusunda dəxi Türkcəmiz ərəb və farsın hər kəlməsinə meyl göstərməz. Öz təbinə müvafiq olan kəlimatı alır: Bunun üçündür ki, yəzd, kiti, kuh, dirəxt və ilax. kibi kəlimat dilimizə daxil olmayıb bunlara xuda, Allah, ağıl, cahan, dünya, cəbəl, şəcər və ilax. kibi sözlər tərcih edilmişdir.
   Ülum və fünun tərəqqi etdikcə, ixtiraat və kəşfiyyat çoxaldıqca ətrafımızda, mühitimizdə yeni-yeni şeylər, fikrimizdə yeni-yeni mətləblər, mənalar peyda olacağından, əlbəttə bu şeylərə, bu mətləb və mənalara yeni adlar vermək lazımdır.   
   Avropa lisanları bu adları, bu yeni kəlmələri latın və yunan dillərindən alıb yaradıyorlar. Zənn edilməsin ki, latın və yunan dilləri cədid Avropa lisanlarından vase və mükəmməldir və mürdə olan məzkur lisanda hər yeni ixtira və kəşfə məxsus ad hazır və mövcuddur da, onun üçün böylə ediliyor! Xeyr! Bu lisanlar ölmüş olduqlarından onların sadə və müəyyən bir məna ilə olan kəlmələri alınıb bəsit, ya mürəkkəb bir halda başqa bir məna ilə istemal edilir. Məsələn, sinini-əxirə zərfində icad olunan “fotoqraf”, “telqraf”, “fonoqraf”, “telefon” və ilax. alətlərini ələ alalım. Bunları yunani-qədim bilmədiyindən lisanlarında bu alətlərin adı da olmayacağı da aşkardır. Amma “işıq”, “səda” və “yazı” bugünkü kibi yunanlar zamanında dahi mövcud olduğundan bu kəlmələrin müqabili əlbəttə onlarda da var idi. Bu halda avropalılar üçün işıq, səda və yazıya məxsus öz kəlmələrini yenə bu mənalara həsr edib, yunanın kəlmələrini isə yeni icad etdikləri alat və ədəvata ad vermək və bu surətlə dillərini zənginləşdirib tovse etmək üçün istemal etmələrinə nə mane var? Biz nə üçün avropalılar kibi hərəkət etməyəlim? Nəyçün biz də Türkcəmiz üçün latın və yunan dilləri məqamında olan fars və ərəb dillərinə müraciət etməyəlim?
   Lazımdır ki, biz də “işıq”, “səs”, “yzı” sözlərini öz mənalarında mühafizə edib farsın, ya ərəbin bunlara müqabil olan “pərtov”, “səda”, “nəviştən” kibi kəlimatını yeni ixtira olunan alat və ədəvata tətbiq ilə fotoqrafa “pərtovnəvis”, fonoqrafa “sədanəvis”, telefona “durşeno” və ilax. deməyəlim. Və bu surətlə dilimizi tovse edəlim. Böylə etsək, şübhəsiz çox keçmədən dilimiz farsiyə mürəccəh ola biləcəkdir. Çünki fars özü “pərtovnəvis”, ya “durşeno” kibi kəlmələri icaddan aciz qalıb fotoqraf, ya telefon deməyi tərcih edəcəyi halda lisani Türki farsi kəlmələrindən mürəkkəb məzkur ibarələrlə təzəyyün etmiş olacaqdır.
   İmdi sual olunur ki, dilimizi əcnəbi lüğətlərlə doldurmaqmı lazım, yoxsa dilimizdəki nöqsanları ikmal üçün bu dilə münasibəti-diniyyə, tarixiyyə və ədəbiyyəsi olan ərəb və farsi dillərinə müraciət etməkmi müvafiq məsləhətdir? Əlbəttə, içimizdə, öz lisani-millisinin qədrini bilən hər fərd ikinci şüqqayı tərcih edər. Ərəbi və farsi kəlimata “müğləq”, “qəliz”dir, deyənlərdən sual edirəm ki, kapitalist, ekonomiya, pressa, direktor kibi sözlərmi, yoxsa sərmayədar, iqtisad, mətbuat, müdirmi müğləq və “qəliz”dir? Bir əsəri Avropa dillərindən tərcümə əsnasında sözü mənayi-həqiqi və müəyyən iləmi tərcümə etməli, yoxsa xalqımızın asan anlaması üçün mənayi-əsliyi təhrifmi etməli?
   Keçənlərdə bir məqalədə rusca “mir zaklyuçit” sözünü “sülh əqd emək” surətilə tərcümə eyləmək istiyordum. Rüfəqamdan birisi buna etiraz edib dedi ki, böylə tərcümə etsən kimsə anlamaz. “Sülh etmək” yazmalıdır. Lakin “sülh etmək”lə “əqdi-sülh etmək” birmidir? “Sülh etmək” sadə barışmaq deməkdir. “Əqdi-sülh” isə qanun və nizam dairəsində, şahidlər hüzurunda əldə kağızlar, əhdnamələr, tərəfeyn tərəfindən imzalanmış şərtnamələr olduğu halda barışmaq deməkdir. Əgər diimizdə “sülh bağlamaq” demək mümkün olsaydı, əlbəttə böylə tərcümə edərdim. Fəqət “sülh bağlamaq” təbiri çox qərib görüldüyündən, sözü haqqilə tərcümə üçün naçar “əqdi-sülh” ibarəsindən ayrılamadım. Biz mənayı pozmayız. Lazımdır ki, xalq öz dilini öyrənməyə rəğbət eləsin. Bu xüsusda gələcək nüsxələrdə daha danışarız.

“Həyat” qəzeti, birinci sene,
çərşənbə,14 iyun 1905, N 7

Bu yazı 672 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :