-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qazax, Şəmşəddil və Borçalı sultanlıqları
Şiriftin ölçüsünü dəyiş

Mehman Abdullayev
Bakı Dövlət Unoversitetinin dosenti

(XVIII əsrin ortalarıı-XIX əsrin 40-cı illəri)

Qazax, Şəmşəddil və Borçalı sultanlıqları rus
işğalınadək olan dövrdə
Nadir şah Əfşarın Səfəvi səltənətinin torpaqları hesabına yaratdığı imperiyanın çökməsinin Azərbaycan üçün ən ağır nəticələrindən biri ölkəmizin siyasi cəhətdən parçalanmaya məruz qalması oldu. Azərbaycan ərazisi ayrı-ayrı müstəqil və yarımmüstəqil xanlıqlara, hətta daha kiçik inzibati qurumlar olan sultanlıqlara bölündü.
Azərbaycanın şimalında meydana çıxan və nisbətən kiçik inzibatı ərazi vahidləri olan sultanlıqlar içərisində Qazax, Şəmşəddil və Borçalını xüsusi qeyd etmək lazımdır. Рus işğalına qədər Gəncə xanlığı tərəfindən idarə olunan Şəmşəddil sultanlığıндан фяргли олараг Qazax və Borçalı mahallarının gələcək siyası taleyi XVIII əsrin ortalarında Nadir шащын bir hökmü ilə müəyyən olunmuşdu. 1736-cı ildə məşhur Muğan qurultayında Nadirin şah seçilməsinə qəti etiraz едян Gəncə xanı Ziyadoğlu Səfəvi sülaləsindən olan bir nəfərin şahlığa gətirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirmişdi. Mirzə Adıgözəl bəyin yazdığına görə Nadir şahlıq taxtına oturduqdan sonra ona qarşı çıxanları zərərsizləşdirmək üçün tədbirlər görmüşdü. O, ilk növbədə Gəncə xanının qüdrətini zəiflətmək məqsədi ilə Cavanşir, Otuzikilər və Kəbirli tayfalarını Qarabağdan Xorasanın Sərəxs vilayətinə köçürmüş, Qazax və Borçalı mahallarını isə Kaxetiya çarının sərəncamına vermişdi. Mirzə Adıgözəl bəyin qənaətinə görə Qacar nəslindən olan Gəncə xanları «yalnız bəйляrbəyi deyil, səlahiyyətli sərdar olараг hökmranlıq bayrağı Darüssürur ( Tiflis ) sahəsinə də əmin-amanlıq kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı».
Ümumiyyətlə, XVIII əsrin 30-40-cı illərində Gürcüstanın Kartli və Kaxetiya bölgələri Nadir şahın hökmü altında idi. Bunu gürcü tarixçiləri də təsdiq edirlər. “Gürcüstan tarixi ”ndə  yazıldığı kimi Nadir şah 1744-cü ildə II Teymurazı Kartliyə, onun oğlu II İraklini isə Kaxetiyaya çar təyin etmişdi.
Bu tarixi gerçəklik 1803-cü ildə Gəncəyə hücum ərəfəsində Gəncə hakimi Cavad xanın rus ordusunun komandanı, gürcü əsilli general P.D.Sisianovla apardığı yazışmalarla bir daha təsdiq olunur. Cavad xan 29 noyabr 1803-cü ildə Sisianova yazırdı: “Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla bir kimsə inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. İnanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox  gürcüdə buyuruqları saxlanılmaqdadır. İraklinin və atamızın dövründə Gəncə ilə Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım Gürcüstanda vali olublar, bir kimsə bu sözə hörmətlə yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz”.
Мютябяр гайнаглара ясасланараг йuxarıda sadaladığımız tarixi həqiqətlər Qazax, Шямшяддил və Borçalı mahallarının tarixən Azərbaycan (Тürk) torpaqları olduğunu bir daha təsdiq edir. Гейд етмяк лазымдыр ки, müasir Azərbaycan və Gürcüstan tarixşünaslığında Nadir şahın Qazax və Borçalı mahalları haqqında бир hökmü ilə bağlı iki yanлış фикир вардыр:
1. Azərbaycan tarix elmində belə bir fikir hökm sürür ki, Nadir şah Gəncəni idarə edən Гacarları cəzalandırmaq üçün Azərbaycanın iki bölgəsini – Qazax və Borçalını Gürcüstana bağışlamışdır. Bu zaman belə bir gerçək tarixi fakt unudulur ki, o dövrdə Kartli və Kaxetiya müstəqil dövlət olmayıb, Nadir şahın imperiyasının tərkibində idi və onun hökm və fərmanları ilə idarə olunurdu. Nadirin isə bir şah kimi ona aid olan mahalları istədiyi şəkildə Gəncədən və yaxud Tiflisdən idarə etmək hüququ vardı.
2. Bu məlum tarixi faktların gürcü tarixşünaslığında təhrif olunmasının nəticəsidir ki, hal-hazırda Gürcüstanın orta məktəblərində, o cümlədən, bu respublikadakı azərbaycanlıların oxuduğu məktəblərdə tədris olunan “Gürcüstan tarixi” adlı dərslikdə Qazax və Borçalının idarə olunması haqqında Nadir şahın hökmü səhvən və ya qəsdən “Vətən torpaqlarının Vətənə geri qaytarılması” kimi verilmiş, hətta dərslikdəki paraqrafın adı elə belə də adlandırılmışdır.
Azərbaycanın orta çağ tarixini tədqiq edən  görkəmli alimimiz Tağı Musəvinin 1979-cu ildə nəşr etdirdiyi mənbələr toplusunda yer almış iyirmi sənəd Qazax mahalının Kaxetiya tərəfindən idarə edildiyi dövrdə bu bölgədə baş vermiş hərbi-siyasi hadisələrin və sosial-iqtisadi proseslərin araşdırılması üçün çox böyük elmi əhəmiyyətə malikdir. Sənədlərin təhlili 1749-cu ildən 1799-cu ilədək yarım əsrlik bir dövrdə Qazax mahalında baş vermiş hadisələr haqqında düzgün təsəvvür yaratmağa imkan verir. Сянядлярин бир нечясиня мцраъият едяк:
1. Kaxetiya çarlarının hökmləri ilə Qazax mahalına vəkil təyin edilən ali zümrənin nümayəndəsi olan ağalar həmin mahalı irsi qaydada idarə edirdilər və ildə 40 tümən məvacib alırdılar.
2. Qazax mahalının hakimi olan şəxs bölgəni idarə etməklə yanaşı, əhalidən vergilər yığmaq, qaçan kəndliləri tapıb geri qaytarmaq, süvari (atlı) qoşun toplamaq və s. kimi səlahiyyətlərə malik idi. Məsələn, 27 nömrəli sənəddə göstərilir ki, 1751-ci ildə II İraklinin hökmü ilə Qazaxdan 300 nəfər süvari toplanaraq İrəvana göndərilməli idi.
Ümumiyyətlə, II İrakli İrəvan, Şəki və Şirvana yürüşlərində, Təbriz xanlığı ilə mübarizədə  Qazax və Borçalı ящалисиндян hərbi qüvvə kimi istifadə etmiş, 1750-ci ildə Car-Balakən qoşunlarını qazaxlıların köməyi ilə bölgədən çıxartmışdı.
3. Əhalisi etnik baxımdan yüzdə-yüz müsəlman Тürklərdən ibarət olan Qazax və Borçalı mahallarının əhaliси gürcü çarlarının hökmü ilə idarə olunduğu дюврдя çox ağır həyat sürürdü. Чoxsaylı və ağır vergiləri ödəyə bilməyən kənd sakinləri doğma torpaqlarını qoyub qaçmaqla canларını qurtarmağa çalışırdıлар. Təbii ki, belə kəndlilərə qarşı sərt tədbirlər görülürdü. 30 və 31-ci sənədlərə görə II İrakli tərəfindən Гazax mahalının vəkili Pənah ağaya və mahalın bütün ağalarına, ağsaqqallarına verilmiş göstərişdə (hökmdə) deyilirdi ki, onlar Qazax mahalından baş götürüb digər bölgələrə qaçmış rəiyyətlərin hamısını zorla, sürüyə-sürüyə geriyə qaytarmalı və əvvəlki yaşayış yerlərində məskunlaşdırmalı idilər.
4. İrakli tərəfindən vergi yığımı işinin ayrı-ayrı şəxslərə müqatiəyə (iltizama) verilməsi də Qazax mahalında əhali üzərinə düşən vergi yükünü çox ağırlaşdırмышdı. 34 nömrəli sənədə görə II İrakli 1774-cü ildən Qazax mahalından vergi toplanması işini müqatiəyə verirdi: ayrı-ayrı iltizamçılar эürcü çarına müəyyən qədər pul ödəyib rəiyyətdən vergi yığmaq hüququna malik olur və nəticədə əhalini soyub talayırdılar. Maraqlıdır ki, II İraklinin mərkəzi hökumət aparatında Qazax mahalından toplanan vergilərin müqatiəyə verilməsi işi ilə məşğul olan ayrıca bir idarə fəaliyyət göstərirdi.
Qeyd etmək lazımdır ki, nə XVI–XVII əsrlərdə, nə də bəhs etdiyimiz XVIII əsrdə Cənubi Qafqazda bizim müasir düşüncə tərzi ilə yanaşdığımız kimi milli etnik sərhədlər dəqiq müəyyən edilməmişdi. XVI–XVII əsrlərdə Cənubi Qafqaz Səfəvilərlə Osmanlılar arasında bölünmüşdü və ənənəvi olaraq Şərqi Gürcüstan (Kartli, Kaxetiya və Mesxiya) Səfəvilərin, Qərbi Gürcüstan (Quriya, İmeretiya və Minqreliya) isə Osmanlıların idarəçiliyi altında olmuşdur. Səfəvilərdən sonra hakimiyyətə gəlmiş Nadir şahın dövründə də (1736-1747) Şərqi Gürcüstan Əfşarlar tərəfindən idarə olunurdu. Təsadüfi deyil ki, Səfəvilərin əvvəlki qüdrətini və sərhədlərini bərpa etmək istəyən Qacarlar da Azərbaycanın cənubunda möhkəmləndikdən sonra Azərbaycanın şimal torpaqlarını öz hakimiyyəti altında  birləşdirməyə iki dəfə 1795-1797-ci illərdə cəhd göstərmiş, eyni zamanda 1795-ci ildə Tiflisi tutaraq Şərqi Gürcüstanda öz hakimiyyətini qurmaq istəyini ortaya qoymuşdu.
Maraqlıdır ki, XVIII əsrin 90-cı illərinin əvvəllərində Ağa Мəhəmməd xan Qacarın keçmiş Səfəvi torpaqlarına, o cümlədən Şərqi Gürcüstana iddia ilə çıxış etməsi Kaxetiya çarı II İraklini çox qayğılandırmış, hələ də Nadir şahın hökmü ilə idarə etdiyi Qazax mahalının ağalarına və ağsaqqallarına 1793-cü ilin iyul ayında yazılı göstəriş göndərmişdi. Göstərişdə Qazax ağalarına və ağsaqqallarına tapşırılırdı ki, təşvişə yol verməsinlər, “istər o tərəf və istərsə bu tərəfdən hər kəs olursa-olsun” əlində yüksək vəkillərin möhürü ilə təsdiq edilmiş təliqə və vəsiqə olmadıqda, sizlər ona öz aranızda yer verməməlisiniz. Hər kəs olsa da qoymayın ki, aranıza girsin. Heç kəsə dinar (pul) və dən (məhsul) verməyin ki, yoxlanılır. Buyurulmuş qayda ilə əməl edərək kənara çıxmasınlar və vəzifədar olduqlarını bilsinlər”.
II İraklinin həmin göstərişiнин hicri təqvimi ilə 1207-ci ilin zilhiccə ayında imzalanması Kaxetiyanın hələ də müsəlman və Şərq dünyasına mənsub olduğunu göstərir. Nadir şah tərəfindən Kaxetiyaya çar təyin edildiyi 1744-cü ildən ölüm tarixi olan 1798-ci ilin yanvar ayının 11-nə qədər II İraklinin imzaladığı əksər fərmanların, təliqə və hökmlərin üzərinə vurulmuş möhürlərdə yazılırdı: “Cəmqüdrətli şahənşahın lütfündən İrakli etibar sahibi olmuşdur”. Göründüyü kimi, II İrakli Azərbaycan hökmdarı Nadir şah Əfşarın hökmü ilə Kaxetiya çarı olduğunu heç vaxt yadından çıxartmamışdır. Onu 1798-ci ildə taxt-tacda əvəz edən oğlu XII Georgi möhürünü dəyişdirərək onun üzərində David nəslindən olduğunu qabartmışdır. Gürcü hakimlərinin verdikləri hökm və fərmanların fars dilində olması да çox maraqlıdır.
Соnrakı dövrlərdə də yəni, XIX əsrin ilk onilliklərində Qacarlar Cənubi Qafqaz uğrunda iki dəfə – 1804-1813 və 1826-1828-ci illərdə Rusiya ilə müharibə aparmış və məğlub olmuşduлар. Nəticədə Cənubi Qafqazda rus ağalığı bərqərar olduğundan bölgənin bütün sosial-iqtisadi, etno-siyası və etno-demoqrafik mənzərəsi və inzibati ərazi bölgüsü çar hökuməti orqanlarıнын истяйиня уйьун шякилдя müəyyən edilmişdir.

Qazax, Şəmşəddil və Borçalı rus işğalı dövründə
1801-ci ildə Rusiya “Şərqi Gürcüstan” adı altında ələ keçirdiyi torpaqların sırasına daxil etdiyi Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarında öz müstəmləkəçi siyasətini yürütməyə başladı. Adıçəkilən sultanlıqlar ləğv edilərək Qazax, Şəmşəddil və Borçalı distansiyaları adlandırıldı. Digər müsəlman Тürk əhalisinin yaşadığı bölgələrdə olduğu kimi Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarında ali zümrənin nümayəndələrini kafir rus dövlətinə və onun ordusuna düşmən münasibətdə olmasını yaxşı bilən çar hökumət orqanları ilk vaxtlar yerli əyanlarla bağlı ehtiyatlı siyasət aparmağa məcbur idi. Qafqazın Baş Komandanlığı Qazax, Şəmşəddil və Borçalı ağalarının silki, torpaq, mülki və inzibati idarə hüquqlarına toxunmaqdan çəkinмиш вя  «Мurovlar haqqında 1802-ci il Nizamnaməsi»ni əsas götürərək onların üzərində hərbi-polis nəzarəti qoymaqla kifayətlənmişdi.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının I mərhələsində (1801-1813) Qafqazın бaş кomandanı tərəfindən həyata keçirilən aqrar siyasətin mərkəzində dayanan məsələ ruslar üçün əsas təhlükəli qüvvə sayılan ali zümrənin zərərsizləşdirilməsi иди. Бу заман йерли бяй вя аьаларын  hüquq və vəzifələrinin sıxışdırılması və ya azaldılması üzrə görülən tədbirlər цстцнлцк тяшкил етмишдир. Беля тядбирляр башлыъа олараг ali zümrənin ruslara düşmən münasibət bəsləyən hissəsinə qaрşı sərt cəzaların verilməsiня вя onların kənd, torpaq və kəndlilər üzərində hüquqlarının əllərindən alınmasıна йюнялмишдир. Rəsmi sənədlərdə belə cəza tədbirləri “Asiyalılara qarşı ən etibarlı üsul” hesab edilmişdir. Bu üsulun tətbiqinin nəticəsi idi ki, 1809-cu ildə baş komandan general Tormasovun əmri ilə Şəmşəddil distansiyasının ağalarının bir hissəsi Sibirə sürgün edilmişdi. Həmin ağaların ailə üzvləri onlardan qalan bütün daşınmaz əmlakı (torpaqlar, bağlar və s.) 1823-cü ildə dövlət xəzinəsinin xeyrinə müsadirə olunana kimi çox çətinliklə öz əllərində saxlaya bilmişdilər. Qazax distansiyasında isə İsmayil ağanın “xəyanət” etdiyinə görə Rusiyaya sürgünə göndərilən qardaşı Mustafa ağadan qalan və müxtəlif qohumlarının idarəsinə verilən səkkiz kənd üzərində qanuni varis kimi onun hüquqlarının təmin edilməsi üzrə xahişinə baxan Qafqazın mülki işlər hakimi general-leytnant Velyaminov yalnız iki kənddə 423 hяyətin onun idarəsinə keçməsi haqda  qərar vermişdi. Belə məhdud və yarımçıq hüquqdan imtina edən ağanın yalnız bir ağa qohumu kimi hüquq və imtiyazlarının toxunulmazlığına təminat verilmişdi.
Qafqazın baş komandanı general-leytnant Rtişşev 28 may 1813-cü il sərəncamı ilə «Мurovlar haqqında 1802-ci il Nizamnaməsi»nə “Əlavələr” edərək Qazax, Şəmşəddil və Borçalı ağalarının ənənəvi torpaq sahibliyi hüquqlarını məhdudlaşdırmağa ilk cəhdini göstərmişdir. Belə ki, “Əlavələr”də ağaların torpaq sahibliyi hüququ inkar edilir, onların kəndlər üzərində yalnız müvəqqəti idarəçilik hüquqları tanınırdı. Eyni zamanda hökumət məmuru олан murovlara mülkədar hüququ ilə kəndlilərdən bütün vergiləri tələb etməyə can atan ağaları “idarəçilikdən” uzaqlaşdırmaq və imperatora qulluq işinə ziyan vuran ağaları isə qanunla cəzalandırmaq üçün həbs edib Tiflisə – qubernatorun sərəncamına göndərmək kimi xüsusi hərbi-siyasi səlahiyyətlər verilirdi.
Qazax, Şəmşəddil və Borçalı ağalarının torpaq və digər hüquqları, silki imtiyazları üzərinə çar hökümətinin növbəti hücumunun başlanması Qafqazın yeni baş komandanı, müsəlman Тürk əhalisinin qatı düşməni ermənipərəst rus generalı A.P.Yermolovun adı ilə bağlıdır. Çarizmin Qafqazda müstəmləkəçilik siyasətini daha ardıcıllıqla həyata keçirən baş komandan A.P.Yermolov (1816-1827-ci illər) bu üç distansiyada ağalarla kəndlilər arasında münasibətləri hökumətin xeyrinə nizamlamaq və yerli əyanların statusunu müəyyənləşdirmək məqsədilə 1817-ci ildə İcraedici Еkspedisiyaya ağaların hüquqları haqqında məlumatlar toplamağı tapşırmışdı. Ali Gürcüstan hökumətində müzakirə edilən həmin məlumatlar əsasında “Ağaların hüquqları və vəzifələri” adlı Əsasnaməni hazırlayaraq 1818-ci il martın 31-də təsdiq etmişdi.
Əsasnаmədə kəndlilərin mülkiyyətçisi deyil, idarəçisi və icarəçisi sayılan ağaların mülkədar hüquqları dəyişdirilərək onlara dövlət qulluqçusu, məmuru kimi yanaşılmış, xəzinə kəndlərinin idarə hüququnun isə yalnız sədaqətli qulluq əvəzinə onlara güzəştə gedilməsi nəzərdə tutulmuşdu.
Nə dərəcədə həyata keçirilməsindən asılı olmayaraq Əsasnamə yerli əyanların irsi hüquqlarını təhlükə altına almış, onların hökumətdən tam asılı vəziyyətə düşməsi üçün şərait yaratmışdı. Əsasnaməyə görə üzərinə ciddi hərbi-polis nəzarəti qoyulmuş ağalar adi bir itaətsizlийя, hökumətin düşmənləri və cinayətkar ünsürlərlə əlaqə йаратмаьа və ya yeganə kəndli şikayətiня эюря məhdud hüquq və imtiyazlarını itirə bilərdilər. Мараглыдыр ки, бу дюврдя  чар Русийасында сащибкар кяндлиляринин мцлкядардан шикайят етмяк щцгугу йох иди. Kəndlərdən xəzinəyə daxil olan vergilərin ağalara çatan hissəsinin belə, baş pristavın təyin etdiyi kovxalar (məmurlar) tərəfindən yığılması qaydasının qoyulması yerli əyanların əsas hüquqlarının əllərindən alındığını göstərməyə bilməz.
Quba bəyləri, Газах, Шямшяддил вя Борчалы дистансийаларынын ağaları haqda Əsasnamələr çarizmin yerli əyanlar zümrəsinin köhnə hüquq və imtiyazlarını  məhdudlaşdıran və sıxışdıran  xəttinin rəsmi ifadəsi olub, ilk növbədə onların kəndlər üzərində vərəsəlik hüquqlarının sarsıdılmasına yönəlmişdi. Bu yolla çarizm müsəlman əyalətlərindəki bəylərə və onların varislərinə hökumətə sədaqətlə qulluqdan başqa heç bir mövcudluq vasitəsi olmadığını dərk etdirməyə, özünə düşmən qüvvələri iqtisadi cəhətdən zəiflətməyə və nəhayət, ali müsəlman silkinin tərkibini öz xeyrinə qəti şəkildə dəyişdirməyə çalışırdı.
Çarizmin, xüsusilə Гафгазын баш щакими A.P.Yermolovun həyata keçirdiyi, əyanların qabaqkı hüquqlarını sıxışdıran və məhdudlaşdıran tədbirləri, hətta hökumətə sədaqətli bəy və ağalar arasında həyəcana və narazılığa səbəb olmuşdu. 1818-ci il Əsasnaməsindən  narazı qalan üç distansiyanın ağaları hökumətə düşmən mövqeyə keçərək köhnə hüquq və imtiyazlarını geri qaytarmaq uğrunda mübarizəyə qalxmışdılar. Xüsusilə Şəmşəddil distansiyasının ən böyük və nüfuzlu əyanları – Nəsib sultan və Mustafa ağa 1818-1819-cu illərdə “hökumətin vergiləri artırmaq və qoşun üçün rekrуt (əsgər) toplamaq niyyətində olması” haqda şaiyələrdən istifadə edərək tabeliklərində olan sakinləri rəsmi sənədlərdə göstərildiyi kimi “qiyama” qaldıra bilmişdilər. Цсйан бaşçıları həbs edilib, Tiflisə göndəriləndən sonra da çıxışları ara verməyən Şəmşəddil sakinlərini Yermolov top atəşləri nəticəsində “30 minlik əhalinin yarısının itirilməsinin belə ona bir ziyan gətirməyəcəyi” ilə hədələmişdi. Digər tərəfdən, цсйанын başçılarının kəndlərinin onların hökumətə sədaqətli övladları, qohum-qardaşlarının idarəçiliyində saxlanması vədiни верян  general Yermolov onları öz tərəfinə çəkməyə çalışса да, 1820-ci ildə цсйаны hərbi гцввя иля yatıra bilmişdi.
Bu hadisə göstərir ki, elə ilk vaxtlardan hökumətin yerli əyanların iqtisadi və siyasi gücünü zəiflətmək, onların sosial-siyasi hüquqlarını məhdudlaşdırmaq xəttinə qarşı bəy və ağalar  юз kəndliляри иля бирликдя етиразларыны билдирир, щятта цсйан галдырырыдылар.
Çar hökuməti Gürcüstanda əyanların torpaq hüquqları və silki imtiyazlarını nizamlamaq üçün Зadəgan deputatları məclisi kimi çox mühüm idarənin fəaliyyətinə icazə verdiyi halda, Azərbaycanda zadəgan zümrəsinə ayrı-seçkilik münasibətinin nəticəsi olaraq bu məsələ ilə baş komandanın xüsusi nəzarəti və rəhbərliyi altında hərəkət edən əyalət və şəhər məhkəmələri və bu məhkəmələrin nəzdində müxtəlif vaxtlarda yaradılan xüsusi komissiyalar məşğul olurdu. Komissiyalar yerli əyanların kəndlər və digər daşınmaz əmlaklar üzərində sahiblik hüququnu təsdiq edən xan təliqələri (fərmanları) və siyahıyaalma materialları əsasında yoxlamalar apararaq çox zaman ali zümrənin statusunu kökündən sarsıdan qərarlar çıxarır və bu yolla bəy və ağaları sıxışdırırdı.
Çarizmin yerli əyanların sosial-iqtisadi və siyasi hüquqlarını məhdudlaşdıran siyasətindən narazı qalan və düşdüyü vəziyyətlə barışmaq istəməyən bəy və ağalar itirilmiş hüquqlarını geri qaytarmaq uğrunda mübarizədə bütün vasitələrdən istifadə edirdilər. 1819-1820-ci il üsyanlarından sonra  Şəmşəddil və Qazax ağaları “mülkədar hüquqlarının geri qaytarılması” haqda dəfələrlə kollektiv şikayət və ərizələrlə  rəsmi idarələrə мцраъият etmişdilər.
        1827-ci ildə Şəmşəddil distansiyasının ağalarının onların idarəsindən çıxarılaraq erməni arxiyepiskopu Nersesin idarəsinə verilmiş kəndlərin geri qaytarılması və onun “tatarların işinə мцдахиля етмясинин  qarşısının alınması haqda” вердикляри шикайят baxılmamış qalmışdı. Bu indiyədək Azərbaycan torpağında görünməmiş və tarixdə analoquna rast gəlinməyən bir hadisə idi. Erməni Nersesə verilmiş kəndlərin sakinləri hökumətə şikayət məktubunda qəzəblə yazırdılar ki, ölkədə xristianın müsəlmana tabe olması qaydası var, müsəlmanın xristiana itaət göstərmək qaydası yoxdur. Ümumiyyətlə, Qafqaz bölgəsində rus işğalına qədər erməni əsilli əyanlar yox dərəcəsində idi. Tarixi Azərbaycan Тürk torpağı olan İrəvan xanlığında cəmi beş erməni əsilli bəy var idi. Qacarlar sülaləsinin icazəsi ilə İrəvan sərdarı, yəni xanı cəmi beş nəfər erməniyə bəy paltarı geyinməyə icazə vermişdi. Bütün bunlar ermənilərin Qafqaza gəlmə olduğunu və onların bölgədə heç bir tarixi kökə malik olmadığını  sübut edir.
Müxtəlif təlimat və əsasnamələrlə torpaq, kəndlilər üzərində sahiblik hüquqları sarsıdılan, məhdudlaşdırılan, həttа ləğv edilən Qazax, Şəmşəddil və Borçalı ağaları yeni hökumətdən tamamilə narazı idilər və mübarizə üçün əlverişli şəraitin yaranmasını gözləyirdilər.
Çar hökumətinin ali müsəlman zümrəsinin gələcək statusu ilə bağlı XIX əsrin 20-ci illərinin sonu-30-cu illərinin əvvəllərində hazırladığı layihələrdə Qazax, Şəmşəddil və Borçalı distansiyalarının ağalarının gələcək taleyi də unudulmamışdı. XIX əsrin 40-cı illərinin əvvəllərində hökumət orqanları 30-ci illərdə hazırlanmış layihələrdə nəzərdə tutulmuş bəzi ideyaları həyata keçirməyə başladılar. Qafqazın Baş İdarə Şurasının 25 aprel 1841-ci il qərarı ilə  Qazax, Şəmşəddil və Borçalı məntəqələrində 59 ağanın 102 kəndi müsadirə edildi. Bunun ardınca Kaspi vilayətində tiyul torpaq sahibliyinin ləğv edilməsi və bəylərin kənd idarəçiliyindən uzaqlaşdırılması haqqında da qərar verildi.
1844-cü ildə Qafqaz canişini təyin edilmiş knyaz M.S.Vorоntsovun rəhbərliyi altında xüsusi komissiya iki il ərzində müsəlman bəy və ağalarının torpaq hüquqlarının nizamlanmasına dair Əsasnamə layihəsini hazırlayıb çara təqdim etdi. Çar I Nikolay həmin Əsasnaməni 6 dekabr 1846-cı ildə canişinin adına reskript (buyuruq, fərman) şəklində imzaladı. 12 maddədən ibarət olan bu qanunun 10 maddəsi bəy və ağaların torpaq hüquqlarına, 2 maddəsi isə мцлкядар-kəndli münasibətlərinə aid edilmişdi.
6 dekabr fərmanı ilə hökumət Rusiya işğalı dövründə və indi də bəy və ağaların ixtiyarında olan mülk və tiyul torpaqları üzərində onların tam və irсi mülkiyyətçilik hüququnu ilk dəfə olaraq tanıyırdı. Qazax, Şəmşəddil və Borçalı məntəqələrində 1841-ci ildə ağalardan müsadirə edilmiş bütün torpaqlar hökumətin xüsusi iltifatı kimi onlara geri qaytarılырdı. Eyni zamanda həmin torpaqlar üzərində ağaların xüsusi mülkiyyətçilik hüququ  да təsdiq edilirdi.
Fərmana görə bəy və ağaların ixtiyarında olan torpaqlar irsən  keçя bilər, bağışlana, satıla və ya hər hansı şəkildə alqı-satqıya qoyula bilərди. Bu zaman həmin torpağın yeni sahibi hökmən ali müsəlman zümrəsinə mənsub  olmalı idi.
Rusiya hökuməti Şimali Azərbaycanın işğal edilməsi prosesində əsas diqqəti hərbi-siyasi hadisələrə yönəltsə də, bölgənin gəlir mənbələrinin dövlət хязинясиня топланмасы sahəsində bir sıra addımlar atılmışdır. Hərbi-siyasi şəraitiн mürəkkəbliyi üzündən Cənubi Qafqazın, o sıradan Şimali Azərbaycanın sərvətlərinin iqtisadi cəhətdən mənimsənilməsi kimi başlıca müstəmləkəçi məqsədin həyata keçirilməsinə çar höküməti щяля  hazır deyildi. Belə bir şəraitdə “hərbi işğal rejimi” formasında yaradılan müstəmləkəçi orqanlar köhnə idarəçiliyi ləğv edilərək əyalətə çevrilmiş xanlıqlarda və distansiyalara çevrilmiş sultanlıqlarda əsas diqqəti maliyyə-vergi sisteminin öyrənilməsinə və xəzinənin gəlir mənbələrinin üzə çıxarılmasına, hərbi əməliyyatlarla bağlı qoşunların ərzaq вя диэяр məhsullar (провиант) ilə təmin edilməsinə yönəltmişdiляр.
Шимали Azərbaycanın Rusiya tərəfindən işğalı gedişində xüsusilə Qazax, Şəmşəddil distansiyalarında və daha tez xan hakimiyyəti ləğv edilmiş Gəncə, Bakı və Quba əyalətlərində ilkin kameral sayımlar keçirən rəsmi idarələr  əhalinin, o sıradan da dövlət və sahibkar kəndli ailələrinin sayı, mövcud vergi və mükəlləfiyyətlər və bütövlükdə bütün дашынмаз və дашынан əmlaklar haqqında əldə edilən məlumatlar əsasında yeni maliyyə-vergi siyasətini müəyyənləşdirməyə çalışırdılar. Qafqazın baş komandanlığı “ənənəvi” vergilərin heç bir kəsiriz xəzinəyə daxil olmasını təmin etmək üçün hərbi qaydaya əsaslanan sərt tədbirlərdən çəkinmirdi. Hələ 1803-cü ildə 10 min nəfərdən çox kəndlinin yaşadığı Qazax distansiyasının əhalisinin vergiləri azaltmaq haqqında şikayəti baş komandan knyaz Sisianovun qəzəbinə səbəb olmuş və 5 min manat vergi borcunu, 13 min manatlıq pul vergisini, 650 xalvar taxıl vergisini kəsirsiz ödəməkdənsə “pul əvəzinə xahiş” göndərən sakinləri öz torpağından qovmaqla hədələmişdi.
Rusiyanın mərkəzi quberniyalarından ərzaq məhsullarının gətirilməsinin böyük xərclərlə bağlı olduğunu nəzərə alan baş komandanlıq qoşunları yerli əhalinin hesabına proviantla (taxıl məhsulları, mal-qara və s.) təmin etməyə çalışırdı. Qazax və Şəmşəddil sakinləri 1805-ci ildən başlayaraq hər il cəriməlik vergi kimi ödənən 9 min pud buğdanı öz at arabalarında proviant mağazalarına daşımalı idilər. Elə həmin il Qazax əhalisinin ödədiyi pul vergisi taxıl vergisi ilə əvəz edilmişdi.
Müsəlman əyalətlərində dövlət əmlakının və mülkiyyətinin idarəçiliyi də 1801-ci ildə yaradılan Ali Gürcüstan hökumətinin xəzinə ekspedisiyasına tapşırılmışdı. Elə ilk illərdən xəzinəyə məxsus təsərrüfatları idarə etmək üçün pul vəsaiti və bacarıqlı məmurlara malik olmayan xəzinə ekspedisiyası dövlət mənafeyini qorumaq məqsədi ilə bir tərəfdən dövlətə məxsus əkin sahələrinи, meyvə, üzüm və tut bağlarını ayrı-ayrı tacirlərə iltizama verir, digər tərəfdən vergidən gələn gəlirin azalmasının qarşısını almaq üçün doğma yerlərini qoyub qaçan kəndliləri geri qaytarmağa çalışırdı. Ayrı-ayrı əyalət, distansiya və xanlıqlardan qaçan kəndli ailələrinin sayının günü-gündən artması dövlət xəzinəsini эялир mənbələrini itirmək, ordunuн isə proviantsız галмаг təhlükəsi qarşısında qoyduğu üçün elə ilk vaxtlardan hökumət orqanları qaçma hallarının qarşısını almaq üçün sərt tədbirlərə əl atырдылар. Hələ 1804-cü ildə Qazax və Şəmşəddildən müxtəlif yerlərə, başlıcası isə xanlıqlara qaçan kəndlilərin tutulub Sibirə sürgün edilməsi haqqında məsələ qaldıran rəsmi idarələr ağaların 1810-cu il tarixli xahişinə baxaraq 1812-ci ildə onlara “qaçqın” kəndliləri qanun əsasında geri qaytarmaq, geri qaytarılan xəzinə kəndlilərinə hətta yiyələnmək hüququ vermişdi.
Vergilərin yığılması zamanı sakinlərə kiçik güzəştə gedilməməsini təkcə belə bir fakt sübut edir ki, 1830-cu ildə onların 1977 çetvert taxıl vergisi üzrə ödəyə bilmədikləri cəmiси 6 çetvertlik buğda idarələr arası 2 illik yazışmalardan sonra kəndlilərdən güclə alınmışdı.
Vergi siyahılarından gizli qalan həyətləri üzə çıxarmaq məqsədi ilə 1831-ci ildə Qazax distansiyasında hər ev üzərinə eyni ölçüdə vergi qoyulması haqda sərəncam verilmiş, beləliklə də vergilərin ümumi distansiya və kəndlilər üzrə bölgüsündən həyətlər üzrə bölgüsü sisteminə keçidin əsası qoyulmuşdu. Yeni qayda ilə 1957 çetvert taxıl vergisi 70 kənddə yerləşən 4699 ev arasında, hərəsinə 3 çetvertlik 3 qarnitsa taxıl düşməklə, bərabər surətdə bölüşdürülmüşdü.
Kəndli ailəsinin imkan və gücünü nəzərə almadan vergilər qoyulması, vergi-maliyyə sistemində xəzinənin xeyrinə dəyişikliklər edilməsi nəticəsində 30-cu illərdə vergi borcları Qazax kəndləri üçün az qala daimi hala çevrilmişdi. Nəticədə hətta özünün ərzağa tələbatını ödəyə bilməyən kəndli ailəsi bir ilin borcunu ödəyib qurtarmamış, yenisi gəlirdi.
Ümumiyyətlə, bir sıra ziddiyətlərə, ayrı-seçkilik münasibətinə baxmayaraq kəndlilərin ən amansız üsullarla soyulub-talanmasında çarizmlə yerli əyanların mənafeyi bir çox hallarda цст-цстя дцшцрдц. Bunu sahibkar kəndlilərinin əyanların qanunsuz tələbləri ilə bağlı şikayətlərinə hökumətin münasibəti дя açıqca göstərir. Hələ 1822-ci ildə Şəmşəddil distansiyasının bir neçə kəndinin sakinləriнин Nəsib Sultanın üç oğlu tərəfindən onlardan əlavə vergilər tələb edilməsi, proviantın pulunun ödənilməməsi və 1818-ci il Əsasnaməsini pozaraq bir gün əvəzinə 3-6 gün ağa əkinlərinin becərilməsinə məcburi qaydada cəlb edilmələri ilə bağlı şikayətlərinин haqlı olduğu sübut edilsə də, tədbir görülməsi təxirə salınmışdı. Şəki əyalətinin bəy kəndliləri və nökərləri üzərinə dövlət vergiləri və çöpbaşı rüsumu qoyulmasından 1825-ci ildə verilən şikayət baş hakim tərəfindən əsassız sayılmışdı. 1832-ci ildə Qazax distansiyasının 542 həyətdən ibarət Şıxlı və Kosalar kənd sakinlərini onları “idarə edən” İsmayıl ağa, Yaqub ağa və onların qohum qardaşlarının əkinlərində bir gün əvəzinə yemək vermədən 5 gün işlədilməyə məcbur edilmələri, onlardan qanunsuz əlavə natural və pul vergiləri, normadan artıq nökər verilməsi və b. tələblər edilməsi haqda şikayətə yalnız üç ildən sonra, 1835-ci ildə baxan baş komandanlıq ağaları təkrar şikayət gələrsə, kəndlərin idarəçiliyindən uzaqlaşdırılacaqları ilə qorxutmaqla kifayətlənmişdi.
1817-1818-ci illərdə Cənubi Qafqaza səkkiz alman koloniyası gətirib yerləşdirən, 1828-1830-cu illərdə 40 min nəfərdən çox İran ermənisini, 84 min nəfərdən çox Osmanlı ermənisini Qarabağ, İrəvan və Naxçıvanın ən yaxşı torpaqlarında məskunlaşdıran Rusiya hökuməti yerli əhalinin torpaqla təminatı məsələsinə laqeyd münasibət bəsləyirdi.
Nəinki Azərbaycanda, bütün Zaqafqaziyada torpaqların sərhədləri və ölçüsü müəyyənləşdirilmədən belə, diyar üçün yad olan əhalinin yerləşdirilməsi üçün çox asanlıqla və qısa vaxtda boş torpaqlar tapıldığı halda “Aztorpaqlı dövlət kəndlilərinə torpaq ayrılması haqqında” 31 oktyabr 1830-cu il Ali fərmanının müsəlman əyalətlərində həyata keçirilməsi qeyri-mümkün sayılmışdı.
Beləliklə, köçürmə tədbirləri nəticəsində torpaqla təminatlılıq cəhətdən vəziyyəti daha da ağırlaşan kəndlilərin vergi yükünə uyğun olaraq torpaq payına ehtiyacının ödənilməsi baş komandanlığı qətiyyən maraqlandırmırdı. Çünki 31 oktyabr 1830-cu il Ali fərmanının həyata keçirilməsini qəsdən yubadan baş komandanlıq aztorpaqlı kəndlilər üçün torpaq sahəsi axtarıb tapmaq əvəzinə, 1831-ci ilin iyun ayında köçürmə fondu üçün Yelizavetpol dairəsində, Şirvan əyalətində, Qazax və Şəmşəddil distansiyalarında 5854 ailə və yaxud 30 min nəfər yerləşdirilə biləcək boş torpaqlar müəyyənləşdirmişdi.
Azərbaycanın digər bölgələrində olduğu kimi Qazax, Şəmşəddil və Borçalı distansiyalarında да  çar məmurları vəzifədən sui-иstifadə edərək əhalini soyub-talayır, ancaq etdikləri cinayətlərinə görə heç bir məsuliyyətə cəlb olunmur, cəzasız qalırdılar. Vergilərin bölgüsü və yığılmasında vahid qayda olmadığından vəzifəli şəxslər əsil özbaşınalıq və qanunsuzluq nümunəsi göstərirdilər. Məsələn, 1821-ci ildə Şəmşəddil distansiyasının pristavı Tarxanovun “Sakinləri əlavə vergilərlə soyub taladığına və digər qanunsuzluqlara görə cinayət məsuliyyətinə cəlb etməyin zəruriliyi haqda” Gürcüstan prokuroru Sokolovun təklifi baş komandan Yermolov tərəfindən əsassız sayılmışdı.
1828-1829-cu illərdə müsəlman əyalətlərində yoxlama aparan senatorlar qraf П.И.Kutaysov və Е.И.Meçnikov Qarabağ əyalətində komendantlar tərəfindən natural və pul vergilərinin, Qazax, Şəmşəddil distansiyalarında proviant ödənməsi üçün ayrılan 15 min manat pulun yerli məmurlar tərəfindən mənimsənilməsi, hətta taxıl вergisinin sakinlərdən bir ildə iki dəfə yığılması kimi cinayət faktlarını üzə çıxarmışdılar.
Bütün bunlar göstərir ki, Rusiya Şimali Azərbaycanın bütün bölgələrində ağır müstəmləkə rejimi və açıq qarət sistemi qurmuşdu.

Bu yazı 1545 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :