-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2009-cu ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

         1. Təşkilatın 28 mart 2009-cu ildə keçirilən Ümumi Yığıncağında Nadir şah Əfşar adına Türk-İslam Dünyasına xidmət mükafatı təsis olunmuşdur. Mükafatın ildə bir dəfə, Türk-İslam Dünyasına xidmət edən şəxslərə verilməsi qərara alınıb.
        2. Təşkilat 4 aprel 2009-cu il tarixdə “Təkan” Tələbə Gənclər İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, TRT-nin Bakı ofisi, Gəncliyə Yardım Fondu ilə birgə Bakı şəhərində yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş musiqili gecə təşkil edib. Bakı şəhər Gənclər və İdman İdarəsi və TİKA tədbirin sponsoru kimi çıxış edib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; Türkiyə Səfirliyinin mətbuat müşaviri Bülənt Uğur; “Təkan” Tələbə Gənclər İctimai Birliyinin sədri Elşən Hüseynov; millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı; Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov; professor Oruc İbrahimoğlu Türksevər; millət vəkilləri Nizami Cəfərov; Qənirə Paşayeva; Nazim Məmmədov; Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı; “First Bisness” jurnalının sahibi Seyfullah Türksoy; TİKA-nın Bakı koordinatoru Əbubəkr Çelik iştirak və çıxış ediblər. İncəsənət xadimləri Ağalar Bayramov; Ədalət Oğuz; Xəyal Rza; Şəmistan Əlizamanlı; Esat Kabaklı; Əminə Yusifqızı; Sanaz Niknam; Seyfəddin Çaxmaqçı; Rza Cudi; Məhəmməd İftixari; Tatar, Avar, Ahıska Türkləri mahnı, şeir və rəqs ifa etmişlər. Bu tarixdən etibarən ideya Azərbaycandan bütün Türk Dünyasına yayılmağa başlamışdır.
         3. Təşkilat 22 aprel 2009-cu il tarixdə “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi ilə birgə, “Türk eli” jurnalının informasiya dəstəyi ilə Milli İdeologiya mövzusunda II konfransını keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; professor Şahlar Əsgərov; Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Rasim Mirzəyev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Cabbarov; tarix elmləri doktoru Güllü Yoloğlu; Birliyin İdarə Heyətinin sədr müavini, “Türk eli” jurnalının redaktoru Taryel Faziloğlu; “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu; tarix elmləri namizədi Bəhmən Əliyev; Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşı Azər Həsənli; Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov; Birliyin “Türk-İslam Dünyası” Diskussiya Klubunun üzvü Səfər İbrahim; jurnalist Rey Kərimoğlu; “Təkan” Tələbə Gənclər İctimai Birliyinin vitse-prezidenti Leyla Kərimova; Birliyin İdarə Heyətinin üzvü, hüquqşünas Aqşin Atalızadə; Birliyin Mədəniyyət Şöbəsinin sədri Sevda Mirzəyeva; Bakı Dövlət Universitetinin tələbəsi Hülya Məmmədli; Birliyin “Türk-İslam Dünyası” Diskussiya Klubunun üzvü Ceyhun Əliyev; Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Zamin Əhmədov iştirak və çıxış ediblər. Tədbirdə Milli İdeologiya, milli ideya, qüdrətli dövlət ideyası, Qarabağın işğaldan azad edilməsi, Bütöv Azərbaycan, iqtisadiyyatın inkişafı, ordunun gücləndirilməsi, Türkçülük və Türk dövlətlərinin inteqrasiyası, Azərbaycançılıq, İslam dininə baxış, Azərbaycan Konstitusiyasında ideoloji məsələlər və s. maraqlı, gərgin, uzun sürən müzakirələrdə diqqətə gətirildi.
         4. Təşkilat 1 iyul 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunacaq (iyul-noyabr 2009) “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər” adlı layihənin icrasına başlamışdır.
         5. Təşkilat 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsildə vətənpərvərlik” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev; Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vaqif Əliyev; yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; Baki Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədr müavini Lamiyə Hüseynova; Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov; Birliyin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov; Dünya Azərbaycanlıları Konqresinin gənclər təşkilatının nümayəndəsi, Azərbaycan Dillər Universitetinin tələbəsi Raziyə Sabirqızı; Birliyin İdarə Heyətinin üzvü Aqşin Atalızadə; Birliyin “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü Səfər İbrahim; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; Birliyin İdarə Heyətinin sədr müavini, “Türk Eli” jurnalının redaktoru Taryel Faziloğlu; Bakı Slavyan Universitetinin tələbə gənclər təşkilatının sədri Şəmsi Gülverdiyev; Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Qafar Sarıvəlli; Memarlıq və İnşaat Universitetinin tələbəsi Tural Əkbərov; Birliyin “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü Nicat Əliyev çıxış ediblər. Tədbirdə mövzü üzrə səsələnən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
         6. Təşkilat 15 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dövlət-vətəndaş münasibətlərində gənclərin yeri” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu; Nazirlər Kabinetinin Mətbuat Mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; Mərkəzi Seçki Komissiyasının hüquqşünası Rafiq Abbasov; Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə; Birliyin İdarə Heyətinin sədr müavini, “Türk Eli” jurnalının redaktoru Taryel Faziloğlu; Birliyin İdarə Heyətinin üzvü Aqşin Atalızadə; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; Birliyin üzvü, telejurnalist Sevda Mirzəyeva; Dünya Azərbaycanlıları Konqresinin gənclər təşkilatının sədri Samir Turan; Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin rəhbəri Vasif Namazov; Birliyin “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü, tələbə Nicat Əliyev çıxış ediblər. Tədbirdə mövzü üzrə səsələnən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
         7. Təşkilat 23 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; ehtiyyatda olan hərbiçi İldırım Məmmədov; Ehtiyyatda və İstefada Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli; Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova; professor Firudin Cəlilov; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; ehtiyyatda olan zabit Oqtay Kərimov; Bakı Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədr müavini Lamiyə Hüseynova; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Birliyin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Taleh Cəfərov; Birliyin üzvü Sahil Abbasov çıxış ediblər. Tədbirdə mövzü üzrə səslənən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
       8. Təşkilat 1 iyul - 30 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər” adlı layihə icra etmişdir. Layihə nəticəsində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyası hazırlanmış və bu sahə üzrə sistemli iş aparılması planı təqdim edilmişdir. Plan gənclərlə birbaşa (yaxud dolayısı ilə) çalışan bütün qurumlara təqdim edilmişdir.
       9. Təşkilatın İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı və Birliyin İdarə Heyətinin sədr müavini, “Türk Eli” jurnalının redaktoru Taryel Faziloğlu 16-23 noyabr 2009-cu il tarixdə Türkiyəyə səfər etmişlər. 16 noyabr 2009-cu il tarixdə İstanbulda TRT-nin əməkdaşı Əbdülhəmid Əfşar; professor Fethi Gedikli; İstanbul Universitetinin Avrasiya İnstitutunun rəhbəri, professor Hayati Tüfekçioğlu; İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, professor, Aydınlar Ocağının başqanı Mustafa Erkal; Türkiyə Cümhuriyyətinin Basın Yayım ve İnformasyon Genel Müdirliyinin İstanbul İl müdiri Necmeddın Altuntaş; Diyanet İşləri Başqanlığının İslam Araşdırmalar Mərkəzinin başqanı, professor Mehmet Akif Aydınla; 17 noyabr 2009-cu il tarixdə Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı, professor Turan Yazqan; Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Ərtoğrul Qazi Sağlamla görüşlər keçirilmişdir. 18 noyabr 2009-cu il tarixdə Dünya Türkləri və Akraba Topluluqları Hizmet Derneyinin başqanı Metin Özkan Birliyin rəhbərlərinin şərəfinə ziyafət təşkil etmişdir. Ziyafətdə eyni zamanda İstanbul valisinin müavini Mustafa Altıntaş, Yeditəpə Universitetinin professoru Cengiz Tokulu, jurnalistlər və s. şəxslər də iştirak etmişlər. 19 noyabr 2009-cu il tarixdə Ankarada Türkiyə Cümhuriyyətinin Başbakanlığında Türk Dünyası ilə iş üzrə müşavir Birol Dok; Avrasya Akademik Sanatlar Egitim Mərkəzinin başqanı, professor Alim Korkmaz; Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun başqanı, AKP-li millət vəkili Mustafa Kabakçı; MHP-lı millət vəkili Mehmet Şandır; 20 noyabr 2009-cu il tarixdə Ankarada Ülkü Ocaqlarının başqanı Harun bey; Türkiyə Strateji Araşdırmalar Mərkəzinin prezidenti Sinan Oğan; MHP-nin Türk Dünyası ilə iş üzrə başqan müavini, millət vəkili A. Deniz Bölükbaşı; 21 noyabr 2009-cu il tarixdə Türk Ocaqlarının baş katibi, professor Orhan Kavuncu; Əhməd Yesevi Vəqfinin İdarə Heyətinin sədri Namiq Kamal Zeybek; Türk Dünyası İnsan Hüquqları Təşkilatının başqanı Abdullah Buksur; Türk Ocaqlarının təmsilçisi Nevzat Kösoğlu; Avrasya Yazarlar Birliyinin başqanı Yakup Deliöməroğlu; TRT-nin əməkdaşları Əli Doğan və Mustafa Görüryılmazla görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşdırılması; Türk Dünyasının inteqrasiyası və s. maraq doğuran ortaq məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
       10. Təşkilat 2009-cu ilin dekabr ayında Qurban bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Dini İşlər üzrə Müşavirliyinin və Türkiyənin Türk Ocaqları təşkilatının dəstəyi ilə 300-ə yaxın imkansız ailəyə qurbanlıq paylamışdır.
      11. Təşkilat 17 dekabr 2009-cu il tarixdə “Azərbaycançılıq nədir?” mövzusunda konfrans keçirib. Qeyd edək ki, tədbir Milli İdeologiya mövzusunda III konfrans olub. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; professor Şahlar Əsgərov; “Özkaya Group” şirkətinin prezidenti Osman Gezeker; politoloq Nəzirməmməd Qaramanlı; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda Milli İdeologiya istiqamətində araşdırmaların davam etdirilməsi və yekun nəticəyə gəlinməsi qərara alındı.
 

Bu yazı 934 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :