-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Erməni terrorunun siyasi mahiyyəti və hədəfləri
Şiriftin ölçüsünü dəyiş

Qafar Çaxmaqlı
Bakı Dövlət Universitetinin müəllimi

        Erməni terrorçuluğu milliyyətçi cəmiyyət və komitələrin, siyasi təşkilatların meydana gəlməsi nəticəsində daha təşkilati xarakter almağa başlamışdır. Ondan qabaq terror ayrı-ayrı səxslərin sifarişi idisə, siyasi boyut qazanandan sonra onun mahiyyəti də dəyişdi. Terror artıq müəyyən siyasi məqsədə çatmaq üçün törədilməyə başladı və bu işə də tarixdə ilk imzanı ermənilər atmışlar. Ermənilərin toplum halında yaşadıqları ərazilərdə qeyri-sabitliyin hökm sürməsində maraqlı olan Qərb dövlətləri və Rusiya bölgədə fəaliyyətlərini aktivləşdirmək üçün yeni təşkilatların yaranmasına ehtiyacın olduğunu dərk edirdilər. İngiltərənin Van konsulu Çlayton öz ölkəsinə göndərdiyi bir raportda (12 oktyabr 1890) Rusiya Ermənistanından (İrəvan quberniyası nəzərdə tutulur) Türkiyə ermənilərinə silahlar göndərilməsi üçün cəmiyyətlər qurulduğu və bu silahların paylanması üçün casusların olduğunu yazmışdı. “Hnçak” qəzeti özünün 1890-cı ilin martında çıxan 9-cu sayında ermənilərin müstəqillik mübarizəsinə kömək etməyənlərin öldürüləcəyini yazmışdı. “Hnçak” partiyasının Rusiyanın və Avropanın xalqçı qrupları ilə bağlılığını qeyd edən erməni tədqiqatçısı Meri Koçar bildirir ki, erməni milli azadlıq hərəkatına terrorçuluqla nəyəsə nail olmaq ideyası bu təşkilatların təsirindən yaranmışdır və “Hnçak” öz fəaliyyətində terroru istisna etmirdi. 1887-ci ildən çıxan “Hnçak” qəzetində də bu ideyalar yayılmağa, təbliğ edilməyə başlamışdı. Bütün bunlar özü də sübut edirdi ki, Hnçak terrorçu bir təşkilat kimi ortaya çıxmışdı. Partiyanın qəzetin 1888-ci ildə dərc olunan proqramında da terrorizm mübarizə vasitələrindən biri kimi göstərilirdi. Proqramda nəzərdə tutulurdu ki, “Türkiyədə silahlı üsyanla mövcud quruluşu dəyişdirmək və “Türkiyə Ermənistanını inqilabi qeyri-sabit regiona çevirmək” əsas məqsəd idi. Müstəqillik əldə edilmədiyi təqdirdə Türkiyə Ermənistanının başqa bir ölkənin “tərkibinə keçməsinə nail olmaq” nəzərdə tutulurdu. Əlbəttə, həmin ölkə Rusiya idi və buradan ermənilərə pul və silah yardımı gəlirdi.
        Daşnaksütyun partiyası barədə də dövrün mətbuatında eyni şeylər qeyd edilmişdir. 1877-78-ci illər rus-Türk müharibəsindən sonra siyasi vəziyyətin ermənilərin xeyrinə dəyişməsi də erməni təşkilatlarını fəallaşdırmışdı. O dövr ermənilərə aid erməni və rusdilli mətbuat orqanları bu hadisələri maraqla qarşılayırdılar. 13 iyun-13 iyul 1878-ci il Berlin konfransından ermənilər müstəqillik qərarı gözləyirdilər. Bu baş verməyincə ona nail oldular ki, Osmanlı dövləti öz ərazisində yaşayan xristian toplumla bağlı hesabat vermək məcburiyyətini qəbul etməli oldu. Ermənilər isə müstəqilliyi nə vaxtsa alacaqlarına ümid edərək ölkə içərisində təxribatlar, üsyanlar, xaos yaratmaq işlərini genişləndirdilər. Sonralar Erməni İnqilabi Federasiyası-Daşnaksütyun partiyası San Stefano müqaviləsinin 16-cı paraqrafını və Berlin müqaviləsinin 61-ci maddəsini əsas götürərək “müstəqillik uğrunda mübarizədə haqlı” olduqlarını sübut etmək ideologiyasını genişləndirdi.
        XIX əsrin sonlarında 2000-dək məktəbi olan, sərbəst şəkildə erməni dilində çıxan xeyli miqdarda qəzet-jurnala sahib, milli cəmiyyət, təkilat və partiyaları olan erməni millətini Türklərə, Osmanlı dövlətinə qarşı qoyanlar onun düşmənləri idilər. XIX əsrin 60-70-ci illərində Türkiyədə çıxan 24 qəzetdən 9-u erməni dilində idi. Haqlı olaraq erməni alimi E.Gegamyans 1915-ci ildə Bakıda erməni dilində çap etdirdiyi “Ermənilərin azadlıq hərəkatı” (“Hayeri azataqraqan şarjumı”) adlı əsərində Türkiyənin milli azlıqlarla, o cümlədən ermənilərlə bağlı öhdəsinə götürdüyü bütün məsələləri həll etdiyini qeyd edir.
        Məşhur tarixçi Jastin Makkarti özünün “Kim başlatdı?” adlı məqaləsində yazır ki, “Birinci Dünya müharibəsi başlamazdan əvvəl erməni partizan dəstələri, quldur drujinaları təşkilatlanmağa və təlimlər keçməyə başlamışdı və bunlar “yaxşı silahlanmış və təlim görmüş üsyancı birliklər idi. Onların sayı, görkəmli tarixçiyə görə 100 minə qədər idi. Silahların çox hissəsini Rusiya verirdi. Osmanlı görəvliləri öz raportlarında təkcə Sivas vilayətində 30 min erməni partizanı olduğu barədə yuxarılara məlumat vermişdilər. (...) Bu durum, erməni quldur dəstələrinin yaratdığı təhlükə həm Osmanlı imperatorluğunun varlığını, həm də Anadoluda yaşayan müsəlman əhalini çox ciddi şəkildə təhdid edirdi. Erməni tədqiqatçısı və filosofu S.Q.Pirumov (Pirumyan) 1934-cü ildə Tiflisdə Şərqşünaslıq Elmi Assosiasiyası tərəfindən çap etdirdiyi “Daşnaklar xaricdə” adlı kitabında etiraf edir ki, müharibə ərəfəsində “erməni məsələsi”ni yenidən gündəmə gətirən məhz daşnaklar oldular. Müəllif yazırdı ki, Birinci Dünya müharibəsi ərəfəsində imperialist dövlətlərin, xüsusən Rusiyanın köməyi ilə qurulan erməni könüllü drujinaları çox böyük bir səhv idi, bu səhv erməni xalqına çox baha başa gəldi.
        Hnçak Daşnaksütyundan xeyli əvvəl yaransa da, onun da məqsədi Türkləri, kürdləri, ümumiyyətlə, bütün müsəlmanları fiziki cəhətdən məhv etmək idi. Lakin fəaliyyəti pərakəndə idi. Daşnaksütyun ona görə daha üstün terror təşkilatı idi ki, onun Proqramında və Nizamnaməsində əsas taktika və strategiya siyasi məqsədlərə çatmaq üçün nəinki terroru istisna etmirdi, hətta terroru əsas mübarizə üsulu hesab edirdi. Həm də Daşnaksütyun bu taktika və strategiyanı bütün dünyada həyata keçirməyi hədəfləyirdi.
        Yelizavetpol qubernatoru A.Kaçalov 1907-ci ilin avqustun 7-də öz məktubunda “Daşnaksütyun partiyasının qurduğu zinvorlar” (əsgərlər) ordusu barədə yazırdı: “Daşnaksütyunun Cənubi Qafqaz sərhədləri içərisindən, əsasən Türkiyədən fərarilik etmiş ermənilərdən və yerli başkəsənlərdən təşkil edilmiş, əllərindən adam öldürmək və zor tətbiq etməkdən başqa bir iş gəlməyən, amma partiya büdcəsindən (ən aşağı rütbəli zinvorlar illik 300 rubl alırlar) yüksək maaş alan yüz min nəfərlik zinvorlar ordusu vardır”. Bir terror təşkilatı olaraq Daşnaksütyun daşnakçı qrupunu quraraq sonralar onu “Erməni İnqilabı ordusu” adlandırmışdı. Hələ uydurma “erməni soyqırımı”na, yəni 1915-ci ilə  çox  vardı, amma daşnaklar törətdikləri qanlı əməllərə haqq qazandırmaq üçün onu gündəmə gətirirdilər, öz təşkilatlarından birinə belə bir ad da vermişdilər: “Erməni soyqırımı ədalət komandaları”  Bu təşkilat digər terrorçu qruplardan fərqli olaraq hədəf kimi yalnız Türkləri seçmişdi. Daşnaklar 1914-cü ilin payızından başlayaraq Osmanlıya qarşı gələcək müharibəyə girəcək ölkələrin yanında yer almaq qərarını vermişdilər və könüllülər drujinası təşkil etməyə başlamışdılar. Özü də bunu çox böyük hay-küy və enerji ilə edir, həmin dövlətlərin diqqətini cəlb etmək üçün ölkə içində təxribat, terror, iğtişaş və nümayişlərin sayını çoxaldırdılar. Halbuki partiya özünün Ərzurum  (oktyabr 1914) qurultayında Türkiyəyə qarşı qanundankənar hərəkətlərə yol verməyəcəyini açıqlamışdı. Bu, daşnakların taktikası idi. Bundan bir neçə il əvvəl Gənc Türklərlə saziş bağlayan partiyanın gerçəkləşdirəcəyi çevriliş (1908) baş tutmayınca onlar üzlərini Rusiyaya tutmağa məcbur olmuşdular. Rus diplomatları erməni burjuaziyası ilə saziş bağlamağa nail olmuşdu ki, Şərqi Anadolu vilayətlərində islahatlar keçirilməsi tələblərini irəli sürəcəklər və bunu artıq irəli sürmüşdülər. Gənc Türklər 1914-cü ildə islahatlar barədə saziş imzalamağa məcbur olmuşdu. Bu, erməniləri daha aqressiv hərəkətlərə, siyasi-hərbi gedişlər etməyə sövq etdi, müharibə başlanarkən isə onlar açıq şəkildə Rusiyanın tərəfinə keçdilər. Ermənilər fikirləşirdilər ki, müharibə Osmanlı imperiyasına son qoyacaq və onlar “Böyük Ermənistan” ideyasını həyata keçirəcəklər.  Milliyyətçilərin “Hayrenik” qəzeti 10 iyul 1915-ci ildə yazırdı ki, “biz onu hesablamamışdıq ki, müharibə gedə-gedə o şəraiti yaradacaq ki, Türklər vaxt tapıb “erməniləri Şərqi Anadoludan köçürəcəklər”. Demək, ermənilərin Şərqi Anadoludan köçürülməsi də daşnakların planına uyğun olmuşdur, onlar bu hadisədən sonra Rusiyadan Qafqazda erməni dövlətini yaratmağı tələb edə biləcəkdilər. Dövrün erməni mətbuatı Osmanlı dövlətinin köç və yerdəyişmə qanununu ermənilərin arxasında vurulan zərbə hesab etsə də bu hadisənin Cənubi Qafqazda bir erməni dövləti yaranmasına şərait yaranacağına ümid edirdilər. Erməni mətbuatında bu xarakterli yazılar həmin dövrdə çoxluq təşkil edirdi. Rusiyanın Daşnaksütyunla 6 erməni vilayətini əhatə edən dövlətin yaradılması barədə razılaşması Fransanı narazı salırdı. Onun Kilikiya ilə bağlı planları vardı, Rusiya isə şərt qoyurdu ki, Kilikiya də bu 6 vilayətə birləşdirilməlidir ki, o Aralıq dənizinə çıxış əldə etsin. Fransa bunu istəmirdi, digər müttəfiqi olan İngiltərəni də Rusiyanın bölgədə güclənməsinə qarşı çıxmağa sövq edirdi, cəbhədə gah rusların, gah da Türklərin üstünlük qazanması da göstərirdi ki, Rusiya bu ərazilərdə müstəqil bir erməni dövləti deyil, Rusiyaya aid bir neçə quberniya istəyirdi. Ermənilər isə həmişə olduğu kimi onların siyasi maraqlarının aləti olmalıydılar. Rusiya bu bölgələri əldə saxlaya bilsəydi və buraya planda olduğu kimi kazakları köçürə bilsəydi ermənilər üçün heç nə verməyəcəkdi. Bunu erməni liderlər görürdülər, amma Rusiyadan nəsə qoparmaq üçün siyasi manevrlər edirdilər.
        Tarixi sənədlərin hamısı ermənilərin xəyanət yolu tutduğunu sübut edir. 1914-cü ildə Birinci Dünya müharibəsi başlamazdan öncə ermənilərin siyasi təşkilatları, komitə və cəmiyyətləri, dini qurumları dərhal bir araya gəldilər. Osmanlı dövlətinin bu müharibədə durumuna uyğun olaraq aparacaqları siyasəti müəyyənləşdirmək üçün bir neçə ölkədə açıq və gizli toplantılar keçirdilər. Bu toplantılardan biri İstanbul Qalatadakı Erməni Böyük Mərkəzi Məktəbində olmuşdu. İstanbul Katolik Kilsəsinin rəhbərlik etdiyi bu yığıncağa Daşnaksütyun və Hnçak da daxil olmaqla nüfuzlu erməni siyasi təşkilatları da dəvət edilmişdi. Daşnak və Hnçak nümayəndələrinin də daxil olduğu Birləşmiş Milli Erməni Konqresi belə bir qərar qəbul etdi ki, müharibə dövründə ermənilər “Osmanlı hökumətinə sadiq qalmalı, xarici xidmətlərini yerinə yetirməməli, xarici təsirlərə uymamalıdırlar”. 1914-cü ilin iyununda isə Ərzurumda bütün Şərqi Anadolu vilayətlərindən dünyanın müxtəlif yerlərindən gələn nümayəndələrin iştirakı ilə Səkkizinci Daşnaksütyun Konqresi toplandı. Bir neçə il əvvəl “İttihad və Tərəqqi” ilə anlaşaraq erməni milləti üçün müəyyən vədlər alan Daşnaksütyun bu Konqresdə “İttihad və Tərəqqi”ni hədəf seçdi və açıq-açığına bildirildi ki, erməni xalqı bu müharibədə öz ölkəsini deyil, Osmanlının rəqibini dəstəkləyəcək. Osmanlının şərqdə Rusiya ilə müharibə etməsi erməni təşkilatlarını ürəkləndirmiş və onların həmin dövrdə çıxan mətbuat orqanlarında (“Droşak”, 24 iyun 1914) Rusiyaya açıq simpatiya var idi. Daşnakların mətbuat orqanlarında partiyanın o zaman belə bir təlimatı dərc olunmuşdu. “Rus ordusu sərhədləri keçmişdir, Osmanlı əsgəri geri çəkiləcək. Əlimizdəki vəsaitlərlə qiyam etməliyik. Osmanlı ordusu iki atəş arasında qalacaq”. Həmin təlimata uyğun da erməni drujinaları, hərbi çete dəstələri hazırlanmağa başladı. Rusiyanın özündə ermənilər daha fəal iş aparmağa başladılar. Ölkənin hər tərəfindən erməni könüllüləri rus ordusuna, intiqam alaylarına, erməni hərbi drujinalarına yazılırdılar. Bəhs etdiyimiz təlimata uyğun olaraq erməniləri hərəkətə keçirmək üçün Rusiya ermənilərindən ibarət xeyli miqdarda komitəçisinin Şərqi Anadoluya göndərildiyi barədə o dövrdə çıxan mətbuat orqanlarında yazılar getmişdir. “Droşak” qəzeti yazırdı ki, vaxtilə Sibirə sürgün edilmiş daşnak komitəçilərindən təxminən 180 nəfəri dərhal azad edilərək Türkiyəyə göndərildi. Onlara konkret tapşırıqlar verilmişdi. Osmanlı Baş Komandanlığının 3-cü Ordu Komandanlığına 25-26 sentyabr tarixli məlumatında “Qafqazda Hnçak və Daşnak komitə nümayəndələrinin Osmanlı ermənilərini üsyana sövq etmək üçün Rusiya ilə anlaşdıqlarını” bildirirdi. Andranikin (1903-cü ilin sonlarında Andranikin rəhbərliyi ilə erməni silahlı dəstələri Siirt vilayətinin Sasun bölgəsində nəzarəti ələ keçirmişdilər. Osmanlı hökuməti 1904-cü ilin aprelində terrorçuları məhv etmək üçün hərbi hissələrdən istifadə etmişdi. Ermənilər ayrı-ayrı dəstələrə bölünərək müqavimət göstərmişdilər. Hadisələr böyüyüb qiyama çevrilmişdi. Andranik həmin vaxtlar duruş gətirə bilməyib Qafqaza qaçmışdı, özü ilə həmin quldur dəstələrini də gətirmişdi. Birinci Dünya müharibəsi başlayan kimi Osmanlı dövlətinə qarşı rusların tərəfində vuruşmağa başladı və minlərlə dinc sakini vəhşicəsinə qətl etməyə başladı) rəhbərlik etdiyi birliklərdən biri Şimali İranda da rus orduları ilə birləşməyə müvəffəq olmuşdu. Qafqaz cəbhəsində digər erməni hərbi birliyi isə Osmanlı sərhədlərini keçmişdi. Armen Karo adlı keçmiş Osmanlı təbəəsinin kömək elədiyi general Dronun başçılıq elədiyi ikinci alay İğdıra girməyə hazırlaşırdı. Bu ordu Vanı işğal edəcək hərbi qüvvələrin bel sütunu sayılırdı. Hamazasp ve Kerrinin (“Dayı” deməkdir) başçılığı ilə üçüncü və dördüncü alaylar Qərb istiqamətində hərəkət edərək Qarsı işğal edəcəkdilər. Arxa cəbhədə ermənilərin yaşadığı Şərqi Anadolu kənd və şəhərlərində vəziyyət daha ağır idi. Bu bölgədə konsulluq fəaliyyəti göstərən ingilis, fransız və italyan konsulluqları daxildəki erməni təxribatçılarının xarici əlaqələrinə yardım edirdilər. Əmniyyət Baş Müdirliyinin Baş Komandanlığa 31 yanvar 1915-ci ildə yazdığı 2086 saylı yazıda “İstanbul Erməni Katolikosluğunun İtaliya səfirliyinin vasitəsilə Eçmiadzin Kilsəsinə casusluq” etdiyini bildirirdi. Ermənilər Türk ordusuna arxadan zərbə vurmaqda idilər.  Osmanlı dövləti bilmirdi müharibə işləri ilə, yoxsa “erməni məsələsi” ilə məşğul olsun. Bu hal mətbuatı məşğul edən məsələlərdən birinə çevrilmişdi. Osmanlı rəsmi mətbu orqanlarında  ingilis, fransız, italyan diplomatlarının casusluqla məşğul olduqları qənaəti hasil olur.
        1914-cü ilin sonlarına doğru artıq ermənilər hər ehtimala qarşı İngiltərəyə də “qarmaq atırdılar”. 12 noyabr 1914-cü ildə ermənilər Qahirədəki ingilis yetkililərinə belə bir təklif vermişdilər: “Klikiya erməniləri Mersin, İsgəndərun və ya Adanaya atılacaq hərbi desantlara hər cür yardım etməyi öz üzərlərinə götürür. Biz könüllü olaraq ingilislərə dağ şəraitində də kömək edəcəyik”. Bunları nəzərə alan rus səfiri 24 fevral 1915-ci ildə öz ölkəsinin rəhbərliyindən “ermənilərin Türklərə qarşı istifadə edəcəkləri silahların İsgəndəruna, fransız və ingilislərə verilməsini və Fransa və İngiltərənin ermənilərlə birgə hərəkət etməsini məqsədəuyğun hesab edirdi, üstəlik bu ölkələrdən ermənilərə yardımda bulunmağı da rica edirdi”. Bu dövlətlər də bilirdilər ki, ermənilər Türklərə qarşı müharibədə onlara yardım edəcək ən yaxşı vasitədir... Həm bu faktlar, həm də ötən dövr ərzində ermənilərin gördükləri işlər sübut etdi ki, bu millət böyük dövlətlərin əlində Türk millətinin məhv edilməsi üçün istifadə edilən alətdir. Böyük dövlətlərin işinə yaradığı zaman bu alət hərəkətə gətirilir və böyük planların həyata keçməsi üçün istifadə olunur.

Bu yazı 815 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :