-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Borçalını Göyçənin taleyi gözləyir?
Şiriftin ölçüsünü dəyiş

Nicat Sadıqlı
jurnalist

        Son dövrlər informasiya vasitələrində Borçalı ilə bağlı intensiv olaraq informasiya getmədiyindən elə təsəvvür yaranıb ki, artıq bu mahalda heç bir hadisə baş vermir. Əslində isə soydaşlarımızın yaşadığı bu bölgədə hər gün, bəlkə də hər saniyə nə isə baş verir. Həm də soydaşlarımızın xeyrinə olmayan. Sadəcə biz xəbər tutmuruq.
Açığı «informasiyasızlıq yükünü Kütləvi İnformasiya Vasitələrimi aradan qaldırmalıdır» - sualını cavablandırmaqda çətinlik çəkirəm. Amma bir məqamı dəqiq bilirəm ki, Borçalını diqqətdə saxlamaq yükü, həmçinin bu bölgə ilə bağlı baş verənlərin Azərbaycana, hətta dünyaya çıxışı məsələsi Borçalı əsilli şəxslər də daxil olmaq şərtilə, Azərbaycanın elmi, siyasi, ədəbi ictimaiyyətinin üzərinə düşür. Amma təəssüf ki, bizdə belə deyil.
Müxtəlif maraqlardan doğan diqqəti çıxmaq şərtilə Borçalayı diqqət ya yetərli deyil, ya da yoxdur. Hətta bəzi dairələr var ki, diqqət göstərməmək üçün əlindən gələni edir, ehtiyac duyulanda asanlıqla yaxasını kənara çəkir. Bir sözlə «məndən ötsün qardaşıma dəysin prinsipi» hələ ki, yaşayır, daha doğrusu yaşadırıq. Sanki qanımıza, canımıza hopub.
        Amma diqqətdə saxlamasaq da, yaxamızı kənara çəksək də,  millətimizin, Azərbaycan türklərinin Borçalı adlı problemi, bir qədər də obrazlı desək, Borçalı adlı yarası var. Etiraf edim ki, yeni söz deyil, bəlkə də adamda ikrah doğurur, həta belə sözlər, ifadələr çox işlədildiyindən göz yaşı tökməyə bənzədilə bilər. Amma bu fikirdəyəm ki, hər halda gecikmiş göz yaşlarındansa, kecikməyən hönkürtü yaxşıdır.
        Niyə? Bu suala cavab vermək üçün, sonda iradla qarşılaşsam belə, Borçalı ilə Göyçə arasında müqayisə aparmaq zorundayam. Düzdür, bir sıra cəhətlərinə görə, bu iki mahalın aqibətlərində fərqlər ola bilər. Varsa da, bu, zənnimcə, «Göyçə adlı problemimiz var» deyə, vaxtında car çəkə bilməməyimizlə bağlıdır. Amma Borçalı ilə bağlı bunu edə bilirik. Oxşarlıqlar isə, nə qədər istəsək var. Məsələn, ermənilər Göyçə mahalını boş qoymaq üçün əvvəlcə əhalinin önündə gedənləri, ermənilərin siyasətindən xəbərdar olanları bu mahaldan, tutduqları vəzifələrdən uzaqlaşdırdılar. Yavaş-yavaş 1988-ci il hadisələri üçün zəmin hazırladılar. Nəhayət, istəklərinə nail oldular. Artıq 1988-ci ildə Göyçədə ermənilərə sərf edən başıpozuqluq yaranmışdı. Ana Vətən Azərbaycandan da dəstək yox idi. Əlac baş götürüb qaçmağa qalırdı. Qaçanlar qaçdı, qaça bilməyənləri qova-qova sərhəddən keçirdilər, qaçmaq istəməyənləri də öldürdülər. Bununla da Göyçə ssenarisi bitdi. İki yüz mindən çox soydaşımız ata-baba yurdunu tərk etməli oldu.
        Eyni problemləri artıq 10 ildən çoxdur ki, Borçalı da yaşayır. Bu mahalda da demək olar ki, camaatı arxasınca apara biləcək lider qalmayıb. Hamısı Bakıdadır. Bir sözlə artıq BAŞIPOZUQLUQ yaranıb. Camaat da üzünü Bakı istiqamətinə çevirib. Kimin imkanı var birdəfəlik Bakıya köçür, yaxud da ev alıb, ehtiyatda saxlayır, imkanı olmayanlar isə ən azı bu arzudadırlar. Rusiyaya üz çevirən gənclərdəki, öz yerində.
        Təbii ki, Borçalı camaatını dədə-baba yurdundan didərgin salan səbəblər var. Səbəbsiz yerə heç kim evini satıb vətənini tərk etməz. Bəli, Borçalıda camaatı evini, torpağını tərk etməyə məcbur edən səbəblər çoxdur. Bu səbəblər sırasında təhsil, səhiyyə sahələrindəki çeşidli problemlər, torpaq bölgüsündəki ədalətsizliklər və s. var. Əslində sadaladığımız sahələrlə bağlı problemlər elə Gürcüstan da daxil olmaq şərtilə keçmiş SSRİ respublikalarının hamısına xas olan bir məsələdir. Hətta bu respublikalardakı problemlər də oxşardır. Borçalıda da həmçinin. Amma yüzminlərlə soydaşımızın yaşadığı Borçalıda problemlərin arxasında planlı məkr dayanıb. Məkrin mahiyyətində isə qeyd etdiyimiz kimi, Göyçə ssenarisi, soydaşlarımızı dədə-baba yurdundan çıxarmaq durur. Qısaca "Borçalıdakı problemlər bilərəkdən yaradılır, yaxud da mövcud problemlər bilərəkdən həll edilmir" deyə bilərik.
        Faktlara müraciət edək. Keçmiş SSRİ respublikalarının hamısında, həmçinin Gürcüstanda da torpaq islahatları bu və ya digər şəkildə başa çatdırılıb. Və islahatın formasından asılı olmayaraq onun nüvəsində əhaliyə torpaq payının verilməsi durub. Amma Borçalıda bu məsələ hələ də baş-ayaqdır. On ildir ki, soydaşlarımız "torpaq" deyib dad çəkir. Vaxtilə əlində 5-10 sot torpağı olanlar da indi torpaqsız qalıb. Bir sözlə Gürcüstandakı islahat nəticəsində torpaq əsasən gürcülərə, qismən də gürcülərin sözünü tutan, imkanlı soydaşlarımıza çatıb. Yerdə qalanlar isə ya torpaqsız qalıb, ya da torpaq həmin şəxsə elə yerdə verilib ki, ora nə su çatıb, nə insan əli.
Enerji probleminin böyük bir hissəsini Azərbaycanın hesabına həll edən Gürcüstanda Borçalı camaatı işıq, qaz üzünə də həsrətdir. Gürcü hökuməti enerji ilə gürcüləri Borçalıdakı soydaşlarımızdan daha yaxşı təmin edir.
Başqa bir fakt. 2006-cı ildə bu bölgədə 500 azərbaycanlı qadın dünyaya cərahiyyə əməliyyatı ilə uşaq gətirib. Həmsöhbət olduğum mütəxəssislər deyirlər ki, bu, həmin qadınların böyük əksəriyyətini növbəti dəfə dünyaya uşaq gətirməkdən məhrum edib. Ona görə də bu, qəsddir. Gürcü həkimlərinin bu qəsdi asanlıqla reallaşdırmasına isə xəstəxanalarda azərbaycanlı ginekoloqların olmaması imkan yaradır.
Biz isə daha çox seyrçiliklə məşğuluq.

Bu yazı 844 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :