-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Uluğ Bəy
Şiriftin ölçüsünü dəyiş

Türk Dünyasının sönməyən ulduzu

         Əmir Teymurun kişi nəvələrindən hökmdar olanlardan birinin oğuludur. 1393-cü ildə Sultaniyyə şəhərində doğulmuşdur. Teymurun vəfat etdiyi zaman Uluq Bəy Səmərqənddə idi. Mirzə Xəlil Sultanın hücumu və işğalı nəticəsində atasının yanına – Mavərrünəhrə getmək məcburiyyətində qalmışdır. Atası buraları yenidən nəzarətinə alaraq sonda hakimiyyəti on altı yaşında olan oğlu Uluq Bəyə vermişdir. Uluq Bəy, bu tarixdən etibarən həm hökuməti idarə etmiş, həm də təhsilinə davam etmişdir. O, məlumatlı və yetkin bir padşah idi. Boş zamanını kitab oxumaq və alimlərlə elmi mövzular üzərində danışmaqla keçirərdi. Bütün alimləri öz bölgəsinə yığmışdı. Diqqətlə oxuduğu kitabın sözlərini belə yaddaşında saxlaya biləcək qabiliyyətə malik idi. Riyaziyyat və astronomiya məlumatları olduqca yüksək səviyyədə idi. Yayılan şayələrə görə, öz falına baxaraq, oğlu Əbdüllətif tərəfindən öldürüləcəyini görmüş və nəticədə oğulunu özündən kənarda tutmağı uyğun hesab etmişdir. Ata ilə oğlu arasındakı bu soyuqluq, Uluq Bəyin kiçik oğulu ilə yaxınlaşması ilə daha da şiddətlənmiş və sonunda Uluq Bəyin qorxduğu başına gəlmişdir.
       Uluq Bəy, Səmərqənddə bir mədrəsə və bir də rəsədxana tikdirmişdir. Kadızadə bu mədrəsəyə başçılıq etmişdir. Rəsədxana üçün bölgədə olan bütün mühəndis, alim və ustaları Səmərqəndə çağırmışdır. Özü üçün də bu rəsədxanada bir otaq inşa etdirərək bütün divar və tavanları göy cisimlərinin mənzərələriylə, şəkilləriylə bəzətmişdir. Rəsədxananın istehsal və rəsəd alətləri üçün heç bir xərcdən boyun qaçırmamışdır. Rəsədxananın hazırlığı ancaq on iki ildə bitirilə bilmişdir.
       Rəsədxananın rəhbərliyini Bursalı Kadızadə Rumu ilə Cəmşidə vermişdir. Cəmşid və Kazızadə  müşahidələr bitmədən ölmüşlər. Rəsədxananın bütün işləri o zaman gənc olan Əli Quşçuya qalmışdır. Bu müşahidə nəticəsində Uluq Bəy məşhur Zeyc əsərini hazırlamışdır. Zeyc Kürkəni və ya Zeyc Cedit Sultanı adı verilən bu əsər, bir neçə əsr ərzində Şərqdə və Qərbdə faydalanılacaq bir əsər olmuşdur. Zeyc Kürkəni bəzi kəslər tərəfindən açıqlanmış və Zeycin iki məqaləsi ilk dəfə 1650-ci ildə Londonda nəşr edilmiş, Avropa dillərinin bir çoxuna çevrilmişdir. 1839-cu ildə cədvəlləri fransızcaya tərcümə olunmuş və əsər 1846-cı ildə eynilə nəşr olunmuşdur. Zeyc Kürkəninin əsl surətlərindən biri İraq və İran döyüşlərindən sonra Türkiyəyə gətirilmiş və hələ də Ayasofya kitabxanasındadır.
       Uluq Bəy hiylə ilə oğlu Əbdüllətif tərəfindən 1449-cu ildə öldürülmüşdür.

Bu yazı 1411 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :