-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Tədbirlər
Şiriftin ölçüsünü dəyiş

(Birliyin tərkibində 2005-2010-cu illərdə fəaliyyət göstərmişdir)

    Təşkilatın tərkibində 7 may 2005-ci ildə yaradılmış «Xəzər» Diskussiya Klubu 2 mart 2007-ci il tarixdən «Türk-İslam Dünyası» Diskussiya Klubu adlandırılmışdır. Yeni adla fəaliyyət göstərən Klubun Əsasnaməsi tərtib olunmuş, strukturu müəyyənləşdirilmişdir. Bu da öz növbəsində diskussiyaların daha effektli şəkildə keçirilməsinə şərait yaratmışdır.
    Klubun təşkilatçılığı ilə tələbə gənclərlə birlikdə
    8 may 2005-ci il tarixdə «Azərbaycançılıq nədir?»;
    10 dekabr 2005-ci il tarixdə «Dövlətçiliyin təməllərinin qorunmasında İslamın rolu» (məruzəçi kimi AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi Elşən Mustafaoğlu çıxış edib);
    26 may 2006-cı il tarixdə «Milli İdeologiyanı necə hazırlamalı» (məruzəçi kimi tarixçi professor, millət vəkili Fəzail İbrahimli çıxış edib);
    24 fevral 2007-ci il tarixdə «Milli İdeologiya nədir?» (məruzəçi kimi fəlsəfə doktoru, sosioloq Əhməd Qəşəmoğlu çıxış edib);
    28 aprel 2007-ci il tarixdə «Türk Dünyası və jurnalistika» (məruzəçi kimi TRT-nin Bakı ofisinin müdiri Əbdülhəmid Əfşar çıxış edib);
    26 may 2007-ci il tarixdə «Azərbaycan-Türkiyə əlaqələrini inkişaf etdirməyin yolları» (məruzəçi kimi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədikli çıxış edib, eyni zamanda tədbirdə TRT-nin Qafqaz İslam Ordusu ilə bağlı çəkdiyi «Qalanların hekayəsi» sənədli filmi nümayiş olunub);
    24 noyabr 2007-ci il tarixdə «İslam dinində elmə verilən qiymət» (məruzəçi kimi BDU-nun İlahiyyat fakültəsinin dekan müavini, professor Ömər Aslan çıxış edib);
    1 mart 2008-ci il tarixdə «Azərbaycan gənci bu gün» (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib);
    15 mart 2008-ci il tarixdə «Müasir dünya və türkçülük» (məruzəçi kimi tarixçi professor, millət vəkili Fəzail İbrahimli çıxış edib);
    26 aprel 2008-ci il tarixdə «Qondarma «erməni soyqırımı» (məruzəçi kimi Birliyin Araşdırma Şöbəsinin sədri Pərviz Ağalarov çıxış edib);
    27 sentyabr 2008-ci il tarixdə «Dünyəvi dövlətdə dinin cəmiyyətdəki yeri və rolu» (məruzəçi kimi BDU-nun Tarix fakültəsinin müəllimi Saleh Kazımov çıxış edib);
    12 noyabr 2008-ci il tarixdə «Dünyəvi dövlət və din» (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib);
    20 noyabr 2008-ci il tarixdə «İlahiyyat elmləri ilə dünyəvi elmlər arasında qarşıdurmanın aradan götürülməsi zərurəti» (məruzəçi kimi fəlsəfə doktoru Əhməd Qəşəmoğlu çıxış edib);
    6 dekabr 2008-ci il tarixdə “Qloballaşmada tolerantlıq” (məruzəçi kimi türkoloq professor Firudin Ağasıoğlu çıxış edib);
    24 yanvar 2009-cu il tarixdə “Azərbaycan Respublikasının Konstitusiyası və Milli İdeologiya problemi” (məruzəçi kimi Birliyin “Türk-İslam” Araşdırma Mərkəzinin Hüquq Şöbəsinin sədri, hüquqşunas Aqşin Atalızadə çıxış edib);
    28 fevral 2009-cu il tarixdə “Erməni terrorizmi və ona qarşı mübarizə yolları” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib);
    6 mart 2009-cu il tarixdə “Bir millət iki dövlət vəhdəti: dünən, bu gün, sabah” (məruzəçi kimi yazıçı-publisist, filologiya elmləri namizədi Akif Əli çıxış edib);
    14 mart 2009-cu il tarixdə “Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyəti” (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib);
    11 aprel 2009-cu il tarixdə “Azərbaycan etnoqrafiya elmi: dünən və bu gün” (məruzəçi kimi tarix elmləri namizədi Bəhmən Əliyev çıxış edib);
    25 aprel 2009-cu il tarixdə “ABŞ-Türkiyə münasibətləri” (məruzəçi kimi filologiya elmləri namizədi Vüqar Zifəroğlu çıxış edib);
    9 may 2009-cu il tarixdə “Terrora və terrorçulara “Yox” deyək” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib);
    7 oktyabr 2009-cu il tarixdə “Hər bir Azərbaycan gənci vətənpərvər olmalıdır” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib);
    12 dekabr 2009-cu il tarixdə “Dinin ictimai əhəmiyyəti” (məruzəçi kimi dinşünas Saleh Kazımov çıxış edib);
    4 mart 2010-cu il tarixdə Təfəkkür Universitetində “Təhsildə vətənpərvərlik” (məruzəçi kimi professor Şahlar Əsgərov çıxış edib);
    13 mart 2010-cu il tarixdə “ABŞ-ın “erməni soyqırımı” siyasəti” (məruzəçi kimi geopolitik şərhçi Elçin Xalidbəyli çıxış edib);
    3 aprel 2010-cu il tarixdə “Türk Dünyasının bu günü. Uyğur Türkləri” (məruzəçi kimi ekspert Ramil Cəfərov çıxış edib);
    10 aprel 2010-cu il tarixdə “Türk Dünyası və gənclər platforması” (məruzəçi kimi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edib);
    16 aprel 2010-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi” (məruzəçi kimi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edib);
    8 may 2010-cu il tarixdə “Ermənistan əsir-girovları qaytar” (məruzəçi kimi “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu çıxış edib) mövzularında diskussiyalar keçirilmişdir.
    Klubun təşkilatçığıyla 22 yanvar 2010-cu il tarixdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə; 4 fevral 2010-cu il tarixdə 212 saylı orta məktəbdə; 12 fevral 2010-cu il tarixdə 34 saylı orta məktəbdə; 23 fevral 2010-cu il tarixdə 82 saylı orta məktəbdə; 11 mart 2010-cu il tarixdə 45 saylı orta məktəbdə milli-mənəvi dəyərlərlə bağlı tədbirlər keçirilmişdir.
    30 may 2010-cu ildə Klubun fəaliyyətinə xitam verilmiş, onun bazasında yeni və daha mütəşəkkil təşkilati formanın tətbiq olunmasına İdarə Heyəti tərəfindən qərar verilmişdir.

Bu yazı 615 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :