-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Təşkilatın Nizamnaməsi
Şiriftin ölçüsünü dəyiş

 

1. Ümumi müddəalar

    1.1. “Müasir İ nkişaf” İctimai Birliyi (bundan sonra “Birlik” adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhtə edir.
    1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının konstitusiyası və “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin, bu Nizamnamə əsasına qurur.
    1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
    1.4. Birliyin yerləşdiyi ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu,M.Hadi küçəsi, ev 91, mənzil 59.


2. Birliyin məqsəd və vəzifələri

    2.1. Birliyin fəaliyyətinin əsas məqsədi türk xalqları arasında əməkdaşlığın inkişafına çalışmaq, onların mədəni inteqrasiyasında yaxından iştirak etməkdən ibarətdir;
    2.2. Birlik bu məqsədlərə  çatmaq üçün aşağidakı vəşifələri həyata keçirir:
  1. Türk xalqları ilə ictimai, mədəni, elmi əlaqələrin gücləndirilərək daha da inkişaf etdirilməsi;
  2. bu inteqrasiya istiqamətində reallaşdırılan vətəndaş təşəbbüslərinin dəstəklənməsi;
  3. Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılması və informasiya mübadiləsinin genişləndirilməsi;
  4. Türk xalqlarının müvafiq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edilməsi;
  5. iqtisadi əlaqələrin prespektivlərinin araşdırılması;
  6. mövcud problemlərlə bağlı dəyirmi masaların, elmi-praktik konfransların, simpoziumların, forumların, teleradio verlişlərinin və s. həyata keçirilməsi;
  7. xarici ölkələrdə fəaliyyət göstərən və Azərbaycan diasporunu təmsil edən müvafiq təşkilatlarla əlaqə yaradılması, onlara azərbaycançılq ideyasının çatdırılması və dəstək verilməsi;
  8. milli dəyərlərin qorunub saxlanmasına yardım göstərilməsi.

    2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keşirmək üçün Birlik:
  1. xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  2. elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və s. tədbirlər keçirir;
  3. Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir;
  4. Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmamış digər iş forma və metodlarından istifadə edir.
    2.4. Birlik Azərbaycan Respublikasının prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdyyələrin seçkilərində iştirak edə bilməzlər.
 

3. Birliyin hüquqları

    3.1.  Birlik aşağıdakı hüquqlara malikdir:
  1. öz adından əqdlər bağlamaq, əmlaki və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı vəya cavabdeh kimi çıxış etmək;
  2. Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  3. müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq;
  4. banklarda hesablar açmaq və hesablaşmalar  aparmaq;
  5. müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  6. qnunvericilikdə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  7. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş diqər hüquqlardan istifadə etmək

4. Birliyin əmlakı və maliyyə mənbələri


    4.1. Birliyin mülikyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəailyyətin maddi təminatı üçün qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.

    4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

    4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  1. təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  2. idarə, müəsisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
  3. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirləri;
  4. qrantlar;
  5. sərgilərdən, kosertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  6. təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  7. qanunvericilikdə qadağan olunmamış digər mədaxillər;

    4.4. Birliyin üzvləri onun mülkiyərinə daxil olan ayrı ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

    4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

    4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

    4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

    4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.  

 
5. Birliyin təsisçiləri və üzvləri, onların hüquq və vəzifələri

    5.1. Birliyin təsisçiləri hüquqi şəxslər ( dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və 18 yaşına çatmış fiziki şəxslər ola bilrlər.

    5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasiətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və bu Nizamnamə ilə müəyyən edilir.

    5.3. Azərbaycan Respublikasında hər bir fiziki hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

    5.4. Birliyə üzvlərin qəbulu Birliyin icra orqanları tərəfindən aparılır.

    5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdəkdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

    5.6. Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvülük vəsiqəsi verilir.

    5.7. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
  1. bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  2. Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;
  3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  4. Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  5. öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  6. onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
    5.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

    5.9. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

    5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  1. Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
  2. Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
  3. Nizamnamə tələblərinə riayət etmək;
  4. Birliyin tədbirlərində iştirak etmək.

    5.11. Birliyə üzvülük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

    5.12. Birliyə üzvülüyə aşağıdakı hallarda xitam verilir:
  1. könüllü olaraq Birliyin üzvülüyündən çıxdıqda;
  2. Birliyin üzvülüyüyndən çıxarıldıqda.

    5.13. Birliyin üzvü aşağıdakı hallarda üzvülükdən xaric edilir:
  1. Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  2. Mütamadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  3. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

    5.14. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

    5.15. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayayət etmək hüququ vardır.

 

6. Birliyin təşkilati strukturu və idarəetmə orqanları

    6.1. Birliyin ali orqanı ildə dir dəfədən az olmayaraq çaqrılan Ümumi Yıqıncaqdır.

    6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin ücdə bir hissəsinin təşəbbüsü ilə çağrılır.

    6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

    6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir;

  1. Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  2. Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  3. Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  4. illik hesabatın təsdiq edilməsi;
  5. başqa təşkilatlarda iştirak;
  6. Birliyin yenidən təşkili və ləğv edilməsi;
  7. 7. Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

    6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

    6.6. Ümumi Yığıncaqda mezakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın ləğvi barədə gərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

    6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.

    6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

    6.9. İdarə Heyəti kolegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
  1. Birliyin üzvülüyünə qəbul edir və üzvlükdən azad edir;
  2. təkliflər və layihələr irəli sürür;
  3. Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  4. Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
    6.10. İdarə Heyyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

    6.11. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

    6.12. Sədr:

  1. Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir.
  2. Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

    6.13. Birliyin Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarət həyata keçirir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

    6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.  
 

7. Birliyin fəaliyyətinə xitam verilməsi

    7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata kecirilir.

    7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komisiyyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata kecirilir.

 
8. Digər şərtlər

    8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

    8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyət təşkil edərsə,qanunvericiliyin müddəaları tədbiq edilir.

    8.3. Birliyin maliyə ili dövlət qeydiyatına alındığı tarixdən həmin ilin dekabr ayının 31-nə dək, növbəti ildən isə yanvar ayının 1-dən dekabrın 31-nə dək olan dövrü əhatə edir.





1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  İrfan Ünver Nasrattınoğlu

E-mail:           [email protected]

Sayt:           www.hkak.org

Şərh:           Böyle bir Birliğe üye olmaktan onur duyarım.



Bu yazı 6657 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :