-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qloballaşan dünya və Milli İdeologiya
Şiriftin ölçüsünü dəyiş

Vüsalə Rafiqqızı

        Təxminən on-on beş il əvvəl qloballaşan dünya haqqında ilkin düşüncələr meydana gələrkən əksər insanların düşüncəsində iyirmi birinci əsrin daha çox qloballaşma əsri olacağı barədə təsəvvürlər var idi. Lakin yaşadığımız iyirmi birinci əsrin  ilk on ilində Yer  planetinin sakini olan - bizlər dünyanın baş verən hadisələrə və problemlərin həllinə qlobal müstəvidən daha çox qütbləşmiş dünya müstəvisindən yanaşma nümayiş etdirməsini müşahidə etməkdəyik. Baxmayraq ki, indi qloballaşma, qlobal dünyanın problemlərinin həlli barədə tez-tez danışırlar, hətta aparıcı dövlətlərin rəhbərləri də öz çıxışlarını daha çox bu tezislər üzərində qurmağa çalışılar. Ortada olan real faktlar və hadisələr dünyanın bu problemlərin həllində bir araya gəlməsindən çox yeni parçalanmalara və qütbləşməyə getdiyini göstərir. İyirmi birinci əsrin- belə deyək ki, qloballaşan dünyanın indi əsas problemlərindən biri də Milli ideologiya ilə bağlıdır.
        Çox maraqlıdır ki, bir sıra aparıcı dövlətlər özündən ərazicə və güc baxımından zəif olan dövlətlərdə Milli ideologiyanı zəiflətmək və ya onu müasir düşüncə adı altında kosmopolit yanaşmalarla əvəzləmək siyasətlərini indi daha açıq şəkildə yeritməyə başlayıblar. Azərbaycanda da son illər bu məsələyə yanaşmalar heç də birmənalı deyil. Bəzi kosmopolit düşüncələrin məhsulu olaraq Azərbaycanın bu məsələdə dünya dəyərlərindən geri qaldığına dair iddialar var. Hətta bir sıra hallarda ölkədə Milli ideologiyanın aşağı olması və yaxud da formalaşmaması kimi iddialar da var ki, bu da bu gün bu məsələ üzərində daha ciddi düşünmək üçün əsas yaradır.
        Gəlin, görək Azərbaycanı modernləşdirmək istəyən modernistlərin, başqa sözlə desək, Azərbaycançılıq düşüncəsini daha çox kənardan gələn dəyərlərlə əvəzləməyə çalışan insanların Avropalaşmış Azərbaycan modeli bizim Milli ideologiyamızla nə dərəcədə uzlaşır. Bu gün Azərbaycan Avropaya inteqrasiya edən, bir sıra müasir standartları və yenilikləri əldə etməyə çalışan ölkələr sırasındadı. Lakin Avropaya inteqrasiya heç də o demək deyil ki, müasir dünyanın tələbləri fonunda Azərbaycana məxsus milli-mənəvi dəyərlər, uzun tarixi yol keçmiş  ənənələr arxa planda qalmalıdır. Azərbaycan Avropaya öz dəyərlərini saxlamaqla inteqrasiya etməlidir. Lakin bu gün cəmiyyətdə müşahidə edilənlər bir sıra hallarda milli dəyərlərin qorunub saxlanılması ilə bağlı bir qədər narahatçılıqlar doğurur ki, bu da əsasən müasir gəncliyin avropalaşması istiqamətdə gedən proseslərlə daha çox bağlıdır. Qərblə Şərqin arasında bir körpu olan Azərbaycanda milli ideologiya necə olmalıdı, bu gün milli ideologiya ilə bağlı baxışlar necədir?
        Əslində bizim cavab axtardığımız bu suallar bu gündən doğan ortaya çıxan məsələlər deyil. Hələ ötən əsrin əvvəllərində Azərbaycan tarixində xüsusi yeri və çəkisi olan böyük ziyalılarımız da milli ideologiya ilə bağlı düşüncələrini ortaya qoymağa, insanları bu dəyərlər ətrafında birləşdirməyə çalışırdılar. O zamanlar Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu M. Ə. Rəsulzadə,  Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə və digər adlarını saymadığımız Azərbaycan aydınları insanlarda milli əqidənin formalaşması, insanların kütlə düşüncəsindən çıxaraq  ziyalı düşüncəsini əldə etməsi üçün çox işlər görüblər. O zamanlar  Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə millətçilik, dövlətçilik, türkçülük əqidəsindən çıxış edərək ortaya kifayət qədər aydın bir konsepsiya qoymuşdu. Azərbaycan gəncələrinə müraciətində də onları türkləşmək, islamlaşmaq və müasirlik dəyərləri ətrafında birləşməyə çağıran böyük ictimai-siyasi xadimin bu ideologiyası müsavatçılıq adı altında inkişaf etsə də bu dəyərlər əslində bu günkü Azərbaycanımızın da sütun dəyərləridir. Hansı ki,  ADR-ın varlığına son qoyan «qırmızı imperiya» belə insanların düşüncəsindən və tarixin səhifələrindən bunu silə bilmədi.
        Ötən əsrin 70-ci illərində Milli lider Heydər Əliyevin «qırmızı imperiya» daxilində bir   azərbaycançılıq fəlsəfəsini ortaya qoymasının özü də kifayət qədər uzaqgörən və sağlam məntiqin nəticəsi idi. 90-cı illərin əvvəllərində keçmiş SSRİ-nin dağılması bütün post-sovet ölkələri kimi Azərbaycanın da qarşısında bir sıra cavabı açıq qlan suallar qoymuşdu. Bunlardan biri ölkənin bundan sonrakı siyasi taleyi ilə bağlı idisə, digər ən önəmli məsələlərdən biri də Milli düşüncə tərzinin formalaşması ilə bağlı idi. O zamanlar cəmiyyətin daxilində kifayət qədər problemlərin və daxili parçalanmaların olmasına baxmayaraq Milli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycançılıq ideologiyasının möhkəmlənməsində də öz sözünü dedi. «Mən fəxr edirəm ki, Azərbaycanlıyam»- tezisini irəli sürən ulu öndər bu fikri ilə təkcə vətənə olan sevgisini ifadə etməmişdi. O, həm də özünə məxsus və dahiyanə şəkildə Azərbaycançılıq ideologiyası ilə bağlı fikirlərini bir cümlə ilə ifadə etmişdi. Hansı ki, bu gün ulu öndərin bu tezisi insanların vətənə sevgisini bildirməsi üçün ən çox istinad etdikləri bir şüara çevrilib. Bu baxımdan da bu gün Azərbaycanda Milli ideologiyanın necə olması axtarışına çıxmaq lazım deyil. Saldəcə biz özümüzdə olan dəyərləri qorumaq və onu gələcək nəsillərə ötürməliyik. Gənclərin  Milli ideologiyanın daşıyıcılarına çevrilməsi üçün də kifayət qədər işlər görülməlidir. Bu gün Azərbaycan gəncliyi özünü Avropalaşmış bir məkanda hiss etməklə yanaşı, həm də öz düşüncəsində türkçülük, islamçılıq və müasirlik dəyərlərini yaşatmalıdır.

Bu yazı 2061 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :