-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ermənilərin Azərbaycan ərazisindəki terroru
Şiriftin ölçüsünü dəyiş

        1980-cı illərin sonlarından etibarən Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə, təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları Azərbaycana qarşı ardıcıl və dəhşətli terror müharibəsinə başlamışlar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
        - 16 sentyabr 1989-cu il. Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
        - 18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də Şuşa-Bakı reysi ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur.
        - 10 avqust 1990-cı il. Tbilisi-Ağdam marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
        - 30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
        - 31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
        - 8 sentyabr 1991-ci il. Ağdam-Xocavənd avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Bu terror aktın terrorçu qrupun üzvləri – Xaçaturyan Valodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
        - 8 sentyabr 1991-ci il. Ağdam-Qaradağlı marşurutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
        - 20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçularının «Mİ-8» vertolyotunu atəşə tutması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – bütövlükdə 19 nəfər həlak olmuşdur.
        - 8 yanvar 1992-ci il. Türkmənistandan Krasnovodsk (indiki Türkmənbaşı şəhəri) – Bakı marşurutu ilə sərnişin daşıyan dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
        - 28 yanvar 1992-ci il. Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşurutu ilə uçan «Mİ-8» mülki vertolyotu erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə əsasən qadın və uşaqlardan ibarət 44 insan həlak olmuşdur.
        - 28 fevral 1992-ci il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
        - 2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli         Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Can Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1991-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn dəmir yolu sərnişin qatarlarının partladılmasını təşkil etmiş, nəticədə 47 nəfər həlak olmuş, 83 nəfər yaralanmışdır.
        - 1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
        - 19 mart 1994-cü il. Bakı metropoliteninin «20 Yanvar» stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.
        Qısa arayış: Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, «Sadval» separatçı təşkilatının fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi bu təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 17 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, «20 Yanvar» stansiyası ilə yanaşı Bakının «Nizami» kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar. «20 Yanvar» metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
        - 13 aprel 1994-cü il. Dağıstan Respublikasının «Daqestanskiye Oqni» stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
        - 3 iyul 1994-cü il. Bakı metropoliteninin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azər Salman oğlu Aslanov tərəfindən törədilmişdir.
        Qısa arayış: Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyyətcə ləzgi Azər Aslanovla görüşmüş, Azərbaycan Türklərinə qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarının birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlmişdir. A.Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmişdir. Bu təhdidlər altında o, Ermənistanın xüsusi xidmət orqanları ilə «Ömər-75» ləqəbi ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün A.Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilmişdir. A.Aslanov İrəvan-Minvodı-Bakı marşurutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktı həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən olunmuşdur ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşdur.

Bu yazı 902 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :