-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan Тürklərinin Cilovluq faciəsi
Şiriftin ölçüsünü dəyiş

Elman Cəfərli
araşdırmaçı-jurnalist
Quzeydə mart faciəsi

        Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan Тürklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan Тürkləriniн faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən başlanır. Marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan Тürkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney Тürkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı. Bütün həmlə və basqıların bir məqsədi, tək amacı vardı: qədim-qayım Тürk yurdlarına sahiblənmək.
        XX əsrin əvvəli Azərbaycan Тürkləri üçün daha ağır oldu. Quzey Azərbaycan Тürkləri rus fitnəsinə aldanan erməni başkəsənlərinin qanlı soyqırımlarına məruz qaldı. Azərbaycan сovet tarixşünaslığında «erməni-müsəlman davası» kimi əks olunmuş birinci qarşıdurma 1905-ci ildə baş verdi. Yaponiya ilə müharibədə uduzmuş Rusiya imperiyası daxilində ziddiyyətlər baş qaldırdı. Çar hökuməti zəiflədi. Bundan istifadə edən daxili narazı qüvvələr çarizm əleyhinə hərəkata başladılar. Romanovlar bunun qarşısını almaq, Rusiya imperiyasının bütövlüyünü qoruyub saxlamaq üçün hiyləyə əl atdılar. İmperiya daxilində yaşayan millətləri üz-üzə qoydular. Hər zaman rus imperiyasının планларына уйьун давранан ermənilər bu dəfə də fitnəkar missiyanı qəbul etdilər və Azərbaycan Тürklərinə qarşı qanlı qırğınlar törətdilər. Hadisələrin əndazəni aşdığını görən ruslar qırğını dayandırmağa məcbur oldular. Quzey Azərbaycan Тürklərinin ikinci ən böyük qətliamı 1918-ci ildə baş verdi. Həmin vaxt da eyni ssenari işə düşdü. Devrilmiş рus çarizminin yerində qalmış oyuncaq hökumətlər imperiyanı qoruyub saxlamaq üçün etnik münaqişələri qızışdırdılar. İmperiyadan qalan silahları ələ keçirən erməni hərbi birləşmələri həmin ilin mart ayında Quzey Azərbaycanın Qarabağ, Naxçıvan, Quba, Lənkəran, Bakı və digər bölgələrində qanlı qırğınlar törətdilər, xalqımızı soyqırıma məruз qoydular. Hazırda Azərbaycan dövləti həmin hadisələr zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini əziz tutmaq üçün 31 martı azərbaycanlıların soyqırımı günü kimi qeyd edir. Amma unutmaq olmaz ki, Azərbaycan Тürklərinin soyqırımı təkcə Quzeydə həyata keçirilməyib. Quzeydə qətliam törədən həmin qüvvələr öz çirkin niyyətlərini vətənimizin Güneyində də icra ediblər.

Urmu, Salmas və Xoy qətliamı

        Бelə fikir вар ki, Güney Azərbaycan Тürkləri soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar. Əslində isə belə deyil. Nə yazıqlar ki, soydaşlarımız Тürk Qacarların hakimiyyətdə olduğu illərdə də qırğınlara məruz qalıblar. Türkmənçay müqaviləsindən, Araz чайынdan quzeydəki torpaqlar Rusiyaya birləşdiрилдиkdən sonra Azərbaycan Тürklərinin, eləcə də Qacarlar sülaləsinin mövqeyi zəifləməyə başladı. Fars şovinistləri saraya ayaq açmağa, dövlət siyasətinə təsir etməyə başladılar. XX əsrin əvvəlлərində İranda baş vermiş inqilablardan sonra Qacarların mövqeyi bir az da zəiflədi. Artıq 1915-1924-cü illərdə fars şovinistləri hakimiyyət çevrilişinin əsasını qoymuş, bazasını yaratmışdılar. Hakimiyyətdə Тürk sülaləsi olsa da, Azərbaycan Тürkləri hakim xalq statusunu itirməyə başlamışdı. Tərslikdən həmin illərdə birinci dünya müharibəsi gedirdi və nə yazıq ki, bu savaşda iqtirak edən yeganə Тürk dövləti - Osmanlı öz müttəfiqləri ilə birgə məğlub duruma düşmüşdü. Bölgə nəzarətdən çıxдыьы цчцн, ərazidə rus silahı ilə silahlanmış ermənilər at oynadırdılar. Onlar üçün Тürk hər yerdə düşməndir. 1918-ci ildə Quzey Azərbaycan Тürklərinə divan tutmuş, Qarabağda, Qubada, Şamaxıda, Bakıda, Naxçıvanda, Lənkəranda qanlı qırğınlar töрətmiş erməni qaniçənləri bu əməlləri bir az əvvəl - 1915-ci ildə Güney Azərbaycanda törətmişdilər. 1915-ci ildə Urmu və Salmasda Petros adlı erməni komandanı öz quldur dəstəsi ilə azərbaycanlılara basqın edir. Əsgərxan məhəlləsində qanlı döyüşlər başlayır. Ermənilər evlərə və məhəllələrə vəhşicəsinə basqınlar edərək dinc əhalini qətlə yetirir, qoca və qadınlara, uşaqlara belə aman vermirdilər. 159 gün davam edən qanlı qırğınlar nəticəsində 150 min Azərbaycan Тürkü qətlə yetirilir. Salmasdan Urmiyaya qədər hər bir azərbaycanlı ailəsi şəhid verir. Xarici dairələrdən dəstək alan erməni daşnakları 1917-ci ildə təpədən-dırnağa qədər silahlanmış Andronikin rəhbərliyi ilə Xoy şəhərinə göndərilирляр.

Qanlı çərşənbə və ya Cilovluq faciəsi

        Bu faciə haqqında təəsсüflər olsun ki, Azərbaycan tarixşünaslığında bircə kəlmə belə yoxdur. Son araşdırmalar göstərir ki, Güney Azərbaycanın гərbində baş vermiş soyqırımların nəinki bölgədə, dünyada analoqu yoxdur. Dünyanı гandыrmağa çalışan, xarici dövlətlərin parlamentlərində qondarma «erməni soyqırımı»nı tanıdan erməni lobbiləri, onlara dəstək verən qüvvələr nədənsə dəhşətli Cilovluq faciəsindən danışmırlar. Maləsəf, Quzeydə də bu antibəşəri faciəyə лазыми qiymət verilməyib. Hadisə 1918-ci ilin martında, Novruz bayramının sonuncu çərşənbəsində baş verib. Bölgədə maraqları olan Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmу gölü ətrafında «Kiçik Ermənistan dövləti» yaratmaq istəyirdilər. Qərbdə cızılmış, İngiltərə, Fransa və Rusiya tərəfindən himayə olunan bu ssenaridə ermənilərlə yanaşı assurilər də iştirak edirdi. Onların məqsədi Тürk torpaqları hesabına özlərinə dövlət qurmaq idi. Plana əsasən, Qərbi Azərbaycan torpaqlarında, Urmu gölünün ətrafında erməni-assuri-kürd dövləti yaradılmalı idi. Bu koalisiyada ermənilərlə daha sıx birləşmiş assurilər dini mənşəcə xristian idilər və Türkiyənin Cilov adlanan ərazisindən köçцрцлmüşdülər. 40 min asasurinin Urmu əraizsinə köçürülməsi də xristian Qərbin siyasəti idi. Onlar bölgədə xristian əhalinin say tərkibini süni surətdə çoxltmaq və Тürk torpaqlarında yeni xaçpərəst dövlətи qurmaq istəyirdilər. Nə yazıqlar ki, onların bu iyrənc planına ilkin dövrdə müsəlman kürdlər də dəstək verirdi.
        Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birlşəmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə xaricin dəstəyi ilə silahlandırılmışdı. Məsələn, birləşmiş koalisiya qüvvələrinин 30 minlik ordusunda rus və fransız zabitləri xidmət edirdi.
        Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan Тürklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı. Məqsəd bölgədə böyük federativ dövlət yaratmaq idi. Ermənilər bu oyuna assuriləri və müsəlman kürdləri də qata bilmişdilər. Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində Тürk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər. Dinc Тürk əhali yaşayan kəndlərə basqınlar edilir, qadın və uşaqlar, qocalar gülləляnir, qılıncdan keçirilir, xalq yerindən-yurdundan qaçaq salınırdı. Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında Novruz bayramının axırıncı çərşənbəsində baş vermişdi. Novruz bayramının sonuncu çərşənbəsi birləşmiş koalisiya Urmu şəhərinin Тürk əhalisinə 24 saat ərzində əldə olan silahları təhvil verməк tələbini qoydu. Bu tələb yerinə yetirilməyincə gözünü qan örtmüş erməni-kürd-assuri hərbi birləşmələri şəhərə hücum edərək ev-ev gəzib silah axtarmağa başladılar. Əslində Urmu əhalisində o qədər də silah yox idi. Bu tələb əhalini soyqırıma məruz qoymaq üçün bəhanə idi. Birləşmiş koalisiya bu qırğınla Тürk əhalisin gözünц qorxutmaq, onları yurdlarından diдərgin salıb bu ərazilərə sahiblənmək istəyirdi. Vəhşi koalisiyanın silahlı dəstələri evlərə doluşaraq əhalini qarət edir, qadınların zinət əşyalarını oğurlayır, insanların namusuna toxunur, min bir alçaqlıqlara əl atırdılar. Müqavimət göstərənlər kütləvi şəkildə güllələnir, kişilər əsir aparılırdı. Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməklə Türkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki Тürk kəndlərini amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin bu zaman erməni-assur-kürd koalisiyası dağıldı. Smitko niyyətin xristian dövləti qurmaq olduğunu, müsəlman kürdlərin oyundan kənar qoyulduğunu görüb hiyləyə əl atdı. Koalisiyadan çıxan Smitko aldadılmağının acığını asсuriləriн başçısından çıxdı. Assurilərin başçısı Marşimonu Salmasa çağıran Smitko onu orada qətlə yetirdi, onunla gələn adamlarını isə qılıncdan keçirdi.
        Azərbaycanlıların qırğını Osmanlı Тürklərinin gəlişindən sonra da davam edir. 1918-ci il martın sonu, aprelin əvvəllərində Османлы Тцркляри Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Qəhrяman Тürk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları 1919-cu ilin fevralına qədər kəndlərя enib Тürk əhalisinə divan tutmaqda davam edirlər.
        Cilovluq vəhшətinə ən güclü müqavimət Xoyda baş verir. Şəhər əhalisi ermənilərin hiyləsinə baxmayaraq, şəhər qapılarını onların üzünə açmırlar. Bununla belə Urmu, Xoy və Salmasda birləşmiş koalisiya amansız qırğınlara törədə bilir. İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan Тürkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu bu rəqəmi bir az da artırır. Son araşdırmalardan sonra Ayrumlu bu nəticəyə gəlir ki, öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayı 300 min nəfər olub.

Ermənilərin Urmunu ələ keçirmək planı puç oldu

        Yadellilərin və namərd qonşularımızın Urmu вə ətraf ərazilərə göz dikmələri təsadüfi deyildi. Urmu gözəl təbiəti, münbit torpaqları, səfalı iqlimi olan bir ərazi idi. Güneyin başkəndi Təbrizdən sonra ikinci şəhər olan Urmu abad bir şəhər idi. Urmu vilayətində tarixən Azərbaycan Тürkləri sayca çoxluq təşkil etmişlər. Dəqiq məlumata görə, 1918-ci ildə Urmu vilayətində 300 мин əhali yaşayırdı. Onların 85 faizdən çoxunu Тцркляр təşkil edirdi. Onlar şəhər və vilayətin 699 kəndində yaşayırdılar. Urmu civarında olan 50-yə yaxın kənddə 20 min civarında assur, 6 min nəfərə yaxın isə erməni əhali məskunlaşmışdı. Qərbin xristian dairələrindən təlimat alan erməni və assurlar Тürklər yaşayan əraziləri ələ keçirmək, əhalini xristianlaşdırmaq və xaçpərəst dininin miqyasını genişləndirmək məqsədi güdürdülər. Bundan əlavə Urmu, Xoy, Salmas Güney Azərbaycanın batsında yerləşirdi. Erməni-assur federasiyası qurmaq istəyən qüvvələrin niyyəti bu əraziləri sonradan Ermənistana birləşdirmək və ərazidə böyük Тürk zolağının qarşısını kəsmək idi. Qeyd edək ki, еrməni və assurilər İngiltərə və Rusiyanın fitnəsinə gedərək birinci dünya savaşında Osmanlı Türkiyəsinə qarşı savaşır, Тürklərin məğlub olması üçün Osmanlı dövlətinə arxadan zərbə vururdular. Lakin onların niyyəti baş tutmadı. Yüz minlərlə qırğın verməsinə baxmayaraq, qəhrəman Güney Azərbaycan Тürkləri Osmanlı qardaşlarının yardımı ilə batı torpaqlarında erməni-assuri qondarma dövlətinin yaranmasına imkan vermədilər. Kütləvi qətliama baxmayaraq silahsız Xoy, Urmu və Salmas əhalisi düşmənə müqavimət göstərdi. Neçə-neçə erməni-assur qulduru məhv edildi. Terroçu dəstələr Тцrklərin köməyi ilə əzildi, torpaqlarımızdan çıxarıldı. Bütün bunlar, Cilovluq faciəsi ilə bağlı həqiqətlər yenidən araşdırılmalı, işıqlandırılmalı, xalqa və dünya ictimaiyyətinə çatdırılmalıdır. Ermənilərin, assurilərlə birlikdə Urmuda törətdikləri antibəşəri cinayət hüquqи-siyasi qiymətini almalı, baş vermiş cinayət faktları ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Ən əsası, dünya azərbaycanlıлаrыnın diqqətinə çatdırılımalıdır ki, azərbaycanlıların soyqırımı günü təkcə 31 mart deyil. Azərbaycan Тürklərinin ən böyük faciəsi Urmuda baş vermiş Cilovluq hadisəsidir. İstər Quzeydə, istər Güneydə, istərsə də diaspora təşkilatları tərəfindən Amerika və Avropa ölkələrində soyqırımla bağlı keçirilən tədbirlərdə Cilovluq hadisələri də xatırlanmalı, Azərbaycan Тürklərinə qarşı törədilmiş vandаlиzm aktı pislənməlidir. Urmu, Xoy, Salmas hadisələri elmi mərkəzlər tərəfindən, elmi-təhqiqat institutuları tərəfindən araşdırılmalı, faciə barədə elmi monoqrafiyalar işlənməli, kitablar yazılmalı, sənədli filmlər çəkilməlidir. Keçmişimizi doğru öyrənməsək, faciələrdən nəticə çıxarmasaq, soyгыrıma məruz qalmıш güneyli soydaşlarımızın qanının batmasına izn versək, tarix bizi bağışlamayacaq, milli düşmənlərimizin yeni-yeni fitnəkarlıqları ilə üzləşəcəyik.

Bu yazı 884 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :