-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Biruni
Şiriftin ölçüsünü dəyiş

Yer kürəsinin modelini 995-ci ildə hazırlayan şəxs

       Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd Xarəzmli (indiki Özbəkistan) (4.IX.973 – 9.XII.1048) ensiklopediyaçı alim olub.
       Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Uzun səyahətləri zamanı İran yaylasını, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materialların və özünün empirik müşahidələrinin əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Əl-Biruni "Nihayatül-Emakin" adlı əsərində yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu söyləməklə bu fikri Kopernikdən 500 il əvvəl gündəmə gətirmişdir. Koperniklə başlayan müasir astranomiyanın və fizikanın təməllərini atmışdır. Dünyanın bir çox ölkələrinin, şəhərlərinin, o cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitabül-Camahir fi Marifetil-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.
       Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəldir və “Xüsusi çəki” kitabında onu təsvir edir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
      Biruninin Gürgəncdə yazdığı «Müqayisəli çəki» adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirib. Biruni substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparıb. Bunların nəticələrini o, «İksir haqqında elmi əsər»ində («Risolat əl-İksir») təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır.
       Biruni 994-cü ildə Amu Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, Şərqin birinci relyefli qlobusu idi. Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparırdı.

Bu yazı 1497 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :