-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türkiyə Cümhuriyyəti
Şiriftin ölçüsünü dəyiş

        Rəsmi adı: Türkiyə Cümhuriyyəti.

        Ərazisinin cəmi 3 %-i Avropada yerləşməklə, Cənub-Şərqi Avropa dövlətidir. Asiyanın cənub-qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Ərazisi (daxili su hövzələri ilə birlikdə) 780,580 km² təşkil edir. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağ, ən böyük gölü Van gölüdür. Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. İqlimə gəldikdə, ölkənin cənubuna Aralıq dənizi iqlimi hakimdir.

        Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans imperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış quruculuq işləri nəticəsində 1326-cı ildə mərkəzi Bursa olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə, daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Ümumiyyətlə dünya tarixində Osmanlı imperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (üç qitədə ərazisi olmuşdur) biri hesab olunur. XIX əsrin sonlarında imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti imperiyanı hədsiz zəiflətdi. Zəiləməkdə olan imperiya Birinci Dünya Müharibəsini salamat başa vura bilmədi. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 May 1919-cu ildə Yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün başçılğı ilə Azadlıq müharibəsi başladı. 1923-cü il 29 oktyabrda Türkiyə Respublika elan edildi.

        Osmalı dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə pis vəziyyətdə idi. İstanbul və İzmirdən başqa nə sənaye, nə sərmayə sinifi, nə altsəviyyə nə də təhsil mövcud deyildi. Ən sadə məhsullar belə idxal edilmək məcburiyyətində idi. 12 milyonluq əhalinin böyük çoxunu oxuma və yazma bilməyən yoxsul insanlar təşkil edirdi. Anadoludaki böyük torpaq sahibkarları da sənaye burjuaziyasını yaratmaqdan çox uzaq idi. Lakin Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyədə iqtisadiyyat inkişaf etməyə başladı.

        Türkiyə Respublikasında rəsmi dövlət dili Türkiyə Türkcəsidir. Bu ləhcə Azərbaycan Türkcəsi ilə cox yaxın bir dildir. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas götürülür.

        Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı din İslamdır.              Türkiyənini vilayətləri: Adana • Adıyaman • Afyonkarahisar • Ağrı • Aksaray • Amasya • Ankara • Antalya • Ardahan • Artvin • Aydın • Balıkesir • Bartın • Batman • Bayburt • Biləcik • Bingöl • Bitlis • Bolu • Burdur • Bursa • Çanaqqala • Çanqırı Çorum • Denizli • Diyarbəkr • Düzcə • Elazığ • Ərzincan • Eskişəhr • Ədirnə • Ərzurum • Girəsun • Gümüşhanə • Hakkari • Hatay • İğdır • İsparta • İstanbul • İzmir • Kahramanmaraş • Qarabük • Qaraman • Kastamonu • Kayseri • Qırıqqala • Qırqlareli • Kırşehir • Kilis • Kocaeli • Konya • Kütahya • Malatya • Manisa • Mardin • Mersin • Muğla • Muş • Novşəhr • Niğde • Ordu • Osmaniyə • Qars • Qazianteb • Rizə • Sakarya • Samsun • Siirt • Sinop • Sivas • Şırnak • Tekirdağ • Tokat • Trabzon • Tunceli • Şanlıurfa • Uşak • Van • Yalova • Yozgat • Zonquldak

        Quruluş illərində 12 milyonluq əhalinin coxu oxuma-yazma bilmirdi. Günümzdə bu səviyyə 90% -dir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə dayanır. Daha sonrakı 4 illik orta təhsil sistemi var. Universitetə keçid Tələbə Seçmə Sınağı ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

        Türkiyə Universitetləri: 1930-cu illərə qədər İstanbul Texniki Universiteti ilə birlidə İstanbul Universiteti ölkədəki sadəcə iki universitet ikən günümüzdə universitet sayı 110-dur. Türkiyənin ən köhnə universiteti olan İstanbul Universititetinin quruluşu 1456-cı ilə, ən köhnə texniki universiteti olan İstanbul Texniki Universiteti isə 1773-cü ilə dayanır. Türkiyədə qanunla Mili Təhsil Nazirliyinin Universitet üstündəki səlahiyyətləri azalmışdır. Fakültə qanunlarına daha geniş əlavə edilmişdir.

        Rəsmi bayramlar: 1 Yanvar - Yeni il; 23 Aprel - Milli Müstəqillik və Uşaqlar bayramı; 19 May - Atatürkü anma, gənclik və İdman bayramı; 30 Avqust - Zəfər bayramı; 29 Oktyabr - Respublika bayramı; Ramazan bayramı (3 gün); Qurban bayramı (4 gün);

Bu yazı 1879 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :