-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2006-cı ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

1. Təşkilat 5 iyun 2005-ci il tarixdən 1 fevral 2006-cı il tarixədək «Türk-İslam Dünyası» İctimai Birliyi adı altında fəaliyyət göstərib. Birliyin 1 fevral 2006-cı ildə keçirilən növbədənkənar Ümumi Yığıncağında üzvlərin təklifi ilə təşkilatın adı «Müasir İnkişaf» İctimai Birliyi adlandırılıb. Bununla belə ad dəyişikliyi məqsəd və vəzifələrə, qarşıya qoyulmuş hədəflərə, ideoloji prinsiplərə heç bir təsir göstərməyib. Təşkilat Ədliyyə Nazirliyinin 15 mart 2006-cı il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb.
2. 27 aprel 2006-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) konfrans zalında birliyin təşkilatçılığı ilə «Milli İdeologiya nədir?» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; AMEA İHİ-nin direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev; millət vəkili Zahid Oruc; Nazirlər Kabinetinin Mətbuat Mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli; «Şərq» qəzetinin baş redaktoru, DAK-ın Məclis katibi Akif Aşırlı; Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev; AMEA İHİ-nin direktor müavini Araz Qurbanov; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədri Elşən Mustafaoğlu; Dini Araşdırmalar Mərkəzinin sədri, tarix elmləri namizədi Altay Göyüşov iştirak və çıxış ediblər. Tədbirin sonunda Milli İdeologiyanın olmaması barədə fikirlər nəzərə alınaraq bu çatışmazlığın aradan qaldırılması üçün işlərin görülməsi qərarlaşdırılıb. Bununla yanaşı AMEA İHİ-nin direktoru R.Mustafayevin bu istiqamətdə iş görülməsi üçün «Şərq Azadlıq Xartiyası» adlı sənədin hazırlanması barədə təklifi də müsbət qarşılanıb.
3. 1 iyun 2006-cı il tarixdə təşkilat «Yurdsevər Gənclər» İctimai Birliyi ilə birlikdə Beynəlxalq Mətbuat Mərkəzində «ABŞ-İran qarşıdurmasında Azərbaycan ictimaiyyətinin mövqeyi» mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı; Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu; Bütöv Azərbaycan Yolu təşkilatının sədri Ülvi Həkim; «Yurdsevər Gənclər» İctimai Birliyinin sədri Cəmil Rüstəmxanlı; Türkiyənin «Kanal-7» televiziyasının proqram aparıcısı, «First Bizness» jurnalının sahibi Seyfullah Türksoy; Türkiyənin Qazi Universitetinin professoru Çətin Almaz; Güney Azərbaycan Milli Oyanış Hərəkatını Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu və birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda ABŞ-ın BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymadan bölgədə silahlı münaqişə ocaqları yaratmasını pisləyən, beynəlxalq ictimaiyyətin İran probleminin dinc yolla həlli səylərini dəstəkləyən bəyanat qəbul edilmiş və 20-ə yaxın KİV vasitəsilə yayılmışdır.
4. 14 iyun 2006-cı il tarixdə Milli QHT Forumunun konfrans zalında birliyin təşkilatçılığı ilə «Dağlıq Qarabağ problemi və ictimai rəy» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Qarabağ Azadlıq Təşkilatının sədri Akfi Nağı; «Bütöv Azərbaycan Yolu» təşkilatının sədri Ülvi Həkim; «Azərbaycan Tarix Müəllimləri» təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin sədri Elşad Eyvazlı; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; «Təhsil» nəşriyyatının təmsilçisi Mustafa Çəmənli; birliyin üzvləri Gülnar Süleymanova, Pərviz Aağalarov; birliyin İdarə Heyətinin üzvü Elşad Qəzvini; «Yurdsevər Gənclər» İctimai Birliyinin sədri Cəmil Rüstəmxanlı çıxış ediblər. Tədbirin sonunda ictimai rəyi formalaşdıran KİV-lərə, müvafiq qurumlara, şəxslərə ünvanlanan və təbliğatın düzgün istiqamətdə, hərbi vətənpərvərlik ruhunda aparılması ilə bağlı bəyanat qəbul edilib.
5. 19 iyul 2006-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) konfrans zalında birliyin təşkilatçılığı ilə «Kütləvi İnformasiya Vasitələri və cəmiyyət» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; AMEA İHİ-nin direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev; Mətbuat Şurası sədrinin müavini, BDU-nun professoru, AzTV-nin «Səhər» proqramının baş redaktoru Qulu Məhərrəmli; professor, millət vəkili Fəzail İbrahimli; BDU-nun professoru Şamil Vəliyev; BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Həmid Vəliyev; BDU-nun dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov; «Mənəvi Saflıq» jurnalının təsisçisi, İctimai Televiziyanın «Cümə söhbəti» verlişinin aparıcısı Elşən Mustafaoğlu; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda KİV-də mövcud olan nöqsanlarla bağlı bəyanat qəbul edilmiş və bundan çıxış yollarını göstərən tövsiyyələr verilmişdir.
6. Birliyin 2008-ci ilin iyun ayından “Türk eli” adlı (dörd sayı) jurnalı nəşr olunur. Jurnal 2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər «Dialoq-XXI əsr» adı altında (üç sayı) nəşr olunub. 2007-ci ilin yanvar ayından Birliyin [email protected] adlı internet qrupu fəaliyyət göstərir.
7. 20 oktyabr 2006-cı ildə təşkilat İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi, «Tərəfsiz Jurnalistlər» İctimai Birliyi, «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi ilə birlikdə Beynəlxalq Mətbuat Mərkəzində «Təhsil müəssisələrində İslam dininin tədrisi vacibdir» mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri, «Dialoq-XXI əsr» jurnalının baş redaktoru Mübariz Aşırlı; birliyin İdarə Heyətinin üzvü, «Dialoq-XXI əsr» jurnalının redaktoru Elşad Qəzvini; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin İdarə Heyətinin üzvü Vüsal Əliyev; «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin üzvü Zaur İbrahimli; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov; BDU-nun dosenti, tarix elmləri namizədi Altay Göyüşov; ziyalı Elman İslam çıxış ediblər. Təhsil müəssisələrində İslam dininin tədrisinin vacibliyini vurğulayan çıxışçılar tədbirin sonunda səslənən fikirlərin təklif halına salınaraq aidiyyatı orqanlara göndərilməsini qərarlaşdırıblar.
8. 22 noyabr 2006-cı ildə təşkilat Dünya Gənc Türk Yazarlar Birliyi, İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi, «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyi, «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin təşkilatçılığı, Dünya Türk Gəncləri Birliyinin mənəvi, «Dialoq-XXI əsr» jurnalının informasiya dəstəyi ilə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Türk Dövlətlərinin Parlament Assambleyası» (TDPA) mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri, «Dialoq-XXI əsr» jurnalının baş redaktoru Mübariz Aşırlı; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov; «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədikli; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; TRT-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Əbdülhəmid Əfşar; «Deportasiya» İctimai Birliyinin sədri Hafiz Hacxalıl; YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva; Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri Rauf Qarayev; birliyin sədr müavini Taryel Faziloğlu; VHP sədrinin müşaviri Arif İsmayılbəyli çıxış ediblər. Tədbir iştirakçıları TDPA-nın yaradılmasının önəmini vurğulayaraq bu istiqamətdə həyata keçirilən işlərə ictimai dəstəyin göstərilməsinin vacib olduğunu dilə gətiriblər.
9. 20 dekabr 2006-cı il tarixdə «Müasir İnkişaf» İctimai Birliyinin təşkilatçılığı, «Dialoq-XXI əsr» jurnalının informasiya dəstəyi ilə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Türk Birliyini necə qurmalı?» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri, «Dialoq-XXI əsr» jurnalının baş redaktoru Mübariz Aşırlı; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Dillər Universitetinin professoru Oruc İbrahimoğlu Türksevər; Türk Dünyası Araşdırmaları Vəqfinin təmsilçisi Xəlil Qaramahmud; Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nizami Zöhrabi; türkiyəli professor Dursun Akbulut; Milli İnkişaf Mərkəzinin sədri Azər Həsənsoy; ziyalılar Elman İslam, Mirələkbər Seyidov; türkiyəli professor Qasım Qaraxan; «Həsərət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova çıxış ediblər. Tədbirdə Türk Birliyinə xidmət edən 10-a qədər təklif səsləndirilmiş, onların həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə həmçinin «Dünya Türklərinin Həmrəylik Günü»nün müəyyən və elan olunması ilə bağlı da müzakirələr aparılmışdır.
10. Təşkilat 20 dekabr 2006-cı il tarixdən etibarən Dünya Türklərinin Həmrəylik Günü ilə bağlı kampaniya aparmaqdadır. İlin müəyyən bir gününün (19-20 mart tarixləri Türk Dünyasında Novruz bayramının və Ergenekon bayramının keçirilməsi tarixidir. Eyni zamanda 1993-cü ilin bu günlərində Türk Dövlət və Muxtar Qurumlarının Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı adlanan tədbir gerçəkləşmişdir. Ona görə də ideya ilə tanış olan əksər şəxslər məhz 20 mart tarixini uyğun görmüşlər) Türk Dünyasında Həmrəylik Bayramı kimi qeyd olunması ilə bağlı Xarici Dillər Universitetinin professoru Oruc İbrahimoğlu Türksevər tərəfindən irəli sürülən, Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy tərəfindən inkişaf etdirilən bu ideyanı təşkilatın apardığı kampaniya nəticəsində ziyalılar (Nizami Cəfərov, Qənirə Paşayeva, Firudin Ağasıoğlu, Səməd Seyidov, Yusif Halacoğlu, Hidayət Orucov, Akif Əli, Zahid Oruc, Akif Aşırlı), qurumlar (Azərbaycan Dillər Universiteti, YAP Gənclər Birliyi, Almaniya Türk-İslam Dərnəyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası), mətbuat («Şərq», «Yeni Azərbaycan», «Olaylar», «Xəzər», «Xalq Cəbhəsi», «Ekspress» qəzetləri), bir sıra aparıcı QHT-lər və minlərlə tələbə gənc dəstəkləmişdir. Nəticədə ideya Azərbaycandan bütün Türk Dünyasına yayılmağa başlamışdır.

Bu yazı 795 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :