-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2005-ci ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

1. 8 iyun 2005-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında birliyin təqdimetmə mərasimi keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; «Şərq» qəzetinin baş redaktoru, DAK-ın Məclis katibi Akif Aşırlı; TRT Azərbaycan təmsilçiliyinin rəhbəri Əbdülhəmid Əfşar; Milli QHT Forumunun prezidenti Azay Quliyev; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, «Azərbaycan Tarix Müəllimləri» təşkilatının sədri Təvəkkül Əliyev; «Türküstan» qəzetinin baş redaktoru Əli Ağalar; İran səfirliyinin nümayəndəsi Rza Rəşad; Axıska Türklərinin «Vətən» Cəmiyyətinin sədr müavini Nurəddin Həsənoğlu; Dini Araşdırmalar Mərkəzinin sədr müavini Nurəddin Mehdiyev; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; birliyin İdarə Heyətinin üzvü Taryel Faziloğlu çıxış ediblər. Çıxışçılar birliyin yaradılmasını təqdirlə qarşıladıqlarını qeyd ediblər.
2. Birlik 2005-2006-cı il tarixdə «Şərq» qəzetində Türk-İslam ideoloji prinsiplərinin təbliğinə xidmət edən 10-a qədər informasiya buraxılışı dərc etdirib.
3. 29 sentyabr 2005-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzində birliyin təşkilatçılığı, Dünya Türk Gəncləri Birliyinin mənəvi, «Şərq» qəzetinin informasiya dəstəyi ilə «Türk Dövlətləri Birliyinin qurulması iqtisadi əlaqələrdən keçir» mövzusunda tədbir keçirilib. Tədbirdə Maliyyə və Bank Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, iqtisad elmləri doktoru Zahid Məmmədov («Türk Dövlətləri Birliyinin iqtisadi əlaqələrinin perspektivləri və problemləri» mövzusunda) və Gənclər, İdman və Turizm Nazirliyinin təmsilçisi, tarix elmləri namizədi Elşən Hüseynov («Türksoylu ölkələrin birliyi və ya Ümumtürk Evinin yaradılmasını şərtləndirən səbəblər, perspektivlər» mövzusunda) məruzə ediblər. Konfransda birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Dünya Türk Gəncləri Birliyinin İdarə Heyətinin sədr müavini Elşad Abdullayev; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; «Azərbaycan Tarix Müəllimləri» təşkilatının təmsilçisi Elşən müəllim çıxış ediblər. Tədbirin sonunda Türk Dövlət və Muxtar Qurumlarına bu aktual məsələ ilə bağlı müraciət edilməsi, səslənən çıxışların və təkliflərin toplanılaraq nəşr edilməsi qərarlaşdırılıb.
4. 22 dekabr 2005-ci il tarixdə Gəncliyə Yardım Fondunun konfrans zalında birliyin təşkilatçılığı, «Mənəvi Saflıq» jurnalının informasiya dəstəyi ilə «Azərbaycanda İslam dininin inkişafı» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Elşən Mustafaoğlu; Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini, millət vəkili Aydın Mirzəzadə; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədr müavini Mail Yaqubov çıxış ediblər. Tədbirdə həmçinin İran səfirliyinin nümayəndəsi Pak Rəvan Məhəmməd Rza; İran Mədəniyyət Mərkəzinin nümayəndəsi Həmid Səfəri də iştirak ediblər. İslam dininin inkişafı, müsəlman ümmətinin birliyi, İslam ölkələrinin İslam Konfransı Təşkilatı çərçivəsində inteqrasiyası ilə bağlı səslənən fikirlər maraqla qarşılanmış və 15-ə yaxın KİV vasitəsilə («Şərq», TRT, «Xalq Cəbhəsi», «Exo», «Mərkəz», «Ədalət», «Olaylar», «525-ci qəzet», «Üç nöqtə», «GÜN Səhər», «Yeni Azərbaycan», «Olaylar» İA, «Mənəvi Saflıq» jurnalı) ictimaiyyətə çatdırılmışdır.

Bu yazı 1032 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :