-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

1918-ci ildə ermənilərin törətdikləri mart soyqırımı
Şiriftin ölçüsünü dəyiş

Xəqani Məmmədov
professor

        Mart qırğını XX əsr Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri idi. Çox təəssüf ki, bu dəhşətli hadisə sovet tarixşünaslığı tərəfindən  saxtalaşdırıldığından, uzun müddət xalqa yalnış şəkildə təqdim olunmuşdur. Hətta hadisələrin cərəyan etdiyi dövrdə belə «Naş qolos» qəzetindən başqa Azərbaycanın bütün bolşevik təmayüllü mətbuatı mart qırğınını «vətəndaş müharibəsi» kimi qiymətləndirirdi. «Naş qolos» qəzeti bu hadisəyə erməni-türk xalqalrının milli ədavəti kimi qiymət verdi. Bakıda və Azərbaycanın digər  bölgələrində baş verən  1918-ci  ilin  mart-aprel hadisələrini əsas tutan  Amerika tarixçisi R.Syuni «Bakı Kommunası», 1917-1918-ci illər. Rus inqilabına   sinif  və millət  adlı monumental tədqiqatında müşahidə etmişdir ki, Zaqafqaziyada, xüsusilə  Bakıda  inqilabi mübarizə sinfi  mahiyyət daşımamış, millətlərarası  müharibə zəminində  baş vermişdir.
        S.E.Sef mart  hadisələrində ayrı-ayrı partiyaların  fəaliyyətini  və bolşeviklərin hakimiyyət uğrunda apardığı mübarizənin xronologiyasını  izləyərək  bu nəticəyə gəlir ki, mart  hadisələrini  heç cür Bakı Oktyabrı  adlandırmaq olmaz. Bundan  üç il sonra yazdığı məqalədə bu hadisələri məhz Bakı Oktyabrı kimi qiymətləndirir.
        H.Z.əliyevin fikrincə, guya «Musavat»ın  liderləri Nuru və Xəlil paşa ilə gizli surətdə danışıqlar apararaq belə sazişə  gəlmişlər ki, Türkiyə qoşunlarının Azərbaycanı işğal etməsinə yardım  məqsədilə üsyan qaldırsınlar. Martın 31-də Bakıda baş verən qiyam məhz  həmin gizli  sazişin  nəticəsidir.
        Əslində  isə heç bir  mənbəyə və sənədə söykənməyən bu fikrin həqiqət olmadığını  sübut etməyə ehtiyac yoxdur. Yalnız son illərdə  Azərbaycan tarixçilərinin bəi  tədqiqatlarını  nəzərə  almasaq, bu faciənin  mahiyyətinin aşkarlanmasında  cibbi bir iş görməmişdir.  Azərbaycan milli hərəkatının  inkişafına böyük təsir göstərmiş mart hadisələrini Zaqafqaziyada cərəyan edən hadisələrdən təcrid olunmuş halda  qiymətləndirmək olmaz.
        «Musavat»ın xalq arasında artan  nüfuzundan  qorxuya  düşən erməni  mill  partiyaları  və bolşevik  ermənilər Bakıda  hakimiyyət məsələsini  tam həll etmək,  Azərbaycan xalqının  milli  ruhunu  öldürmək  məqsədilə  erməni-türk qırğını törətmək  kimi iyrənc  üsula  əl atmaqdan  çəkinmədilər. Həmin dövrün siyasi ab-havasını araşdırmış olan erməni siyasi xadimi Hovanes  Kaçaznuni  qeyd edirdi ki,  «bolşeviklərə yalnız iki partiya  real qüvvə çıxara bilərdi: «Müsavat» və «Daşnaksütyun» partiyaları.«Daşnaksütyun» belə hesab edirdi ki, «Müsavat»la onun dostluğu bolşevik  təhlükəsi olduqda lazımdır. Bakıda bizim köməyimizlə bolşeviklər  «Musavat»ı darmadağın  etdilər».
        Oktybr inqilabından sonra Qafqazın sovetləşdirilməsi problemi Rusiya bolşeviklərinin qarşısında duran aktual məsələlərdən idi. 1917-ci  il dekabr ayınn  16-da  Petroqrad  Xalq Kommissarları  soveti  öz iclasını  «Qafqazda vəziyyət haqqında» məsələyə  həsr etmiş və Bakı Sovetinin sədri S.Şaumyan «Qafqaz və Qərbi Ermənistan üzrə  fövqəladə  komissar» təyin olunmuşdu. Bunun ardınca Bakı Soveti rəhbərliyi  şəhərdə  Qızıl Ordu  hissələri  adı ilə  erməni  qoşun  birləşmələrini  yaratmağa başladılar. Bu iş erməni siyasi və hərbi xadimlərinin nəzarəti altında  icra  olunurdu. Daşnak Avestiyan qızıl Ordunun qərargah rəisi, Hamazasp  üçüncü   briqadanın  komandiri, polkovnik  Qazarov isə  korpus komandiri  vəzifələrini icra  edirdilər.
        1918-ci ilin yanvar  ayında Müsəlman korpusunun  komandiri  general talışinskinin Bakıda həbsi  şəhərin türk-müsəlman  əhalisi arasında qəzəb doğurdu.
        Bu qarşıdurmadan istifadə etmək  marağında  olan erməni daşnakları şəhərin türk-müsəlman əhalisi ilə ermənilər və bolşeviklər  arasında  silahlı  toqquşma  yaratmaq  istədilər. Lakin  Azərbaycanın ziyalı və siyasi  xadimlərinin  ciddi  səyi  nəticəsində  bu toqquşmannı  qarşısı alındı. Mitinq  və yığıncaqlarda  çıxış edən  M.Ə.rəsulzadə, N.Nərimanov, N.Yusifbəyli və başqa siyasi şəxslərin bu istiqamətdəki  fəaliyyəti səmərəsiz qalmadı. Lakin erməni  millətçiləri  rus-xristinat  əsgər  və matrosları  arasında türk-müsəlman  icmasına  qarşı nifrət  ruhunda  təbliğat aparır, hər vasitə  ilə sülhə, barışığa Mane  olmağa  çalışırdılar. Artıq  1918-ci ilin   ilk  aylarında  Bakıda  8 mindən artıq erməni qoşun birləşləri  yaradılmışdı. Hətta İrandan  və Qafqaz   cəbhəsindən Rusiyaya  qayıdan rus əsgərlərinin müəyyən hissəsi də bu dəstəyə qoşulmuşdu. Qırğın ərəfəsində erməni silahlı qüvvələrinin  sayı 20 min nəfərdən artıq idi. Bundan əlavə, rus ordusu  inqilab  ərəfəsində Qafqazda çəkilən  zaman ordunun bütün  silah və təchizat erməni daşnaklarının  əlinə keçmişdi.
        Tarixi fakt və sənədlərin araşdırılması mart qırğınının  qabaqcadan düşünülmüş, planlı surətdə hazırlanmış və həyata keçirilmiş  bir soyqrım olduğunu  sübut edir. Qanlı hadisənin başlanmasından bir qədər əvvəl Bakı Sovetinin iclaslarında  və digər yığıncaqlarında Ş.Şaumyan  M.Ə.Rəsulzadə və A. Kazımzadə  təhlükəli şəxslər kimi qiymətləndirir, onlara məxsus silahlı qüvvələrin Türkiyə  sultanına  arxalandığı  fikrini təbliğ edirdi.
        1918-ci il mart ayının 15-də S.Şaumyan Bakı Sovetinin iclasında çəkinmədən: «Bakı Soveti zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir», deyə bəyan etmişdir. Bir gün  əvvəl,  mart ayının 14-də  S.Şaumyanın əmri ilə  erməni  Əmirovun  komandaqnlığı  altında  Şamaxı şəhərinə bolşevik silahlı  birləşmələri göndərildi. Salyan, Hacıqabul, Muğan və Lənkəran  bölgələrinə silahlı  bolşevik  dəstələri  yeridildi.  Toqquşmanı başlamaq üçün bəhanə  bu ərəfədə  H.Z.Tağıyevin  cənazəsinin «Evelina» gəmisində Lənkərandan Bakıya  gətirilməsini  təşkil edən 48 nəfər hərbiçinin gəlişi  oldu.  Dəfndən  sonra zabitlər  zabitlər həmin zabitlər  həmin  gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları əsgər və motroslar, eser və menşevik  partiyaları, rus milli şurası arasında şaiyə yaydılar ki,  «Evelina»dakı zabitlər Muğandakı  Molokan  kəndlərini  dağıtmaq üçün göstəriş  almışlar.
        Erməni  daşnaklarınınəli ilə  şəhərin müxtəlif   yerləərində  Azərbaycan türklərinin əleyhinə mitinq və yığıncaqlar   keçirilməyə başladı. Bunun nəticəsində Bakının bütün qeyri-türk siyasi birlikləəri və hərbi qüvvələri «Evelina»nın tərksilah edilməsi tələbini  irəli  sürdülər.
        Mart ayınnı 30-da döyüşlər başlandı. Döyüşlərə  rəhbərlik  üçün S.Şaumyan, A.Çaparidze, Q.Korqonov, İ.Suxartsev, S.Sakyan və M.Yolçiyan daxil olmaqla  Bakı  Soveti  yanında  inqilabi  müdafiə  komitəsi yaradıldı.
Həmin  gün sat  5-də açılan ilk atəş  Azərbaycan türklərinin üzləşdiyi   soyqrımın başlanğıcı  oldu.  Azərbaycan  ziyalıları  bu faciənin qarşısını alman üçün əllərindən gələni edirdilər. S.Şaumyanla bolşevik sıralarında fəaliyyət göstərən  N.Nərimanovun  bu sahədəki  xidmətləri  təqdirəlayiqdir. Bunu 1918-ci ilin  aprel ayının 1-də  «Hümmət» qəzetində  çap olunmuş «Qanlı faciədən dörd saat qabaq» adlı redaksiya məqaləsi də təsdiq edir: «Yoldaşımız doktor N.Nərimanov «İctimaiyyə»binasında və «Təzə pir»məscidində mitinqlərdə olan əhvalatlardan xəbərdar  olub  tezliklə  öz evində  bir məclis çağırdı.  Bu məclisdə «Hümmət» firqəsinin  üzvlərindən  savayı kəndçi ittifaqının sədri və müavini Mirzə  Axund və uyezdni komissar  Əliheydər  Yusifov  da hazır  idilər. Doktor N.Nərimanov Qafqaz komissarı  Şaumyanın vədəsini  almışdı. Saat 12-də Şaumyan bu məclisə gəldi. Doktor N.Nərimanov məclisi açıb təsirli bir nitq  söylədi və axırda  üzünü  Şaumyana  tutub dedi:
Şaumyan cavab Verdi:
        -Doktor N.Nərimanovun sözlərinə bütün-bütünə şərik olduğundan var qüvvəmlə bu işi yatırmağa səy edəcəyəm.  Buməclis  saat 4-də qutardı. Və Şaumyan hərbi  inqilab komitəsinə gedib doklad etdi. Görünür ki, yoldaşımız doktor N.Nərimanovun  təklifi qəbula keçibmiş.-Çünki müsəlman vəkilləri təsdiq edirdilər ki, -bunlara  Çaparidze  dedi:
        -Siz arxayın gediniz, sabah tüfəngləri müsəlman siyasi qüvvələrinə verəcəyik.
Vəkillər icraiyyə komitetində  olarkən  atışma  başlanır, hansı ki,  tərəfdən  və kim başlayır, müsəlmanlara  məlumdur.
        M.Ə.Rəsulzadə martın 30-da  İnqilabi  Müdafiə  Komitəsində  Bakı  soveti  rəhbərləri  ilə keçirdiyi  görüşdə  alınmış   silahların «Hümmət» təşkilatı vasitəsilə qaytarılması  istiqamətində  razılığa  nail olsa da, daşnak-bolşevik  höküməti  öz  sözlərinə  əməl etmədi. Çünki onlar bir tərəfdən  «hümmət»ə inanmır,  N.Nərimanvoun  isə   «sağ təmayülçü»lüyündən  narazı  idilər.
        Həmin dvrün canlı və fəal iştirakçısı, erməni  bolşeviki H.Əsiryans  qeyd edir ki,  «1918-ci ilin  fevralında T.Əmirov bizi  yığıb  bildirdi ki,  S.Şumyan  əvvəlcədən  bizə  xəbər vermişdi ki,  gecə saat 1-də  siqnal olacaq, bu xəbərdaredici siqnaldan  sonra biz hücum edib «Müsavat»ın qərargahını tutmalı idik və belə də oldu».
Ermənilərə və bolşeviklərə qarşı bərabər olmayan döyüşdə  kuütləvi  qırğına   məruz qalan  türk –müsəlman  əhalisi  martın 31-də müqavimət göstərməyi dayandırdı. Həmin gün cürbəcür bəhanələrlə danışıqların müsbət nəticələnməsinə mane olan İnqilabi Müdafiə Komitəsi istədiyinə nail olduqdan sonra ultimatum  Verdi. Ultimatumda  İnqilabi  Müdafiə  Komitəsinin tələblərinin, gündüz saat 3-ə kimi yerinə yetirilməyəcfyi  təqdirdə müharibəni davam etdirəcəkləri qeyd olunurdu.  Həmin gün saat 4-də  A.Aşurov, Ə.Topçubaşov, Mola Hacı Mir Möhsün, Hacı Hüseny Tağıyev, Əbdül Kazımzadənin təmsil olunduğu milli partiya və cəmiyyətlərin nümayəndləri «Astəra» otelində danışıqlara başladılar. Fioletov, Dudin, Suxartsev, İranın Bakıdakı  konsulu həbibulla xan, Erməni Milli Şurasının üzvləri- L.Atabəyov, Ter–Mikasyanın  da iştirak etdiyi iclasa A.Çaparidze sədrlik  edirdi.  Ə.Kazımzadə törədilən faciələrlə «musavat»ı təqsirləndirənlərə  qəti etirazlarını  bldirdi və bu  hadisələr  üçün bütün  məsuliyytin  bolşevik –daşnak hərbi  birləşmələrinin üzrəinə düşdüyünü  qeyd etdi.
Lakin uzun  müzakirə və mübahisələrdən sonra  İnqilabi Müdafiə  Komitəsinin  ultimatumuna  qəbul  olundu. Başdan-başa  bolşevik hakimiyyətinin möhkəmləndirilməsinə yönəldilmiş  ultimatumda  deyilirdi.
        1.    «Bakı fəhlə, əsgər və matros  deputatları  sovetinin hakimiyyəti qəbul edilir.
        2.    Əksinqilabçı  «vəhşi  diviziya» Bakı və onun  rayonlarından çıxarılır, yerdə  qalan  başqa  müsəlman  əsgəri hissələri, habelə  erməni milli qoşun  hissələri ya Bakıdan çıxarılır, ya da tamamilə fəhlə, əsgər və matros deputatları sovetinə tabe edilir, əhalinin bütün silahlanma işi Bakı Sovetinin nəzarətinə keçirilir.
        3.    Bakıdan  Tiflisə  və  Petrovska  dəmir yolunun açılması üçün  təcili tədbirlər görülsün»
İnqilabi Müdafiə  Komitəsi  döyüşlərin dayandırılması barədə  göstəriş versə də, bu göstəriş yalnız kağız üzərində qaldı. Erməni birləşmələri müqavimət  göstərməyə qabil olmayan  türk-müsəlman  əhalisinə divan tutmağa başladılar. Şəhərin Məhəmmədli və Poxludərə  məhəllələrinin əhalisi demək olar ki, son nəfəsinə  qədər qılıncdan  keçirildi. Qoşunlar  Azərbaycan əhalisinə  məxsus  bütün ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. «Kaspi» mətbəəsi, «Açıq söz» qəzeti redaksiyası, «müsəlman  Xeyriyyə Cəmiyyətin»nin yerləşdiyi «İsmAiliyyə» binası vəhşicəsinə  yandırılmışdı.
        «Təzə pir» məscidinin minarələri mərmilərlə  dəlik-deşik oldu. Bir sıra  yerlərdə  döyüşən  əsgərlərə  erməni ziyalılarının rəhbərlik  etməsi faciənin milli zəmin üzərində qurulduğunu  qəti sübut edir.
Bu dəhşətli qırğında hər iki  tərəfdən 20 mindən  artıq  adamın  iştirak etdiyi göstərilmişdir.
        Bütün  sosial təbəqələrdən olan ermənilər bu müharibə iştirak  tməyi öz vətəndaşlıq borcu bilirdi. Mart qırğınından sonra  Şaumyanın, Korqanyanın (Korqanovun) və  Avakyanın əmri ilə  17 və yuxarı yaşlı erməni əsgərlərindən ibarət  Qafqaz  «qırmızı ordusu» təşkil edilmiş və onlar qarət olunmuş, süngüdən  keçirilmiş  əhalini yenidən müsibətlərə düçar edərək, sırf yerli camaat hesabına  yeyib-içmiş, ayda  200 manat da məvacib  almışdır.
        «Tükürpədən ahfəğanın. Nalələrin ərşə dirəndiyi Bakıda ermənilər  zurna  çalıb,  keflənirlərmiş…»
Lakin erməni cəlladlarının  vəhşilikləri onların  yalnız Bakıda  törətdikləri qanlı  faciə ilə bitmədi.  S.Şaumyanın  əmri ilə qatı  daşnak T.Amirov və türklərin qanına susamış S.Lalayevin başçılığı  ilə erməni daşnak ordusu iki min nəfərlik qüvvə  ilə güya  əksinqilaba qarşı mübarizə aparmaq üçün Şamaxıya hücum  etdilər.
        Martın  18-də  sübh  çağı  Şamaxı  ətrafında  top  atəşləri  eşidilməyə başladı. Aydın oldu ki, gecə  ikən şəhər ermənilər, şimal-şərqdən isə molakanlar tərəfindən mühasirəyə alınmışdır. Müsəlmanlair əvvəlcə  müdafiə  olunmaq istəyirdilər, lakin topların qarşısında dayana bilmədiklərinə görə geri çəkilməyə məcbur oldular. Axşama  yaxın ermənilər şəhərin ən varlı   hissəsi «Pirvan Şirvan» a daxil oldular. Evlər yandırılır, yanan  evlərdən  çıxan kişilər, qadınlar, uşaqlar güllələndi. Gecə əmüsəlmanlar təslim olmaları barəsində ermənilərə müraciət etsələr də atəş dayandırılmadı. Bu vəhşiliklər  bir  neçə gün  Gəncədən müsəlman  qoşunları Şamaxı şəhərivə Şamaxı qəzası əhalinin köməyinə  gələnə qədər  davam  etmişdir.
        Şamaxı əhalisinə qanlı divan tutan ermənilər 8 mindən günahsız  azərbaycanlıların qanını tökdülər.  Şamaxı  qəzasının  72 kəndi  daşnak-bolşevik hərbi  birləşmələri tərəifndən dağıdılıb və  yandrılmışdı. Şamaxınnı  sağ  qalan azərbaycanlı əhali baş götürüb  qaçmağa  başladı.
        May ayının 1-də məşhur  daşnak  zabiti Hamazaspın başçılığı   ilə  ancaq  ermənilərdən ibarət olan böyük  hərbi  dəstə  qurbanı  mühasirəyə  alaraq, şəhəri toplardan  və plumyotlardan atəşə tutur.
Hamazaspı «cəza dəstəsi»lə Qubaya şəxsən S.Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişlər. Bu dəstəni  təşkil edən isə hərbi  komissar  erməni  Qriqorii Korqanov  olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız «Daşnaksutyun» partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil  etmiş və ona qatı millətçi venuntsu  dəstə  komissarı  Nikolay  adlı  hərbiçini  isə  köməkçi  təyin etmişdir.
        Hamazasp Qubanı işğal etdikdən sonra şəhər camatına hədə-qoxu  məzmunlu müraciətində  onun dəstəsinin bu yerlərə  hansı  məqsədlə  göndərildiyi  açıq şəkildə istifadə olunmuşdu.  O vaxt  Hamazasp  demişdi: «Mən erməni xalqının qəhrəmanı vəə onun  marağının müdafiəçisiyəm. Mən buraya-Qubaya xüsusi cəza dəstəsi  ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən  ermənilərin hayfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq, Sovet hakimiyytəini qurmaq üçün gəlməmişəm.
        Bu yerlərdə erməniləri qızdığına görə, Xəzər dənizinin  sahillərindən tutmuş Şah dağına qədər olan  ərazidə yaşayan bütün müsəlmanları  məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı  yerlə-yeksan etmək, Şamaxıda  törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın intiqamını almaq  tapşırılıb».
Özünü  bolşevik  kimi göstərən  və əslində isə qaniçən cəllad olan S.Şaumyan bolşevik pərdəsi ilə maskalanaraq Qafqazda  türk-müsəlman əhalisinə qarşı əsl soyqrımı siyasəti apsarmış və bu sahədə özünün əlaltılarından alçaqcasına istifadə etmişdir. Şuamyanın  göstərişi ilə  Azərbaycanın  ayrı-ayrı  bölgələrinə göndərilən  erməni silahlı  bandit  dəstələrinin rəhbərlərindən biri olan qatı sovinist Hamazasp 1818-ci ildə Qubaya azərbaycanlılardan qisas almağa göndərildiyini açıq söyləmişdi: «Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm. Mən «cəza dəstəsi» ilə bura (Quba şəhərinə) ona  görə göndərilmişəm ki, iki həftə əvvəl öldürülmüş ermənilərin qisasını alım. Mən bura  sovet hakimiyyəti qurmağa, ya da qayda-qanun yaratmağa  gəlməmişəm. Mənə  əmr edilmişdir ki, dənizin (Xəzər dənizi) sahillərində Şah dağa qədər müsəlmanları məhv, evlərini yerlə-yeksan edim».
        Hamazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində  vəhşi  hərəkətlər etmişlər. Ermənilər  qarşılarına çıxan kəndləri, obaları, yurd  yerlərini dağıdır, yandırır,   rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir–bir evlərə girib  bəzən bütün ailəni  məhv edən  ermənilər hətta hamilə  və uşaqlı qadınlara belə rəhm etməmişlər.Məsələn, onlar Kərbalayi Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik  ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala  Qasım  oğlunun arvadı Bibixanım və oğlu Əbdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayi  Abuzər Məstan oğlunu və iki  qızı Höküməni və Bustanı qucaqlarındakı körpələrlə  birlikdə  tikə-tikə doğramış, Məşədi Qənbər Mola Məhəmməd Saleh oğlunu, onun  arvadını və 5 körpə uşağını  şaqqalamışdılar.
        Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil  hərəkətlərə də əl atmaqdan çəkinməmişdilər. Belə ki,  qansız  erməni  əsgərləri şəhərin  hörmətli  ağsaqqallarına  əmr etmişdilər ki, onlara əylənmək üçün  müsəlman  qadın  və qızları  gətirsinlər. Bununla  qəti  şəkildə razılaşmayan  Əlipaşa  Kərbalayi məhərrəm  oğlu  və onun  oğlu yerindəcə  vəhşicəsinə  güllələnmişdilər.  Bəzən  ermənilər  onların  əmrlərini  yerinə yetirməyən  kişilərin gözlərini çıxarır,  qarınlarını xəncərlə  doğram-doğram  tmişdilər.  O vaxt  şəhərdə  iki mindən  artıq kişini  öldürən  azğın erməni  əsəgərləri  yüzə yaxın qadın və qızı  zorlamış,  qamuslarına təcavüz etmişdilər.
Şəhər əhəalisnin əmlakı tar-mar edilərək  oğurlanmışdı. Təkcə Qubanı özündə Hamazaspın  əsgərləri dörd milyon manat  nəğd pul, xeyli qızıl pul, qyimətli daş-qaş  və beş milyon  manatlıq, əşya-mal, iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ  keçirmişdirlər.
        Hamazaspın  cəza dəstəsi  Quba  qəzasının  162 kəndini  yandırdılar, 4 mindən çox azərbaycanlını, 12 mindən çox müsəlman ləzgini  öldürdülər.
        Erməni  quldurları Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında  da dəhşətli faciələr  törətdilər. Bakı quberniyasında azərbycanlıların  soyqrımı 1918-ci il sentyabr ayının ortalarınadək  yəni Nuru Paşanın rəhbərlki etdiyi Qafqaz İslam Ordusu   tərəfindən azad edildiyi dövrə qədər davam etmişdir. Erməni millətçilərinin törətdikləri türk-müsəlman soyqrımı zamanı 50 mindən çox azərbaycanlı öldürmüş, on minlərlə dinc əhali öz doğma  yurdlarından didərgin düşmüşdü.
        M.Ə.Rəsulzadə 1918-ci ilin mart facəisinin siyasi-mili amil kimi səciyyələndirərək, bir il sonra bu ildönümü  ilə bağlı yazırdı: «Şaumyanların Bakıda törətdikləri hadisələr Petroqrad  və Moskva hərəkətlərinə  qətiyyən bənzəmirdi. Orada  sinfi bir hərb, burada  isə  sinfi  hərb adı ilə  mili qətl  icra  edilirdi. Daşnaklar intiqam  alırdılar. Martın 18-dən 20-nə  qdər BAı türk  demokratiyasının  qafasında partladılan  toplar, müsəlmanlara  edilən  ədalətsizlik Azərbaycan fikrini  daşıyanları, muxtariyyət və istiqlal əqidəsi ilə yaşayanları məhv etmək üçün idi».
        1918-ci il aprel ayının 13-də S.şaumyan RSFSR Xalq  komissarları Sovetinin sədri V.İ.Leninə rəsmi məktub göndərmişdi. Hesabat səciyyəsi daşıyan  məktubda  mart hadisələrinin mahiyyti saxtalaşdırılmış şəkildə təqdim  olunmuşdu: «Müsəlman millətçi  partiyalarının müqaviməti  üzündən  Bakıda  Sovet  hakimiyyəti tükdən asılı idi. Yelizavetpolda və Tifilisdə yerini möhkəmləndirmiş feodal (bəy və xan)ziyalıları  başda olmaqla  partiyalar menşeviklərin alçan və qorxaq siyasəti nəticəsində  özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar. Əgər onlar Bakıda üstün gəlsə idilər, şəhəri Azərbaycanınpaytaxtı elan edər,  bütün qeyri-müsəlman ünsürləri tərksilah  edib qırardılar».
        Məktubda erməni daşnak silahlı birləşmələrinin bu qırğında  iştirakının  bolşeviklər  tərəfindən təşkil olunduğu  etiraf edilirdi: «Bizim 6 min nəfər yaxın silahlı qüvvələrimiz var idi. «daşnaksütyun»da 3-4 min nəfərlik milli hissələr  var idi ki,  bunlar da  bizim ixtiyarımızda  idi. Milli hissələrin (daşnakların) iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi. Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik».
        Məktubda ölənlərin sayı bilərəkdən azadılmış, hər iki  tərəfdən bu rəqəmin  cəmi 3 minə yaxın olduğu  göstərilmişdi.
        1918-ci ilin mart  qırğını Azərbaycanın türk-müsəlman  əhalisi üçün faciə ilə nəticələnsə də, bu qanlı  hadisə milli hərəkatı  boğa  bilmədi, əksinə  onun  inkişafında  mühüm mərhələ  oldu.  Daşnak-bolşevik siyasi xadimləri törətdikləri qanlı  faciələrə  baxmayaraq, öz istədiklərinə nail olan  bilmədilər. Azərbaycan türkləri  arasında  birlik  ideyası  gücləndi.  Xalq başa düşdüki, onun nicatı  özünə  arxalanmaqda, öz milli təşkilatının arxasınca  getməkdədir. Bu  hadisə  Azərbaycanda milli siyasi partiyalar  arasında ümstəqil dövlətçilik  ideyasını möhkəmləndirdi.

Bu yazı 897 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :