-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Qurultayı
Şiriftin ölçüsünü dəyiş

        Türk Dövlət və Cəmiyyətlərinin 17-19 noyabr 2007-ci ildə Bakı şəhərində keçirilmiş XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının Yekun Hesabatını kiçik ixtisarla təqdim edirik.

        Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfinin koordinatorluğu ilə 17 noyabr 2007-ci ildə Bakı şəhərində keçirilib. Qurultayda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin baş naziri cənab Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri cənab Mehmet Əli Tələt, Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəl, habelə Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızstan, Özbəkistan, Monqolustan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Çuvaşiya, Saha-Hakas muxtar respublikaları, Krım, Qaqauz və Ahıska türkləri, İran, İraq və Əfqanıstan türklərinin nümayəndələri, Almaniya, Amerika, Avstraliya, Belçika, İsveçrə və digər ölkələrdəki Türkdilli xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
        Qurultayda aparılmış müzakirə və təhlillər, komissiya iclaslarında məruzəçilərin çıxışları, irəli sürülmüş rəy və təkliflərin əsas istiqamətləri bunlar olmuşdur:
        - Regionda sabitliyin bərqərar edilməsi və möhkəmləndirilməsi, Türkdilli xalqların sülh və təhlükəsizliyinin təmin olunması, beynəlxalq birliyə inteqrasiyasının sürətləndirilməsi məqsədilə fəaliyyətin gücləndirilməsi,
        - Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsi,
        - Ölkələrimizin iqtisadiyyat, siyasət, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi, xalqlarımız arasında qarşılıqlı inteqrasiya meyllərinin gücləndirilməsi,
        - Türk xalqlarının dünya birliyindəki yerinin möhkəmləndirilməsi.
        Qeyd ediln vəzifələrdən irəli gələrək Qurultayda aşağıdakı tövsiyyələr irəli sürülmüşdür:
  1. Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün zəruri elmi, ideoloji, institusional və hüquqi zəminin formalaşdırılmasına başlamaq məqsədilə müvafiq konsepsiyanın hazırlanması vacib edilir.
  2. Qurultay Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşü daimi katibliyinin yaradılması ideyasını alqışlayır, bu təklifin Türk dünyası arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirir və Türkdilli ölkələrin müvafiq dövlət və hökumət strukturlarını bu istiqamətdə tədbirlər görməyə çağırır.
  3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım və terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində Türkdilli ölkələr tərəfindən birgə tədbirlərin görülməsi təmin edilməli, Azərbaycana mənəvi-psixoloji və siyasi dəstək gücləndirilməlidir.
  4. Qurultay Şimali Kiprin təcriddən çıxarılması istiqamətində bütün Türkdilli dövlətlərin səylərinin birləşdirilməsi, Şimali Kiprlə iqtisadi, mənəvi, siyasi əlaqələrin qurulması və inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Kipr türklərinin hüquqlarının müdafiəsi istiqamətində Türkiyə Cümhuriyyətinə dəstəyin artırılmasını tövsiyyə edir.
  5. Qurultay İraq türkmənlərinin hüquqlarının təmin olunması istiqamətində beynəlxalq ictimaiyyətlə intensiv işin aparılması, bu sahədə Türkiyəyə digər Türkdilli dövlətlər tərəfindən zəruri diplomatik-siyasi dəstəyin verilməsini tövsiyyə edir.
  6. Avropada yaşayan türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk disapor təşkilatları rəhbərlərinin I Forumunun qərar və tövsiyyələrinin, habelə həmin forumda təsdiq olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarının birgəfəaliyyət strategiyası»nın, «Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı Bəyannaməsi»nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün müvafiq tədirlər görülməlidir.
  7. Türkiyənin Avropa Birliyinə üzvülüyü istiqamətində Türkdilli ölkələr tərəfindən Türkiyə Cümhuriyyətinə və onun xalqına hərtərəfli mənəvi-siyasi dəstəyin gücləndirilməsi vacib hesab edilir.
  8. Türk xalqlarının yaşadığı coğrafi məkanı əhatə edən Avrasiya siyasi-iqtisadi birliyinin yaradılması, Gürcüstan və Tacikistanın bu birliyin üzvü olmasına nail olunması.
  9. Qurultay hesab edir ki, Gürcüstan parlamenti tərəfindən qəbul edilmiş «XXI əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında» qanunun icrası ilə əlaqədar Ahıska türklərinin Gürcüstana qayıdışı, repatriant statusu və vətəndaşlıq məsələlərinin həllinə yardım göstərilməsində Türkdilli ölkələrin dəstəyinə ehtiyac var.
  10. Qurultay Türk dövlət və cəmiyyətlərinə tövsiyyə edir ki, Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələlərinin həllinə dəstək verilməsi, onların problemlərinin diqqət mərkəzində saxlanılması sahəsində müvafiq iş aparılsın.
  11. Qurultay iştirakçıları əmindir ki, Türkdilli dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımının azərbaycanlılara qarşı erməni terrorçuları tərəfindən törədilmiş kütləvi soyqırım aktı kimi tanınması məsələsini gündəliyə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.
  12. Qarabağdan sürgün edilən Türklərin İnsan Haqlarının qazanılması üçün Avropa İnsan Haqları Məhkəməsi nəzdində iddiaların qaldırılmasının təşvil edilməsi.
  13. Qurultay hesab edir ki, 1915-ci il hadisələri ilə bağlı «soyqırım» iddialarının ifşası istiqamətində Türk dövlət və cəmiyyətləri arasında əməkdaşlıq gücləndirilməli, bu hadisələri «soyqırım» kimi tanıyan ölkələr və beynəlxalq təşkilatlarla müvafiq iş aparılmalı, hadisələrin əsl mahiyyəti barədə dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması təmin edilməlidir. Bu iddiaların bütövlükdə Türk Dünyasının beynəlxalq imicinə və milli mənafelərinə qarşı yönəldiyini nəzərə alaraq, «soyqırım» yalanlarının ifşası Türkdilli ölkələrin xarici siyasətinin prioritetləri sırasına daxil edilməlidir.
  14. Türk dövlət və cəmiyyətləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ortaq əlifbanın yaradılması sahəsindəki işlərin davam etdirilməsi üçün müvafiq qurumlar, elmi araşdırma mərkəzləri və qeyri-hökumət təşkilatları tərəfindən tədbirlərin görülməsi vacib sayılır.
  15. Türk Dünyasının Elmlər Akademiyasının yaradılması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi üçün məsləhətləşmələr başlanılmalıdır.
  16. Türk Dünyası Elm Kitabxanasının və onun elektron versiyasının, Türk Dünyasına dair bütün zəruri məlumatları özündə əks etdirən internet axtarış sisteminin yaradılması Türk xalqlarının zəngin tarixinin və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
  17. Qurultay tövsiyyə edir ki, müvafiq komissiyalar tərəfindən ortaq «Türk tarixi», «Türk ədəbiyyatı», «Dini mədəniyyət və etika» dərs kitablarının hazırlanması və orta ümumtəhsil məktəblərində tədrisinin təşkili istiqamətində iş aparılsın.
  18. Türk xalqlarının qarşısına internet millət olmaq məqsədinin qoyulması və bu məqsədə çatmaq üçün bütün Türk xalqları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi.
  19. Türk adları ilə bağlı domen adların mənimsənilməsi prosesinin qarşısının alınması sahəsində əməkdaşlığın genişləndirilməsi.
  20. Domen adların yenidən qeydə alınması zamanı Türk dillərinin standartlarının qeydə alınması, .turan və .türk domenlərinin yaradılması.
  21. Digər dövlətlərin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan Türk xalqlarının (Rusiya, Ukrayna, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) Ana dilində ədəbiyyat və dərsliklərlə təmin edilməsinə, onların milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanılmasına yardım göstərilməsi Türkdilli ölkələrin hər birinin mənəvi borcu hesab edilir.
  22. Türk Dövlət və Cəmiyyətlərinin bələdiyyə qurumları tərəfindən təsis edilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyətinin keyfiyyətcə təkmilləşdirilməsi, qardaş bələdiyyələr ənənəsinin inkişaf etdirilməsi, Türkdilli ölkələrin bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi; idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılması üçün TİKA-nın koordinatorluğu ilə Türk Dünyası Bələdiyyələr Birliyi və Türkdilli ölkələrin müvafiq orqanları tərəfindən «Yerli Özünüidarəetmə Orqanları Konqresi»nin təşkili məqsədilə hazırlıq işlərinə başlanılsın.
  23. Türkdəlli ölkələrin hüquq sistemlərinin qarşılıqlı şəkildə öyrənilməsi və uyğunlaşdırılması məqsədilə Türk dövlətləri arasında ümumi bir hüquq terminologiyasının yaradılması üçün bir hüquq lüğətinin hazırlanması; eyni məqsədə xidmət edəcək ali təhsil ocaqlarının hüquq fakültələri, məhkəmə və inzibati orqanlar arasında TİKA-nın koordinatorluğunda kadr mübadiləsinin təşkili.
  24. Türk dövlətlərinin vətəndaşlarının qarşılıqlı səyahət, yaşayış və iş hüquqları mövzusunda qanunvericilik orqanları arasında təcrübə mübadiləsinin aparılması və qanunvericiliyin uyğunlaşdırılması üçün addımlar atılması.
  25. Qurultay Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılmasını ideyasının həyata keçirilməsi ilə bağlı layihənin hazırlanması məqsədilə Türkdilli ölkələrin qanunvericilik orqanlarının müvafiq komissiyaları arasında məsləhətləşmələrin başlanılmasını tövsiyyə edir.
  26. Qurultay əmindir ki, Türkdilli dövlətlər arasında miqrasiya proseslərinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq dövlət orqanları tərəfindən birgə tədbirlərin görülməsinə ehtiyac duyulmaqdadır.
  27. İqtisadi inkişafda xarici sərmayələrin əhəmiyyətini nəzərə alaraq, Türkdilli ölkələrdə xarici sərmayə yatırımına əlverişli şəraitin yaradılması, Türkdilli ölkələr arasında qarşılıqlı olaraq bazara giriş qaydalarının sadələşdirilməsi, bu dövlətlərin ərazisində azad ticarət zonalarının, sahibkarlıq müəssisələrinin yaradılması sahəsində mövcud olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə qanunvericilik sahəsində müəyyən islahatların aparılması və müvafiq dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi tövsiyyə olunur.
  28. Qurultay Türkdilli iş adamları və xırda sahibkarlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müvafiq qurumlarla kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsini zəruri sayır.
  29. Qurultay Xəzər regionunun enerji imkanlarının daha səmərəli qiymətləndirilməsi məqsədilə milli neft və təbii qaz şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, istehsalçı və istehlakçı ölkələr arasında enerji dəhlizi olan Türkiyə Cümhuriyyətinin ərazisindən keçəcək boru xətləri layihələrində əməkdaşlığın genişləndirilməsini Türkdilli dövlətlərin milli maraqlarının tələbi kimi qiymətləndirir.
  30. Qurultay hesab edir ki, enerji amilinin dünya siyasətində mühüm faktor olduğu indiki mərhələdə neft və qaz istehsalçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin (OPEK-in analoqu) yaradılması məsələsinə baxılması Türk Dünyasının milli maraqları baxımından mühüm əhəmiyyətə malikdir.
  31. Türkdilli ölkələrdəki nüfuzlu iqtisad universitetlərində «Türk Dünyası iqtisadiyyatı» fənninin tədris edilməsi Qurultay tərəfindən bütün Türk dövlət və cəmiyyətlərinə tövsiyyə edilir.
  32. Türkiyə Cümhuriyyətinin turizm sahəsindəki təcrübəsi digər türkdilli ölkələr tərəfindən öyrənilməli və tətbiqi ilə bağlı tədbirlər görülməli, Türkdilli ölkələrin turizm imkanları artırılmalı, bu sahədəki potensialın daha səmərəli istifadə edilməsi yolları axtarılmalıdır.
  33. Qurultay həmçinin dünya miqyasında tanınmış Türkdilli iş adamları haqqında məlumat kitabçasının hazırlanması və nəşr edilməsi, onlar arasında işgüzar əlaqələrin qurulması istiqmətində səylərin artırılması, birgə iqtisadi forumların təşkilini vacib hesab edir və Türkdilli ölkələrini bu sahədə tədbirlər görməyə çağırır.
  34. Qurultay Türk Dünyası gəncliyinin narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərdən qorunması məqsədilə ortaq mübarizə metodlarının müəyyənləşdirilməsi və həyata keçirilməsini son dərəcə vacib hesab edir.
  35. Türk Dünyası gənclərini bir araya gətirə biləcək gənclik düşərgələrinin və birgə idman olimpiadalarının, musiqi və folklor tədbirlərinin təşkili, gənclərin mənəvi-əxlaqi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən dövlət qurumları ilə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı kimi qurumların müvafiq strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsi Türkdilli dövlətlərin qarşısında duran əsas vəzifələrdəndir.
  36. Qurultay Dünya Türk Gəncləri Birliyi təşkilatının fəaliyyətinin genişləndirilməsi, Türkdilli ölkələrdə bu qurumun nümayəndəliklərinin yaradılması, Türkdilli gənclərin Türk Dünyasının tarixi, mədəniyyəti, müasir həyatı, Türkdilli dövlətlərin strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkilini tövsiyyə edir.
  37. Türkdilli dövlətlərin gənclərlə iş üzrə dövlət orqanlarının Əlaqələndirmə Şurasının yaradılması istiqamətində tədbirlərin görülməsi məqsədəuyğun sayır.
  38. Qurultay hesab edir ki, Türkdilli xalqların tanınmış rejissorları tərəfindən çəkilmiş bədii, sənədli və cizgi filmlərinin Türkdilli televiziyalarda mütəmadi nümayiş etdirilməsi, Türkdilli ölkələrin dövlət və özəl kinostudiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün birgə layihələrin hazırlanmasına ehtiyac duyulur.
  39. «Türk Dünyası uşaq ədəbiyyatı» təsisatının yaradılması, Türk Dünyasının uşaq ədəbiyyatı əsərlərinin bütün Türkdilli xalqların dillərinə çevrilməsi üçün Türkdilli ölkələrin müvafiq dövlət orqanları və ictimai təşkilatların arasında əlaqələr genişləndirilməlidir.
  40. Qərbi Avropa ölkələrində Türk Mədəniyyət Mərkəzlərinin yaradılması üçün Türkdilli ölkələrin Xarici İşlər və Mədəniyyət nazirlikləri tərəfindən birgə layihənin hazırlanması tövsiyyə olunur.

Bu yazı 1002 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :