-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Tərəqqini düzgün dərk etmək
Şiriftin ölçüsünü dəyiş

Əhməd Qəşəmoğlu
fəlsəfə doktoru, sosioloq

      «Tərəqqi»  sözu latın dilindəki «proqressus» sozündən götürülmüşdür və bu dildə «irəliyə hərəkət»  mənasını verir. Amma çox təəsüf ki, dünyaya rasional və məhdud  nəzəriyyələr çərçivəsindən baxan, əsasən qərb mədəniyyətinin təsiri altında formalaşan indiki elm hələ yunan fəlsəfəsindən başlayaraq «tərəqqi» anlayışına səhv, qeyri dəqiq münasibətdə olmuşdur. Təqdim olunan məqalə bu məsələyə müəyyən aydınlıq gətirmək və yeni mülahizələr irəli sürmək məqsədini daşıyır.
      «Tərəqqi»  anlayışının tez–tez qarışıq salındığı mövhum «inkişaf» anlayışıdır. Bir çoxları inkişafı elə tərəqqi kimi başa düşür. Amma hər bir inkişaf tərəqqi ola bilərmi? Müasir elm, hər bir inkişafa tərəqqi kimi baxmır. İnkişaf obyektin vəziyyətini yaxşılaşdıra da bilər, pisləşdirə də. Misal üçün «xəstəlik inkişaf edib!» ifadəsini yada salaq. Zaman keçdikcə hər bir varlıqda müəyyən dəyişmələr baş verir. Əgər bu dəyişmələr həmin varlığı xarakterizə edən sistemdə keyfiyyət dəyişikliyinə səbəb olursa o zaman bu dəyişmələr inkişaf adlanır. Amma bu inkişaf hər zaman tərəqqi deyildir. Tərəqqidən söhbət getdikdə isə yalnız vıəziyyətin yaxşılaşmasından – müəyyən bir hədəfə yaxınlaşmadan söhbət gedir. Eyni zamanda qeyd etmək lazımdır ki, hər kiçik yaxşılaşma da hələ tərəqqi adlanmır. Obyektin tərəqqi yoluna istiqamət götürməsi – dirçəlişdir. Tərəqqinin baş verməsi üçün adətən, əvvəl dirçəlmə baş verir. Əgər inkişaf nəticəsində vəziyyət pisləşirsə, missiya daha pis yerinə yetirilirsə, hədəfdən uzaqlaşma baş verirsə o zaman deyilir ki, tənəzzül baş verir.
      Uzun zamandır ki, qərb alimlərinin  qarşısında çaşıb qaldığı, mübahisə etdikləri bir məsələ, yer üzünün get–gedə tərəqqiyyə - təkmilləşməyə doğrumu, yoxsa dağılmaya, aşınmayamı doğru getdiyi sualına aydınlıq gətirə bilməmələridir. Onların bəziləri hətta qədim Şərq – Çin, Hind abidələrindən misallar çəkərək, yer üzünün artıq nə vaxtsa  öz qızıl dövrünü yaşadığını qeyd etməklə indi zaman keçdikcə onun xaosa doğru getdiyini əsaslandırmağa çalışırlar.
      Klassik elmi ədəbiyyatda qərb alimlərindən A. Tyurqo, G. Lessinq, İ. Gerder, M. Kondorse, J. Russo, Y. Myezer, J. Lamark, E. Jofrua Sent – İler, Ç. Darvinin «tərəqqi nəzəriyyəsi» ilə bağlı mühüm işləri qeyd olunur.
      Avropada  «tərəqqi» anlayışı elmə pozitivizm movqeyindən daxil edilmişdir. Poztivizmin əsasını qoyanlardan biri sayılan Oqyüst Kont (1798 - 1857) «tərəqqi» dedikdə cəmiyyətin irəli, mükəmməlləşməyə, daha primitiv formalardan daha inkişaf etmiş konkret, pozitiv olaraq duyulan formalara hərəkətini nəzərdə tutmuşdur. O. Kont, İ. Ten, E. Renan kimi fransız və C. Mill, H. Spenser kimi ingilis alimlərin ortaya qoyduğu «klassik» pozitivizm pozitiv biliklərdən yuxarıda duran istənilən fəlsəfi dünyagörüşünü qəbul etmirdilər. Ona görə də onlar «tərəqqi» anlayışını məhz bu pozitiıv yanaşma ilə izah edir, daha çox maddiləşdirirdilər. Qərbdə  XIX əsrdə texniki elmlərdəki böyük irəliləyişlər, sənayenin inkişafı, «tərəqqi»  anlayışına daha çox elmi–texniki mövqedən baxmağa üstünlük verilməsinə səbəb oldu. O dövrün bir sıra böyük alimlərinin etdikləri kəşflər, elm aləmində baş verən nəhəng sıçrayışlarr insanları böyük dəyişikliklərin tezliklə baş verəcəyinə inandırmağa başladı. Belə bir təssəvvür yaranırdı ki, tezliklə təbiətdəki bir çox sirlərin üstündən pərdə götürüləcək və insanlıq tatmamilə yeni bir aləmə düşəcəkdir. XIX  əsrdə Avropada «tərəqqi» anlayışı bir doqma halına qədər yüksəlmişdi. İndiki vaxta «demokratiya» anlayışı kimi populyarlaşan «tərəqqi» anlayışını çoxları heç axıra kimi araşdırmadan tərənnüm edirdilər. Təbiətin tezliklə ram olunacağı, insanların iradəsinə tabe olunacağını düşünənlər az deyildi. Elə bu düşüncələrin təsiri altında Avropada maarifçilik hərakatı güclənmiş, öz meyarlarını yaratmışdır.
      Sənayenin, texnikanın inkişafı insanların məişətinə də təsir etməyə başladı. Avropalılar hər hansı bir sahədə  insana rahatlıq gətirən hər bir şeyi tərəqqi hesab   edirdilər. Amma təbii ki, buna qarşı çıxanlar da olurdu. Elm və texnikanın, onların təsiri altında yaranan sənət əsərlərinin inkişafının əxlaqi dəyərlərə, insanın mənəvi dünyasına heç də, hər zaman müsbət təsir etmədiyi elə Avropalı mütəffəkirlərin özləri tərəfindən də hiss olunurdu. Hələ 1750–ci ildə Jan-Jak Russo ozünün ««Elm və incəsənətin intibahı əxlaqi dəyərlərin təmizlənməsinə kömək etdimi?» sualı ətrafında düşüncələr»  əsərində bu bu suala mənfi münasibət bildirirdi.
      Tərəqqi  anlayışına ən dərin izah verənlərdən biri Hegel idi. Hegel belə hesab edirdi ki, dünyanın tarixi – azadlığın dərk olunması sahəsində bir tərəqqidir. O tərəqqini dünya ruhunun inkişafı kimi qəbul edirdi. Lakin o ictimai inkişafın bir pillədən başqa bir pilləyə keçməsi məsəlisini izah edə bilmirdi. Bunu ilahi bir qüvvənin  iradəsi kimi izah edirdi. Bununla da tərəqqinin mahiyyətini konkret olaraq izah edə bilmirdi. Elə bu faktın özü, qərbin bu qədər nəhəng hesab olunan bir filosofunun da dünyanın, insanın, tarixi prosesin mahiyyəti barədə aydın təsəvvürə malik olmadığını göstərir.  Materialistlər Hegeldən qabağa getdiklərini düşünərək, istehsaledici qüvvələrin bütün ictimai-siyasi formasiyaların dəyişməsində həlledici rol oynadığını, tərəqqiyə nail olmaqda ən mühüm qüvvə oduqlarını əsaslandırmağa çalışırdılar.
      XIX  əsrin sonunda, XX əsrin əvvəllərində artıq  Avropa elmi, Avropa filosofları tərəqqi ideyası qarşısındı duruxmağa başladı. Onlar aydın hiss edirdilər ki, tarix heç də yer üzünü təkamül yaxud inqilab yolu ilə tərəqqiyə aparmır. Müəyyən bir zaman kəsiyində tərəqqi kimi görünən prosesin əslində tənəzzül olduğu, yaxud tənəzzülə şərait yaratdığı aydınlaşmağa başlayırdı. Elmdə edilən bir çox kəşflər təbiətin heç də ram oluna bilməyəcəyindən xəbər verirdi. Belə olan halda aşağıdakı suallar aktuallaşırdı: 1. Tərəqqi nədir?;  2. Tərəqqi bir tarixi reallıqdırmı? Tərəqqi nəzəriyyəsi sahəsində  geniş tanınan rus alimi Ustryalov otən əsrin hələ 30–cu illərində yazırdı ki, «bu sualların hər ikisi fövqalədə məzmunlu və olduqca mürəkkəbdir. Demək olar ki, bu sualların arxasında tarixin bütün fəlsəfəsi, bəlkə də bütün fəlsəfə dayanır». Ustryalov  tərəqqiyə «yaxşıya doğru inkişaf, təkmilləşmə» kimi tərif verərək, «təkmil» olmağın nə olduğu sualını qoyur. Əslinə qalsa bu sualı tək o qoymur, tərəqqi  problemləri ilə məşğul olanların hamısı qoyur. Tərəqqinin «yaxşıya doğru inkişaf, təkmilləşmə» oduğunu demək olar ki, bütün tədqiqatçılar qəbul edir. Amma bu «yaxşı», «təkmil» nə olan nədir?  Elə  qərb alimlərin bütün səhvləri də bu sualın cavabından başlayır.
«Tərəqqi» ideyası artıq XX əsrdə Avropada dəbdə deyildi və bu anlayışın fəlsəfi izahı ətrafında da elə bir qızğın mübarizə getmirdi. Amma çox təəssüf! Avropalı mütəfəkkirlərin XIX əsrdə qarşıya qoyduqları suallar bu gün daha aktualdır.
      Necə deyərlər, bir qədər cürət göstərərək bu suallara daha düzgün  cavab verməyə çalışacağam. Əslində bu sualların cavabları bütün dini kitablarda, xüsusi ilə Qurani-Kərimdə çox aydın olaraq verilmişdir. Amma müəyyən kodlarla, işarələrlə verilmişdir. Bu sualların cavabları elə təbiətin özündə, hər bir kamil sənət əsərlərində də verilmişdir. Lakin yenə də rəmzlərlə, kodlarla, işarələrlə. Həmn cavabları müasir elmin dili ilə şərh etməyə çalışaq. Bu işdə bizim köməyimizə dini abidələrin fəlsəfi təhlili, orqanizm (vücud) nəzəriyyəsi, vəhdəti vucud dunyagörüşü, funksionalizm, sistem nəzəriyyəsi, sufizm, təsəvvüf, tətbiqi riyaziyyat kimi sahələr gələ bilər. İlk öncə ona diqqət vermək lazımdır ki, dünyada hər hansı bir sistemin arxasında bu sistemlə xaraktrizə etdiyi bir varlıq mövcuddur. Sistemə təkcə qnesoloji - məntiqi mövqedən yox, həm də ontoloji mövqedən baxmaq lazımdır. Dünya vəhdətdədəir və o böyük bir sistemdən, bu sistemin xarakterizə etdiyi orqanizmdən ibarətdir. Bu sistemin özü, onun alt sistemləri, hər bir elementi yalnız və yalnız o zaman uğurlu fəaliyyətdə olar ki, onların hər biri daxil olduqları sistemin mahiyyətindən irəli gələn qanunauyğunluqlara fəaliyyətdə olsunlar. Misal üçün, insan orqanizminin hər hansı bir orqanı o zaman daha uğurlu fəaliyyətdə olar ki, o aid olduğu bədənin qanunauyğunluqları ilə fəaliyyətdə olsun, əks halda ortaya fəsadlar çıxır - ya orqanın özünün kənarlaşdırılıb atılması zəruri olur, yaxud da orqanı əziyyətə salır, nəticədə onu məhv edir. Nəzərə almaq lazımdır ki, yer üzünün özü, böyük kosmik sistemin bir kiçik alt sistemidir. Bəşəriiyyət, hər bir cəmiyyət, insan, hər bir varlıq həmin kosmosistemin kiçicik alt sistemləri, zərrələridir. Yer üzündə,  tarixdə baş verənlər bu mahiyyətin təzahürləridir. Sistemin mahiyyətini nəzərə almadan onun davranışının, təzahhürlərinin üzərində düşünmək məsələyə olduqca birtərəfli, qeyri elmi yanaşmaqdır. Qərb alimlərinin, ümumilikdə mövcud olan dünyəvi elmlərin də səhvləri elə buradan başlayır. Təsəvvürünüzə gətirin ki, hər hansı bir musiqi aləti vardır. İnsanlar yığışıb bu musiqi alətinin mahiyyətini nəzərə almadan çalınan, eşidilən musiqinin özü barədə fikir yürüdürlər. Calınan musiqinin daha ahəngdar, gözəl olması üçün bu aləti kökləməyə diqqət verən yoxdur. Musiqi alətinin özünə diqqət yetirənlər onu olduqca naşı şəkildə qurdlayırlar. Baş sındırırlar ki, necə edək ki, bu musiqi daha gözəl olsun. Bu aləti əllərində oynatmaqla onun daha da kökdən düşməsinə səbəb olanlar, bir daha bu musiqinin gözəl olmayacağı barədə düşünürlər. Amma, əslinə qalsa, bu alət lazımi qaydada köklənərsə, mahir ifaçı tərəfindən çalınarsa o əvvəlki kimi, bəlkə ondan da gözəl musiqi səsləndirə bilər. Təəsüf ki, indi yer üzü bu musiqi alətinin günündədir.
      Aydındır ki, gözəl musiqi eşitmək üçün (tərəqqiyə nail olmaq üçün) ən əvvəl o musiqi alətini onun öz tələblərinə, mahiyyətinə uyğun olaraq  kökləmək lazımdır. Bu musiqi aləti kimi, dünyadakı hər bir varlığın da öz missiyası vardır və o varlığın fəaliyyətinin uğuru öz missiyasına görə fəaliyyət göstərdikdə üzə çıxır. Hər bir varlıq öz missiyasına  uyğun olaraq fəaliyyət göstərdikdə o hökmən kosmik dünyanın qanunlarına görə dünyada bir ahəng yaradır. Mükkəmməllik yalnız nizam, ahəng yarandıqda mümkün olur. Bu deyilənləri nəzərə alaraq, «tərəqqi» anlayışına aşağıdakı kimi tərif verə bilərik: Tərəqqi – hər hənsı bir valığın öz missiyasına görə fəaliyyət göstərdiyi zaman yaranan ahəngdir.
      Bu tərifi qəbul etsək, deməli hər hansı bir işdə tərəqqiyə nail olmaq üçün, hökmən müəyyən bir ahəngə nail olmaq lazımdır. Bu ahəngin mümkün olması üçün isə qeyd - şərtsiz olaraq, hökmən həmin işi təşkil edən sistemin öz mahiyyətinə, missiyasına görə fəaliyyətdə olmasına çalışmaq lazımdır. Bu sistemi təşkil edən komponentlərin hər hansı biri mahiyyətinə, missiyasına görə fəaliyyət göstərmirsə, hökmən yekun fəaliyyətin ahənginin pozulmasına səbəb olacaqdır. Aydındır ki, bütün bu deyilənlərə nail olmaq  heç də hər zaman asan deyildir. Müxtəlif hallarda qarşıda duran vəzifələr olduqca çətin ola bilər. Amma bütün dünyanın nicatı bundadır. Bu isə o deməkdirki, indiki vaxtda fəlsəfənin, elmin müxtəlif sahələrinin  qarşısında bu istiqamətdə olduqca ciddi vəzifələr dayanır. Amma bu vəzifələrin həllini gözləmək lazım deyil. Deyilənləri prinsip kimi qəbul edərək müxtəlif məsəllərdə həll yolları tapmaq mümkündür.
      Bütün bu deyilənləri nəzərə alaraq cəmiyyət, insanlar üçün tərəqqinin əsas meyarlarını dəqiqləşdirməyə çalışaq. Deməli, insanda, sosial qrupda, sosial sahədə, cəmiyyətdə tərəqqiyə nail olmaq üçün onların öz mahiyyətlərinə, missiyalarına görə fəaliyyət göstərməsinə çalışmaq lazımdır. Bunun üçün ən əvvəl insanın yer üzündəki missiyasının nədən ibarət olduğu barədə düşünmək lazımdır. Əgər insan, cəmiyyət də böyük kosmo sistemin bir alt sistemidirsə deməli onun bu sistem qarşısında bir missiyası vardır. Sistem nəzəriyyəsindən aydındır ki, heç bir sistemdə başqasını təkrar edən, yaxud sistemin qanunlarndan kənarda olub fərqli prinsiplərlə fəaliyyətdə olan alt sistem, element olmur və hər bir obyektin özünün konkret funksiyası - missiyası vardır. Beləliklə, insanın missiyası – böyük sistemin bir alt sistemi kimi özünə xidmət ola bilməz. Onun missiyası kosmo sistemin tələblərinə, qanunlarına, missiyasına xidmət etməkdir. Doğrudur, insan öz duyduğu varlıqlar içərisində ən alidir. Amma o kosmo sistemin bir alt sistemi kimi daha yüksək tərtibli qanunlara tabedir. Deməli insanın Yer üzünü ram etməsi xülyası bir absurddur. İnsan yer üzərindəki bütün varlıqlarla enerji mübadiləsindədir və bu daha yüksək tərtibli sistemin qanunlarına uyğun olaraq müəyyən bir missiya yerinə yetirir. Bu missiya nədən ibarətdir? Bu suala mənim başqa yazılarımda geniş şəkildə cavab verilmişdir. İndi bir qədər insanın mahiyyəti barədə. İndik mövcud elmi ədəbiyyatda insan bir qayda olaraq «bio - sosial» bir varlıq kimi qəbul edilir. Çoxsaylı məqaləlrimdə  insanın mahiyyətinin «bio sosial» yox, «kosmo – bio – psixo - sosial» olduğunu əsaslandırmışam. Deməli insanın  fəaliyyətində tərəqqiyə nail olmaq üçün onun həyatının, fəaliyyətinin elə qurulmasına çalışmaq lazımdır ki,  onun bütün «kosmo», «bio», «psixo», «sosial» əlaqələrində bir ahəng yaransın. İnsan, cəmiyyət üçün tərəqqi meyarlarının müəyyənləşdirilməsində bu əsas şərtlərlərdən biridir. Məhz bu şərt yerinə yetirildikdə insan normal bir sistem kimi fəaliyyət göstərərək yer üzündə öz potensialına uyğun olaraq missiyasını yerinə yetirməyə, ahəng yaratmağa başlayır. Dediklərimizə bir qədər aydınlıq gətirək. «Kosmo» əlaqələrin, təlabatların ödənməsində ahəng yaranması nə deməkdir?. Hər bir sistemin elementi o zaman daha ciddi, güclü, energetik olur ki, o aid olduğu sistemlə, o sistemin elementləri ilə daha güclü şəkildə qarşılıqlı əlaqədə olur. İnsan eyni zamanda kosmo sistemin bir varlığı olduğu üçün o ozaman daha cüclü, energetik, başqa sozlə desək «daha çox insan» olacaq ki, kosmo sistemin o biri elementləri ilə normaya uyğun çərçivədə, daha sıx şəkiləd əlaqədə olsun. Bu əlaqə həm fiziki, həm də  mənəvi olaraq baş verir. İnsan mənəviyyatca, fiziki olaraq daha çox sağlam (təmiz, çirklənməmiş fon) olduqca kosmo əlaqələri də daha güclü olur. Və bu əlaqə ona dərk etdiyi yaxud etmədiyi şəkildə kosmo sistem barədə informasiyalar gətirir. İnsan daha çox kosmo sistemin ahənginə köklənir. Qeyd etmək lazımdır ki, sufilər məhz bu məqamı aydın hiss edərək öz təlimlərinin bir çox müddəalarını yaratmışlar.  «Bio» əlaqələrin, tələblərin yerinə yetirilməsindəki ahəng insanın yer üzündə bir canlı olaraq mövcud olmasını təmin edir. «Bio» amilə diqqət yetirilməsi, həm insana kosmo əlaqələrinin güclənməsinə kömək edir, həm də onu yer üzündə fəaliyyət göstərməsinə kömək edir. «Bio» amilin güclü olması üçün insan fiziki cəhətdən sağlam olmalıdır. «Psixo» amilin güclü olması insanı daha faydalı bir şəxsiyyət kimi cəmiyyətə təqdim edir. «Psixo» amil güclü olması şəxsi,  sosial qrupu, cəmiyyəti daha dayanıqlı, güclü edir. «Sosial» amilin güclü olması insana cəmiyyətdə öz potensalını daha çox açmasına kömək edir.  Bütün bu təlabatlar insanın mahiyyətindən doğan təbii təlabatlardır və bu onların yerinə yetirilməsi bütün bu amillərin qarşılıqlı fəaliyyitin gücləndirərək hər bir insanı, cəmiyyəti olduqca gücləndirir. Əslinə qalsa indiki dövrün siyasətçiləri, iqtisadçıları, filosofları bu istiqamətdə düşünməlidirlər. Təəsüf ki, müasir dövrdə onların bu sahədəki  fəaliyyəti naşı bir adamın fəaliyyətini xatırlatmaqdadır.
      Deyilənləri nəzərə alaraq konkret olaraq cəmiyyətdə tərəqqinin əlamətləri, ona nail olmaq yolları  barədə konkret bir fikrə gəlmək olar. Ən əvvəl yuxarıda tərəqqiyə verilən tərifi nəzərə alaraq onu demək lazımdır ki, əgər şəxsin özündə, ailədə, istənilən bir sosial qrupun, cəmiyyətin fəaliyyətində müəyyən bir ahəng duyulmursa orada tərəqqidən söhbət gedə bilməz. Amma ahəng olmayan hər bir sistemə də pessimist baxmaq olmaz. Bu qarışıqlıq, disharmoniya ola bilsin ki, tərəqqi üçün şərait yaranan bir dövrün ahəngsizliyidir. Bu ahəngə doğru keçid, dirçəliş dövrü də ola bilər. Amma tərəqqinin artıq mövcud olmasının əlaməti ahəngin olmasıdır. Bu ahəng nə qədər güclü olarsa tərəqqi o qədər də konkret olar. Bir şeyə də diqqət vermək lazımdır. Bir obyektdə, sahədə yaranmış ahəng başqa sahələrin ahəngini pozmur ki?  Əsil tərəqqi başqa sahələrdə  ahəngin pozmayan, əksinə o sahələrdə də ahəngi gücləndirən ahəngin yaranmasıdır. Əks halda mövcud ahəng ya lokal tərəqqini xarakterizə edir, yaxud da yalançı tərəqqidir. Bunu araşdırmaqla müəyyənləşdirmək olar. Daha qiymətli tərəqqi daha geniş miqyasda ahəngin yaranmasına kömək edən tərəqqidir. Əsil tərəqqi, bütün kosmo sistemin ahənginə yardım edən ahəngin yaranmasıdır. Dini təlimlərin əksəriyyəti öz məhdudiyyətləri çərçivəsində  insanlar arasında  bu kosmo ahəgi təmin edə biləcək davranışın yaranmasını təlqin etməyə çalışırlar.
      Bütün deyilənlərə yekun olaraq, düşünürəm ki,  hər hansı bir cəmiyyətdə tərəqqinin nə dərəcədə olub olmamasını aşağıdakı üç, qarşılıqlı əlaqədə mövcud olan əlamətlərlə, şərtlərlə müəyyənləşdirmək olar:
      1.    insanların fiziki sağlamlığı; Cəmiyyətdə gedən proseslərin insanların fiziki sağlamlığına get – gedə necə təsir etməsi;
      2.    İnsanların mənəvi zənginliyi; Cəmiyyətdə gedən proseslərin  insanların mənəvi zənginliyinin dəyişməsinə get – gedə necə təsir etməsi;
      3.    İnsanlarda yaradıcı əməyə təlabatın artması; Hər bir sosial qrupun, şəxsin oz potensialına, peşəsinə uyğun olaraq öz sahəsində daha effektli fəaliyyət göstərməsinə təlabatının artması, öz missiyasını dərk edərək ona nə dərəcədə əməl etməsi;
      Cəmiyyətdə gedən proseslər bu əlamətlərin yaranmasına kömək edirsə cəmiyyət tərəqqi yolundadır. Əgər bu əlamətlərin, şərtlərin hər hansı biri pozulursa  cəmiyyətdə tərəqqi üçün təhlükə yaranmışdır, yaxud da heç tətəqqidən söhbət gedə bilməz. Əgər bütün şərtlər pozulursa o zaman həyacan təbili çalınmalıdır.
      Diqqətlə fikir verilsə bu şərtlərin hər birinin, bir başa insanın mahiyyətindən doğduğunu, insna öz missiyasını yerinə yetirməyə kömək etdiyini görmək olar. Bu şərtlər həm də olduqca təbii şərtlərdir. Təsəvvür edin, hər hansı bir valideyni, oz körpəsini böyüdərkən həyatda hər şeydən əvvəl ona nə arzulayır? O hər şeydən əvvəl bu üç əlaməti arzulayır. İstəyir ki, övladı böyüyəndə: 1) sağlam olsun; 2) mənəviyyatlı, şəxsiyyətli insan olsun; 3) onun cəmiyyətdə könül verdiyi, problemlərini həll edə biləcək, yaxşı bir işi olsun. (bu yaxşının meyarları cəmiyyətin, insanın xarakterindən asılı olaraq dəyişə bilir.)
      Dərhal qeyd etmək lazımdır ki, olkədə, cəmiyyətdə, ailədə baş verən bütün proseslər bu şərtlərlə, əlamətlərlə müqayisədə ikinci, üçüncü və s. dərəcəli işlərdir. O poseslərin hamısı məhz bu üç əlamətin, şərtin ödənməsinə xidmət etməlidir. Yəni ekologiya ilə, iqtisaliyyatla, siyasətlə, dovlət quruculuğu ilə və s. bağlı işlər elə yerinə yetirilməlidir ki, onlar bu üç şərtin yerinə yetməsinə kömək etsin. Əgər iqtisadiyyat bu üç əlamətdən birinə ziyan verirsə – əhalinin fiziki sağlamlığına, mənəvi zənginliyinə xələl gəlirsə, yaradıcı əməyə marağını azaldırsa həmin iqtisadiyyat zərərli iqtisadiyyatdır. Ekologiya, siyasət, idarəetmə və s. də onun kimi… Bu istənilən sosial sistem,  sosial subyekt üçün doğrudur.  Götürək elə hər hansı bir ailəni. Əgər o evdə pul qazanılması cinayətkar yollarla olursa, pulun xərclənməsində israfçılığa yol verirsə dərhal bu əlamətlərə təsir edir. Ailə üzvlərində təhlükəli davranışlar, mənəvi aşınma, tənbəllik kimi əlamətlər üzə çıxır. Bu isə həmin ailənin artıq öz missiyasına uyğun olaraq fəaliyyət göstərməməsinə, öz daxilində, ətrafda ahəngin pozulmasına gətirib çıxarır. Başqa proseslərin də bu əlamətlərə bu kimi təsirlərindən geniş danışmaq olar. Bu istənilən ailə üçün də, təşkilat üçün də, cəmiyyət üçün də bütovlükdə yer üzü üçün də doğrudur.

Bu yazı 1722 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :