-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Küyçülük
Şiriftin ölçüsünü dəyiş

Üzeyir Hacıbəyli

        Tək bir dava söhbətlərində küyçül deyilik, hər bir barədə küyçülük. Bir adamı pisləyəndə elə pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər. Amma sonda yeri düşür ki, haman adam ilə görüşməyə və görüşü danışmağa məcbur oluruq, baxıb görürük ki, xeyir a! Bu adam deyilən kimi o qədər də pis deyildir. Bir az da ora-burasını qurdalayıb görürük ki, hələ desək, bu adam onu pisləyənin özündən bir qədər də yaxşıdır. Bir az da dərin baxıb, ölçüb-biçəndən sonra məlum olur ki:
        - Pis adam bu deyilmiş, bəlkə bunu pisləyənin özü imiş!
        Həmçinin birisini tərifləyəndə, onu götürüb ərşi-fələyə qalxızırıq və özümüz də deyirik:
        - Dünya yaranandan bəri bu cürə adam dünyaya gəlməyib və bundan sonra da heç gəlməyəcəkdir!
        O qədər tərif və tövsif olunur ki, (tanıdılar ki;)  eşidənlər az qalırlar ki, onun kölgəsinə salam versinlər. Amma sonra küyçülüyümüz məlum olur. «Məruf» (təriflənən) adamın bir o qədər də tərifə layiq olmadığı get-gedə aşkar olunur. Və yainki elə bilirlər ki, bu məlakədir. Odur ki, sonra görüşəndə məlakə fikir etdiyimiz adamı lap adi bir insan görür boşalırıq və keyfdən düşürükg

                =        =        =

        Belə-belə şeylərin və hər bir kələ, kötürlərimizin, tənqidi yoxdur.
        Hər kəs bildiyini eləyir, bildiyini işlədir, bildiyini yazır, bildiyini əmələ gətirir. Bir adam olmur ki, bu işlərin yaxşı tərəfini yaxşı ayağına, pis tərəfini pis ayağına verib yaxşını-yamandan ayırsın. Biləks bizdə «tənqidçi»lərimiz var, yəni yalançı tənqidçilər ki, yaxşıya pis və pisə yaxşı deməyə insafı yol verir. Bu yalançı tənqidçilər iki cürədirlər:
        Birisi anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, qərəzi-şəxsisi var və o qərəzi-şəxsini hər bir şeydən əvvəl tutur:
        Birisi də anlamadığına görə pisə yaxşı və yaxşıya pis deyir, çünki başa düşmür və ağlı kəsmir.
        Hər ikisinin cəmaətə zərəri vardır!

                =        =        =
        Dünyada iki şey var
        - Haqq və
        - Nahaqq
        Kişilik nədir?!
        Kişilik ondadır ki, tutduğun işin nahaqq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu iqrar etmək. Hərgah hər bir işlərimizdə böylə mərdanə olsaq, böyük hünər sahibi olarıq.

Bu yazı 909 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :