-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə Toplantısının Bəyannaməsi
Şiriftin ölçüsünü dəyiş

Bişkek, 23 avqust 2012-ci il

 

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (bundan sonra Türk Şurası adlanacaq) Dövlət Başçıları Şurasının  “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusunda 23 avqust 2012-ci ildə iclası keçirildi. Qazaxıstan Respublikasının Prezidenti Zati-Aliləri Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri Abdullah Gül, Azərbaycan Respublikasının Baş Naziri Zati-Aliləri Artut Rasi-Zadə, Qırğızıstan Respublikasının Prezidenti Zati-Aliləri Almazbek Atambayevin sədrlik etdiyi görüşdə iştirak etdilər.

Dövlət və hökumət başçıları,

Türk xalqlarının ümumi tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan həmrəyliklərini gücləndirmək niyyətlərini bildirərək;

Türk Şurası çərçivəsində çoxtərəfli formatda əlaqələrini dərinləşdirmək qərarlarını bir daha təsdiq edərək;

Demokratik dəyərlərə öhdəliklərini, insan hüquqları və Birləşmiş Millətlət Təşkilatının Nizamnaməsində əks olunan prinsiplərə hörməti ifadə edərək;

Türk Dövlət Başçılarının əvvəlki zirvə toplantılarının qərarlarına sadiq­liklərini təsdiqləyərək;

Almatı Zirvə Toplantısından sonra iqtisadi əməkdaşlıq sahəsində əldə edilən inkişafdan məmunluqlarını ifadə edərək;

Ölkələri və xalqları arasında gələcək inteqrasiya üçün mərəkəzi elementlər kimi mədəniyyət, elm və təhsilin əhəmiyyətini vurğulayaraq;

Suverenlik, ərazi bütövlüyü, sərhəd-lərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsiplərinə uyğn olaraq, dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin məhkəmləndirilməsini güdərək,

Bəyan etdilər:

 

Mədəni əməkdaşlıq

1. Cəmiyyətlərarası bağları dərinləşdirmək üçün hərtərəfli əsas yaratmaq məqsədilə Türk mədəniyyətinin yeni birgə gündəliyini hazırlamaq. Bu kontekstdə:

a) 3 avqust 2012-ci ildə Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş Türk Şurasının üzv ölkələrinin mədəniyyət nazirliklərinin birinci iclasının hesabatını alqışladılar;

b) Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən məmunluqlarını ifadə etdilər;

c) Türk Akademiyasının Türk tarixi və dilinin elmi-tədqiqat mərkəzi kimi təsis edilməsini yüksək qiymətləndirdilər;

d) Türk irsinə aid olan nümunələrin YUNESKO-nun müvafiq siyahısına daxil edilməsinə dair birgə təşəbbüsü dəstəklədilər və bu istiqamətdə hazırlıq işlərinin sürətlnməsinə dair Türk Şurasının Katibliyi (bundan sonra Katiblik adlandırılacaq), mədəniyyət nazirlikləri, YUNESKO milli komissiyaları, TÜRKSOY və İslam Tarixi, İncəsənət və Mədəniyyət üzrə Araşdırma Mərkəzinə müraciət etdilər;

e)Türk xalqları arasında humanitar əlaqələri və sivilizasiyaların dialoqunu təşviq edərək, 2013-cü ildə Türk xalqlarının böyük yazıçısı, İssık-Kul Forumunun banisi Çingiz Aytmatovun anadan olmasının 85-ci ildönümü xatirəsinə İssık-Kul Forumunun keçirilməsi təşəbbüsünü dəstəklədilər;

f)Ümumi tarix, ənənə, dil və mədəniyyətə hörmət əlaməti olaraq Türk xalqlarının ənənələrinin dirçəldilməsi və dəstəklənməsi məqsədilə “Köçərilərin Oyunu”nun müntəzəm olaraq keçiriməsi barədə Qırğızıstan Respublikasının təşəbbüsünü alqışladılar;

g)2013-cü ildə Birgə Terminologiya Komitəsi tərəfindən rəsmi istinad üçün təqdim olunacaq yeni lüğətin qəbul edilməsi məsələsini nəzrdən keçirmək niyyətini təsdiqlədilər;

h) TÜRKSOY-un 19 illik fəaliyyəti dövründə naliyyətlərini yüksək qiymətləndirdilər və təşkilatın maliyyə və hüquqi əsaslarını möhkəmləndirməyin zəruriliyini qeyd etdilər;

i) Üçüncü Zirvə Toplantısından əvvəl Türk Dünyası Mükafatının Əsasnamə layihəsini yekunlaşdırmaq məqsədilə üzv dövlətlərin müvafiq hökumət qurumları ilə əlaqələndirilmiş qaydada işləmək üçün Katibliyə tapşırıq verdilər;

j) Türk xalqlarının mədəni inteqrasiyasına böyük əhəmiyyət verərək Türk Ölkələrinin Yazıçılar Birliyinin və Türk Ölkələrinin Kino İşçiləri Birliyinin yaradılması təşəbbüsünü alqışladılar.

 

Elm və təhsil sahəsində əməkdaşlıq

2.Xüsusi proqramlar və birgə institutlar vasitəsilə elm və təhsil sahəsində geniş əhatəli və əsaslı əməkdaşlıq yaratmaq.

Bu münasibətlə:

a)Türk Şurasının üzv dövlətlərinin 10 avqust 2012-ci ildə Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində keçirilmiş təhsil nazirlərinin birinci iclasının hesabatını alqışladılar və təhsil nazirlərinə müntəzəm görüşlərin davam etdirilməsini tapşırdılar;

b)Təhsil nazirlərini milli tədris planlarına daxil edilmə imkanları olan Türk tarixinin ümumi dərsliyinin hazırlanması üzrə işlərin davam edilməsinə çağırdılar;

c)Türk Ölkələrinin Universitetlərarası Birliyinin təsis edilməsi təşəbbüsünü alqışladılar;

d)Katiblik tərəfindən təqdim olunmuş araşdırma layihəsi əsasında Türk Elmi-Tədqiqat Fondunun təsis edilməsi istiqamətində zəruri olan birgə addımları nəzərdən keçirmək üçün elm üzrə müvafiq qurumlara müraciət etdilər.

 

İqtisadi əməkdaşlıq

3.İqtisadi əməkdaşlığın gücləndirilməsi və onun əhatəsinin genişləndirilməsi məqsədi ilə 14 avqust 2012-ci ildə Türk dövlətlərinin iqtisadiyyat üzrə məsul nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci iclasının hesabatını alqışladılar. Bu münasibətlə:

a)Sərmayə mühitinin yaxşılaşdırılması üçün hüquqi çərçivənin işlənib hazırlanması barədə çağırış etdilər;

b)Sərmayə mühitinin təhlilinin, eləcə də Türk Şurasının üzv dövlətləri arasında beynəlxalq ticarət sahəsində təhlil araşdırmalarının aparılmasının əhəmiyyətini vurğuladılar;

c)Regionda rifahın və sabitliyin gücləndirilməsi, eləcə də iqtisadi əməkdaşlıq və inteqrasiya sahələrinin dərinləşdirilməsi və genişləndirilməsi məqsədilə Türk Şurasının İnkişaf Fondunun yaradılmasına dair Qırğızıstan Respublikasının təşəbbüsünü alqışladılar və İnkişaf Fondunun yaradılmasını əsaslandıran araşdırmaların tezləşdirilməsi barədə iqtisadiyyat üzrə məsul nazirlərə təlimat verdilər;

d)Nəqliyyat sahəsində mövcud əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə nəqliyyat nazirlərinə müntəzəm olaraq görüşlər keçirməyi tapşırdılar;

e)Nəqliyyat imfrastrukturu sahəsində təcrübə mübadiləsi və ən qabaqcıl təcrübənin tətbiq edilməsi məqsədilə aidiyyəti qurumlara mövcud nəqliyyat ifrastrukturunun araşdırılması barədə müraciət etdilər;

f)Türk Biznes Şurasını üzv dövlətlərin kiçik və orta sahibkarlığının rəqabət qabiliyyətini artırmaq üçün birgə proqramları inkişaf etdirməyə çağırdılar;

g)Gömrük fəaliyyətinə aid olan məsələlər üzrə müntəzəm görüşlərin keçirilməsi vasitəsilə aidiyyəti qrumlara gömrük xidmətləri sahəsində əməkdaşlığın güçləndirilməsini tapşırdılar;

h)2013-cü ilin birinci yarısında İstanbulda keçiriləcək Türk dövlətlərinin iqtisadiyyat üzrə məsul nazirlərinin üçüncü iclası zamanı Türkiyənin Palatalar və Birjalar Birliyi tərəfindən təşkil olunacaq Biznes Forum və İxrac Məhsullarının Sərgisinin keçirilməsinə dair Türkiyənin təklifini alqışladılar;

i)“Türk Şurasının Birgə Sərmayənin Təşviqi Portalı”nın yararadılmasını alqışladılar və ən qabaqcıl təcrübənin mübadiləsi, eləcə də qadın və gənclərin sahibkarlığının təşviq edilməsinin əhəmiyyətini vurğuladılar.

 

Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq

4.Regional və qlobal sabitlik, sülh və əmin-amanlığa birgə töhfə vermək məqsədilə üzv dövlətlər arasında xarici və təhlükəsizlik siyasətinin daha sıx əlaqələndirilmədini təmin etmək. Bu məqsədlə:

a)Fəaliyyətdə olan sədrin himayəsi altında aşağıdakı vasitələr də daxil olmaqla beynəlxalq məsələlərə dair müntəzəm məsləhətləşmələrin davam etdirilməsi barədə xarici işlər nazirlərinə təlimat verdilər:

I.hər ilin sentyabr ayında BMT Baş Assambleyası zamanı qeyri-rəsmi toplaşma;

II.hər hansı bir tərəfin təşəbbüsü əsasında Xarici İşlər Şurasının növbədənkənar iclasları;

b)Beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də bir-birinin namizədliklərinə dəstək verməyə çağırdılar, beynəlxalq təşkilatlara və vəzifələrə namizədliklər, eləcə də beynəlxalq tədbirlər üzrə Türk Şurası Katibliyi vasitəsilə əməkdaşlıq və əlaqələndirmə aparmaq niyyətini ifadə etdilər;

c)Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzvlüyünün türkdilli dövlətlərin ümumi maraqlarına töhfə verəcəyinə dair əminliklərini ifadə etdilər;

5.Terrorçuluq, separatizm və ekstremizmin bütün forma və tazahürləri, transmilli mütəşək­kil cinayətkarlıq, insan alveri və qeyri-qanuni miqrasiya, narkotik və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi və silah alverinə qarşı mübarizədə əməkdaşlıq və əlaqələndirmə üzrə öhdəliklərini bir daha təsdiqlədilər.

6.Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və milli birliyinə dəstəklərini vurğuladılar və İstanbul prosesi kimi regional əməkdaşlığın gücləndirilməsinə yönəldilmiş təşəbbüslər ­vasi­təsilə ölkənin təhlükəsizliyi, sabitliyi və inkişafına töhfə verilməsinə hazır olduqlarını ifadə etdilər.

7.Suriyada davam edən böhran və onun regional təhlükəsizlik və sabitliyə mənfi təsirindən ciddi narahatlıq ifadə etdilər və böhranın Suriyanın ərazi bütövlüyü və milli birliyi çərçivəsində Suriya xalqının iradə və istəklərinə uyğun olaraq dərhal dayandırılması barədə çağırış etdilər.

8.Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində mühüm tərəqqi olacağına əminliklərini bir daha təsdiq etdilər.

9.Kipr məsələsinin adada iki xalqın siyasi bərabərliyinə əsaslanan, BMT-nin himayəsi altında danışıqlar vasitəsilə qarşılıqlı şəkildə razılaşdırılmış həllinə tam dəstəklərini təsdiq etdilər və Kiprin bərabər və vahid tərkibin tərəfdaşı olan Kiprin Türk əhalisinin dinc, təhlükəsiz və firavan həyat yaşamaq istəkləri ilə həmrəyliklərini ifadə etdilər.

10.Türk Şurasını BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Tədbirləri üzrə Müşavirə, ATƏT, YUNESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə çağırdılar.

11.Türk Şurası və TÜRKPA-nın Dublində təşkil olunacaq ATƏT-in Nazirlər Şurasında iştirakı da daxil olmaqla onların ATƏT çərçivəsində daha da tanıdılması məqsədilə birgə səylərin gücləndirilməsi barədə xarici işlər nazirlərini təlimatlandırdılar.

12.Su ehtiyatlarına dair vacib məsələni 2013-cü ildən başlayaraq Xarici İşlər Nazirləri Şurasının sessiyalarının gündəliyinə mütəmadi mövzu kimi daxil etdilər. Bu məqsədlə Üçüncü Zirvə Toplantısına hesabat təqdim etmək üçün Katibliyə üzv dövlətlərin xarici işlər nazirlikləri və tədqiqat institutları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi tapşırdılar. Hesabat ətraf mühitə dəyən zərəri, iqlim dəyişikliyini və su etiyatlarının rasional istifadəsinin geniş kontekstini əhatə edəcək və mövcud su ilə əlaqəli sosial-iqtisadi problemlərin həlli üzrə fəaliyyət planını təklif edəcəkdir.

13.Türk dövlətləri arasında siyasi dialoqun gücləndirilmədində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğuladılar. Bu baxımdan:

a)TÜRKPA-nın 3-cü sessiyasının nəticələrindən məmunluğu qeyd etdilər;

b)Türk Şurasının işinə təkan vermək üçün TÜRKPA-nı Türk Şurasının məqsədləri naminə üzv dövlətlərin parlamentlərində paralel olaraq mövzuların müzakirəsini təşkil etməyə çağırdılar.

 

Digər məsələlər

14.Baş katibin təqdim etdiyi illik hesabata əsasən əldə edilən ümumi nailiyyətdən məmunluq ifadə etdilər və Baş katibə 2013-cü ilin may ayına kimi əlavə aralıq icmal hesabat verilməsini tapşırdılar.

15.2011-2012-ci illərdə Türk Şurasına sədrlik edən Qazıxıstanın hesabatını qəbul edərək təşkilatın ilk fəaliyyətdə olan sədri kimi Qazax tərəfini uğurlu sədrliyə görə təbrik etdilər.

16.Naxçıvan Sazişinin 10-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasından Qismət Gözəlovu və Qazaxıstan Respublikasından Darxan Kıdıralını müvafiq olaraq 1 fevral 2012 və 24 aprel 2012-ci ildən Türk Şurası Baş katibinin müavinləri vəzifəsinə təyin etdilər.

17.Türk Şurasının Üçüncü Zirvə Toplantısının 2013-cü ildə Azərbaycan Respublikasında keçirilməsinə qərar verdilər.

Türk Şurasının İkinci Zirvə Toplantısının müzakirələrini yüksək səviyyədə apardığına görə Qırğızıstan Respublikasının Prezidenti Zati-Aliləri Almazbek Atambayevə dərin təşəkkürlərini ifadə etdilər və Qırğız Hökuməti və xalqının səmimi qonaqpərvərliyini yüsək -qiymətləndirdilər. Yekun olaraq, 2012-2013-cu illər üçün Türk Şurasına sədrliyin Qırğız Respublikasına keçməsini alqışladılar.

 

23 avqust 2012-ci ildə Bişkek səhərində Azərbaycan Türkcəsi, Qazaxıstan Türkcəsi, Qırğızıstan Türkcəsi və Türkiyə Türkcəsində imazalanmışdır.

 

Azərbaycan Resublikasının Baş Naziri       
Artur Rasi-zadə

 

Qazaxıstan Respublikasının Prezidenti      
 Nursultan Nazarbayev

 

Qırğızıstan Respublikasının Prezidenti
       Almazbek Atambayev

 

Türkiyə Cümhuriyyətinin Prezidenti        
   Abdullah Gül

Bu yazı 807 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :