-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Şərq və Qərb mədəniyyəti
Şiriftin ölçüsünü dəyiş

Əhməd Qəşəmoğlu
 fəlsəfə doktoru, sosioloq

        Ən əvvəl onu qeyd etmək istərdim ki, indiki vaxtda, elmi ədəbiyyatda «mədəniyyət» kateqoriyasına verilən təriflərə münasibətim kəskin şəkildə tənqididir. Fikrimjə,  hər bir insanın, sosial sistemin, ölkənin mədəniyyəti, onun hər hansı bir fəaliyyət zamanı qarşısına qoyduğu məqsədin xarakterindən başlayır. Qarşıya qoyulan məqsəd bəşəri dəyərlərə zidd deyilsə, ədalətli, humanistdirsə, tərəqqiyə xidmət edirsə və bu məqsədə çatmaq uğrunda göstərilən fəaliyyət ətrafda, sosial mühitdə ahəng, insanlar arasında qarşılıqlı anlaşma yaradırsa o zaman mədəniyyətdən söhbət gedə bilər. Məhz bu baxımdan yanaşdıqda insanların, sosial sistemlərin mədəniyyətlərinin müqayisəsindən danışmaq olar. Təhsil, elm, mütaliə,  geyim, məişət əşyaları, mənzil şəraiti,  nizam – intizam, səliqə, davranış etiketləri  və s. bu kimi  amillər  mədəniyyətin əsas,  həllediji  göstərijiləri yox, mədəni olmaq üçün vasitələr, imkanlardır. Ən əsası bu imkanlardan nə jür istifadə etməkdir. Avropalılarda, Qərbdə bu imkanlar baxımından xeyli üstünlük vardır. Amma Qərbdə eyni zamanda bu imkanlardan istifadə sahəsində dəhşətli problemlər də vardır.
        Mən mədəniyyət kateqoriyasına aşağıdakı kimi tərifin verilməsini təklif edərdim: Mədəniyyət – bəşəri dəyərlərə uyğun olaraq seçilən məqsədə doğru,  öz mühitində ahəng yaratmaqla təzaür edən fəaliyyət tərzidir.
        Mövjud imkanlardan lazım olan şəkildə – müəyyən bir sahədə ahəng yaratmaq üçün istifadə edilmirsə bunun özü bir  mədəniyyətsizlikdir. Misal üçün gözəl bir muğamat ilahi bir ahənglə  insanın qəlbində gözəl duyğuları oyadaraq onun kosmik əlaqələrini güjləndirməyə, insanın mənəvi olaraq zənginləşdirməyə xidmət edir. Bu baxımdan muğamat musiqisi özlüyündə mədəniyyət hadisəsidir. Muğamın notu, muğam çalmaq üçün movjud olan musiqi alətləri, musiqiçilər və s. isə muğamı çalmaq üçün imkanlardır. İmkanların nə səviyyədə mövjud olub olmaması hələ ortada muğam çalınması hadisəsinin olması deyildir. Bu imkanlara malik olaraq ondan müğam üçün yox başqa, jılız məqsədlər üçün istifadə etmək özü biabırçı faktdır.
        Artıq iki əsrə yaxındır ki, Yer üzündə «Avropa mədəniyyəti»nə aludəlik hökm sürməkdədir. Avropa mədəniyyətinin komponentləri bir mədəniyyət etalonu kimi götürülməkdədir. Bu doğrudanmı belədir? Qlobollaşmanı maraqlar məjrasında istiqamətləndirmək istəyənlər də bu aludəlikdən istifadə etməkdədirlər. Məsələyə aydınlıq gətirmək üçün Şərq və Qərb mədəniyyətlərinin mahiyyətinin izah olunmasına ehtiyaj vardır.
        Şərq və Qərb mədəniyyət  sistemləri arasında kifayət qədər oxşar və fərqli jəhətlər vardir. Bəzi mütəxəssislərin dediyi kimi Şərq və Qərb mədəniyyət sıstemləri biri - birinə qarşı düran, yaxud elə bir fərqi olmayan  sistemlər deyildir. Qərb mədəniyyəti myəyyən mədəni - tarixi zərurət üzündən Şərq mədəniyyətindən doğan, bütün Yer üzünün mədəniyyət sisteminin yaranmasında ortaya çıxmiş boşluğu doldurmaq uçün fəaliyyətdə olan bir dünyagörüşü, mədəniyyət sistemidir. Son on ildə mənim bu məsələlərlə bağli mətbuatda və elmi məjmuələrdə bir çox məqaləlrim işıq üzü görmüşdür.
        Şərq və Qərb mədəniyyət sistemləri arasindakı münasibətləri aydın təsəvvür etmək üçün ən əvvəl insanın, mədəniyyətin, Şərq və Qərbin, Yer üzünün, tarixi proseslərin,   mahiyyətini konkretləşdirməyə ehtiyaj vardır.
         Mən, ən qədim Şərq mədəniyyətinin, fəlsəfəsinin insana kosmik orqanizm – Vahid vüjud kimi baxışlarını doğru qəbul edərək, məqalələrimdə insana  “kosmo - bio - psixo - sosial”  varlıq kimi baxilmasını təbliğ edir, əsaslandırmağa çalışıram. Bu jəhətlər müxtəlif ekoloci, joğrafi, mədəni, tarixi, siyasi, iqtisadi  və s. amillərin təsiri altinda müxtəlif şəkildə özünü büruzə verir.
        Əvvəljə Şərq mədəniyyətinin formalaşdığı prosesi gözdən keçirək. Şərq mədəniyyəti formalaşarkən Yer üzərində əhali olduqja az idi. Şərqli günəş enercisi ilə zəngin olan olduqja gözəl, münbit bir ərazidə yaşayırdı. Meşələr, düzlər ov ilə dolu idi. İnsanın ən mühüm sərvəti onun fiziki güjü idi. İnsanlar öz münasibətlərini  daha çox özlərinə məxsus fiziki güjlə müəyyənləşdirirdilər. Göy üzündə günəş var idi, Yer üzündə gözəl çoğrafi şərait,  gül - çiçək, bağ, meşə və s. Şərqli, “kosmo” əlaqələri daha güjlü, “bio” sistem kimi möhkəm, təbiətdəki harmoniya ilə təmasda, nisbətən sərbəst “psixo”, daha sadə, primitiv jəmiyyətdəki “sosial” varliq kimi formalaşırdı. Təsadüfi deyildir ki, bütün dinlər məhz ilk dəfə Şərqdə yaranmışdır. Şərqlilər daha təbii yolla, uzun əsrlər boyu öz mədəniyyətlərini formalaşdırırdılar. Şərq mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında,  ədəbiyyatında,  elmində, ayinlərində, adət ənənələrində  təbiətdən əxz olunma, təbiətdən bəhrələnmə daha güjlüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng, harmoniya qanunlari ilə formalaşır. Şərq mədəniyyətində günəş amili, günəş enercisi daha güjlüdür.
        İndi isə Qərb mədəniyyətinin mahiyyətinə diqqət yetirək. Qərblilər Şərqdə insan sayja çoxaldıqja, biri - biri ilə  fiziki zəmində mübarizə güjləndikjə, sıxışdırılan, injik salınan, məğlub olmuş, qaçqın əhvalı ilə Qərbə - joğrafi şəraiti diha kəskin, təbiəti sərt, günəşi az və s. olan ərazilərə sıxışdırılan insanlardır. Qərblinin genlərində, qan yaddaşında bir qorxulu Şərqli obrazı vardır. Qərbdə insanlar jəmiyyət, ölkə, dövlət kimi formalaşanda Şərq artıq çox inkişaf etmişdi. Şərq mədəniyyəti formalaşarkən onun üçün ən qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti formalaşanda günəşlə onun arasında bir Şərq qüdrəti də vardı. Qərbli sərt, az məhsuldar torpaqlarda, Şərqlinin təhlükəsi altında yaşayırdı. İnsan psixologiyası elədir ki, doğma bajı, qardaş belə biri-birinin uğuruna qısqanır, sıxılır. Buna görə də Qərblidə eyni zamanda Şərqliyə bir qısqanjlıq hısslərı də formalaşırdı. Öz şəraitinə, joğrafi mühitinə görə qərbli məjbur idi ki,  daha çox praktik fəaliyyətlə məşğul olub öz həyatını, yaşayışını təmin etsin. Beləliklə qərbli, uzun illər boyu təbiətin səxavəti, dünyadakı sərbəstliyi hesabına romantika, xəyallar aləmində formalaşmış şərqlidən fərqli olaraq daha real amillərin təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz–üzə olaraq   formalaşırdı.
        Beləliklə bir zamanlar Yer üzü əsasən Şərqdən ibarət idi və onun elmi, mədəniyyəti, siyasəti də yalnız Şərq boyda, Şərq xarakterdə bir sistemi idarə etmək üçün formalaşırdı. Şərqdə irəli çıxan hər hansı bir xalq bu sistemin potensialı baxımından ön mövqe qazanırdı. Get-gedə formalaşan,  institutlaşan dinlər də bu sistemin mövjudluğunda mühüm rol oynamağa çalışırdılar. Təbiətin mahiyyətinə daha yaxın olan, Şərq psixologiyasına, ahəng, harmoniya qanunlarına daha uyğun olan  İslam dini güjləndikjə müsəlman xalqları daha ön mövqeyə çıxmağa başladilar. İslamın yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər sahəsində böyük sıçrayışlar baş verdi. Bunun səbəbi jəmiyyətin harmonik inkişaf strategiyalarını ortaya qoyan Məhəmməd peyğəmbərin (s.ə.s) praktik dünyəvi elmlərə də verdiyi böyük önəm idi. Quran – Kərimdə elmə, alimə verilən qiymətlər, Peyğəmbərin (s.ə.s) məhz dünyəvi elm sahələrini nəzərdə tutaraq «elm Çindədirsə onun dalınja Çinə getmək lazımdır!» kimi kəlamı böyük Peyğəmbərin (s.ə.s) Quranın tələblərini yerinə yetirmək üçün dünyəvi elmlərin inkişaf etməsinə nə dərəjədə böyük ehtiyaj olduğunu göstərir.
        Orta əsrlərdə daha mütəşəkkil, çevik olan türklər Şərq mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik etməyə başladilar. Bu zaman artiq Qərb aləmi də nəhəng bir sistem kimi formalaşaraq özünü Yer üzünün digər tərəfinin sahibi kimi göstərməyə başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq əvvəlki Yer üzü deyildir. Şərq, ilk növbədə türklər, Yer üzündə yaranmış yeni sistemi öz təsir dairələrinə salmaq üçün mübarizəyə başladılar. Amma Şərq bu mübarizəyə, bu potensiala malik deyildi. Onun elmi, mədəniyyəti, siyasəti bu güjə malik deyildi. Digər tərəfdən, müxtəlif səbəblər üzündən mövjud potensialın özü də zəifləməyə başlayırdı. Quranın, dünyəvi elmlərin mahiyyətinin lazımınja dərk olunmaması səbəbindən, müxtəlif hökmdarların, siyasətçilərin təsiri altında yeni yaranan dini təriqətlər, dünyagörüşləri İslam mədəniyyətinin harmonik inkişafına mane olmağa başladı. Bir sıra  sufi alimləri  elmi təfəkkürün təsiri altında gerçəkliyin dərki, dünyanın fəlsəfi anlamı baxımından olduqja dərinlərə getsələr də hadisələrə birtərəfli mövqedən qiymətləndirmənin təsiri altına düşdülər. Sosial amillərin rolu lazımi şəkildə qiymətləndirilməməyə başlandı. Beləliklə artiq XIV əsrdə Yer üzündə elə bir şərait yarandi ki, Yer üzünü bir sistem kimi idarə etmək sahəsində bir ideoloci, elmi, mədəni boşluq yarandı. Şərq öz əlinin arxasını yerə qoymalı oldu. Əsrlər boyu Yer üzünün lokamativi rolunu oynayan Şərq dünyagörüşü şaşırdı, özünü itirdi və gözləmə mövqeyinə keçməyə məjbur oldu. Yaranmış olan boşluğu doldurmaq uçün gənj Qərb mədəniyyəti daha enercili, həvəsli, potensiallı idi. Beləliklə XV  əsrdən başlayaraq Qərb mədəniyyətinin inkişafı üçün mühüm tarixi şərait yarandı. Amma öz mahiyyəti etibarı ilə də Qərb mədəniyyəti Yer üzünü tamamilə dərk etmək güjündə deyildi. Qərb mədəniyyəti öz mahiyyətinə uyğun olaraq daha çox praktik, praqmatik dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə inkişaf etməyə başladı. Elmdə harmoniklik yox, praktiklik prinsipləri üstünlük qazandi. Elm sahələri daha çox biri-birindən təjrid olunmağa, biri-birini nəzərə almadan formalaşmaq yolunu seçdi. Şərq elmindən bəhrələnərək və bu bəhrələnməni gizlədən, bir çox hallarda bu elmin injəliklərini axıra qədər dərk etməyən Qərb elmi bir plagiatlıq və məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu nöqsana dəyib parçalanan elm işığı bu günə dər də hadisələri birtərəfli mövqedən araşdırması ilə seçilir. Bu nöqsanlı özül üzərində qurulan, sürətlə inkişaf edən dünyəvi elmlər Qərb mədəniyyətinin formalaşmasında olduqja fəal rol oynadı. Yer qayğılarına daha çox önəm verən  Qərb mədəniyyəti özünü məişətdə, texnikada göstərməyə başladı. Mənəviyyat amilləri arxa plana keçməyə məjbur oldu. XVI  əsrdə yaşamış İtalyan siyasətçisi Nikkolo Makiavellinin (1469 - 1527) “Məqsədə çatmaq üçün istənilən addım məqbuldur!”  ideyası sürətlə bütün Qərb aləminin iliyinə, sümüyünə yeriməyə, bu mədəniyyətin xarakterini müəyyənləşdirməyə başladı. Utilatarlıq (öz mənafeyini güdmə), bazar munasibətləri həllediji amillər kimi ortaya çıxdı. XVII əsrdən başlayaraq qərbdə (J. Lokk, A. Smit, Ş. Monteske və s. alimlərin təlimləri ilə )  liberalizm ideyaları geniş yayılmağa başladı.  Amerikada Yer üzünün iki min il  ərzində unutduğu demokratiya ideyaları həyatın zəruri təlabatı kimi ortaya qoyuldu. Bir çox hallarda məhəlli, dövri şərait üçün fayda verən dəyərlər ümumbəşəri dəyərlər səviyyəsinə qaldırıldı. Ən xoşagəlməz hal bir sıra hallarda demokratiya dəyərləri ilə  liberalizm dəyərlərinin qarışıq salınması oldu. Jəmiyyətin əsasını ailə, tayfa, xalq institutları üzərində görən Şərq ənənələrinin əksinə olaraq liberalizm, jəmiyyəti fərdlər üzərində görür. Fərdin mənafelərini jəmiyyətin mənafelərindən üstün tutan liberalizm əslində bütün Şərq dəyərlər sisteminin əksinə, əleyhinə olan bir təlimdir. Fərdi ozü–özünün filosofu, müdafiəçisi kimi nəzərdə tutan liberalizm dəyərləri əslində istənilən bir jəmiyyətin aşınmasına, milli, xəlqi hisslərin zəifləməsinə xidmət edir. Çox təəsüf ki, bu gün Azərbayjanda liberalizmin mahiyyətini dərindən dərk etməyən insanlar onu hər jür təbliğ etməklə məşğul olur, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar yaradırlar. Ağrıdıjı hallardan biri də müasir ədəbi gənjliyin bir qolunun da liberializm dəyərləri üzərində köklənmiş postmodernizm kimi qeyri bəşəri bir jərəyana aludəlik göstməsidir.
        Qərb mədəniyyətinin mahiyyətində munaqişələrin mübarizəsi dayanir. Alman alımləri Karl Marks və Georq Zimmel münaqışələr nəzəriyyəsini, prinsiplərini ortaya qoydular. Qərb mədəniyyəti güjləndikjə onun qan, gen yaddaşındakı Şərqə qarşı olan  xoşagəlməz amillər də özlərini daha çox büruzə verməyə başladı.
        Qərb dünyagörüşü Şərq dünyagörüşü ilə müqayisədə naşı, dəliqanlı, sərgüzəşt axtaran, enercili bir gənj halındadır. Bu dəliqanlı hələ başını hər bır münaqişəyə soxan, özünü hər yana çırparaq xarüqələr yaratmaq istəyən insan təsiri bağışlayır. Amma getdikjə o, Şərqin ona nə qədər doğma olduğunu hiss etməkdə, Şərqin təjrübəsindən yararlanmağa möhtaj olduğunu hiss etməkdədir. Şərq isə özünü itirmiş insan halından çıxaraq, oyanaraq, Qərbin bütün hərəkətlrini təlqin etmək illüziyasından xilas olaraq öz potensialını qiymətləndirməyə başlayıb. Şərq ilə Qərbin biri- birini sevərək ortaya qoyajaqları ortaq mədəniyyət Yer üzünün daha doğru yolla inkişaf etməsinə səbəb olajaqdır. Amma bu ortaqlıq mexaniki sintez vasitəsi ilə baş verə bilməz. Şərq və Qərb mədəniyyətlərinin, fəlsəfəsinin kortəbii sintezi məsəlisi bir kənara qoyulmalıdır. Şərq mədəniyyətinin strategiyaları, Qərb mədəniyyətinin isə taktikası daha mükəmməldir. Şərq mədəniyyətinin, Şərq fəlsəfəsinin strategiyalarının daha düzgün olduğu qəbul edilməli, Qərb mədəniyyətinin, fəlsəfəsinin taktikasından istifadə edərək, Şərq mədəniyyətinin, fəlsəfəsinin fundamenti üzərində yeni mədəniyyət strategiyaları müəyyənləşməlidir. Şərqin müdriklik və Qərbin praktiklik təjrübəsi hökmən birləşməlidir. Amma çox təəssüff kı, indiki zamanda Şərqli öz mədəniyyətinin mahiyyətini axıra qədər dərk eləyə bilmir. Şərqin öz tərəqqisini Qərbi yamsılamaqla, “daha tez qərbli olmaqla” axtarmasi yolu çox səhv, təhlükəli yoldur. Həm şərqlinin özü üçün təhlükəlidir, həm də ümumiyyətlə bütün Yer üzü üçün.
        Əgər Yer üzünü bir sistem kimi götürsək, Həm Şərq, həm də Qərb bu sistemin alt sistemləridir. Sistem nəzəriyyəsindən aydındır ki, hər bir sistemdə hər bir alt sistemin öz funksiyaları var və onlar biri-birini əvəz, təkrar edə bılməz. Bu zaman sistemdə aşınma gedər.
        Qərb mədəniyyəti əsasən xristian mədəniyyətinin bazası üzərindədir. Şərqlinin qərbli olması üçün o ən əvvəl xristian dəyərlərini qəbul etməlidir. Öz qan, gen yaddaşını, ruhunu dəyişməlidir. Əvvala bu absurddur. İkinjisi isə bu, bəşəriyyətin inkişafı baxımından təhlükəlidir. Şərqlinin ruhu öz joğrafi, tarixi, mənəvi jəhətləri ilə  ahangə köklənmiş Zərdüşt, Konfutsi, Budda, İslam, təlimlərinin təsiri altındadır. Şərqli öz təbiəti etibarı ilə bir qədər “kosmo” əlaqələri güjlü, bioloci olaraq günəş enercisi ilə zəngin, temperamentli, romantik ruhlu, ahəngə, gözəlliyə aludə, təbiətdən daima sevgi duyan bir insandır. Şərqlinin bədii sözə, atalar sözlərinə, hikmətli lətifələrə böyük hörməti var. Şərqli eyni zamanda musiqiyə də aludədir. Onların əksəriyyəti tək qaldıqda zümzümə edir. Şərq rəqslərinə fikir verin. Onlarda təbiətə məxsus vibrasiya, fırlanma elementləri zəngindir. Bu rəqslərdə kosmosla əlaqə vəziyyətləri tez-tez təkrar olunur. Bunlar təsadüfi deyil, ruhun tələbi ilə olan məqamlardir. Bunlar insani keyfiyyət jəhətdən Şərqin böyuk potensialıdır. Çox təəssüf ki, bu potensial aydın dərk olunub nəzərə alınmadığından şərqli bu gün zəlil gündədir. Estetik tərbiyə düzgün qurularsa şərqli daha gözəl injəsənət əsərləri yarada bilər. İndiki vaxta bu dayaz şeirə, dayaz müsiqiyə bu qədər kütləvi axın onün hesabınadır ki, Şərqdə estetik tərbiyə şərqlinin potensialına uyğun qurulmayıb.
        Bu gun söhbət şərqlinin qərbliləşməyindən, yaxud qərblinin şərqliləşmyindən getməməlidir. Yer üzünün uğurlu yolu həm şərqlinin həm də qərblinin biri-birlərindən bəhrələnərək, öz kökləri üzərində daha da zənginləşərək, biri-birini tamamlamasından, Yer üzünün başqa mədəni potensiallarını üzə çıxarmasından keçir.
        Bütün bu deyilənlərdən nətijə olaraq bir daha aydın olur ki, qlobollaşmanı yalnız dar bir çərçivənin maraqları yönündə aparmağa çalışanlar Yer üzü üçün olduqja təhlükəli addımlar atmaqdadırlar. Bunu Qərb alimlərinin bir çoxları da etiraf etməkdə, bu prosesə qarşı mübarizə aparmaqdadırlar. Amma təəssüf ki, təhlükəli əl uzadan iqtisadi, siyasi maraqlara malik olanlar olduqja güjlüdürlər və geniş imkanlara malikdirlər. İndiki vaxtda Azərbayjan ziyalısının, onun mühüm təbəqəsi olan Azərbayjan yazıçısının qarşısında duran tarixi vəzifə, missiya öz ölkəsinin mədəni potensialını qorumaq, ondan bütün bəşəriyyətin faydalanması üçün fəaliyyət göstərməkdir. Bu fəaliyyət qlobal şəkildə – dünya mədəniyyəti ilə qarşılıqlı zənginləşmə prinsipi ilə həyata keçirilməlidir.  Azərbayjan olduqja unikal bir mədəniyyətə malikdir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıjı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, Türk, İran, Qafqaz, yəhudi, xristian, İslam, Şərq, Qərb, slavyan, sosializm və s kimi  müasir dünya sivilizasiyasını  formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. Bizim bu qədər möhtəşəm bir mədəni sərvətimiz vardır. Amma təəsüf ki,  öz ziyalılarımız bu sərvəti lazımi qədər qiymətləndirə bilmirlər. Olkəmizdə qlobollaşma həyata keçirən qüvvələr də bu sərvəti  lazımınja görə bilmirlər. Bu sərvətin qüdrətinin nədə olduğunu həmin qüvvələrə bu günkü Azərbayjan ziyalısı deməlidir.

Bu yazı 3208 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :