-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türkmənistan Respublikası
Şiriftin ölçüsünü dəyiş

Amudərya, məni al,
O cəsur dalğalarının qoynuna sal.
Almas İldırım

        Xəzər dənizinin cənub-şərqində, Kopetdağın şimal yamaclarında, Turan ovalığının cənubunda yerləşən Türkmənisan Respublikası sahəsinə görə, Mərkəzi Asiyada ikinci böyük dövlətdir. O, cənub-şərqdən Əfqanıstanla, cənub və cənub-qərbdən İranla, şərqdən və şimal- şərqdən Özbəkistanla, şimal və şimal-qərbdən Qazağıstanla, qərbdən isə Xəzər dənizi ilə həmsərhəddir.

        VII əsrdə Türkmənistanın yerləşdiyi region ərəblər tərəfindən istila olundu və ərəblər Mərkəzi Asiyaya özləri ilə İslam dini ilə yanaşı İslam mədəniyyəti də gətirdi. Xəlifə Əl-Məmunun dövründə regionun mərkəzi Mərvə köçürüldü. Bu da ərazinin inkişafına geniş imkanlar açdı. XI-XII əsrlərin ayrı-ayrı dövrlərində Türkmənistan Səlcuq imperiyası və Çingiz xan ulusu tərəfindən idarə olunurdu. 1849-cü ildə Türkmənistan Rusiya imperiyası tərəfindən işğalı edildi. 1917-ci il oktyabr inqilabından sonrakı hadisələr Türkmənistan üçün 1924–cü ildə hazırkı Türkmənistan Respublikasının ərazisi daxilində Türkmənistan SSR-nin yaranması ilə nəticələndi. Türkmənistan sovet imperiyasının süqutundan sonra - 1991-ci ilin 27 oktyabrında müstəqilliyini bəyan etsə də, onun rəsmi tanınmasına 25 dekabr 1991-ci ildə, imperiyanın son çöküşündən bir gün əvvəl nail oldu.
        Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımında əlverişlidir.
        Türkmənistan Respublikasının iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkalıq temperatur amplitudu çox böyükdür. Yağıntıların orta illik miqdarı 50-200 mm arasındadır. Mümkün buxarlanma 1500 mm-dən artıqdır. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonlarında su təlabatı Amudərya, Murqab və Təcən çaylarının suları ilə təhciz olunur.
Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yüksək keyfiyytəli xörək duzu yığılır. Ölkə ərazisinin 375 min kvadrat km-i səhra və yarımsəhralardır. Boz qumsallıqda hamar  səthli takırlar çox yeknəsəq təsir bağışlayır. Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdyi ən mühüm bitkidir. Ölkənin qərbində yerləşən Böyük Balkan və cənub-qərbdə Özbəkistanla sərhəddə yerləşən Köytendağ silsiləsi əhəmiyyətli yüksəkliklərdir. Arlan dağında Böyük Balkan silsiləsinin hündürlüyü 1880 metrə çatır. Ölkənin ən hündür zirvəsi Kugitangatu silsiləsindəki Ayrıbaba (3137 m) zirvəsidir.
        Türkmənistan, ərazisinə gərə dünyanın 52-ci böyük ölkəsidir. O, İspaniyadan kiçik, ABŞ-ın Kaliforniya ştatından isə böyükdür. Türkmənistan Respublikasının ərazisini Aşqabad şəhəri və Axal, Balkan, Daşoğuz, Lebap, Marı olmaqla 5 əsas vilayət təşkil edir. Vilayətlər özləri ayrı-ayrı rayonlara, şəhərlərə bölünür. Aşqabad şəhəri respublikanın paytaxtıdır. Şəhər 1881-ci ildə salınmışdır və seyismik ərazidə yerləşir. 1948-ci ildə burada 9 bal gücündə dağıdıcı zəlzələ baş vermiş və şəhər əhalisinin yarısından çoxunu məhv etmişdir. İndi Aşqabad yalnız Türkmənistanın paytaxtı deyil, həmçinin əsas sənaye, elm və mədəniyyət mərkəzidir. Şəhərdə 50-yə qədər fabrik və zavod, əsası 1951-ci ildə qoyulmuş Türkmənistan Elimlər Akademiyası, doqquz kollec, onlarla peşə və orta ixtisas məktəbləri, universitetlər, kino-teatrlar, muzey mərkəzləri və özəl tele-radio kompaniyaları fəaliyyət göstərir.
        Türkmənistan etnosunun mənşəyi qədim sak-massaget və sarmat-alan qəbilələri ilə bağlıdır. Etnosun formalaşmasında oğuzlar yaxından iştirak etmişlər. Türkmən əhalisi yüksək təbii artıma malikdir. Buna baxmayaraq, orta sıxlıq çox aşağıdır (1 kvadrat km-də 9,2 nəfər). Ərazinin 80%-də əhali yaşamır. Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən Qaraqum kanalı zonasında, Murqab və Təcən çaylarının deltasında, Kopetdağın ətəyində cəmləşmişdir.
        Türkmənistanın təsərrüfatının əsas gəlirli sahəsi neft və qaz kompleksinin inkişafıdır. Ölkə gəlirinin 60%-i bu sahələrin payına düşür. Türkmənistan təbii qaz istehsalına görə dünyada dördüncü yerdədir. Xüsusilə Açaq, Marı və Xəzərsahili yataqlar daha məhsuldardır. Ölkədə kimya sənayesi üçün kifayət qədər yerli xammal vardır. Kükürd, kalium duzları, yod əsasında Nebitdağda, Bekdaşda, Çələkəndə, Cərcoda, Marıda kimya zavodları fəaliyyət göstərir.
Türkmənistanda kənd təsərrüfatının inkişafı üçün imkanlar mövcuddur. Əkinçilik üçün yararlı torpaqların yarısından pambıqçılıqda istifadə olunur. Qaraqumun Murqab və Təcən deltalarında, Amudərya boyunca uzanan sahələrdə pambıq əkinləri daha çoxdur. Respublikada yığılan pambığın 25%-i zərif liflidir. Çəltik Amudəryanın aşağı axarlarında becərilir. Vahələrdə əhali baramaçılıqla məşğul olur. Bostan bitkiləri xüsusilə geniş yayılmışdır. Yemiş (qovun) ölkə üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının ikincici bazar günü ölkədə “yemiş günü” keçirilir. Hamı yemiş yeməli, bir-birinə hədiyyə etməlidir. Burada yemişin 200-dək növü becərilir.
        Kənd təsərrüfatının ikinci əsas sahəsi heyvandarlıqdır. Şərqi Qaraqumda qaragül qoyunları, Qərbi Qaraqumda zərifyunlu qoyunlar və birhüclü dəvələr saxlanır. Lakin Türkmənistan heyvandarlığının əsas simvolu ölkənin gerbində də rəsmi təsvir edilən atdır. Burada at min illərdir ki, insanların həyatının ayrılmaz hissəsinə çevrilib. On min il yaşı olan Axal-təkə atlarına dünya zaman-zaman onların qüdrətini nümayiş etdirmək üçün “qüdrətli aləm atları”, “Behişt atları”, “Cənnət atları” kimi isimlər vermişdir. Bu sahənin araşdırmaçılarının gəldiyi nəticələrə görə bu atlar tam 250 at cinsinin əcdadlarıdırlar. Yəni bu 250 cins atın atası Axal-təkə atlarıdar. Təqdirəlayiq hal budur ki, bu atların təmiz cinsləri hələ də türkmənlər tərəfindən qorunub günümüzə gələ bilmişdir.
        1935-ci ildə 15 baş Axıl-təkə atını İosif Stalinə göstərmək üçün Aşqabatdan Moskavaya qədər olan 3000 kilometr məsafəni 84 gün müddətinə gətiririlər. Stalin bu atların çox böyük gücə malik olduqlarını gördükdən sonra onların artması və xüsusi yetişdirilməsi üçün icazə verir və şərait yaradılmasını təmin edir. Kampaniyanın nəticəsi mükəmməl olur. 1960-cı il Roma olimpiada oyunlarının qalibi məhz bu atların sırasından olmuşdur. 1968-ci ildə bu iştirakçı “Dünyanın ən yaxşı İdman Atı” adını aldı. Axal-təkə atlatından olan Dancing Brave-ə keçən əsrin 80-ci illərində o dövr üçün record məbləğ olan 50 milyon dollar pul ödənmişdir. Bu cür çoxsaylı faktlar mövcuddur. Makedoniyalı İsgəndərin sevimli atı olan Bukefalus (inəkbaş) da Axal-təkə cinsindən olmuşdur. Hal-hazırda bu at cinsinin inkişafı ilə türkmənlər Almaniyada da məşğul olur.
        Dünyaca məşhur Orta Asiya mədəniyyətinin ən özünəməxsus mümunələrini yaradanladan biri türkmənlərdir. Türkmən xalçaları dünyada ən tanınan xalçalarındandır. Bu xalılar Mərkəzi Asiyanın ənənəvi sənət növlərindən biridir. Bunlar xanımlar tərəfindən əllə toxunur və əsasən döşəməni və divarı bəzəyir.  Bu xalçaların mürəkkəb və məzmunlu layihələri  öz motivlərini Yomut, Ersari, Sarik, Salor və Təkkə kimi türkmən tayfalarından alırlar. Müxtəlif tərəvəzlər və digər təbii komponentlərdən bu zəngin rənglərin alınmasında istifadə olunur. Müxtəlif nümunələrlə yanaşı bu xalçalar daha çox qırmızı və ya qəhvəyi fonda təsvir olunmuş fil ayağının təsviri ilə səciyyəvidir.
        Türkmən musiqisi və musiqi alətləri digər Türk xalqlarınınkına bənzəsə də özünəməxsusluqları da var. Dutar türkmən xalq musiqisinin ən geniş yayılmış alətlərindən biridir. Bu alətdən muğamlardan, saltıklardan tutmuş kirklar və novai kimi müxtəlif musiqi janrlarının ifasında istifadə olunur və o peşəkar ifacı adlanan sazəndə tərəfindən ifa olunur. Tuidik nəfəsli musiqi alətidir və türkmən xalqının qədim musiqi alətlərindəndir. Türkmən əfsanəsinə görə Adəm peyğəmbər (s) gildən hazırlanmışdı və onun ruhu yox idi. Ona ruhu tudikin sədaları altında Cəbrayılın rəqs etdiyi melodiya vermişdir. Tudik ifaçıları onu ifa edərkən qarşı-qarşıya dayanır. Bu alətin forması kimi, ifa tərzi də zurnaya bənzəyir. Dili tudik də nəfəsli alətdir, tudikdən fərqli olaraq o, ağacdan və qoyun dərisindən hazırlanır və daha çox klarnetə bənzəyir.
        Türkmən mətbəxi  mərkəzi Asiyanın digər mətbəxləri ilə oxşardır. Burada gündəlik qida rasionun əsas elementi düyüdür. Ən sevilən yeməkləri plov, mantı, şurpa, şişlikdir.
        Türkmənistanın rəsmi bayrağı 1992-ci ilin 19 fevralında qəbul olunmuşdur. Türkmənistan bayrağının əsas hissəsini yaşıl rəng təşkil edir. Yaşıl sahənin sağ tərəfində üzərində beş ayrı xalça gülü (xalçaların mərkəzində yerləşən bir və ya bir neçə əsas naxış) təsvir olunmuş qırmızı rəngli şaquli zolaq yerləşir. Qırmızı zolağın sağ tərəfində, yaşıl sahənin üzərində, yuxarıda Türk simvolu olan ağ rəngli aypara və yenə ağ rəngdə beş ədəd beş guşəli ulduz təsvir olunmuşdur. Bayraqda təsvir olunan yaşıl və qırmızı rənglər türkmənlərin tarixən hörmət etdikləri rənglər olmuşdur. Ağ rəngli aypara ölkə üçün işıqlı gələcək ümidinin simvoludur. Beş ulduz isə Türkmənistanın beş əsas əyalətini (Axal, Balkan, Daşoğuz, Lebap və Marı) göstərir. Ənənəvi xalça dizaynları ölkənin beş qəbiləsinin, atlarının və ölkə embleminin motivlərindən irəli gəlir.
        Türkmənistanın rəsmi gerbi 1991-ci ildə qəbul edilmişdir. Qızılı rənglə haşiyələnmiş Türk simvolu olan səkkizguşəli yaşıl ulduzun mərkəzində qırmızı halqa təsvir olunur. Qırmızı halqanın sağ və sol tərəfi (çöl tərəfdən) sümbül təsviri ilə əhatə olunur, içərisində isə mavi rəngin üzərində axaltəkə atı təsvir edilir. Bu emblemin dairəvi forması 1992-ci ildən 2003-cü ilə qədər qüvvədə olmuşdur. Qırmızı dairənin üzərindəki gəvə motivləri bayraqda olduğu kimi qəbilələri, atları və ölkənin ənənəvi dini dəyərlərini əks etdirir. Gerbin mərkəzi elementləri olan sümbül budaqları türkmənlərin qonağı duz-çörəklə qarşılama adətləri ilə əlaqəlidir. Aypara və ulduzlar isə səciyyəvi Türk simvoludur. Ümumiyyətlə Türkmənistanın bayrağı və gerbi üzərindəki simvollar bir-biri ilə çox oxşardılar.
        Respublikanın idarəetmə forması prezidentli prespublikadır. Respublikya 1985-ci ildən 2006-cı ilə qədər prezident Səfərmurad Niyazov rəhbərlik edib. 2006-cı idə Niyazovun ölümündən sonra Qurbanqulu Berdiməhəmmədov prezident seçilib. 2008-ci ilin sentiyabrına qədər Türkmənistanda birpartiyalı system mövcud idi. 2008-ci ilin sentiyabırında yeni Konstitusiyanın qəbulundan sonra ölkədə çoxpartiyalı sistemin formalaşmasına icazə verildi. 1991-ci ildən Türkmənistan Müstəqil Dövlətlər Birliyinin üzvüdür.
        Türkmənistan Respublikasının milli himninin sözləri Aman Kəkilov tərəfindən yazılmış, musiqisi Vəli Muxatov tərəfindən bəstələnmişdir. Bu musiqi “Türkmənistan” adlanırdı. 1997-ci ildə bu himn “Müstəqil, Bitərəf, Türkmənistan Dövlət Himni” adlandırıldı. Yeni himnin müəllifi ömürlük prezident elan olunmuş Səfərmurad Niyazov idi.

Bu yazı 2088 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :