-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Müasir türk xalqları
Şiriftin ölçüsünü dəyiş

Kərim Sükürov
tarix elmləri doktoru, professor

        Dünya xalqlarının, eləcə də ayrı-ayrı dil qrupuna daxil olan etnik birliklərin tərkibi və coğrafi yerləşməsi tarixi inkişaf boyunca müəyyən dəyişikliklərə uğrayıb. Bu fikir Türk xalq-larına da aiddir. Ona görə də Türklərin nüvəsindən başlayaraq günümüzədək tarixin müxtəlif inkişaf dövrlərində mövcud olan dairəsi, coğrafiyası, demoqrafiyası, tarixi və b. məsələləri mühüm elmi maraq kəsb edir. Tədqiqatlar isə daha çox Türk dövlətlərinin tarixinə yönəlmiş-dir, halbuki Türk dövlətlərinin tarixi Türk xalqlarının tarixini əvəz etmir, onun tərkib hissəsi kimi çıxış edir.
        Müasir Türk xalqlarının dairəsi və coğrafi yerləşməsi Türklərin tarixi inkişafının yekunu kimi meydana gəlib. Nəticədə Türk xalqlarının yerləşdiyi aşağıdakı coğrafi bölgələr (şərqdən qərbə) təşəkkül tapmışdı: I. Sibir; II. Sincan-Uyğur; III. İdil-Ural; IV. Mərkəzi Asiya; V. Şi-mali Qafqaz; VI. Azərbaycan; VII. Osmanlı; VIII. Avropa (Krım və b.). Osmanlı və Sincan-Uyqur bölgələri istisna olmaqla digər bölgələr çar Rusiyası tərəfindən işğal edilmişdi. Beləlik-lə, faktik olaraq Türk xalqlarının yerləşdiyi üç böyük coğrafi ərazi formalaşmışdı: I. Rusiya: 1. Sibir; 2. İdil-Ural; 3. Orta Asiya və Qazaxıstan; 4. Şimali Qafqaz; 5. Azərbaycan; 6. Avro-pa (Krım və b.); II Sincan-Uyğur; III. Osmanlı.
        Sovet Rusiyasının qurulması (1917), xüsusilə SSRİ-nin təşkilindən (1922) sonra Türk xalqları onun tərkibinə düşdü.
Türk xalqlarının tərkibində ən əsas sarsıntı SSRİ ilə bağlı olmuşdur. Bunu müəyyən et-mək üçün SSRİ-nin         yaranmasının ilk dövründə və dağılması ərəfəsində Türk xalqlarının dai-rəsində baş verən dəyişikliklərə nəzər salmaq lazımdır.
        İlk dəfə elmi dövriyyəyə cəlb etdiyimiz (1997-ci il) bir qaynaqda (Spisok narodnostey Soöza Sovetskix Soüialistiçeskix Respublik. Sost. pod redaküiey İ.İ.Zarubina. L., 1927) SSRİ-nin təşkilindən sonrakı ilk illərdə burada yaşayan xalqlar (169), o cümlədən Türklər haqqında məlumat vardır. Türklər 100-147, həmçinin 78 və 167 sayları üzrə (50) ve-rilmişdir. Siyahının tərtibçiləri Türklərin təsnifatı zamanı elmi nöqteyi-nəzərdən deyil, ideolo-ji baxımdan çıxış etmişdir. Belə ki, Türk xalqlarının təsnifatında vahid prinsipə əməl edilmə-mişdir: çuvaşlar (100) ayrıca göstərilmiş, digər Türk xalqları isə coğrafi cəhətlər üzrə: şimal-qərb (101-123); cənub-qərb (124-129); cənub-şərq (130-135) və şimal-şərq (136-147) bölü-nmüşdür. Bu çatışmazlığı aradan qaldırmaq üçün siyahıda göstərilən Türkləri bölgələr üzrə təsnif edib, müvafiq illərə aid saylarını göstərək (cədvəl: 2 və 3-cü sütunlar). Cədvəldən görü-ndüyü kimi siyahıda Sibir bölgəsi üzrə 23 Türk etnik birliyi, sayına görə 412,5 min nəfər qey-də alınmışdı. Müvafiq olaraq İdil – Ural bölgəsi üzrə bu rəqəmlər 6 və 4.122,9 min; Orta Asiya və Qazaxıstan üzrə  8 və 9.339,9 min; Şimali Qafqaz üzrə 4 və 289,9 min; Azərbaycan üzrə 3 və 1.517,5 min; Avropa üzrə 6 və 99,4 min idi. Bütün ölkə üzrə isə 50 Türk etnik birliyi və 15.782,1 min nəfər (müxtəlif illər üzrə) qeydə alınmışdı. Lakin tədricən sovet dövlətinin milli siyasətində ölkədə yaşayan millət və xalqların sayının azaldılması xətti üstün yerə keç-məyə başladı. Vaxtilə millətlərin işləri üzrə xalq komissarı olmuş İ.Stalin VIII Sovetlər qurul-tayında (1936) çıxışı zamanı Sovet İttifaqında 60-a yaxın millət, milli qrup və xalq olduğunu söylədi. Bundan sonra SSRİ-də yaşayan millət və xalqların sayının süni şəkildə «azaldılması» baş verdi. Belə ki, qısa bir dövr ərzində SSRİ-də yaşayan millət və xalqların sayı 160-dan 62-yə endirilmişdi. Stalinin ölümündən sonra bu sahədə «düzəliş» edildi, millət və xalqların sayı 100-dək «artırıldı». Bütün hallarda ixtisar, əsasən, Türk xalqları hesabına aparılmışdı. 1937, 1939, 1959, 1970 və 1979-cu illərdə keçirilən sovet əhali siahıya almalarında 21-23, SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıya almasında isə 26 Türk xalqı qeydə alınmışdı. Beləliklə, SSRİ-də Türk etnik birliklərinin sayı 50-dən 26-ya «endirilmişdi». Bu məlumatları əvvəlkilərlə müqayisə etmək üçün onları da cədvələ daxil edək (4 və 5-ci sütun-lar).
        Cədvəldən göründüyü kimi SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siya-hıya almasına görə Sibir bölgəsi üzrə cəmi 7 Türk etnik birliyi və  sayına görə 764,0 min nəfər əhali qeydə alınmışdı. Müvafiq olaraq İdil-Ural bölgəsi üzrə bu rəqəmlər 3 və 9.940,3 min; Orta Asiya və Qazaxıstan bölgəsi üzrə 6 və 30.777,7 min; Şimali Qafqaz üzrə 4 və 598,3 min; Azərbaycan üzrə 1 və 6.770,4 min; Avropa üzrə 4 və 473,5 min təşkil edirdi. Bütün ölkə üzrə isə 26 Türk etnik birliyi və 49,4 milyonadək əhali qeydə alınmışdı.
        Müqayisələr göstərir ki, türk etnik birliklərinin sayı ən çox Sibir bölgəsi üzrə azalıb, yəni 23-dən 7-yə enib. Müvafiq olaraq İdil-Ural bölgəsi üzrə bü rəqəmlər 6-dan 3-ə; Orta Asiya və Qazaxıstan üzrə 8-dən 6-ya; Azərbaycan üzrə 3-dən 1-ə; Avropa üzrə 6-dan 4-ə olub. Yalnız Şimali Qafqaz üzrə etnik birliklərin sayı (4) dəyişməyib. Müqayisə aparılan dövrdə əhalinin sayına dair rəqəmlər isə təxminən 3,1 dəfə artıb.
        SSRİ-də Türk etnik birliklərinin sayının süni yolla azaldılması prosesi repressiv tədbir-lərlə də müşayət olunurdu. İkinci Dünya müharibəsi dövründə Türk xalqlarının (Krım tatar-ları, qaraçaylar, balkarlar və b.) dədə-baba torpaqlarından məcburi köçürülməsi, 1948-1953-cü illərdə azərbaycanlı Türklərin Ermənistan SSR-dən deportasiyası və s. buna misal ola bi-lər.  Bütün bunlara baxmayaraq SSRİ-də yaşayan Türk xalqlarının demoqrafik göstəriciləri, milli şüurun inkişafı yüksələn xətlə inkişaf edirdi. Bunun nəticəsi idi ki, SSRİ-nin dağılması ərəfəsində Türk xalqlarına qarşı yeni repressiya dalğası başlanmışdı: 1986-cı il Qazaxıstan hadisəsi, Azərbaycana qarşı erməni separatizminin SSRİ rəhbərliyi səviyyəsində müdafiəsi, Ahıska Türklərinin Özbəkistandan qovulması və s. eyni siyasətin tərkib hissəsi idi.
        Türk xalqlarının da fəal iştirakı ilə SSRİ-nin dağılması vəziyyəti dəyişdi. Türk xalqları-nın siyasi coğrafiyasında dəyişiklik baş verdi. Azərbaycan və Mərkəzi Asiyanın Türk xalqları müstəqil oldu. Beləliklə, müasir dövrdə Türk xalqlarının siyasi coğrafiyasında yeni situasiya meydana gəldi.

Bu yazı 4051 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :