-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2008-ci ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

       1. Təşkilat 22 yanvar 2008-ci il tarixdə Türkiyənin Azərbaycandakı səfirliyinin konfrans zalında «Türk yenilməz, Çanaqqala keçilməz» başlığı altında bir ay davam edəcək layihənin təqdimat mərasimini keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Dialoq-XXI əsr» jurnalının baş redaktoru Mübariz Aşırlı; Türkiyə səfirliyinin üçüncü katibi Cevahir Akdemir; «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı; Birliyin İdarə Heyəti sədrinin müavini Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, «Xalq Cəbhəsi» qəzetinin redaktoru Bəhmən Faziloğlu çıxış ediblər. Layihənin məqsədi Osmanlı tarixinə qızıl hərflərlə yazılan və 1915-ci il martın 18-də Çanaqqala adlanan yerdə baş vermiş savaşın mahiyyətini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. 2008-ci ilin mart ayında başa çatan layihənin monitorinqi nəticəsində bəlli olub ki, Azərbaycanın geniş və elmi ictimaiyyəti Çanaqqala savaşlarının gedişatı və mahiyyəti barədə tam məlumat ala bilmişdir.
       2. Təşkilat 30 aprel 2008-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan tarixşünaslığında» mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Dialoq-XXI əsr» jurnalının baş redaktoru Mübariz Aşırlı; Bakı Dövlət Universitetinin «Azərbaycan tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru Mehman Abdullayev; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix elmləri namizədi İradə Məmmədova; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Bəhmən Faziloğlu iştirak və çıxış ediblər. Tədbirin sonunda çıxışçılar Gülüstan və Türkmənçay müqavilələrinin tarixşünaslığımızda saxta şəkildə təqdim olunmasının, geniş ictimaiyyətə təhrif edilmiş variantda təbliğ edilməsinin, türk Qacar sülaləsinin nümayəndələrinin fars mənşəli və qəddar hakimlər kimi göstərilməsinin, Azərbaycanın 1813-1828-ci illərdə ruslar və farslar tərəfindən bölüşdürülməsinin irəli sürülməsinin və s. tarixi faktların yanlış çatdırılmasının qarşısının alınmasını razılaşdırıblar.
         3. Təşkilat 19 iyun 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Nadir şah Əfşarın anadan olmasının 320 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Türk eli» jurnalının baş redaktoru Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Elnur Hüseynov; Birliyin İdarə Heyətinin sədr müavini, «Türk eli» jurnalının redaktoru Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhmən Faziloğlu; Birliyin Araşdırma Şöbəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Pərviz Ağalarov; «Təfəkkür» Universitetinin müəllimi Mahir Əliyev çıxış ediblər. Tədbirin sonunda çıxışçılar Nadir şah Əfşarın farslara xidmət edən, qəddar və despot hökmdar kimi təbliğ edilməsini pisləyərək onun Azərbaycan Türk hökmdarı kimi cəmiyyətə tanıtdırılmasını və gördüyü işlərin təbliğ edilməsini razılaşdırıblar. Eyni zamanda Nadir şah Əfşarın 320 illik yubileyinin keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilməsi qərarlaşdırılıb.
         4. «Türk yenilməz, Çanaqqala keçilməz» layihəsi çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri seçilən Azərbaycan Dövlət Radiosunun əməkdaşı Sülhiyyə Musaqızı, «Space» telekanalının Gəncə bölgəsi üzrə müxbiri Zakir Murad və operator Nazim Quliyev 10-16 iyul 2008-ci il tarixlərdə Türkiyənən İstanbul və Çanaqqala şəhərlərinə səfərə göndərilmişlər.
         5. Təşkilat 27 noyabr 2008-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzi və «Qismət» nəşriyyatı ilə birlikdə «Türk Qafqaz İslam Ordusu və Azərbaycan», «Missioner» kitablarının, «Türk eli» (2008 oktyabr) jurnalının təqdimat mərasimini keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Türk eli» jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; nəşrlərin ideya müəllifi və hazırlayanı Xəlil Öztürk; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor, millət vəkili Nizami Cəfərov; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç; akademik Vasim Məmmədəliyev; professor Musa Qasımlı; professor Fəzail İbrahimli; professor Kərim Şükürov; professor Anar İsgəndərov; «Qismət» nəşriyyatının baş direktoru Zahid Məmmədrzayev; yazıçı-publisist Akif Əli; türkoloq professor Firudin Ağasıoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğur; fəlsəfə doktoru Əhməd Qəşəmoğlu; politoloq Nəzirməmməd Qaramanlı; professor Qulu Məhərrəmli; Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Çingiz Əlioğlu; Qafqaz İslam Ordusunun hərbiçisinin övladı Hafiz Mirzəyev iştirak və çıxış ediblər.
         6. Təşkilat 2008-ci ilin dekabr ayında Qurban bayramı münasibətilə Türkiyənin Türk Ocaqları təşkilatının dəstəyi ilə 130-a yaxın imkansız ailəyə qurbanlıq paylamışdır.
 

Bu yazı 892 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :