-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qarabağsız Azərbaycan yoxdur
Şiriftin ölçüsünü dəyiş

        “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər XIX əsrin əvvəllə- rindən etibarən bəzi xarici dövlətlər tərəfindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülmüşlər. Nəticədə müxtəlif vaxtlarda soydaşlarımızın həmin ərazilərdən sıxışdırılıb çıxarılması prosesi başlamışdır. 1988-ci ilin fevralından etibarən Sovetlər Birliyi rəhbərliyinin riyakar mövqe tutaraq təcavüzkarı himayə etməsi nəticəsində həm Ermənistanda, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində şovinizm və yerli azərbaycanlı (türk) əhaliyə qarşı antikonstitusion əməllər geniş vüsət almışdır. Keçmiş SSRİ rəhbərliyinin, xaricdəki bəzi siyasi dairələrin və erməni lobbisinin himayəçiliyi ilə daha da azğınlaşan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda Konstitusiyaya və beynəlxalq hüquq normalarına zidd idarəetmə strukturları yaradaraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nı elan etmişdir. 1992-ci ilin 26 fevralında Azərbaycan türklərinin ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən (bu əməliyyatda hazırkı prezident Robert Köçəryan da iştirak edib) mühasirəyə alınmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın insan xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilmişdir. Vaxt ötdükcə Ermənistanın hərbi təcavüzü və etnik separatizmin miqyası daha da genişlənmiş, Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq Azərbaycanın digər ərazilərinin işğalı ilə nəticələnmişdir.
        Ermənistanın Azərbaycana təcavüzü böyük insan tələfatı, ağır maddi və mənəvi itkilərlə nəticələnmişdir. Hərbi təcavüz nəticəsində 20 minədək vətəndaşımız həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuş, 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer, 464 тarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km. su kəməri, 2000 km. qaz kəməri, 15 min km. elektrik xяtti, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi, 1200 km. irriqasiya sistemi dağıdılaraq məhv edilmişdir. Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilər nəzarətsiz zonaya, transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.
        Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi öz əksini tapmışdır. Təəssüf ki, bu sənədlərdə silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinə indiyədək əməl edilməyib. Eyni zamanda bu məsələdə birmənalı şəkildə daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən İslam Konfransı Təşkilatının da qətnamələrinə əhəmiyyət verilməyib. Münaqişənin indiyədək həllini tapmaması, xalqımızın hələ də “nə müharibə, nə də sülh” şəraitində yaşaması, ərazilərin beşdə birinin işğal altında, əhalinin səkkizdə birinin qaçqın və məcburi köçkün vəziyyətində olması hərb yoluna əl atmağın zəruriliyini artırır.
Vətənini, millətini, torpağını sevən Azərbaycan insanı döyüşə hazır ol!

        Qeyd: Sənədin hazırlanmasında 15 mart 2006-cı il tarixdə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayında qəbul olunmuş müraciətin mətnindən istifadə olunub.

Bu yazı 990 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :