-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Təşkilatın məqsəd və vəzifələri
Şiriftin ölçüsünü dəyiş

Birliyin başlıca məqsədi Türk Dövlətləri Birliyinin yaranmasına çalışmaq, Azərbaycanın bu quruma (yarandıqdan sonra) və İslam Birliyinə inteqrasiyasının daha da sürətləndirilməsi üçün dövlətin bu istiqamətdəki siyasətində yaxından iştirak etməkdir.

     Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıda göstərilən vəzifələri həyata keçirir:

- Azərbaycanın Türk-İslam dünyasına inteqrasiyası üçün dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində dövlət orqanları ilə əməkdaşlıq;

- bu inteqrasiya istiqamətində reallaşdırılan vətəndaş təşəbbüslərinin dəstəklənməsi;

- Türk-İslam ölkələri ilə ictimai, mədəni, elmi əlaqələrin gücləndirilərək daha da inkişaf etdirilməsi;

- Türk-İslam ölkələri arasındakı iqtisadi əlaqələrin perespektivinin araşdırılması və onun cəmiyyətə çatdırılması;

- Türk-İslam ölkələri ilə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən proqramların, lahiyələrin həyata keçirilməsi;

- müasir elmi-texniki tərəqqinin Azərbaycanda tətbiqinə çalışmaq;

- Azərbaycan həqiqətlərinin Türk-İslam ölkələrində yayılması və informasiya mübadiləsinin genişləndirilməsi;

- Milli İdeologiyanın hazırlanmasına çalışmaqla dövlətin bu istiqamətdəki siyasətində yaxından iştirak edilməsi;

- mövcud problemlərlə bağlı dəyirmi masaların, elmi-praktik konfransların, simpoziumların, forumların, teleradio verlişlərinin və s. həyata keçirilməsi;

- müxtəlif mövzularla bağlı həm Azərbaycanda, həm də Türk-İslam ölkələrində rəy sorğularının keçirilməsi;

- xarici ölkələrdə fəaliyyət göstərən və Azərbaycan diasporunu təmsil edən müvafiq təşkilatlarla əlaqə yaradılması, onlara azərbaycançılıq ideyasının çatdırılması və nəzərdə tutulmuş işlərdə dəstəyin əldə edilməsi;

- türkçülük-islamçılıq dəyərlərinin qorunub saxlanmasına və ölkə ictimaiyyətinə, xüsusilə də gənclərə çatdırılmasına yardım göstərilməsi;


 


1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  Murad Abdüləzimov

E-mail:           -----------------

Şərh:             Əvvəla salam. O ki, qaldı görülən işlər və sizin qurumla bağlı fikirlərimə, nə yaxşı ki, uca TÜRK millətimizin sizin kimi şərəfli oğulları var. Yoxsa şərəfsizlər ordusu bizi bitirər. Siz və sizin kimi xalqın keşiyində duranlar da əmin olun ki, Azərbaycanda TURAN ordusu yetişməkdədi. Hər an böyük vətənimizin uğrunda öldürməyə hazırdır. Türk birliyi üçün hər bir “türkəm” deyən insanın qəlbi həyacanla atır. Əmin olun. Eşq olsun vətəni qarşılıqsız sevənlərə.

Bu yazı 1410 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :