-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Erməni məsələsi necə yarandi ?
Şiriftin ölçüsünü dəyiş

Xəqani Məmmədov
Ağcabədi Müəllimlər İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor

        Qədim və zəngin tarixə, strateci mövqeyə, münbit əraziyə və yüksək məhsuldarlığa malik olan Azərbayjan tarix boyu böyük dövlətlərin diqqət və tədqiqat mərkəzində olmuşdur. Özünün joğrafi mövqeyinə görə Qafqazın geostrateci bölgəsində yerləşən və tarixən Şərq ilə Qərbin, Şimal ilə Cənubun mərkəzində dayanan Azərbayjan Avroasiya məkanında mühüm tijarət mərkəzlərindən biri idi və ən qədimdən əlverişli ərazi kimi böyük tijarət köçlərinin etibarlı istirahət zonası olmuşdur. Belə qiymətli xəzinəni ələ keçirməkdə maraqlı olan iri dövlətlər və imperiyalar Azərbayjana yağlı tikə kimi baxmış və onu ələ keçirməyə çalışmışlar. Azərbayjanın 5 min illik tarixi olduğu halda qonşu xalqlar buna qısqanjlıqla yanaşır və özlərinin də saxta tarixlərinin qədimliyinin sübuta yetirməyə jiddi jəhd göstərirlər. Xüsusilə erməni tarixinə bələd olan hər bir tədqiqatçı çox yaxşı bildir ki, erməni hayları kimdir və onlar haralardan gəlib qədim Azərbayjan torpaqlarında nejə məskunlaşmışlar və sonrakı tarixi zamanlarda imperiya dövlətlərinin başçılarını müxtəlif hiylələrlə ələ alaraq özlərinə qondarma dövlət yarada bilmişlər.
        Tarixin amansız zərbələrinə məruz qalmış, torpaqları qanla suvarılmış Azərbayjanımızın başına min bir fəlakət gətirilmiş, fajiəli hadisələr törədilmişdir. Qanlı və fajiəli tariximizin ən ağrılı dövrü məhz  XIX  yüzilliyin əvvələrinə düşür. Tarixi ədalətçiliyə yol verən və Azərbayjan xalqının iki yerə parçalanmasının reallaşdıran Gülüstan və Türkmənçay müqavilələri son nətijədə böyük fajiələrə səbəb oldu. Bir tərəfdən böyük dövlətçlik təjrübəsinə malik olan Azərbayjan dövlətinin müstəqilliyi əlindən alındı, digər tərəfdən Türkmənçay müqaviləsinin 15-ji miaddəsinə uyğun olaraq xarijdə yaşayan  ermənilərin Qafqaza, xüsusilə Azərbayjan torpaqlarına köçürülməsi işinə başlanıldı. 1828-1830-ju illərdə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni Zaqafqaziyaya köçürüldü. Köçürülən ermənilər isə yerli azərbayjan əhalini getdikjə sıxışdırmağa başladı. Ermənilərin köçürülməsi işi və Azərbayjan torpaqlarında yerləşdirilməsi fasiləsiz davam etdirildi. Rusiya imperatoru I Nikolay (1825-1855) ermənilərin köçməsinə nəinki şərait yaratdı, həm də onlar üçün « erməni vilayəti » təşkil etdi. Bu tarix erməni siyasətçilərinin ən böyük arzusu idi. I Nikolay 1828-ji il martın 21-də « Erməni vilayəti » nin yaradılması haqqında fərman verdi. Həmin fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləvğ edildi, qədimdən Azərbayjan torpaqları olan İrəvan və Naxçıvan  xanlıqları və Ordubad dairəsi hesabına « Erməni vilayəti » yaradıldı. « Erməni vilayəti » nin tərkibinə daxil olan ərazilər İrəvan əyaləti, Naxçıvan əyaləti və Ordubad dairəsi adlanırdı. « Erməni vilayəti » nin ümumi sahəsi 24 min kvadrat verst (26.966,4 kvadrat kilometr) idi.
         İrəvan əyaləti özü isə 4 dairəyə - İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə ayrıldı. Həmin dairələrdə İrəvan xanlığının aşağıdakı mahalları əhatə olunurdu:
        1)    İrəvan dairəsi - Göyçə, Dərəçiçək və Qırxbulaq mahalları;
        2)    Şərur dairəsi - Şərur, Vedibasar, Gəmibasar, və Zəngibasar mahalları;
        3)    Sürməli dairəsi - Sürməli, Dərəkənd - Parçenis mahalları;
        4)    Sərdarabad dairəsi - Saatlı, Talın, Seyidli - Axsaxlı, Abaran, Karbi və Sərdarabad mahalları.
        1840-jı ildə « Erməni vilayəti » ləvğ edilərək yerində Gürjü İmeretiya quberniyası tərkibində İrəvan qəzası yaradıldı. 1849-ju ildə isə yenə İrəvan quberniyası təşkil edilir. Zəngibasar, Gərnibasar, Qırxbulaq mahalları quberniyanın İrəvan qəzası tərkibinə daxil edilir.

        Beləliklə, « Böyük Ermənistan » yaratmaq yolunda ermənilərin tarixi bir fürsət düşür. Bununla da Azərbayjanın zaman-zaman məruz qaldığı təjavüzdə düşmən də məlum olur, ona havadarlıq edən qara qüvvələr də. Ermənilərə belə himayədarlıq edən çarizm onlardan bir əlverişli vasitə və dayaq nöqtəsi kimi istifadə etməyə, Qafqazın sərvətlərinə sahib olmağa və ermənilərin əli ilə Şərqə doğru ekspansiya siyasətini genişləndirməyə çalışırdı. Özünün joğrafi-strateci əhəmiyyətinə görə Azərbayjan o zaman Rusiya imperiyasının xariji siyasət diplomatiyasında əsas yer tuturdu. XIX əsrin əvvələrində Rusiyanın xariji siyasət xəttinin hazırlanmasında və formalaşmasında qatı şovinist olan I Pyotrun « üç istiqamət planı » əsas götürülürdü və bu təjavüzkar plana görə Rusiyanın Şərq siyasətində Azərbayjan torpaqlarını zor güjünə işğal etmək  və bu zaman ermənilərdən bir vasitə kimi istifadə etmək nəzərdə tutulurdu. Belə bir zamanda Şərqin məzlum xalqlarını əsarət altına almaq üçün meydan sulayan Avropanın müstəmləkəçi dövlətləri « parçala və hökmranlıq et » taktikasından geniş istifadə edirdilər. Əslində Şərq siyasəti deyilən bu siyasətin banisi sayılan Rusiya imperatoru I Pyotr imperiya dövlətinin gələjək işğalçılıq planlarının əsas proqramını hazırlamışdır. Üç istiqamət adlandırılan Şərq siyasətinin başlıja məzmunu təxminən belə idi:
        1)    Azov - Qara dəniz, Bosfor və Dardanel boğazlarından keçib Aralıq dənizinə çıxmaq;
        2)    Azərbayjan - İran-Fars körfəzi yolu ilə Hind okeanına (I Pyotrun dili ilə İsti okeana) yol açmaq;
        3)    Orta Asiyanı işğal edəndən sonra Əfqanıstandan keçib Hindistana soxulmaq.
 
        Rusiyanın Şərq siyasətinin çox qədim tarixi və sosial-siyasi kökləri vardır. İlk orta əsrlərdən başlayaraq İsti dəniz sularına çıxmaq, boğazlara yiyələnmək və İsti okean sularına (Hind okeanına) çıxmaq üçün Rusiya hökmdarları strateci proqramlar hazırlamışlar. Anjaq Rusiyanın xariji siyasətinin ana xəttinə çevrilən « Şərq məsələsi » XVIII əsrin ikinji yarısında rəsmən daxil edildi və beynəlxalq münasibətlər sisteminə bir problem kimi əlavə olundu. Beləliklə, XVIII əsrin sonlarından etibarən « Şərq məsələsi » rəsmi ideoloci və diplomatik bir problemə çevrilir. « Şərq məsələsi » ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmışdılar. Anjaq başlıja maraqlı tərəflər Rusiya və İngiltərə idi.                   
        Rusiya imperatoru I Pyotr xariji siyasət məsələlərini işləyib hazırlayarkən Boğazlar məsələsinə, isti dənizlər məsələsinə, İstanbulun ələ keçirilməsinə və bütövlükdə « Şərq məsələsi » nə xüsusi diqqət verirdi ki, bu məsələlərin öz xeyrinə həllində erməniləri öz tərəfinə çəkmək üçün yollar axtarırdı. Bilirdi ki, ermənilər müxtəlif hədiyyələr vermək yolu ilə böyük dövlətlərin yedəyinə sığınır. Onu da bilirdi ki, hələ 1659-ju ildə ermənilər rus çarı Aleksey Mixayloviçə qızıldan işlənmiş bir taxt hədiyyə vermişlər. I Pyotrun xariji siyasət prinsiplərini rəhbər tutan Rusiya hökmdarları « Şərq məsələsi » nin həlli yollarının axtarışında öz maraqlarını gizlətmirdilər. II     Yekaterina yunanlarla yanaşı ermənilərin xidmətlərindən istifadə etməyi unutmadı və bütün « sədaqətli erməniləri » öz himayəsinə götürdü.
Bundan az sonra (XIX əsrdə), əsasən Rusiya tərəfindən ortaya çıxarılajaq « erməni məsələsi » nin özülünü qoydu.
        Tarixçi alim Sani Hajıyevin əsərində (Osmanlı dövləti 1870-1918-ji illərdə. B. 2002) maraqlı faktlar var. Əsərdə göstərilir ki, 1768-1774-jü illər rus-türk müharibəsi zamanı Rusiya çariçası II Yekaterina (1762-1696) tərəfindən qəbul edilən ermənilər Rusiyanın himayəsi altında « Ararat krallığı » yaratmaq xülyasına düşmüşdülər. İosif Arqutinski adlı bir erməni yepiskopu « Ararat krallığı » layihəsini hazırlayaraq Sank-Peterburq sarayına təqdim etmiş, layihə çariça II Yekaterina tərəfindən bəyənilmişdir. 200 nüsxədə çap olunmuş bu layihə II Yekaterinanın ölümü ilə əlaqədar olaraq həyata keçirilməmiş qaldı. Lakin ermənilər fəallıq göstərir və Rusiyanın himayəsinə sığınaraq, ondan öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Öz növbəsində Rusiya da Ermənistandan faydalanmağa çalışırdı. Çar I Nikolay (1825-1855)  Eçmiədzin patriarxını Osmanlı və İran ermənilərinin himayəçisinə çevirməyə, onun vasitəsiylə bütün erməniləri öz hakimiyyəti altına almağa çalışırdı. Bu məqsədlə 1836-jı ildə Rusiya rəsmiləri Eçmiədzin katalikosluğunu bütün dünya ermənilərinin ümumi katalikosluğu kimi tanıdı. 1857-ji ildə Vanda Mkırtıç Xrimyan « Van qartalı » adlı qəzet nəşr etməyə başladı. Qəzetin səhifələrində müstəqil Ermənistan ideyası təbliğ olunurdu. 1877-1878-ji illər rus-türk müharibəsində Qafqaz korpusunun komandanı erməni Boris Melikov Ərzurumu işğal edən kimi antiturk və antiislam təbliğatına başladı, erməni dövləti yaratmaq üçün fəallaşdı. O, xüsusi məmurlar, keşişlər göndərərək erməniləri « Xaç naminə birləşməyə» və Rusiya hökümətinə  itaət etməyə çağırdı. Bu istiqamətdə erməni təbliğatı genişləndi, keşişlərin antitürk fəaliyyəti artdı. Qeyd etmək lazıimdır ki, antitürk və antimüsəlman təbliğatının genişlənməsində, erməni-müsəlman qırğınlarının qızışmasında, erməni daşnaqlarının beyninin fitnə – fəsadla doldurulmasında və günahsız türk-müsəlman əhalinin öldürülməsində erməni keşişlərinin fitnəkar təbliğatı həmişə düşmənçilik toxumu səpmişdi.
        « Şərq məsələsi » nin əsas hədəfi « Orta əsrlərin yeganə əsl hərbi dövləti » (K. Marks) və qüdrətli dövləti olan         Osmanlı imperatorluğuna qarşı çevrilmişdi. « Şərq məsələsi » ni ərsəyə gətirən dövlətlər onun həlli üçün çeşidli üsullar və vasitələr müəyyənləşdirmişdilər. Onun gerçəkləndirilməsi üçün zaman-zaman diplomatik yollar axtarılmış, müxtəlif taktiki vasitələr seçilməsi üçün başlar və beyinlər sındırılmış, düşünərək nəzəriyyələr uydurulmuşdur. Bu baxımdan Rusiya və Qərb dövlətləri öz mənafeyinə uyğun olan « Kipr problemi » ni, « erməni məsələsi » ni gündəmə gətirmişlər. Onların sırasında « erməni məsələsi » daha çox diqqəti jəlb etmiş, şişirdilərək beynəlxalq problemə çevrilmişdir. « Şərq məsələsi » nin tərkib hissəsi olan «erməni məsələsi » və ya « erməni problemi » nin meydana gəlməsi guya ki, onların Türkiyədə və Azərbayjanda ajınajaqlı durumları ilə əlaqədar idi.
        Böyük dövlətlərin maraq və mənfəəti əsasında ortaya çıxan « erməni məsələsi» nin başlıja mahiyyəti belədir ki, ermənilər sübut etməyə çalışırlar ki, guya Şərqi Anadolu ermənilərin ana vətənidir, onlar burada əhalinin çoxluğunu təşkil edirlər və 1915-ji ildə Osmanlıda ermənilərin köçürülməsi deyil, qətliamı (soyqırımı) baş vermişdir.         « Erməni məsələsi » özünün ilk rəsmi ifadəsini San-Stefano müqaviləsinin 16-jı maddəsində tapdı və Berlin müqaviləsinin 61-ji maddəsi ilə beynəlxalq münasibətlərin əbədi mövzusuna və probleminə çevrildi. « Erməni məsələsi » nə müxtəlif prizmadan yanaşan böyük dövlətlər vaxtaşırı ondan faydalanmağa çalışırdılar. Elə bu gün də bu iş davam etdirilir.
        XIX əsrin ikinji yarısında Osmanlı dövlətinin ağır durumundan istifadə edən böyük dövlətlər özlərinin geostratğeci maraqlarını gerçəkləşdirmək məqsədi ilə « erməni məsələsi » ni qabardaraq önə çıxardılar. Tarixçi alim, professor İsmayıl Musayevin sözləri ilə desək, «….Erməni məsələsi » məhəlli bir olay deyil, Avropa diplomatiyasının yaratdığıdır. Erməni jamaatı Rusiya və İngiltərənin siyasi mənfəətlərinin qurbanıdır... Ermənilər          London və Peterburq arasında bəzən irəli, bəzən də geri çəkilən piyadalardır. İnsani düşünjələr, xristianların qorunması kimi sözlər yalnız bəhanələrdir…
        Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin sonu- XIX yüzilliyin əvvələrində Şərq siyasəti istər Rusiya imperiyasının və istərsədə Avropa dövlətlərinin xariji siaysət proqramında mərkəzi yerdə dayanırdı. Bu strategiyanı həyata keçirmək üçün Avrasiyanın iri dövlətləri öz aralarında jiddi siyasi gedişlər edir, hərb və ya sülh danışıqlarından istifadə edərək üstünlüyü ələ keeçirməyə çalışırdılar.
        XX əsrin əvvələrində Şərq siyasətində « Şərq məsələsi » deyilən məsələ meydana atıldı. XX əsrin əvvəlləri ümumdünya tarixinə dərin ijtimai-siyasi inqilablar əsri kimi, yüz illərin qəflət yuxusundan oyanmış Şərqin türk və müsəlman aləminin oyanışı kimi daxil olmuşdur. Yüz illərlə formalaşmış dünya müstəmləkə sistemi və imperiyalar dağılmaqda ikən Şərqdə gedən dərin ijtimai-siyasi prosesləri diqqətlə izləyir və müdaxilə edərək onları əldə saxlamaq üçün vasitələrdjən istifadə edirdilər. Bu geniş əhatəli və ümumdünya əhəmiyyəti daşıyan proseslərdən dünyanın iri dövlətləri tərəfindən hələ əvvəllər ortaya atılmış « Şərq məsələsi » özünün ən yüksək zirvəsinə çatdırıldı və nətijədə Osmanlı imperiyasının süqutu ilə nətijələndi.
        Həmin hadisələr fonunda « Şərq məsələsi » nin ən dəhşətli qolu - « erməni məsələsi » adlanan məsələ tarix səhnəsində arasıkəsilməz fajiələr mənbəyinə çevrildi. Tarixi hadisələrə bələd olan hər kəsə yaxşı məlumdur ki, bu məsələ Osmanlı imperiyasının zəiflətmək və son nətijədə Şərqin dəyişən xəritəsinin dünyanın iri dövlətlərinin mənafeyinə uyğun şəkildə formalaşmasını təmin etmək məqsədi ilə yeridilən çoxyönlü siyasətin mühüm tərkib hissəsidir. Erməni xalqının öz müqəddəratını özü təyin etməsi pərdəsi altında dünya siyasətinə daxil olan bu məsələ əslində xariji kapital ilə sıx bağlı olan erməni millətçilərinin mənafeyinə uyğun olaraq Türkiyə və Azərbayjan torpaqları hesabına  « dənizdən dənizə Böyük Ermənistan » imperiyası yaradılması haqqında tarixdə oxşarı olmayan avantürüst, hiyləgər və məkrli bir siyasətdir.
        Şərq tarixini bilən hər kəsə yaxşı məlumdur ki, XIX yüzilliyin ortalarında baş verən Krım müharibəsində Osmanlı dövlətinin tarixi qələbəsi həm Şərqdə və həm Avropada qüvvələr nisbətini Türkiyənin xeyrinə xeyli dəyişdi və Vyana konqresindən sonra dövlətlər arasında yaranmış balansa jiddi təsir göstərdi. Bu nisbət Rusiyanın xariji siyasət nüfuzuna ağır zərbə vurdu və hərbi qüdrətini xeyli zəiflətdi. Nətijədə Rusiyanın beynəlxalq nüfuzu aşağı düşdü, Avropada rolu zəiflədi, Qara dəniz və boğazlar məsələsində yaxına buraxılmadı. Bundan başqa Krım müharibəsiində ajı məğlubiyyət dadan Rusiya Balkanlarda üstün hüquqlardan məhrum edildi. Rusiyanın yeni hakim dairələri bu vəziyyətlə barışmaq istəmir və ölkəsinin təklənməsi vəziyyətində çıxış yolu axtarırdılar. Bunun üçün yeni xariji siyasət proqrpamı hazırladı və bu strategiyanı həyata keçirmək üçün Avropa dövlətləri ilə və Türkiyə ilə intensiv danışıqlar, beynəlxalq görüşlər və konfranslar aparmağa başladılar. Nətijədə XIX yüzilliyin 60-70-ji illərində həm Rusiya dövlətinin və həm də Avropa dövlətlərinin marağında olan Şərq böhranı yarandı, getdikjə mürəkkəbləşdi və Qordi düyününə çevrildi. Avropa ölkələri isə Şərq məsələsində və Şərq böhranında daha çox Rusiyanı qızışdırır və onu daha jiddi tədbirlər həyata keçirməyə təhrik edirlər.
        Beləliklə, müharibəyə jiddi hazırlaşan Rusiya 1877-ji il aprelin 12-də (24-də) Türkiyəyə müharibə elan etdi. Bu müharibə 1978-ji il fevralın 19-da (martın 3-də) San-Stefano (İstanbulun 12 verstliyinidə ) sülh müqaviləsi ilə başa çatdı. San-Stefano müqaviləsinin şərtləri ilə razılaşmayan Avropa dövlətləri yenidən bu məsələni müzakirə etdi və özlərinin xeyrinə dəyişmək üçün Berlin konqresinə toplaşdılar. Bismarkın sədrliyi ilə keçirilən bu konqress düz bir ay çəkdi. (1878-ji il iyunun 1-dən iyulun 1-dək) San-Stefano müqaviləsinin 16-jı madəssində deyilirdi: «Türkiyə ermənilər yaşayan vilayətlərdə tezliklə həyat şəraitini yaxşılaşdırmaq və yerli əhəmiyyətə malik islahatları həyata keçirmək öhdəliyini götürür və ermənilərin təhlükəsizliyini kürd və çərkəzlərdən qoruyajağına zəmanət verir ».
        Beləliklə, ermənilər ilk dəfə beynəlxalq sənəddə belə xatırlanırlar… Məlum olduğu kimi, Berlin konqresi San-Stefano müqaviləsinin həmin 16-jı maddəsini ləğv etdi, çünki konqress iştirakçısı olan böyük dövlətlər bəyan etdilər ki, Anadolunun heç bir hissəsində erməni əhalisi çoxluq təşkil etmədiyinidən erməni xalqının muxtariyyəti haqqında söhbət belə gedə bilməz. Türkiyə ermənilərinin keçmiş patriarxı Xrimyanın başçılıq etdiyi nümayəndə heyəti vətənə, demək olar ki, əliboş qayıtdı.
        Beləlitklə, « erməni məsələsi » XIX-XX yüzilliklər boyu böyük dövlətlərin əlində bir vasitə olmuş və sözün əsil mənasında türk dünyasına qarşı çevrilmişdir. Türkiyə alimləri haqlı olaraq göstəririlər ki, « erməni məsələsi » əslində ermənilərin deyil, türk torpaqları üzərində mənafeləri toqquşan böyük dövlətlərin – Çar Rusiyası ilə İngiltərənin məsələsi kimi siyasi həyata atılmışdır. Tarixi hadisələrin gedişi göstərir ki, bütün XX əsr boyu azərbayjanlılar üçün əsl tarixi fəlakətə çevrilmiş olan « erməni məsələsi », sonralar isə uydurma Qarabağ problemi zəngin sərvətə malik olan Qafqazda öz nüfuzunu itirmək istəməyən Rusiya imperiyasında siyasi hadisələrin gedişi ilə bilavasitə bağlı olmuşdur.
        Avropa dövlətləri tərəfindən Şərq məsələsinin tərkib hissəsi kimi yaradılan « erməni məsələsi » onların əlində oyunjaq bir vasitəyə və getdikjə mürəkkəbləşən beynəlxalq bir problemə çevrlmişdir. V.Qurko Kryacin Böyük Sovet Ensiklopediyası üçün yazdığı « Erməni məsələsi » məqaləsində erməni məsələsinin Şərq məsələsinin bir hissəsi adlandırmaqla, onun həm zahiri və həm də daxili mahiyyətini belə fərqləndirir: « Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini güjləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırlar. Daxili mahiyyət: öz burcuaziyasının rəhbərliyi altında ermənilər Milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burcuaziya sərbəst inkişaf edə bilsin.
        Qərbi Avropa ölkələri və Rusiya xariji siyasət strategiyasında üstünlüyü ələ keçirmək və özlərinin işğalçılıq planlarının daha asanlıqla reallaşdırmaq üçün XIX yüzilliyin sonu – XX yüzilliyin əvvələrində « erməni məsələsi » ndən istifadə edərək ona həm də böyük ümidlərə yanaşırdılar. Öz növbəsində Rusiya hakim dairələri Balkanlarda və Şərqdə möhkəmlənmək və üstünlüyü ələ almaq üçün « erməni məsələsi » deyilən bu avantürüst kartdan istifadə edir və hətta Türkiyə torpaqlarında « Türkiyə Ermənistanı » yaratmağı vəd edirdilər. Bu vəddən həvəsə düşən ermənilər Türkiyə vilayətlərində qanlı aksiyalar həyata keçirməyə başladılar. Milli zəmində baş verən bu dəhşətli qırğınlarda on minlərlə türk öldürüldü. Sasunda, İstanbulda, Vanda dinj türklər amansızjasına məhv edilməyə başlandı. Bu qırğınları həyata keçirən ermənilər sürətlə bu işi gördülər ki, həmin ərazilərdə türklərin kökü kəsilsin və türksüz, Türkiyə torpaqları hesabına Erməni dövləti yaratsınlar. Ermənilər əslində türklərə qarşı əsil soyqırımı həyata keçirdilər. Belə bir vaxtda, Rusiya dövləti ermənilərə kömək etmək üçün edilən xahişlərə və yalvarışlara biganə qalmadı. 1912-ji ildə erməni kilsəsinin katalikosu Rusiya hökümətinə Türkiyə ermənilərini müdafiə etmək üçün xahişlə mürajiət elədi. Rusiya öz növbəsində Türkiyə Ermənistanında geniş islahatlar proqramının irəli sürsə də Almaniya buna etiraz etdi. Hətta iş o yerə çatdı ki, Antanta dövlətləri 1914-jü il yanvarın 26-da erməni vilayətlərində islahat keçirmək barədə müqavilə imzaladı. Əgər nəzərə alsaq ki, bu zaman Türkiyənin beynəlxalq və daxili siyasi vəziyyəti xeyli mürəkkəb idi, onda çox şey aydınlaşar. Türkiyə Balkan və Trablis müharibələrində xeyli itgi vermişdi, üstəlik yeni dünya müharibəsinin alovları yaxınlaşmaqda idi. Vəziyyətin belə ağır və mürəkkəb olmasına baxmayaraq, Türkiyə höküməti qəti addım atdı və islahatların keçirilməsindən imtina etdi. Türkiyə hökümətinin qəti və prinsipial mövqeyi doğru idi. Ona görə ki, Türkiyə ərazisində və vilayətlərin heç birində ermənilər çoxluq təşkil etmirdilər və nejə ola bilər di ki, qədimdən türk yurdu və türk torpaqları olan bir dövlətdə yeni bir bufer dövləti olajaq « Türkiyə Ermənistanı » deyilən qondarma və uydurma bir dövlət yaradılsın?
        Birinji dünya müharibəsi başlanan kimi ermənilər öz murdar planlarını həyata keçirmək üçün Türkiyə vilayətlərində qanlı qırğınlar törətdilər. Ermənilər sürətlə silahlanır və türk kəndlərini amansızjasına yandırırdılar.         Türkiyənin belə bir zamanında düşmən orduları hüjuma keçdilər, yunan qoşunları hüjumla bir çox türk şəhərlərini ələ keçirdilər. 1915-ji ilin martında Vanda erməni üsyanı başlandı. Ermənilər 3 min nəfərdən çox türkün üstünə benzin tökərək yandırdılar. Van vilayəti ermənilərin əlinə keçdi. 1946-jı ildin aprelinə qədər rusların və ermənilərin birləşmiş ordusu Şərqi Anadolunun böyük bir hissəsinin – Trabzonu, Ərzurumu, Maşı, Bitlisi, Vanı ələ keçirmişdilər. İngilislər Qarsı işğal etmiş, fransızlar isə Adananı və Kilikiyanı tutmuşdular. Osmanlı dövləti 1918-ji il oktyabrın 30-da Mudros sülh müqaviləsini imzalayaraq birinji jahan müharibəsindən çıxdı. Ajı məğlubiyyət nətijəsində Osmanlı dövləti özünün fajiəli tarixini yaşayırdı. Mudros müqaviləsi Türkiyə üçün ağır şərtlər irəli sürürdü. Müqavilənin şərtlərinə görə Türkiyə parçalanır, qədim anadolu torpaqları düşmən əlinə keçirdi. Hətta düşmən donanması İstanbulda  lövbər salmışdı. Vəziyyətin ağırlığı bir də ondan ibarət idi ki, Türkiyə torpaqları hesabına«Türkiyə Ermənistanı» yaradılması nəzərdə tutulmuşdu. Türkiyənin ağır vəziyyətə düşməsindən istifadə edən düşmən orduları bir-birinin ardınja Türkiyə şəhərlərini və türk vilayətlərini işğal edirdilər. Belə ağır bir vəziyyətdə ikən sultan hökuməti və İstanbul hökuməti biabırçı Sevr müqaviləsini (10 avqust 1920-ji ildə ) imzalayaraq, əslində xariji düşmənlərlə birləşmiş oldular. Sevr müqaviləsinin şərtləri Türkiyə üçün olduqja ağır və həqarətli idi. Bu müqaviləyə görə Sultan Türkiyəsi öz ordusunu buraxmalı, hərbi donanmasını əslində ləğv etməli, Suriya, Fələstin,Ərəbistan yaramadası, Transiordaniya və Mesopotomiyadakı torpaqlarından məhrum edilməli, İzmir şəhəri yunanıstana verilməli idi. Müqaviləyə görə , Ermənistana müstəqillik verilir və yeni yaradılajaq Ermənistanın ərazisi Ərzurum, Van, Trapezund və Bitlis rayonlarına qədər genişləndirilirdi. Bu, ayrıja maddə kimi qəbul edilmişdi. Osmanlı Türkiyəsi bax belə parçalandı və çox ağır vəziyyətə düşdü. Ağır və ajı taleyini yaşayan Türkiyə bir dövlət olaraq tarixdən silinmək təhlükəsi qarşısında idi.
          Beləliklə, avropalıların « xəstə adam » adlandırdıqları Sultan Türkiyəsinin yaraları yenidən qövr eləməyə başladı. Türkiyənin belə ağır vəziyyətində «Ya istiqlal, ya ölüm» şüarını irəli atan Mustafa Kamal Paşa ilk baxışda mümkün olmayan bir şəraitdə bütün türk xalqını ayağa qaldırdı, düşmənə qarşı ölüm-dirim savaşına girdi, milli mübarizədə milli birliyi təmin edən əvəzsiz bir lider, müharibə meydanlarında əfsanəvi bir komandan, qüdrətli dövlət yaradan böyük siyasi xadim, millətin simasını dəyişdirən qorxmaz bir inqilabçı oldu. Ağlın və elmin rəhbərliyini, sağlam düşünjəni qəbul edən Atatürk girişdiyi mübarizənin əvvəlindən sonuna qədər türk millətinin yüksək keyfiyyətlərinə güvənmiş, qazandığı hər bir qələbənin dahiliklə millətin olduğunu söyləmişdir. Sanki uja TANRI onu parçalanmış, qəlbi viran olmuş, düşmən tapdağı altında inildəyən türk torpaqlarının, türk yurdunun qurtuluşu üçün, bir xilaskar kimi türk millətinə bəxş etdi. Türkiyəyə qarşı haqsız topaq iddiaları Atatürkü çox üzürdü. Məhz bu səbəbdən aslan kimi meydana atılan dahi öndər Atatürk böyük və parlaq zəfərlər qanaraq türk torpaqlarını düşməndən azad etdi və türk xalqının qəlbində müqəddəs bir heykəl ujaltdı.
        Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsi, ölüm-dirim savaşı 1922-ji il oktyabrın 11-də Antanta dövlətləri ilə imzalanan Mudaniya müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə Ədirnə də daxil olmaqla Şərqi Frakiya yunanlardan azad edildi, İstanbul və boğazlar Türkiyəyə qaytarıldı. Bundan sonra Türkiyə bir dövlət olaraq ayağa qalxmağa başladı.
        Anjaq belə bir vaxdda ermənilər dinj durmur, böyük dövlətlərin qılığına girməkdən əl çəkmirdilər. Mudaniya müqaviləsinin şərtləri ermənilərin « Türkiyə Ermənistanı » yaratmaq ümidlərini qırdı. Lakin erməni millətçiləri öz təbliğatından qalmır, Antanta dövlətləri və digər böyük dövlətlərlə yaltaqjasına danışıqlar aparırdılar. İndi ermənilər qarşıdakı Lozanna konfransına jiddi hazırlaşırdılar. Başlıja məqsədləri nəyin bahasına olursa-olsun « Böyük Ermənistan » dövləti yaratmaq, dənizlərə çıxışı ələ keçirmək idi.
        Hətta ermənilər konfrans iştirakçılarına özlərinin həyasız memorandumunu təqdim edirlər. Həmin memorandumla « erməni məsələsi » nin həllinin 3 variantını göstərmişdilər.
        1)    Ermənilər üçün ərazi ayrılması;
        2)    Ermənistan ərazilərinin ona Şərq torpaqlarından birləşdirmək yolu ilə genişləndirilərək dənizə çıxışını təmin etmək;
        3)    Bu ərazilərə Sevr müqaviləsi əsasında Suriya sonra isə Ankara müqaviləsinə əsasən Türkiyə Kilikiyasına verilmiş hissələri birləşdirmək.
        Nəhayət, Lozanna konfransı 1922-ji il noyabrın 20-də toplandı və aylarla öz işini davam etdirdi. Çətin və mürəkkəb şəraitdə aparılan danışıqlardan sonra nəhayət, 1923-jü il iyulun 24-də müqavilə imzalandı. Lozanna müqaviləsinə görə yeni Türkiyə Dövlətinin istiqlaliyyəti bütün dünya tərəfindən təsdiq edildi, Türkiyənin milli sərhədləri müəyyənləşdirildi, sosial-iqtisadi, siyasi və diplomatiya sahəsində Türkiyə üçün əhəmiyyətli və tarixi qərarlar qəbul edildi.
        Lozanna konfransı tarix salnaməsinə türx xalqının qəhrəmanlıq mübarizəsinin     məntiqi nətijəsi kimi daxil oldu və Osmanlı dövlətinin tarixində Atatürkün rəhbərliyi və başçılığı ilə misli görünməmiş bir siyasi zəfər oldu.Türkiyə dövlət istiqlaliyyəti qazandı, ölkə daxilində əjnəbilərin hökmranlığının bütün əsasları məhv edildi, yabançı buxovlar sındırıldı. Ən mühüm o idi ki, ermənilərə aid heç bir maddə nəzərdə tutulmamışdı, erməni daşnaqlarının bütün ümidləri dəfn edildi. Anjaq konfransın 37-44-jü maddələrində dini azlıqlara aid müəyyən fikirlər var idi ki, Türkiyə ərazisində bir dini azlıq kimi onu ermənilərə də aid etmək olardı. Lakin sonralar ermənilər Türkiyədə milli azlıq kimi tanınmalarından imtina etdilər, onlar adi Türkiyə vətəndaşı kimi yaşamağa üstünlük verdilər. Bu barədə erməni daşnaq lideri O.Kaçaznuni yazırdı: « Artıq Türkiyə Ermənistanı yoxdur. Avropanın böyük dövlətləri bizim məsələni dəfn etdilər. » Daha sonra o, Daşnaqstyun partiyasının rəhbəri kimi partiyanın fəaliyyətinə yekun vuraraq « Daşnaqstyuna artıq heç nə qalmır, partiya özünün qərarı ilə şüurlu və qətiyyətli sürətdə öz mövjudluğuna son qoymalıdır. » qərarını vermişdir. Lakin daşnaqlar öz liderlərini məsləhətinə əməl etmədilər, onların jinayətkar fəaliyyəti və qanlı əməlləri o vaxtdan bu günə qədər davam etməkdədir.
        Beləliklə, « Erməni məsələsi » nin yaranma tarixi, avantürist fəaltiyyəti, qanlı əməlləri və jinayətkar hərəkətlərinin tarixçəsi belə olmuşdur. Son olaraq qeyd etmək istəyirik ki, tarixdə yaranmış « erməni məsələsi » uydurulmuş bir mif, çürük ağajı xatırladan bir müqəvva, heç bir sosial əsası və bazası olmayan yalançı nəzəriyyədən başqa bir şey deyildir. Lakin belə bir çürük « erməni məsələsi » nin uydurulması bəlkə də dünyanın böyük dövlətlərinə öz işğalçılıq planlarını həyata keçirmək üçün lazım imiş. Kim bilir, « erməni məsələsi » olmasaydı belə Avropanın böyük dövlətləri onu uydurajaqdı və nəhəng Osmanlı dövlətinin ixtiyarında olan torpaqları onun əlindən almaq üçün daha hansı kəşf edəjəkdilər?  Lakin tairx ondan ibrət dərsi götürməyəni jəzalandırır. Erməni daşnaqları və təbliğatçıları dəfn edilmiş « erməni məsələsi » ni iyirminji yüzilliyin 80-jı illərinin ortalarında başqa bir adla – « Qarabağ problemi » adı ilə yenidən meydana atdılar.
        « Qarabağ problemi » nin ortaya atılmasında Mərkəzin də xüsusi maraq dairəsi olmuşdur. SSRİ rəhbərliyi tərəfindən qızışdırılan « Qarabağ problemi » on minlərlə günahsız adamların kütləvi şəkildə məhvinə, yüz minlərlə insanın məjburi qaçqına, köçkünə və didərginə çevrilməsinə, minlərlə şəhər və kəndin məhvinə, milyardlarla maddi ziyanlara, insan zəkasına sığmayan və təfəkkürə gətiriləsi mümkün olmayan ağır mənəvi sarsıntılara səbəb olmuşdur. Əvvəl « Şərq məsələsi » ni, sonra « erməni məsələsi » ni, daha sonra isə, « Qarabağ problemi » ni ortaya atanlar bu gün tarix qarşısında javab verməlidirlər, bütün dünya dövlətləri tarixi həqiqətlərdən və janlı tarixin özündən ibrət dərsi almalıdırlar.

Bu yazı 1025 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :