-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk milli kültürü
Şiriftin ölçüsünü dəyiş

Olqun Ergün

        Yeni dövr olan XXI əsr dünyanı bürüyən millenium çılğınlığının ardınca başladı. Bu, qloballaşma adlanan yeni bir düzənidir ki, sərhədləri dünya siyasətinə istiqamət verən «böyük» dövlətlər tərəfindən cızılır. Yeni düzənin anlamı qısa bir zamanda dünyanı bölüşdürərək idarə etməyə çalışan dövlətlərin yarışı deməkdir. Amansız yarış sadəcə dünya iqtisadiyyatının, ya da neft başda olmaqla təbii sərvətlərinin bölüşdürülməsi kimi təqdim olunsa da, əslində daha dərinə getdikdə bunun bir mədəniyyətlər mübarizəsi olduğu açıq-aşkar görünür.
        Dünya siyasi həyatının başlanğıcından üzübəri tarixi inkişafa nəzər saldıqda daim gedən savaşın hələ də davam etdiyini müşahidə etmək mümkündür. Sadəcə olaraq müasir dövrdə bu savaşın adı, coğrafiyası və görünüşü dəyişib. Bu nəticəyə gəldikdən sonra deyə bilərik ki, qloballaşma adı ilə oynanan yeni oyunda kimlərin hansı rolu ifa edəcəyini, kimlərin yıxılıb kimlərin qalxacağını yenə də tarixin böyük ədaləti müəyyən edəcək.
        1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra tək qütblə idarə olunan bəşəriyyət dünyada yenidən sabitlik yarada bilmək üçün 90-cı illərin ortalarından etibarən yeni güc mərkəzləri yaratmağa çalışır. Avropa Birliyinin yaranması, Asiyadakı Şanxay Birliyi bu mənada dəyərləndirilməli olan iqtisadi və siyasi quruluşlardır. Bunlardan quruluşun böyük bir hissəsini təşkil edən Avropa Birliyi (hətta gözləniləndən çox əvvəl DAĞILMA işarələri göstərməyə başlamışdır – ortaq Konstitusiyanın qəbul edilməməsi, bərabərhüquqluluq prinsipi olan birlikdə bəzi üzvlərin daha çox hüquqlar əldə etmək istəməsi və s.), o cümlədən daxili problemlərini həll etməklə məşğul olan Şanxay Birliyi hələ ki, alternativ güc olaraq ortaya çıxmamışlar.
        XX əsrin sosializmlə kapitalizmin mübarizəsi olmasıyla yanaşı əslində hər iki sistemin eyni məqsədə xidmət etdiyini qeyd etmək istərdik. Məhz buna görə də XXI əsrdə gözlənilən qloaballaşmanın təməlləri atılmışdır. Dünyanın yeni düzəni formalaşdırılarkən qurulan şahmat taxtasında özünə güclü bir mövqe tutmağa çalışan «böyük» dövlətlər bu mövqelərini qoruya bilmək və daha üstün mövqelərə sahib olmaq üçün qəddar, amansız metodlardan istifadə etməyə başlamışlar.
        Hazırda Böyük Orta Şərq adıyla ictimaiyyətə təqdim olunan, əslində isə dünyanın enerji qaynaqlarını nəzarət altına almaq üçün göstərilən çalışma demokratiyanın ixracı, insan haqlarının qorunması kimi insani dəyərlərdən istifadə edilərək həyata keçirilir. Bu dəyərlər qlobal sistemin tərkibində düşünülən dövlət üçün işğal bəhanəsi olaraq istifadə edilir və hədəfə çevrilən ölkələrin daxilindəki müxtəlifliklərdən (din, məzhəb, milliyyət, dil və s.) yararlanaraq süni parçalanmalar yaradılır. Daha sonra parçalanmalar dərinləşdirilərək ölkələrin daxilində xaos yaradılır və müdaxilə üçün zəmin formalaşdırılır. «Böyük» güc bunları həyata keçirərkən dolayısı yolla gəlir əldə etməyə başlayır. Yəni bu güc «demokratiya» gətirdiyi ölkəni həm öldürməklə, həm də ölümə səbəb olan mərmilərin pulunu almaqla gəlir əldə edir. Böyük Orta Şərq layihəsi də, qloballaşma da, yeni düzən də, yaxud adına nə deyilməsindən asılı olmayaraq bütün bunlar hamısı həmin oyunun sadəcə bir formasıdır. Digər «böyük» güclər də bu proses zamanı öz paylarını almaq üçün müxtəlif terror təşkilatlarından istifadə etməyə çalışırlar. Yəni dünyanın bugünkü siyasi xəritəsində oynanan şahmat oyunu və bu oyundakı həmlələri görə bilmək üçün dahi olmağa gərək yoxdur. Hər şey açıq şəkildə həyata keçirilir.
        Qloballaşmanın əsas şərti dünyada mövcud olan sərhədlərin aradan qaldırılması, mal və valyuta dövriyyəsinin maneəsiz həyata keçirilməsidir. Bəs dövriyyədə olan mal və valyuta kimə aiddir və bu dövriyyə sadəcə mal və valyuta ilə məhdudlaşacaqmı? Yoxsa sərhədlər götürüləcək və bütün dünyada hakim olan tək bir güc qalacaq, digərləri isə ona xidmət etmək məcburiyyətində olacaq? Yuxarıda da qeyd etdiyimiz kimi kapitalizmin bu düşüncəsinin tarixin səhifələri arasına qarışan kommunizmin düşüncəsi ilə eynilik təşkil etdiyini görmək lazımdır. Yəni XX əsrdə iki düşmən iqtisadi sistemin çatmaq istədiyi məqsəd eynidir. Sadəcə vasitələri bir-birindən fərqlidir.
        Bəs bu güc bölgüsü içərisində mənsub olmaqdan qürur duyduğumuz Türk millətinin yeri haradır? XVIII-XX əsrləri min bir çətinlik içərisində keçirən, müharibələr, xəstəliklər və xəyanətlərlə mübarizə apararaq ətrafında baş verənlərlə maraqlanmayan, bəşər tarixində qurduğu 16 böyük imperiya və 100-dən çox dövlətlə dəfələrlə dünyanı idarə etmiş və bu idarəçilik istedadını irsi olaraq nəsildən-nəsilə ötürən bu böyük millət həmin güc bölgüsü içərisində hansı mövqedə olacaq? Onun yeni dünya düzənindəki yeri haradır? O şahmat taxtasında hansı vəziyyətə sahibdir? Bütün bu sualların cavablarını hamımız çox açıq şəkildə bilirik.
        Nə etməliyik? Qloballaşan dünyanın qaydalarına uyğun olaraq boyun əyməli, yoxsa boyun kəsən olmalıyıq? Yaxud öz qaydalarını özümüzün qoyacağımız yeni bir düzənmi yaratmalıyıq? Yəni Bilgə Kağanın 1300 il öncə dediyi kimi «Başlıya baş əydirib, dizliyə dizmi çökdürəcəyik?»

        «Tanrının dövlət günəşini Türk bürclərində doğdurmuş olduğunu və onların mülkləri üzərində göylərin bütün teğrilərini döndərmiş olduğunu gördüm. Tanrı onlara Türk adını verdi və onları yer üzünə hakim etdi. Zamanımızın xaqanlarını onlardan çıxartdı. Dünya millətlərinin idarəsini onların əlinə verdi. Onları hər kəsdən üstün etdi. Haqq-ədalətlə qüvvətləndirdi».
Kaşğarlı Mahmud

        Bütün bu sualların cavablarını verməzdən öncə düşünürəm ki, əvvəlcə özümüzlə üzləşməyimiz lazımdır. Dəfələrlə dünyanın idarəçilik vəzifəsini yüksək səviyyədə yerinə yetirmiş Türk milləti potensial olaraq hələ də o böyük gücünü qorumaqdadır. XXI əsrin «böyük dövlətləri» bu potensialı gördüklərinə görə əllərinə keçən bütün fürsətləri dəyərləndirərək real təhülkənin qarşısını almağa çalışırlar. Türk milləti sayı yeddi olmaqla bu gün dünyada ən çox dövlətə sahib olan bir millətdir. Türkləri mövcud olduqları bölgələrdə zəif bir vəziyyətə gətirmək üçün hər cür vasitələrdən istifadə edirlər. Misal olaraq Türkiyə Cümhuriyyətinin başına bəla edilən PKK terror təşkilatının kimlər tərəfindən böyüdüldüyünü, haralardan yardım aldığını, silahların kimlər tərəfindən verildiyini, kimlər tərəfindən qorunduğunu hamımız bilirik. Azərbaycanın başına bəla olan erməni sizcə təkbaşına Qarabağı işğal edəcək və ya əlində saxlayacaq qədər gücə malikdirmi? Yoxsa arxasındakı böyük dövlətlərə güvənərək hərəkət edir? Minsk qrupu hansı toplantısında işğalçı Ermənistanı qınayan bir qərar qəbul etmiş, yaxud işğalçı erməniyə nəsə etdirə bilmişdir? Küveyti işğal edən İraqa qarşı birləşən BMT-də hansı dövlətlərin sözü keçir? Nə üçün eyni qərar ermənilərə də tətbiq edilmir?
        Verdiyimiz misallar yuxarıda göstərdiyimiz tezisi birmənalı şəkildə təsdiqləyir. Yaxşı, edə biləcəyimiz nə var? Olan-olmuş, alan-almışmı deyəcəyik, yoxsa biz də öz düzənimizi qurmaq üçün çalışmağa başlayacağıq? Bu sualın cavabı millətimizin sabahını yönləndirə biləcək səviyyədə olduğu üçün onu son dərəcə önəmli sayıram. Amma bu sualın cavabını vermək üçün tariximizi yenidən xatırlamaq «biz kimik və tarixi vəzifəmiz nədir?» suallarını cavablandırmağımız lazımdır.
        Qloballaşan dünyada millətlərin yaşamasının ilk şərti öz mədəniyyətinə bağlı qalaraq inkişaf etmək, eyni zamanda dəyişən dünyanın tələblərinə uyğunlaşmaq və özünün seçdiyi tarixi missiyasını istənilən şərt altında yerinə yetirmək olmalıdır. İzah etmək lazımdırsa
        1.    Türk Cahan Hakimiyyəti Məfkurəsi
        2.    Qızıl Alma İdeyası
        3.    İlay-ı Kəlimətullah
        4.    Nizami Aləm
olaraq sıralanan bu ideallar - dövrlər, coğrafiyalar dəyişsə belə - öz mövcudiyyətini davam etdirir. Bütün bu idealların həyata keçməsi üçün tarixdə buraxdığımız səhvləri təkrar etmədən qarşımıza çıxacaq maneələri birlikdə dəf etməyi öyrənməliyik.
        Orxon kitabalərində böyük Türk xaqanı Bilgə deyir:
        «Türk sən ac olduğun zaman toxluğu düşünməzsən, tox olduğun zaman aclıq nədir bilməzsən. Bu səbəbdən xaqanın yaxşı sözlərinə qulaq asmadın, yurdundan ayrıldın, zəif düşdün... Müstəqil xaqanlığa qarşı səhv etdin... Şərqə getdin, Qərbə getdin. Müqəddəs yurd Ötükəni tərk edərək getdiyin yerlərdə nə etdin? Su kimi qan axıtdın, sümüklərin dağ kimi yığıldı. Dövlətə üsyan etdin, onu pis vəziyyətə saldın. Türk öz xaqanını tərk edib başqa hakimiyyəti qəbul etdi. Bunun üçün Tanrı ona ölüm verdi. Türk soyu məhv oldu».
        Yenə eyni kitabadə XXI əsrdə yaşayan Türk dövlətlərinə unudulmayacaq bir nəsihət verilir:
        «Çin xalqının sözü şirin, ipəyi yumşaqdır. Şirin sözü, yumşaq ipəyi ilə uzaq xalqları aldadıb yaxınlaşdırır. Sonra da fitnə-fəsad yayır. Bu siyasətdən baş çıxaran adamları yaşatmır. Onların şirin sözünə, ipəyinə aldanan çox sayda Türk məhv oldu. Çin xalqı hiyləgər və məkrli olduğu üçün bəylərlə xalq arasına nifaq salması nəticəsində Türk soyunun dövlətini və xaqanını məhv etmişdir. Türk xalqı Çin xaqanının bu qədər işini-gücünü gördüyü halda o, «Türk xalqını öldürüm, soyunu məhv edim» demiş və məhv etməkdə davam etmişdirg»
        Düşünmək lazımdır, dünən qarşımızdakı güc Çin idi, bəs bu gün Çinin missiyası hansı dövlətlər tərəfindən yerinə yetirilir? Çinin dünən etdiyini bu gün kimlər edir? Dili ilə, mədəniyyəti ilə, pulu ilə, mediası ilə kimlər səni özünə çəkib dövlətindən, millətindən uzaqlaşdırır?
        Bütün millətlərdə olduğu kimi gələcəyimiz keçmişdə yazılmışdır. Taleyə boyun əymək deyil müqəddəs taleyə çata bilmək üçün minlərlə il yaşamalıyıq. Yatmadan, oturmadan, durmadan bunu etməliyik.
Hz. Məhəmməd peyğəmbərin (s.ə.s) əmr etdiyi kimi gələcəyi qurmaq üçün düşmənlərimizin silahları ilə silahlanacağıq. XX əsrdə düşmənin silahı informasiya ilə qurulmuş gücdürsə informasiyanın sahibi olacağıq. Ya da şahmat taxtasında piyada, riyaziyyatda təsirsiz element, siyasətdə heç nə olacağıq. Millətin müstəqilliyini saxlamaq üçün Çin sarayına 40 igidlə hücum edib şəhid olan Kür Şadların nəvələri keçmişdən dərs alın və böyük millətinizə layiq olun!!!

Bu yazı 1095 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :