-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Əsasnamə
Şiriftin ölçüsünü dəyiş

«Türk-İslam Dünyası» Diskussiya Klubunun Əsasnaməsi

  1. «Türk-İslam Dünyası» Diskussiya Klubu (bundan sonra Klub adlanacaq) «Müasir İnkişaf» İctimai Birliyinin tərkibində (Birliyin İdarə Heyətinin qərarı ilə) milli-mənəvi dəyərlər mövzsunda müzakirələr; ictimai xadimlər, ziyalılar, millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər, məmurlar, dialomatlar və s. şəxslərlə görüşlər keçirmək məqsədilə yaradılıb. Klubun fəaliyyətini onun sədri, sədrin müavini və üzvləri həyata keçirir.
  2. Klubun sədri və onun müavini Klub üzvləri arasından, «Müasir İnkişaf» İctimai Birliyinin İdarə Heyətinin sədrinin təqdimatı, Klub üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
  3. Klubun sədrinin hüquq və vəzifələri:
  1. Diskussiyaların keçirilməsi ilə əlaqədar olan məsələləri həll etmək və toplantıların lazımi şəkildə təşkilinə nəzarət etmək;
  2. Klubun üzvlərinin Əsasnamə ilə tənzimlənən fəaliyyətinə nəzarət etmək;
  1. Klubun sədri olmadıqda onun vəzifəsini Klubun sədr müavini həyata keçirir.
  2. Diskussiyalar hər ayın sonuncu həftəsinin şənbə günləri keçirilir və burada aparılan söhbətlər müzakirə xarakteri daşıyır. Tədbirlərdə məruzəçi və qoyulmuş mövzu haqqında əks düşüncədə olan şəxs, o cümlədən Klub üzvləri və digər dinləyicilər iştirak edə bilərlər. Klubun tədbirlərinə gənclərin, xüsusilə tələbələrin cəlb edilməsi vacibdir. Hər kəs qoyulan mövzu ilə bağlı fikirlərini bildirə bilər. Klubun tədbirlərində səslənən təklifləri gələcək fəaliyyətdə əks etdirmək olar. Klub üzvləri hər müzakirədən sonra növbəti müzakirənin yeri və mövzusu barədə əvvəlcədən planlaşdırma aparmalıdır. Növbəti müzakirə ilə bağlı qərar Klub üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
  3. Klub üzvləri cari məsələləri həll etmək üçün ümumi razılığa əsasən istənilən gün toplaşa bilərlər.
  4. 16 yaşı tamam olmuş hər bir şəxs Kluba üzv olmaq üçün müraciət edə bilər.
  5. Klub sədri Kluba üzvlük üçün müraciət edən şəxslərin ərizəsini bir ay müddətində cavablandırmalıdır.
  6. Klubun üzvlüyünə qəbul zamanı namizədin milli-mənəvi dəyərlərə və Klubun Əsasnaməsinə münasibəti əsas götürülür.
  7. Klub üzvlərinin hüquq və vəzifələri:
  1. Diskussiyalarda müntəzəm və aktiv iştirak etmək.
  2. Diskussiyalara iştirakçılar, xüsusilə də gənclər (tələbələr) cəlb etmək, daha sonra onların Kluba üzv olmasını təmin etmək.
  3. Klubun funksiyalarına aid olan məsələlərlə bağlı irəli sürülən təkliflər barəd rəy bildirmək, səsvermədə iştirak etmək.
  1. Əsasnaməni pozan Klub üzvlərinə qarşı xəbərdarlıq və töhmət elan edildikdən sonra üzvlükdən kənarlaşdırılmalıdırlar. Bu məsələ Klub sədrinin təqdimatı və üzvlərin sadə səs çoxluğuyla həll olunur.
  2. Klubun üzvü olmayan şəxslər Əsasnamə ilə tənzimlənən hüquqlara malik deyillər.
  3. Klubun sədri hər ilin sonunda «Müasir İnkişaf» İctimai Birliyinin İdarə Heyətinə, o cümlədən Klub üzvlərinə illik hesabat verir.
  4. Klubun fəaliyyətinə xitam verilməsi ilə bağlı üzvlərin 2\\3-nin səsverməsiylə qəbul edilmiş qərar «Müasir İnkişaf» İctimai Birliyinin İdarə Heyətində müzakirə edilir. Birliyin İdarə Heyəti Klubun buraxılmasını məqbul hesab etdikdə fəaliyyətə xitam verilir.


Bu yazı 757 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :