-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Erməni diasporasının «soyqırımı» beynəlxalq aləmdə təbliği cəhdi
Şiriftin ölçüsünü dəyiş

Taleh Cəfərov
“Türk-İslam” Araşdırma Mərkəzinin eksperti
 
        I Dünya müharibəsində Antanta blokuna qarşı Almaniya ilə bir ittifaqda iştirak edən Osmanlı imperatorluğu müharibə nəticəsində ardıcıl olaraq bağlanmış müqavilələri, ən əsası 1918-ci ilin oktyabrın 30-da Mudros sülh müqaviləsini imzalamaqla rüsvayçı məğlubiyyətə düçar oldu və imperiyanın varlığına son qoyuldu. Bununla da məğlub olmuş türk ordusu tərksilah olunmağa başladı. Beləcə, imperiyanın özəyi olan əzəli türk torpaqları imperialist dövlətlər arasında bölüşdürüldü. Hərbi və iqtisadi cəhətdən olduqca ağır duruma düşmüş hər iki imperatorluğun hakim dairələri vəziyyətdən çıxış yolları axtarmağa başladılar. Nəticədə, 1918-ci ilin oktyabr ayından etibarən Almaniyadan fərqli olaraq, Osmanlı imperiyasında türk zabitlərinin rəhbərliyi altında işğalçı qüvvələrə qarşı milli-azadlıq hərəkatı vüsət almağa başladı. Tərkibi tacir, sənətkar, kəndli və hərbiçilərdən təşkil olunmuş hərəkata milli burjuaziyanın da dəstək verməsi ilə azadlıq mücadiləsinin miqyası  genişlənərək bütün ölkə ərazisini bürüdü. Mustafa Kamal Paşanın rəhbərliyi altında imperialist qüvvələrə qarşı aparılan mübarizənin miqyası günü-gündən genişləndi. Milli-azadlıq hərəkatına dəstək verən Almaniyanın istəkləri bəlli idi. Məqsəd Yaxın Şərqdə mühüm strateji obyekt olan Berlin-Bağdad dəmir yolu xətti boyunca uzanan əraziləri geri qaytarmaq idi. Azadlıq mübarizəsinin qalibiyyətlə nəticələnməsi üçün Almaniya Osmanlı dövlətinə üçün istənilən yardımı etmək məcburiyyətində qaldı.
        Qeyd etmək lazımdır ki, hələ müharibənin şiddətli vaxtlarında xəyanət nəticəsində köçürülməyə məhkum edilmiş ermənilərin əksəriyyətinin Suriya və Mesopotamiya ərazilərində məskunlaşmaqdan imtina edərək Avropanın bir sıra ölkələrində kütləvi şəkildə məskunlaşdılar. Qısa zaman kəsiyində hakim dairələrin diqqətini bu və ya digər formada cəlb edən ermənilərə istənilən kömək və yardım edilməyə başlanıldı. Köç zamanı daha çox Avropa və Amerika ölkələrinə üz tutan ermənilər burada tezliklə diaspora şəklində formalaşaraq Osmanlı dövlətinə qarşı terror, etnik təmizləmə və digər formada yenidən mübarizəyə başladılar. Əvvəlkindən fərqli olaraq artıq diaspora halında formalaşan ermənilər arasında hadisələrə münasibətdə fikir ayrılığı meydana gəlməyə başladı. Belə ki, ayrı-ayrılıqda 2 qrupa bölünən ermənilər arasında 1-ci qrupun tərəfdarlarının fikirlərinə görə, Zaqafqaziya Seyminin dağılmasından sonra Azərbaycan torpaqları hesabına yaradılmış müstəqil Ermənistanda daşnaq hökumətinin Sovet rejimi ilə əvəzlənməsi alqışlandığı halda, ikinci qrupun tərəfdarları isə bunun tam əksinə olaraq Ermənistanda daşnaq hökumətinin yenidən bərqərar edilməsinin tərəfdarı idilər. İkinci fikrin tərəfdarları olan daşnaqlara görə Ermənistan SSRİ və Türkiyənin işğalı atındadır və bu torpaqların hər iki dövlətin işğalından azad edilməsi vacib şərtdir. Ən əsası daşnaqların Ermənistanı tərk etmək məcburiyyətində qalmaları diaspora ermənilərini getdikcə siyasiləşdirdi (1, səh. 36-37). Hətta daşnaqlar 1924-cü ilə qədər Fransada Müvəq¬qəti Hökumət yaratmağa nail oldular. Fransanın Türkiyə Cümhuriyyətinin müstəqilliyini tanıdıqdan sonra daşnaqlar yaranmış əlverişli şəraitdən istifadə edərək müvəqqəti hökumətin 1965-ci ilədək davam etməsinə nail oldular. Daşnaqlara görə Ermənistanda sovet rejiminin bərqərar olması, əslində müstəqil Ermənistanın varlığına son qoyulması demək idi. Daşnaqların bolşeviklərə ən böyük nifrəti isə Şərqi Anadoludakı «erməni torpaqları»nın türklərə verilməsindən qaynaqlanırdı. Daşnaqlara görə rusların türklərlə əməkdaşlığında qurban olaraq ermənilər seçilmiş və türk-sovet sərhəddi türklərə erməni torpaqları verilməklə çözülmüşdü (2, səh. 91).
        1919-cu ilin yanvarında Paris sülh konfransında «erməni məsələsi» yenidən müzakirəyə çıxarıldı. Erməniləri bu konfransda iki nümayəndə heyəti təmsil edirdi. Birinci nümayəndə heyətinin başında Ermənistan Respublikasının təmsilçisi Aqaranyan, ikinci milli nümayəndə heyəti adlandırılan heyətin başında isə Poqos Nubar dururdu. Fevralın 12-də konfrans Ermənistan dövlətinin yaradılması məsələsini müzakirə etdi. Bu dövlət Zaqafqaziya və Türkiyə ərazilərində yaradılmalı idi. Konfransda erməni qırğınında günahkar olan şəxslərin cəzalandırılması məsələsinə də baxıldı. Sonra erməni nümayəndə heyəti çıxış etdi. Konfransda erməni nümayəndə heyətinin başçısı Poqos Nubar Fransanın xarici işlər nazirinə məktub ünvanladı. Məktubda erməni mənbələrinə əsaslanaraq müharibə illərində sultan hökumətinin 300 mindən çox ermənini «soyqırıma» məruz qoyduğunu qeyd edir və Türkiyənin cəzalandırılmasını tələb edir (3, səh.64). Bütün bu vədlərə baxmayaraq Paris sülh konfransında erməni istəklərinin gerçəkləşməsinə yol verilmədi.
        Müharibədə qalib gəlmiş Antanta ölkələri türk hökumətini 13 noyabr 1922-ci ildə İsveçrənin Lozanna şəhərində təşkil olunmuş sülh konfransına dəvət etdilər. Konfransa İngiltərə, Fransa, İtaliya və Türkiyədən başqa Yaponiya, Rumıniya,  Yuqoslaviya və Yunanıstan da dəvət edilmişdi. SSRİ və Bolqarıstan boğazlar məsələsi ilə bağlı olaraq nümayəndə göndərdi. ABŞ konfransda gözləmə mövqeyində iştirak etdi (4, səh.196). Konfransa qatılmış dövlətlər arasında ilk gündən yaranan gərginlik nəticəsində toplantı 1 həftəliyə təxirə salındı. Nəticədə, Lozanna konfransı 20 noyabr 1922-ci il tarixdə İsveçrə konfederasiyasının rəhbəri Robert Haabın giriş nitqi ilə öz işinə başladı. İlk öncə konfransda müzakirə ediləcək məsələlər müəyyənləşdirildi və 3 komissiya yaradıldı. Sərhədlər və hərbi məsələlər birinci komissiyada, milli azadlıqlar və əcnəbilərlə bağlı məsələlər ikinci komissiyada, iqtisadi məsələlər isə 3-cü komiyyada müzakirəyə çıxarıldı. Komissiyalara ayrı-ayrılıqda ingilis, fransız və italyan nümayəndə heyətləri rəhbərlik edirdi. Türkiyəni birinci komissiyada İsmət Paşa, ikinci komissiyada Rza Nur, üçüncü komissiyada isə Həsən bəy təmsil edirdi. Konfransda Türkiyənin ən böyük rəqibi İngiltərə idi. Çünki, İngiltərə müharibə nəticəsində məğlub olmuş Osmanlı nümayəndə heyəti ilə bir konfransda iştirak etməkdən imtina etmək niyyətində idi. Lakin son anda ingilis hökumətinin konfransda iştirakı baş tutdu. Məhz buna görə də Lord Kerzon, Puancare və Mussolini arasında 22 noyabr tarixdə müttəfiq ölkələrin Türkiyəyə qarşı bir blokda mübarizəsinə dair qərar qəbul edildi. Gərgin keçən müzakirələrdə başlıca məsələ Türkiyənin Şərqi Anadolu ərazilərinin ermənilərə verilməsi, boğazlarda sərbəst hərəkətin təmin edilməsi idi. Qeyd edək ki, toplantıda erməniləri təmsil etmək üçün Ermənistan SSRİ-dən gəlmiş nümayəndələrlə Erməni Milli Heyyəti birləşərək Birləşmiş Erməni Heyəti təşkil olundu. Konfransda iştirak edən erməni nümayəndə heyətinin əsas istəyi bütöv və müstəqil Ermənistanın yaradılması və ən əsası müharibə zamanı Osmanlı  hökumətinin ermənilərin «soyqırıma» məruz qaldığını dünya dövlətlərinin nəzərinə çatdırmaq idi. Erməni Milli Heyyəti konfrans əsnasında bir sıra tələblərlə Lozanna Konfransına qatılan müttəfiq dövlətlərin təmsiçilərinə məktubla müraciət etdilər. Məktubda ermənilərin I dünya müharibəsi zamanı müttəifqlərinin yanında olduqlarını, bunun üçün istənilən köməyi göstərdiklərini və bunun nəticəsi olaraq Osmanlı imperiyasında yaşayan 2 mln. 250 min ermənidən 1mln.250 mininin məhv edildiyini, 700 mininin ölkədən xaricə köç etdiyini, yalnız 280 mininin hələ də Türkiyə ərazisində yaşadığını və bunların da hər an köç etmək təhlükəsi olduğu iddia edilirdi. Konfransda erməni diasporasının fəaliyyəti və irəli sürülən iddiaların olduqca təhlükəli olduğu barəsində türk tarixçisi Esat Uras yazır: «Erməni istəklərinin çözülməsi üçün onlara bir yurd verilməsi daha öncə razılaşdırılmış və bunun üçün ermənilərə torpaq parçası ayrılmalı, Yerevan Cumhuriyyətinə dənizdən koridor açılmalı və ya Kilikiyanın ermənilərə verilməsi ilə gerçəkləşdirilməli, bir sözlə bu dövlətin istənilən halda ancaq Türkiyənin Asiya torpaqlarında qurulacağı bildirilirdi (5, səh. 710-713). Heç şübhəsiz bu iddiaları irəli sürənlər sadəcə Erməni Milli Heyəti deyildi. Diaspora ilə yanaşı erməni məkrini hər zaman dəstəkləmiş və bu isə, bir növ təkan vermiş erməni dərnəkləri, kilsə, müttəfiq ölkələrin başçıları və erməni idealogiyasına xidmət edən erməni lobbisinin fəal nümayəndələri Arnold Toynbi, C.Lepsius və digərləri idi. Bu şəxslərin saxta «erməni soyqırımı» ilə bağlı uydurma və heç bir məntiqə əsaslanmayan fikirlərinə aşağıda toxunacağıq. İndi isə konfransda türk nümayəndə heyətinin rəhbəri İsmət Paşanın ingilis nümayəndə heyətinin rəhbəri Lord Kerzonla apardığı danışıqlara toxunaq. Lord Kerzon erməni mövqeyindən çıxış edərək «erməni məsələsi»nin çözülməsi üçün Türkiyə torpaqlarında, istər Şimali Anadoluda, istərsə də Kilikiyanın cənub-şərqində, həmçinin Suriya sərhədlərinə yaxın ərazidə müstəqil Ermənistan dövlətinin yaradılması təklifi ilə çıxış etdi. Türk nümayəndə heyətinin sərt təpkisi ilə qarşılaşmış Lord Kerzonun növbəti çıxışında ermənilərin sayı haqqında açıqladığı rəqəmlərə 14 dekabr tarixdə münasibətini bildirən İsmət Paşa Lord Kerzonun yanlışlığa yol verdiyini qeyd edərək tarixin heç bir dönəmində Türkiyədə 3 milyona yaxın erməninin olmadığını qeyd etməklə yanaşı, eyni zamanda ingilis, fransız, alman, rus və türk arxiv sənədlərinə əsaslanaraq burada göstərilən rəqəmlərin 1.300-1.500 mindən o tərəfə getmədiyini qeyd etdi (6, səh. 182).
        Qeyd edək ki, Lozanna konfransında erməni diasporasının davamlı təzyiqləri nəticəsində 20 noyabr 1922-ci ildən 4 fevral 1923-cü ilə qədər davam edən I dövrdə təşkil edilmiş iki və ya üç tərəfli görüşlərdə başlıca olaraq «erməni yurdu», 23 aprel – 23 iyul 1920-ci tarixləri arasındakı ikinci dövrdəki görüşlərdə isə «soyqırım»ı ilə bağlı məsələlər müzakirə edildi və Türkiyədən xarici ölkələrə köç edən ermənilərin geri dönməsi ilə bağlı türk hökumətinin razılığını ala bildilər. Missioner təşkilatların və erməni lobbisinin təzyiqləri qraşısında qalan ingilis və Amerikan hökuməti müttəfiqlərinə, Kilikiyada və ya Suriyanın şimalında müstəqil erməni dövlətinin yaradılması ilə bağlı təzyiq göstərilməsini istədi. Lakin türk hökumətinin sona qədər mübarizə apardığını görən amerikan nümayəndə heyətinin rəhbəri Greyn 1 yanvar 1923-cü ildə Vaşinqtona göndərdiyi teleqrafda müstəqil şəkildə «soyqırım»ı və «erməni yurdu» ilə bağlı proqram hazırlamaq niyyətində olmadığını qeyd edirdi. Amerikan nümayəndələri ilə yanaşı digər müttəfiq ölkələrin təmsilçiləri də Türkiyədə ermənilər üçün torpaq və «soyqırım»la bağlı imtiyazlar tələb etməyin imkanız olduğunu anlamış oldular. Bununla əlaqədar olaraq, Lord Kezzon Londona göndərilən teleqrafında açıq-aydın şəkildə İsmət Paşanın iradə nümayiş etdirdiyini əsas tutaraq «erməni yurdu» və «soyqırım»ı iddialarından vaz keçmək məcburiyyətində qaldıqlarını qeyd edirdi. Lozannada istəkləri puça çıxan erməni nümayəndə heyəti 2 fevral 1923-cü ildə şəhəri tərk etməli oldu. Bunun əsas səbəbləri barəsində qısa olaraq qeyd edək ki, Lozanna sülh konfransına böyük ümidlərlə gələn erməni nümayəndə heyəti və erməni lobbisi tərəfindən irəli sürülən bir sıra iddiaların, ən əsası «erməni yurdu» və «soyqırımı» ilə bağlı məsələlərə dünya dövlətləri tərəfindən «hə» cavabının verilməməsi ilə bağlı idi. Vəziyyətin drammatik həddə çatdığını və getdikcə dərinləşdiyini görən erməni heyəti bundan lazımınca yararlanmaq niyyətində idi. Bir-birinin ardınca istər Antanta ölkələrinə, istərsə də Millətlər Cəmiyyətinin ünvanına yazılan saysız-hesabsız məktublarda əsas qayə «erməni soyqırımı» qurbanlarına və onların ailə üzvlərinə dəymiş ziyanın hesablanması və bunun təzminat şəklində Türkiyə hökumətindən tələb edilməsi məsələləri yer almışdı. Daha çox İngiltərə hökumətinə müraciət etmiş erməni nümayəndə heyətinin və ona bu işdə bir başa dəstək olan erməni lobbisinin bu dəfəki istəkləri də cavabsız qaldı. Bu barədə türk tarixçisi Göyünc Necat yazır: «Erməni istəklərindən təngə gəlmiş İngilis hökuməti artıq bu məktublara cavab verməməklə öz işini bitmiş hesab etdi (7, səh.218). O, fikirlərinə davam edərək yazır: «Lozanna görüşlərinin 4 fevral 1923-cü ildə dayanmasını ermənilər öz tələbləri üçün yeni bir ümid işığı kimi başa düşdülər. Ancaq Antanta ölkələri belə düşünmürdü (7, səh. 218). Müəllif qeyd edirdi ki, bu istəklər Antanta ölkələrinin strateji maraqlarına vurulmuş zərbə idi. Bu haqda ötən fəsildə geniş məlumat verildiyi üçün bir daha bu haqda geniş məlumatın verilməsinə lüzum görmürük. Nəhayət, iki ilə yaxın davam edən danışıqlara 24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə yekun vuruldu. Qeyd edək ki, sülh müqaviləsində ermənilərlə bağlı heç bir maddə salınmamışdı. Bundan sonra İngilis-Erməni Dərnəkləri Birgə Məclisi 27 iyulda İngiltərə XİN-ə müraciət etdi. Müraciətdə daha öncə ermənilərə verilən vədlərə Lozannada əməl edilməməsinə baxmayaraq, İngəltərənin heç olmasa 1915-ci il köçürülmə hadisələri zamanı baş vermiş xoşagəlməz hadisələrə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı idi. Lakin bu müraciət də əvvəlkilər kimi nəticəsiz.
        Yuxarıda qeyd etdiyimiz kimi, bir məsələyə bu arada toxunmağımız daha məqsədəuyğundur. Vaxtı ilə birinci dünya müharibəsi zamanı Osmanlı hökuməti tərəfindən erməni qiyamçıları ilə yanaşı erməni ailələrinin müharibə meydanından çıxarılaraq Suriya və Mesopotomiya ərazilərinə köçürülməsi zamanı baş vermiş bir sıra xoşagəlməz səbəblərdən (soyuqdan, aclıqdan, xəstəlikdən) tələf olmuş ermənilərin sayı barəsində avropalı tədqiqatçıların irəli sürdüyü yalan və heç bir tarixi fakta əsaslanmayan fikirləri ilə tanış olaq. Erməni lobbisinin fəal üzvlərindən olub qondarma «erməni soyqırımı» haqqında çoxlu sayda əsərlər yazmış avropalı müəlliflərdən A.Toynbinin, C.Lepsiusun, Ternonun və digərlərinin cəfəngiyatla dolu fikirlərini müzakirə edək. İlk öncə ingilis mənşəli A.Toynbinin yazdığı 684 səhifəlik «Mavi kitab»ında göstərilən «fakt»lara toxunaq. Qeyd edək ki, bu kitabın özünəməxsus ən böyük xüsusiyyəti ilk dəfə olaraq burada ermənilərin «soyqırım»a məruz qaldıqları haqda saxta məlumatların yer almasıdır. A.Toynbi burada türk hökumətinin ermənilərə olan münasibətindən söz açır və bu haqda yazır: «Türklər ermənilərə yuxarıdan aşağı baxır, onları 3-cü dərəcəli irqin nümayəndələri olduğunu bildirirdi». Müəllif əsərdə erməni xislətini əsas tutaraq türklər haqqında xoşagəlməz fikirlərə üstünlük verərək yazır: «Türk-qəfəsə salınması vacib olan vəhşi bir heyvandır» (8, səh.36). A.Toynbinin türklərə yönələn bu təhqiramiz fikirlərinə elə öz həmyerlisi mənşəcə ingilis D.Conson layiqincə cavab vermiş və onun fikirlərini başdan-başa cəfəngiyyat olduğunu qeyd etmişdir. D.Conson yazır: «A.Toynbinin fikirlərinin tam əksinə olaraq silahlı erməni dəstələri ölkədə 1915-ci ildən başlayaraq iş başında oldular, Van şəhərini ələ keçirdilər, şəhəri rus qoşunlarına təslim etdilər və əhalini (türk əhalisini – T.C) vəhşicəsinə qətlə yetirdilər (9, səh.79). Biz burada iki ingilis müəllifinin bir-birinə zidd fikirləri ilə tanış olduq. D.Conson arxiv materiallarına əsaslanaraq A.Toynbinin cəfəngiyyatla dolu fikirlərinin heç bir tarixi məntiqə əsaslanmadığını qeyd edir. Müəllif əsərdə ermənilərin əvvəlcə 600 min nəfərinin «qətlə yetirildiyini» qeyd edir və sonralar bu rəqəmin 1,5-2 milyon arasında olduğunu bildirir. Yuxarıda qeyd olunduğu kimi əsər erməni lobbisinin şirnikləndirici vədləri əsasında yazılsa da bu günün özündə də heç bir dəyərə layiq görülməmişdir.
        A.Toynbi ilə yanaşı qondarma «erməni soyqırımı» haqqında 1920-ci illərdə əsar yazmış müəlliflərdən biri də Ternondur. Onun «Cinayətkar sükut» adlı əsərində də «Mavi kitab» da göstərilən uydurulmuş fantastik rəqəmlər olduğu kimi göstərilmişdir. Müəllif A.Toynbinin «Mavi Kitab»ındakı rəqəmləri eyni ilə öz əsərində qeyd edir və bunu utanmadan «əsrin ilk genosidi» kimi qələmə verir. Şübhəsiz biz burada da erməni mövqeyini əsas tutan fikirlərə rast gəldik. XX əsrin 20-ci illərində Avropada bu formatda meydana gələn əsərlərin işıq üzü görməsi üçün ayrılan vəsait hesabına milyonlarla tirajda çap edildi və tez bir zamanda yayılmağa başlandı. Ermənilər haqqında yazdığı kitabları ilə Qərb Avropa ölkələrində böyük səs-küyə səbəb omuş və «böyük uğurlara» imza atmış erməni lobbisinin fəal üzvlərindən biri də alman mənşəli Cohannes Lepsiusdur. Xatırladaq ki, alman-erməni cəmiyyətinin fəal üzvü olan C.Lepsius qərb və ən əsası alman ictimaiyyətində «soyqırımı» iddialarının ən fəal təbliğatçısı kimi tanınmışdır. Onun bir-birinin ardınca Türkiyə əleyhinə yazdığı əsərlərdə başlıca olaraq türk hökuməti ittiham edilir. İlk öncə onun 1897-ci ildə Berlində çapdan çıxmış «Ermənistan və Avropa» adlı əsəri haqqında məlumat verək. 5 fəsildən ibarət olan əsərdə ön sözdən başlayaraq «türk vəhşiliyi», «türk vandalizmi» qabarıq şəkildə Avropa ictimaiyyətinə sırınır, başqa sözlə türk milləti düşmən obrazında təqdim edilirdi.
        Beləliklə, XX əsrin 20-30-cu illərindən başlayaraq erməni diasporası və lobbisinin Türkiyə əleyhinə Avropa ölkələri ilə bir ittifaqda apardığı kompaniya paralel şəkildə getmiş və «soyuq müharibə»nin başlanması ilə yeni bir mərhələyə qədəm qoymuşdur.

Bu yazı 804 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :