-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Milli İdeologiya
Şiriftin ölçüsünü dəyiş

Bəhmən Əliyev
tarix elmləri namizədi

        Azərbaycan cəmiyyətində xüsusilə dövlət müstəqilliyimizin bərpasından sonra milli ideologiya ilə bağlı müzakirələr genişlənib və bu proses siyasi, elmi, hüquqi xarakter alıb. Belə müzakirələrin aparılması zəruridir. Hər bir demokratik cəmiyyətdə olduğu kimi demokratikləşməyə can atan Azərbaycan toplumunda da daim milli ideologiya ilə bağlı müzakirələrin getməsi, dünyada yaranan yeni, qlobal reallıqların milli ideologiyamıza təsiri məsələlərinin araşdırılması elmi tədqiqatların, elmi-praktiki konfransların obyektinə çevrilməsi vacibdir.
        Milli İdeologiya hər bir millətin etnik tarixinin, milli dünyagörüşünün, milli ruhunun təzahürü olmaqla yanaşı, həm də hər bir millətin milli kimliyini (xüsusən, dövlətçiliyini) qoruyub saxlamaq, inkişaf etdirmək imkanlarının mənəvi əsasıdır. Həmin mənəvi əsas isə siyasətə, hərbi gücə, iqtisadiyyata, geosiyasətə söykənir.
        Azərbaycanın Milli İdeologiyası ilə bağlı müxtəlif, oxşar arqumentlərə söykənən mülahizələr ortaya çıxa bilər. Amma cəmiyyətimizin qəbul etdiyi bir həqiqət var. Dövlətimizin rəsmi atributu olan üçrəngli bayrağımızın rənglərinin bütövlükdə anlamı Azərbaycanın milli ideologiyasıdır. Tarixin sınağından keçən bu ideologiya təxminən 150 ildir ki, formalaşıb. Mirzə Fətəli Axundovun "Kəmallüdövlə məktubları" əsərində haqqında qısaca danışılan "müasirləşmək, türkləşmək, islamlaşmaq" ideyası özündən sonra təxminən 70 il ərzində cilalanıb, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla, Azərbaycan Respublikasının bərpasıyla siyasi-dövlətçilik təsdiqini tapıb.
        Dünyadakı etnosiyasi, hərbi, iqtisadi proseslərin miqyası baxımından XX əsrin əvvəllərilə həmin əsrin sonuncu onillikləri bir-birinə bənzəyir. Məhz buna görə də 1918-ci ildə üçrəngli bayrağı rəsmən təsdiqləmiş Xalq Cümhuriyyəti rəhbərlərinin və parlament üzvlərinin XX əsrin əvvəllərində dünyada, regionda baş verən nəhəng siyasi, hərbi, inqilabi proseslərin aktiv iştirakçıları idilər. Məhz bu məqamları nəzərə alanda XX əsrin əvvəllərində formalaşan milli ideologiyamızın aktual olduğunu vurğulamaq vacibdir.
        Qlobal dünyada Azərbaycanda müasirlik (demokratikləşmə, geosiyasi, geoiqtisadi və s. məsələlər), türkçülük (milli mənsubiyyət və dövlətdə aparıcı etnos olaraq Azərbaycan türkü, siyasi vətəndaşlıq mənsubiyyəti olaraq azərbaycanlı), islamlaşma vəhdətdədir. Bunları bir-birindən ayırmaq mümkün deyil və müasirləşmə, türkləşmə və islamlaşma bütövlükdə Azərbaycançılığı müəyyənləşdirir.



1 Şərh əlavə edilmişdir


Ad və soyadı:  Nicat Göyüşlü

E-mail:           [email protected]

Şərh:             Dəyərli məlumatlara görə təşəkkürlər

Bu yazı 2281 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :