-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Mübariz Göyüşlünün tərcümeyi-halı
Şiriftin ölçüsünü dəyiş

Mübariz Göyüşlü


   1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Univerisitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr, 2005-2008-ci illərdə isə magistratura pilləsi üzrə ali təhsil alıb. İxtisasca jurnalistdir.
   1999-2000-ci illərdə Beyləqan rayonundakı “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
    1998-2001-ci illərdə “Olaylar” və “525-ci qəzet”də, 2001-2008-ci illərdə “Şərq” qəzetində müxbir vəzifəsində çalışıb.
2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər “Dialoq – XXI əsr”, 2008-ci ilin iyun ayından “Türk Eli” adıyla çap olunan elmi-ictimai-ideoloji jurnal təsis etmiş və 2011-ci ilin iyun ayına qədər bu jurnalda baş redaktor vəzifəsində çalışmışdır. Jurnalist kimi fəaliyyət göstərdiyi 1998-2011-ci illərdə Mübariz Aşırlı imzası ilə çoxsaylı siyasi-ictimai-ideoloji məqalələri çap olunmuşdur.
    2010-cu ildə yaradılmış www.uluturk.info saytının, 2013-cü ildə yaradılmış www.millikimlik.az saytının və YouTube-də açılmış Milli Kimlik kanalının təsisçisidir.
      2013-cü ildə çap edilmiş “Milli-Mənəvi Dəyərlərimiz” kitabının hazırlanmasında iştirak edib.
      Jurnalist fəaliyyəti ilə yanaşı 2001-2005-ci illərdə müxtəlif gənclər təşkilatlarının təmsilçisi kimi fəaliyyət göstərib.
    2008-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
      17 dekabr 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində namizədliyi Bakı şəhərindəki Xətai rayon Bələdiyyəsinə “Güclü  Bələdiyyə Uğrunda” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb və bələdiyyə üzvlüyünə namizəd kimi seçkilərdə iştirak edib. 2005-ci, 2010-cu və 2013-cü illərdə keçirilən seçkilərdə Bakı şəhərinin Xətai, Binəqədi rayonlarında seçkiləri müşahidə və monitorinq edən qrupa başçılıq etmişdir.
      2005-ci ilin 5 iyunundan 2006-cı ilin 1 fevralına qədər “Türk-İslam Dünyası” İctimai Birliyi, 2006-cı ilin 1 fevralından “Müasir İnkişaf” İctimai Birliyi adlanan təşkilatın İdarə Heyətinin sədri seçilib. “Müasir İnkişaf” İctimai Birliyi 25 sentyabr 2011-ci ildən etibarən beynəlxalq təşkilat kimi çalışmalarını genişləndirmişdir (təşkilatın Gürcüstan, Fransa, Rusiyada nümayəndəlikləri mövcuddur).
    2010-cu ildə dörd türk dövlətinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) başçısı tərəfindən İstanbulda təsdiqlənərək həyata keçən Dünya Türklərinin Həmrəylik Gününün (Türk Dövlətləri Günü) əsas təbliğatçısı və ideya müəlliflərindən biridir.
     2010-2013-cü illərdə Ortaq Türk Dili, Ortaq Türk Əlifbası, Ortaq Türk Tarix Kitabı, Ortaq Türk Ədəbiyyat Kitabı ideyasının həyata keçməsi üçün Azərbaycanda və Türkiyədə yüzdən çox təşkilat, siyasi partiya, KİV rəhbərindən, millət vəkilindən imza toplamışdır. Nəticədə 2013-cü ildə prezident İlham Əliyev dövlət dili ilə bağlı proqramda Ortaq Türk Dili və Ortaq Türk Əlifbası bəndini də təsdiqləmişdir.
     Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihələr çərçivəsində 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyasının, 2011-ci ildə “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” Konsepsiyasının, 2013-cü ildə “Milli dövlətçilik ideologiyası” Konsepsiyasının hazırlanmasında iştirak edib.
      2013-cü ildə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini həyata keçirmiş, “Milli Kimlik” Konsepsiyasının hazırlanmasında iştirak etmişdir.
      Fəaliyyət göstərdiyi müddət ərzində dövlət və dövlətçilik maraqlarını təbliğ edən yüzə qədər tədbir həyata keçirmiş, 2011-2012-ci illərdə Bakıda üç beynəlxalq konfrans təşkil etmişdir.
     2009-cu ildə bir neçə qeyri-hökumət təşkilatının bir araya gəlməsində və Vətəndaş Cəmiyyəti İttifaqı adı altında bir koalisiyada birləşməsində aktiv iştirak etmişdir.
     2013-cü ildə Milli QHT Forumunun Regionlarla İş Departamentinin rəhbəri təyin olunub.
    2007, 2008, 2009-cu illərdə Qurban bayramı münasibətilə 600-ə qədər imkansız ailəyə xeyriyyə yardımlarının paylanmasında aktiv iştirak etmişdir.
    2005-ci ilin oktyabr ayında Gürcüstanda (Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə orada yaşayan soydaşlarımızla bağlı problemlərin mətbuatda işıqlandırılması üçün), 2007-ci ilin may ayında Rusiyada (Nijni-Novıqorod şəhərindəki Azərbaycan diasporası ilə bağlı), 2009-cu ilin noyabr ayında Türkiyənin İstanbul və Ankara şəhərlərində (buradakı təşkilatlarla əməkdaşlıq və tanışlıq məqsədilə), 2010-cu ilin iyul-avqust aylarında Gürcüstanda (Borçalı Türklərinin yaratdıqları təşkilatlarla əlaqələr qurmaq üçün), 2010-cu ilin noyabrında Türkiyənin İstanbul və Ankara şəhərlərində (Ortaq Türk Əlifbası ilə bağlı kampaniyaya dəstək məqsədilə), 2011-ci ilin aprel ayında Türkiyədə (İzmirdə keçirilən Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayında nümayəndə kimi), 2011-ci ilin may ayında Türkiyənin Ankara şəhərində (Otaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili kampaniyası ilə əlaqədar), 2011-ci ilin 3-4 oktyabrında Türkiyənin Ankara şəhərində (Türk Ocaqlarının təşkilatçılığı ilə keçirilən “Türk Dünyası Günü” tədbirində iştirak, çıxış və Türk Dünyasına Xidmət mükafatı ilə mükafatlandırılma mərasimi, 2013-cü ilin 27 iyun-1 iyulunda Rusiyanın paytaxtı Moskva şəhərində (“Cənubi Qafqazda konfliktlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfrans) səfərlərdə olub.
     Jurnalist və ictimai xadim kimi fəaliyyət göstərdiyi dövrlərdə müxtəlif mükafatlarla mükafatlandırılmışdır. 2004-cü ildə jurnalist fəaliyyəti ilə əlaqədar Bakı şəhərində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə şəkildə təsis edilmiş Fəxri Diplomla; “Əkinçi” Cəmiyyəti tərəfindən Həsən bəy Zərdabi adına Fəxri Diplom və Medalla; “Bakcell” MMC tərəfindən Fəxri Diplomla; 2011-ci ildə Ankara şəhərində ictimai fəaliyyəti ilə əlaqədar Türk Ocaqları tərəfindən Türk Dünyasına Xidmət mükafatı ilə mükafatlandırılmışdır.
      Barəsində məlumatlar beynəlxalq internet ensiklopediyasında – Vikipediada yerləşdirilmişdir.
      Ailəlidir, bir qızı var.

Əlaqə;
Telefon (iş):       (+994 12) 434-34-44

Telefon (mob):   
(+994 70) 736-11-44
                        
E-mail:               turk-islam@mail.ru; mubariz2011@hotmail.com
                               
Facebook:          http://www.facebook.com/mubariz.goyuslu
Wikipedia:          http://az.wikipedia.org/wiki/Mübariz Göyüşlü/

Türk-İslam ideoloji prinsipi daim fəaliyyətinin əsası olub. Buna görə də 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub. Nəticədə daha geniş aiditoriyanı əhatə etmək, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq mümkün olub. Məhz Türk-İslam ideoloji prinsiplərinin seçilməsinin birinci səbəbi Azərbaycan bayrağının rəngidir. Digər səbəbi isə Şeyx Cəmaləddin əl-Əfqani, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və s. kimi fikir dahilərinin miras qoyub getdikləridir. Yəni onların “ey gələcək nəsil ideoloji sahədə hansısa iş görmək istəsəniz bunu Türk-İslam dəyərləri çərçivəsində həyata keçirin” başlıqlı yazılan və yazılmayan göstərişlərdir.

Bu yazı 1864 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :