-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Dünyasının inteqrasiyası: iddialarımız, imkanlarımız
Şiriftin ölçüsünü dəyiş

Nizami Cəfərov
professor, millət vəkili

        Dünyanın qloballaşdığı, etnosiyasi güclərin təmərküzləşdiyi müasir dövrdə Türk dünyasının inteqrasiyası ideyasının  geniş vüsət alması tamamilə təbiidir. Və həmin ideya öz köklərini XIX əsrin sonu XX əsrin əvvəllərindən alsa da, bu gün daha zəngin bir spektrlə təzahür edir.
        Türklər bir etnos olaraq tarix səhnəsinə e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində çıxmış, iki böyük diferensiasiya dövrü keçirmişlər:
        1) I minilliyin ortalarından etibarən oğuz, qıpçaq və karluq türkləri;
        2) II minilliyin ortalarında isə  həmin diferensiasiyadan müasir türk xalqları formalaşmışdır.
Lakin istər birinci, istərsə də ikinci diferensiasiya əsasən bütöv coğrafi- siyasi məkanda getdiyinə görə türklər, məsələn, german, yaxud slavyan xalqları qədər bir-birindən təcrid olunmadıqları üçün xüsusilə etnoqrafik- mədəni səviyyədə «bütövlük kompleksi»ni qoruyub saxlamışlar. Bu baxımdan türkləri ərəb və ya İran xalqları ilə müqayisə etmək olar.
        Türk dünyasının inteqrasiyası iddiaları, hər şeydən əvvəl, həmin etnoqrafik-mədəni «bütövlük kompleksi»nə əsaslanır ki, bunun da ən populyar tərkib hissəsi dil birliyidir.
        Formal olaraq sayı 25-ə çatmış türk dillərində üç ortaq qat mövcuddur:
        a) genetik (qədim türkcədən gələn aparıcı fonetik, leksik və qrammatik) qat;
        b) ərəb, fras dillərindən gələn ümummüsəlman  leksik qatı;
        c) Avropa dillərindən gələn intellektual-terminoloji qat.
        Lakin türk dillərinin inkişaf səviyyəsi eyni olmadığına görə, haqqında söhbət gedən «ortaqlıq» da tələb olunan qədər mükəmməl deyil. Odur ki,  istər- istəməz «ortaq türk dili» ehtiyacı meydana çıxırg
        Mütəxəssislər, ümumən türk mədəni-ictimai fikri həmin ehtiyacı ödəmək üçün indiyə qədər iki təklif vermişdir:
        1) türk dilləri üçün ən ümumi, ən geniş yayılmış fonetik, leksik və qrammatik variantları seçib ortaq bir ünsiyyət vasitəsi tərtib etmək;
        2) türk dillərindən birini (təbii ki, ən inkişaf etmişini) ortaq ünsiyyət vasitəsi kimi işlətmək.
Birinci təklif nə qədər «demokratik» görünsə də, süni yaradıcılıq texnologiyası olduğuna görə özünü  doğrultmadıg İkinci təklif isə həm təbii idi, həm də XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq özünə xeyli tərəfdar toplamışdı.         Və hər dəfə də ən inkişaf eləmiş türk dili söhbəti ortaya çıxanda diqqət Türkiyə türkcəsinə - İstanbul ləhcəsinə yönəlmişdig
        Keçən əsrin 20-ci, 30-cu illərindən başlayaraq Atatürk inqilablarının əhatə dairəsinə daxil olub müasirləşən, bütün         Türkiyə cəmiyyətinin normativ  (ədəbi) dilinə çevrilən İstanbul ləhcəsi türk dilləri içərisində bu gün ona görə daha böyük nüfuza malikdir ki:
        1) öz fonetik, leksik və qrammatik quruluşuna, funksional üslubi imkanlarına görə ən mükəmməl, ən zəngin dildir;
        2) inkişaf etmiş dünya dilləri, Qərbi Avropanın universal dil təfəkkürü ilə ən çox  kontaktda olan türk dilidir;
        3) bu dilin bilavasitə daşıyıcılarının ümumi sayı  yüz milyona yaxınlaşmaqla yanaşı, onu digər türk xalqlarının çoxu  rahat anlayır;
        4) Türkiyə Cümhuriyyəti türk dövlətləri içərisində xüsusi iqtisadi, siyasi və  mədəni  mövqe tutur ki, bu mövqe Türkiyə Cümhuriyyətinin dövlət dilinə özünəməxsus səlahiyyət verirg
        Lakin Türk Dünyasının Türkiyə türkcəsinə bu cür önəm verməsi  o demək deyil ki,
        a) Azərbaycan, özbək, qazax, uyğur, tatar, başqırd və s. türk dilləri aradan qalxacaq;
        b) Türkiyə türkcəsi isə mexaniki olaraq bütün türk xalqları tərəfindən  qəbul ediləcəkdirg
        Burada söhbət türk xalqlarının ortaq ünsiyyət vasitəsinə  yiyələnməyindən gedir ki, həmin mədəni inteqrasiya prosesi, bizim fikrimizcə, artıq başlamışdır. İnteqrasiyanın birinci göstəricisi türk xalqlarının tədricən latın əlifbasına keçməsi, ikinci göstərici - müxtəlif türk dillərində Türkiyə türkcəsi ünsürlərinin meydana çıxması, üçüncü göstərici isə         Türk Dünyasında Türkiyə türkcəsindən bu və ya digər sahədə sərbəst istifadə edənlərin sayının  sürətlə artmasıdır.
        Türk Dünyasının ümumi ünsiyyət ehtiyacı və bu tarixi ehtiyac üçün məhz Türkiyə türkcəsinin seçilməsi həmin dil (Türkiyə türkcəsi) qarşısına eyni dərəcədə tarixi məsuliyyət qoyur; belə ki, türk gen tipologiyasını daşıyan, müxtəlif dövrlərin beynəlxalq ünsiyyət standartlarını mənimsəmiş, ən yeni dövrün «özləşmə» devirimini keçirmiş Türkiyə türkcəsi Türk Dünyasının ortaq ünsiyyət vasitəsi olmaq üçün hazırlanmalıdırg Bu hazırlanma
        a) digər türk dillərinin ən ümumi, ən perspektivli ifadə imkanlarının  ehtiva olunmasından,
        b) dünyanın universal dil ifadə standartlarının ümumtürk dil təfəkkürü mövqeyindən qəbul edilməsindən  ibarətdir.
        Dil - ünsiyyət inteqrasiyası nə qədər dərin etnoqrafik köklərə malikdirsə, o qədər  də geniş ictimai-siyasi perspektivlər vəd edir. Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi müstəqil türk dövlətlərinin mövcudluğu; Azərbaycan (Cənubi Azərbaycan) uyğur, tatar, başqırd, altay, yakut, çuvaş və s.  kimi xalqların müstəqillik iddiaları Türk Dünyasının siyasi miqyasının yalnız bu gününü deyil, həm də gələcəyini göstərir. Mövcud (və gələcək) türk dövlətlərinin birliyinin  ən demokratik forması isə, heç şübhəsiz, respublika - parlament assambleyasıdır ki, bu, beynəlxalq təcrübədən keçmişdir
        Türk xalqlarının, topluluqlarının qurultaylarının, Türk Dövlətləri başçılarının zirvə toplantılarının ardınca daha ardıcıl fəaliyyət göstərəcək Türk Dövlətləri Parlament Assambleyasının təşkili artıq zərurətə çevrilməkdədirg
pponentlərimizin iddialarının əksinə olaraq, Türk Dövlətləri Parlamentlərinin hər hansı formada əməkdaşlığı o demək deyil ki, Turan imperiyasını  yenidən dirçəltmək xəyalına düşmüşük. Biz beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində müasir bir qurum yaratmaq istəyirik. Elə bir qurum ki, Türk Dünyasının ortaq daxili və xarici problemlərini ardıcıl həll etsin, ən azı ümumi fəaliyyət strategiyası müəyyənləşdirsin. Və dünya (onun böyük gücləri) bizlə yalnız Azərbaycan, Özbəkistan, Qırğızıstan, Yakutiya və s. olaraq deyil, həm də (və daha çox!) Türk Dünyası olaraq hesablaşsın.
        Mənim fikrimcə, Türk Dövlətləri Parlament Assambleyasının yaradılması işinə tədricən – beynəlxalq praktikanı qəbul etməklə yanaşı, milli təcrübə qazanmaq, fəaliyyət mexanizmlərinə yiyələnərək başlamaq lazımdır.
Yəni necə?..
        Hər bir türk dövləti parlamentində digər türk dövlətləri parlamentləri ilə əlaqəli dostluq qrupları vardır. İşə məhz buradan başlamaq olarg Bakıda, İstanbulda, yaxud Daşkənddə həmin dostluq qurupları sədrlərinin müşavirələrini keçirmək, müəyyən anlaşma mühiti yaratmaq daha real görünür. Bu müşavirələrdə Türk Respublikaları Konstitusiyalarında parlamentlərə verilən hüquqlar, türk dövlətləri parlamentlərinin qanunvericilik təcrübələri, müxtəlif qanunların ümumtürk qanunvericiliyi çərçivəsində unifikasiyası və s. müzakirə oluna bilər. Və işin nə dərəcədə uğurla getməyindən asılı olaraq Türk Dünyası Parlament əməkdaşlığını həm keyfiyyətcə, həm də miqyasca genişləndirmək yalnız bundan sonra mümkündür.
        Keyfiyyət dedikdə həmin əməkdaşlığın ən müasir struktur (məşvərət şurasından başlamış assambleyaya, hətta daha çevik) formalara yiyələnməsi nəzərdə tutulur. Miqyasa gəldikdə isəg Bugün Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan. Qazaxıstan və Qırğızıstan olmaqla altı türk dövləti mövcuddur. Və Parlament əməkdaşlığının birinci mərhələsi məhz bu dövlətlərlə başlanırg İkinci mərhələdə həmin əməkdaşlığa, əgər belə demək mümkündürsə, yarımmüstəqil türk xalqları - tatarlar, başqırdlar, çuvaşlar, yakutlar, altaylar, uyğurlar və s. qoşulurlarg Üçüncü mərhələdə  isə Rusiya, İran, İraq, Əfqanıstan, Gürcüstan kimi ölkələrdə toplu halında yaşayan türklər öz dövlətlərinin parlamentlərinə  seçilmiş nümayəndələri vasitəsilə bu əməkdaşlıqda iştirak edə bilərlər.
        Bu, bizim iddialarımızdırg Lakin inanmıram ki, imkanlarımız iddialarımızdan çox kiçikdirg Və bu gün özünü dərk etmiş heç bir milli- mədəni bütövlük dünyaya parçalanmış, bölünmüş bir şəkildə «inteqrasiya» olunmaq, böyük güclərin qurduğu mənfəətpərəst proqramlar, yaxud «layihələr»lə yaşamaq istəmir
        Bir daha «dil birliyi»nə qayıtmaq istərdikg Ancaq bu dəfə daha geniş mənada!.. Türk Dünyasının daxili  problemlərindən ən böyüyü məhz daxili iddialardan ibarətdir ki, opponentlərimizi də həmişə həmin «separatçılıq» emosiyalarına istinad edirlər. İmkanlarımız o zaman iddialarımızı qabaqlayacaq ki, daxili iddialarımızı ümumtürk miqyasına (və səviyyəsinə!) qaldıra bilək

Bu yazı 1903 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :