-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Doğu Türküstan
Şiriftin ölçüsünü dəyiş

Ramil Cəfərov

 

Doğru Türküstan - Şərqi Türküstan dedikdə əslində Rusiya Federasiyasından sonra Türk Dünyasının ən çox zülm görmüş, assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Başqa cür desək, Şərqi Türküstan dedikdə Türk coğrafiyasının Çin dövlətinin işğalı altında olan hissəsi başa düşülür.

Çin əsarəti altında olan Türk ərazilərində yaşayan Türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar Türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çin dövlətinin, daha doğrusu, Çin Xalq Respublikasının qurucu xalqları və ya muxtariyyatı olan Türk xalqları sırasında yuxarıda göstərilən sarı uyğurlar və tatarlardan başqa Türk boylarının adları da keçməkdədir. Xatırladım ki, Çin Xalq Respublikası deyilən kommunist, totalitar bir dövlətin 52 əsas etnosdan təşkil edilməsi sözügedən dövlətin Konstitusiyasında əks olunmuşdur. Bu Konstitusiyada nəzərdə tutulan hüquq və haqlara nə dərəcədə əməl edilməsinə toxunmazdan öncə Çin işğalı altında olan Türk coğrafiyası, onun əhalisi, siyasi-iqtisadi vəziyyəti haqqında bilgilərə diqqət edək.

ÇXR adlanan ölkədə Türk xalqları Şərqi Türküstan dediyimiz Sintszyan – Uyğur Muxtar Rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tararlar yaşayırlar. Qeyd edim ki, Uyğur Muxtar Rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Həmçinin, Uyğur Muxtar Bölgəsində «parçala, hökm sür» prinsipinə uyğun olaraq xalxa-monqollara məxsus muxtar vilayət və qəza, eləcə də, dunqallara və taciklərə məxsus muxtar qəza da vardır. Qansu əyalətində isə salar Türklərinə məxsus  (tibetlilərlə birgə) 3 muxtar qəza mövcuddur. Qeyd edim ki, Çində Türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan Muxtar Bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşamaqdadırlar. Dini baxımdan Çində yaşayan Türk xalqlarının, sarı uyğurlardan başqa, hamısı müsəlmanlardır. Sarı uyğurlar isə əsasən buddist, az qismi şamandırlar. Çin Türkləri içərisində göy tanrıçı inamlarını saxlayanlar da var.

Çağdaş siyasi etnoqrafik ədəbiyyatda Şərqi Türküstan dedikdə əsasən Sintszyan Uyğur Muxtar Rayonu başa düşülür. Şərqi Türküstanın adı 1876-cı ildə Çin-Mancur imperiyasının bu torpaqları işğal etməsindən sonra, 1884-cü ildə çincə «yeni torpaq» anlamına gələn Sintszyan sözü ilə dəyişdirilmişdir. 1949-cu ildə Çində hakimiyyətə gələn kommunistlər tərəfindən yenidən işğal edildikdən sonra 1955-ci ildə Sintszyan Uyğur Muxtar Bölgəsi təşkil edilmiş və bu cür adlanmağa başlanılmışdır. Bölgə Asiyanın ortasında yerləşməklə bərabər, ərazisi 1828418 kv. kilomet (bir milyon səkkiz yüz iyirmi səkkiz min dörd yüz on səkkiz kv. kilometr) təşkil edir. Xatırladım ki, bizim orta məktəb dərsliklərində səhvən bu ərazi 1650000 kv. kilometr olaraq göstərilir. Əlavə edim ki, Türk Dünyasının ən hündür (Coqori zirvəsi) və ən aşağı nöqtəsi (Turfan çökəkliyi) burada yerləşir. Avropalı elm adamları tərəfindən «Pivot of Asia», yəni «Asiyanın ürəyi» olaraq adlandırılan bu əsir ölkə geopolitik və strateji yerləşməsi, tarixi keçmişi, etnik kimliyi və dini inancları ilə birlikdə Türk və İslam Dünyasının ayrılmaz bir parçasıdır.

Uzun tarixi gediş prosesində Şərqi Türküstanda bir çox Türk dövlətləri mövcud olmuşdur. Bu dövlətlər haqqında danışmazdan öncə əlavə edim ki, son tarixi araşdırmalarda aydın omuşdur ki, bu ərazilər ən qədim mədəniyyət mərkəzlərindən biridir. Belə ki, burada tapılmış piramida quruluşlu tikililər və məbədlər, eləcə də mumyalar 15 min il eramızdan əvvələ aid edilir. Bu tikililər, yazı işarələri, mumyalar qədimliyinə görə Misir, Şumer, Mayya mədəniyyətlərindən çox-çox əvvəllərə aid edilir. Dünyada mövcud olan piramida tipli tikililərin Doğu Türküstanda mövcud olan mədəniyyətdən və tikililərdən qaynaqlandığı ehtimal edilir. Həmçinin, Türk xalqlarının simvol öndəri olan Oğuz xaqanının sonevinin (qəbrinin), hətta mumyasının burada tapılmış nəhəng tikililərdə saxlanıldığı ehtimal olunur. Həmçinin, Çörçvod adlı tarixçi alimin bildirdiyinə əsasən, qədim Mu imperiyasının və mədəniyyətinin uyğurlara məxsus olduğu isbatlanır. Eyni zamanda həmin alimin bildirdiyinə əsasən, Amerika qitəsində təşəkkül tapmış Mayya mədəniyyətinin də Uyğur Türk mədəniyyətinin davamı olduğu irəli sürülür.

Yuxarıda qeyd edilənlərə əlavə olaraq, bu bölgədə qurulmuş bir çox Türk dövlətlərinin mövcudluq tarixinə nəzər salaq. Bu bölgə miladdan öncə VIII-III əsrlərdə iskitlərə, m.ö. 300-93-cü illərdə hunlara, miladdan sonra 40-420 tarixlərində Kuşan Türk dövlətinə, 220-386-cı illərdə siyempilərə, bizim eranın 383-460-cı illərində Tofar dövlətinə, bizim eranın 402-555-ci illərində Jujan tatar dövlətinə (bunlar avarların əcdadı hesab olunur), 450-ci illərdə Ağ Hun dövlətinə, 552-774-cü illərdə Göytürk dövlətinə, 774-840-cı illərdə Uyğur dövlətinə, 751-870-ci illərdə Qarluk dövlətinə, eləcə də Qaraxanlılar dövlətinə, 1217-1508-ci illərdə monqollara, 1509-1679-cu illərdə Seydiyyə xanlığına məkan olmuşdur. Çinlə Şərqi Türküstan arasında (o dövrdə çinlilər bura «Hsi Yu»- «Qərb ölkəsi» deyirdilər) qeydə alınmış ilk təmas Vu-Ti-nin elçisinin miladdan öncə 139-119-cu illərdə bu bölgəyə gəlməsi ilə başlamışdır. Daha sonra 744-cü ilə qədər Çin bu bölgəni 6 dəfə işğal etmişdir. Bu işğalların heç birinin müddəti 45 ildən artıq olmamışdır və cəm halında 175 il təşkil etmişdir. VIII və XVIII əsrlər arası minillik dönəmdə Çin ilə bu bölgə arasında sülh dövrü yaşanmışdır. Ancaq sülh dövrü 1759-cu ildə Çin-Mancur imperiyasının işğalı ilə sona çatmışdır. Həmin vaxt Şərqi Türküstanı 4 bölgəyə ayıran Çin dövləti 1 milyondan artıq uyğur türkünü müxtəlif işgəncələrlə məhv etmişir. Bu dəfəki işğal 103 il davam etmişdir. Çin zülmünə qarşı 42 dəfə üsyana qalxan uyğurlar 1863-cü ildə yenidən öz dövlətlərini qura bilmişlər. Bu ildə Yaqub xanın başçılığı ilə Şərqi Türküstan İslam dövləti qurulmuşdur. Bir çox dövlətlər tərəfindən, o cümlədən, Osmanlı, İngiltərə və Rusiya tərəfindən rəsmən tanınmışdır. Qeyd edim ki, dövlətin qurucusu Yaqub xan dönəmin Osmanlı sultanı Əbdüləzizi İslam xəlifəsi kimi tanımış, onu bütün müsəlmanların başçısı kimi qəbul etmiş, adına xütbə oxutdurmuş və pul kəsdirmişdir. Bu dövlətin ömrü 15 il sürmüşdür. 1876-cı ildə Şərqi Türküstan Çin-Mancur imperiyası tərəfindən yenidən işğal edilmiş və 1884-cü ildə «Hisin Çyan Şinq» - «Yeni torpaqlar bölgəsi» adlandırılaraq, Çinin tərkibinə qatılmışdır. Bu işğal dövrü 1911-ci ilə qədər davam etmişdir. 1911-ci ildə Çində mancurların hakimiyyətinə son qoyulmuş və Homindan təşkilatı hakimiyyətə gəlmişdir. 1911-ci ildən 1933-cü ilə qədər Şərqi Türküstanda Çin əsgəri valilər dövrü deyilən bir rejim formalaşmışdır. Xalqın mübarizəsi nəticəsində 1933-cü ildə  mərkəzi Kaşkar (Qaşqar) olan Doğu Türküstan İslam Cümhuriyyəti qurulmuşdur. Ancaq 1935-37-ci illərdə müxtəlif bəhanələrlə Şərqi Türküstana yerləşən sovet-rus agentləri bu cümhuriyyətin varlığına son qoymuşlar. Sovet–rus ordusu tərəfindən Şərqi Türküstan İslam Cümhuriyyətinin başçısı Xoca Niyaz Hacı və daha 300000 nəfər həbs edilmiş, müxtəlif bəhanələrlə güllələnmişlər. 1937-1944-cü illərdə SSRİ adlanan rus imperiyası tərəfindən Şərqi Türküstan işğal altında qalmış və bu ölkədə tam bir soyqırım siyasəti həyata keçirilmişdir. 1944-cü ilin önlərində Çin yenidən burada hakimiyyəti ələ keçirmiş, ancaq uğur əldə edə bilməmişdir. 1944-cü ildə Şərqi Türküstan yenidən müstəqillik əldə etmişdir və bu müstəqillik 1949-cu ilə qədər davam etmişdir. 1949-cu ildə Mao Tsze Dunun başçılıq etdiyi kommunist Çin dövləti tərəfindən Şərqi Türküstanın müstəqilliyinə son qoyulmuş və bu ölkə yenidən işğal olunmuşdur. Qeyd edim ki, 1949-cu ildə bu ölkə işğal olunan vaxt burada yaşayan milli azlıqların, o cümlədən, çinlilərin toplam sayı 600 min civarında olub, ölkə əhalinin 6 faizini təşkil edirdi. İşğaldan sonra bu günə qədər keçən dövrdə isə xan çinlilərin bu ölkədəki sayı 40-50 faiz civarındadır. Burada qeyd edim ki, bu çinlilər Çin dövləti tərəfindən buraya köçürülüblər. Bu isə Çinin milli azlıqlara qarşı assimilyasiya siyasətinin təzahürüdür. Əlavə edim ki, Çin dövləti əhali sayı artımına, daha doğrusu, uşaq doğumuna məcburi qadağalar qoyduğundan uyğur ailələri öz uşaqlarını gizli olaraq dünyaya gətirməyə məcbur olur və dövlət qeydiyyatından gizlədirlər. Ancaq Çinin bu «sakit soyqırım» siyasəti bütün milli azlıqlara, o cümlədən, uyğurlara qarşı davam etməkdədir. Uyğur qadınlarının uşaqları ya ana bətnində, ya da təzə doğudan vaxt məcburi məhv edilir. Eyni zamanda Şərqi Türküstanda uyğur etirazçıların edam olunması adi haldır. Bu edamlar haqqında Beynəlxalq Amnistiya Təşkilatı da məlumat yaymış və öz etirazını bildirmişdir. Qeyd edim ki, uyğurların müntəzəm olaraq 1953, 55, 57, 62, 67, 69, 70, 89 və 2009-cu illərdə baş vermiş etiraz aksiyaları dünya mətbuatında da işıqlandırılmışdır. Əlavə edim ki, 1949-cu il işğalından sonra sonuncu Uyğur dövlətinin başçıları Çin dövləti tərəfindən 1952-ci ildə aldadılaraq, təyyarə qəzasında məhv edilmişlər.

Çin dövləti Şərqi Türküstanda din-vicdan azadlığına da imkan vermir. Bölgədəki Çin Kommunist idarəsinin başçısı general Vanq En Movun 1988-ci il 14 may tarixində bölgənin mərkəzi Urumçi şəhərində etdiyi çıxış rejimin gerçək üzünü ortaya qoymuşdur. O, çıxışında belə demişdir: «… Dinə inanmama (ateist) fəaliyyətlərinə təşviq etməni gücləndirməyimiz və sosializmə dəstək verəcək din adamlarıyla əməkdaşlıq etməyimiz lazımdır. Dini bilgilərin tədrisini məhdudlaşdırmalıyız. Həccə gedənlərin miqdarını məhdud çərçivədə saxlamalıyız».

1949-cu ildə Çin Şərqi Türküstanı işğal edərkən burada 115 00000 baş qoyun, 1600000 baş sığır, 780000 baş at, 20000 baş dəvə vardı. Çin Kommunist Partiyası xalqa ət yeməyi qadağan etdi. 10 il ərzində qoyunların sayı 22000000 başa çatdı. Uzun və zərif yunlu qoyunlardan əldə edilən yunun miqdarı 1960-cı ildə ABŞ-dan, 1962-ci ildə isə Avtsraliyadan artıq idi. Həmin illərdə uyğur ölkəsində istehsal edilib Çinə aparılan heyvani məhsulların miqdarı 1759000 baş qoyun, 128000 baş at, 6405000 ədəd qoyun dərisi, 2600000 dəst dəri geyim, 4600800 cüt ayaqqabı, 5199 ton yun, 985 ton süd məhsulu, bu bölgənin bütün faydalı qazıntıları da, xüsusilə uran, neft, daş kömür və qızıl Çin dövləti tərəfindən talan edilməkdədir. Əlavə edim ki, Çinin şərq regionları ilə qərb regionlarının inkişafı fərqlidir. Xüsusilə, milli muxtar bölgələr şərq regionlarından olduqca geridə qalır. Şərqi Türküstanda yenicə fəaliyyətə başlayan neft, kömür, dəmir, qızıl və digər mədənlərdə çalışan işçilər isə Çinin digər regionlarından bura müxtəlif yollarla gətirilən xan çinlilərdir. Buna görə də uyğur əhalisi arasında çinlilərə nisbətdə işsizlik faizi oluqca çoxdur.

Bütün imperiyaların tətbiq etdiyi metoda Çin də əl atır. Bu, xalqları dilindən məhrum etməkdir. Bizdə olduğu kimi uyğurların da əlifbası bir neçə dəfə dəyişdirilib. Hazırda uyğurların gidər Türklərdən mədəni əlaqəsini kəsmək üçün onlara ərəb əlifbasından istifadə etməyə icazə verilib. Uyğur dilində mədrəsələr, məktəblər, universitetlər demək olar ki, yoxdur. Uyğur dili, uyğur xalqı məhv edilir. Bu siyasət Çində yaşayan bütün Türk xalqlarına qarşı, o cümlədən, qeyri-çin xalqlarına qarşı da aparılır.

Uyğur ölkəsi Çinin daxili müstəmləkəsinə çevrilmişdir. Qeyd edim ki, bu fikri uyğurlar haqqında ilk dəfə 1998-ci il 6-7 aprel tarixində Fransa-Anadolu Araşdırmaları İnstitutu tərəfindən İstanbulda təşkil edilən «XX əsrdə uyğurlar» mövzulu konfransda Havay Univesitetindən professor, doktor Dru Ce. Qladney tərəfindən işlədilmişdir. Dru Ce. Qladney Şərqi Türküstanı tarix-etnik, dil, iqtisadiyyat, ölkə torpaqları və inanc başlıqları altında tədqiq edərək, bölgənin artıq Çinin «daxili müstəmləkə» regionuna çevrilmiş olduğunu izah etmişdir. «Daxili müstəmləkə» termini ilk dəfə amerikalı sosioloq M.Hetcher 1975-ci ildə İngiltərədə yaşayan keltlərlə bağlı araşdırmasından sonra ortaya atılmışdır. Ona görə, daxili müstəmləkəçilik mərkəzi yönətimin sərhəd bölgəsini siyasi və iqtisadi cəhətdən idarə etməsi, talan etməsidir. Qeyd edim ki, bu zülmlərə rəğmən, uyğurlar Çin rejiminə qarşı mübarizələrini davam etdirirlər. Uyğurlar beynəlxalq miqyasda təşkilatlanmaqda və öz səslərini dünya ictimaiyyətinə çatdırmaqdadırlar. Uyğurların ən nüfuzlu təşkilatı Dünya Uyğur Konqresidir. Bu təşkilatın rəhbəri «uyğurların anası» kimi tanınan Rəbiyə Qadirdir. Qeyd edim ki, Türk və İslam Dünyasından Nobel mükafatına rəsmi namizədliyi göstərilən ilk siyasətçi (2006-cı ildə namizədliyi irəli sürülmüşdür) qadındır. Eyni zamanda o, Çin parlamentinin də üzvü olmuşdur. Ancaq həbs edilmiş, mühacirətə getməyə məcbur olmuşdur. Bu məqaləni Rəbiyə Qadirin (Rabiya Kadir) keçirdiyi konfransların birində dediyi sözlərlə tamamlamaq istəyirəm. O, belə deyir: «… Kaşkarın 5 min illik bir tarixi var. Bu tarix çinlilər tərəfindən təhrif edilir. Dilimizi, tariximizi, mədəniyyətimizi və yaşayış tərzimizi, ənənələrimizi öldürməyə çalışırlar. Qızlarımızı zorla işlətmək üçün başqa bölgələrə göndərirlər. Uyğur uşaqları zorla Çin dilində oxudulur. Valideynləri etiraz edəndə «separatçılıq» ittihamı ilə həbsə atılırlar. Uyğurları təhsildən məhrum edirlər. İqtisadi inkişafımıza mane olurlar. Uyğur gənclərini həbs edir, edam edirlər. Öz torpaqlarımızda öz dilimizdə danışa bilmirik. Terrorla mübarizə adı altında uyğurlara təzyiq edilir, silahlı islamçı olmaqda günahlandırırlar. Biz namus, şərəf üçün yaşayırıq. Çinlilər ən müqəddəs dəyərlərimizə hücum edirlər. İnanc azadlığı yoxdur. Çinlilər namusumuza təcavüz edir, xalqımızı planlı şəkildə tədricən yox edirlər. Dünya uyğurların fəryadını duymur. Çin zülmü altında səsimizi ucalda bilmirik. Torpaq sahibi olan uyğurlar indi öz torpaqlarında qul kimi işlədilməkdə, buna etiraz edənlər isə həbsxanada çürüməkdədirlər. Uyğurlar hər şeyi gözə alaraq zülmə qarşı müqavimət göstərsələr də, ailələri və uşaqları çinlilərin əlində girov olduğundan bu müqavimət zəifləməkdədir… Təəssüf ki, bütün dünya uyğurların faciəsinə və əzilib yox edilməsinə seyrçi qalır».

Bu yazı 786 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :