-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan Türklərinin şəhərləşmə mədəniyyəti
Şiriftin ölçüsünü dəyiş

Firudin Ağasıoğlu
professor

Miladdan öncəki minillikdə Azərbaycana hücum edən asur, urartu və rumlular öz yazılarında burada rast gəldikləri yüzlərlə şəhər və kəndi
n adını çəkmişlər. Müxtəlif bölgələrdə ev, kult yeri, məbəd, saray, qala, hamam və sair tikintiləri əhatə edən şəhər-kənd mədəniyyəti inkişaf etdikcə tikintidə ağac və daşişləmə sənətləri də irəli getmişdir.
Quzey Azərbaycanda tədqiq olunmuş eneolit abidələri axar su qıraqlarında salınmış yaşayış məskənləridir. Quzey-batı eneolit məskənləri Kür çayına qovuşan Alget, Xram, Debet, Tovuz, Ağstafa, Şəmkir və sair çayların kənarında salınmışdır. Kür ça
yı hövzəsi Arıxlu, Şulaveri, İmiri, Qaçağan, Danqreuli, Gidaçrili, Şomutəpə, Baba-Dərviş, Qarğalartəpə, Rustəpə, Töyrətəpə, Keçili və sair məskənləri əhatə edir. Mil-Qarabağ zonasında Leylatəpə, İlanlıtəpə, Çalağantəpə, Xantəpə, Günəştəpə, Kültəpə, Qaraköpəktəpə, Kamiltəpə, Şahtəpə, Rəsultəpə, Muğanda Əliköməktəpə, Qurudərə I, Mişarçay, Naxçıvanda Kültəpə, Araz yaxası Ağrı vadilərində İqdır, Maştos, Şenqavit, Texut, Adablur (Adatəpə), Xatunarx və digər abidələr vardır.
İnsanların eyni məskəndə davamlı oturaq həyat tərzinə keçməsi eneolit çağında yaşayış evlərinin tikilməsi ilə nəticələndi. Belə evlər adətən çiy kərpic və gildən düzbucaqlı və ya dairəvi planda tikilirdi. Bəzi evlər daş bünövrə üzərində, bəziləri içi suvanıb boyanmış şəkildə olurdu. Köməkçi təsərrüfat daxmaları bu evlərə bitişdirilirdi. Bir-birinə yaxın ərazilərdə yaşayan uruqların tikinti planı üst-üstə düşür, bəzən də fərqlənirdi. Hətta Nax
çıvanda Kültəpə abidəsinin ayrı-ayrı qatlarında düzbucaq və dairəvi tikililər bir-birini əvəz etmişdir. Lakin Borçalıdan tutmuş İkiçayarasına qədər dairəvi evtikmə gələnəyinin uzun müddət davam etdiyini sezmək olur. Görünür, düzbucaq evlərin inşasında iki sıralı kərpic hörgü çox material tələb etdiyi üçün yuxarısı konusvari baca ilə bitən dairəvi evlərə daha çox üstünlük verilmişdir.
Azərbaycanda tunc və dəmir çağlarında möhtəşəm müdafiə qalaları tikilsə də, Şumer-Ela
m, Anadolu və Türkmənistanın məbəd tikintisi kulturundan geri qalmışdı. Görünür, bunun səbəbi böyük məbədlərə ehtiyacı olmayan protoazər boylarının tanrıçılıq dini ilə bağlı idi. Hətta dövrünə görə Güney Türkmənistanda möhtəşəm məbədlər (Altıntəpə) şəhər tipli yaşamın ilk örnəkləri idi. Namazqatəpədə 27 otaqlı bina qalıqlarının üzə çıxarılması da göstərir ki, burada tikinti işi çox irəli getmişdi. 
Doğrudur, Azərbaycanda da Qız qalası kimi m.ö. I minildə dini və ya astral məbədlər olmuşdur, lakin daha çox pir və ocaqların yayılması müşahidə olunur. Dini məbədlər Azərbaycanda yəhudi, xristian və İslam dinləri ilə bağlı geniş vüsət almışdır və bunların çoxu əvvəlki tapınaqlar üzərində tikilmişdir.
Azərbaycanda neolitdən başlayaraq qədim tikililərin tunc, dəmir və erkən orta əsrlərdə tədricən inkişafını izləyib onların bərpa layihələrini verm
əklə tikililərin yaranma əsaslarından olan paleoarxitektonik qanunauyğunluqları göstərən arxitektor D.Axundov yazır: «Sistemləşdirmə və müqayisəli təhlillər yeni formaları və tikinti üsullarını, həmçinin ilkin planlaşma və həcmi-fəza həllərini saxlayaraq memarlığın keçdiyi inkişaf yollarını üzə çıxarmağa imkan verir».
Tikinti işləri tunc dövrü
ndə yeni çalarlarla fərqlənir. Belə ki yaşayış məskəni divarlarla dairəyə alınır, daş özül üzərində çiy kərpicli dairəvi və sonralar düzbucaqlı ev tipləri, nal şəkilli ocaqlar çoxalır, tapınaq yerləri, pir-ocaq, istehkam qalaları tikilir.4 Bəzi bölgələrdə qala içində sənətkarlıq məhəllələri, şəhərtipli məskənlər salınır, küçələrə daş döşənir (II Kültəpə). Orta tunc dövründə çox böyük daşlarla tikilən qala və qalaçalar siklop «təpəgöz» tikilisi adlanır.



Azərbaycan memarlıq tarixi üzrə tanınmış alim D. A. Axundova görə, bu misilsiz abidə oda sitayiş edənlərin baş məbədi kimi m. ö. I minilliyin ilk yarısında (VII əsrəcən) tikilmişdir.

 

Urmu gölündən güneydə qədim Hasanlu qalasının xarabalığı qalıb. Burada üzə çıxan bina qalıqları içində üç mixi yazılı əşya tapılmışdır.  Yazıların birində m.ö. XIV əsrin əvvəli və ortasında yaşamış iki tarixi şəxsiyətin adı vardır: Kadaşman-Enlil adlı kassi çarı və Aşşuruballit adlı asur çarı.  Bu səbəbdən həmin dəfinənin tarixi daha əvvələ, son tunc çağına aid ola bilər.



Hasanlu kulturu m.ö. VIII əsrdə urartuların işğalı ilə dağıdılmışdır. Dünyanın ən qədim şəhərlərindən olan Ərbil isə 3-4 minildir ki, qədim görkəmi ilə bərabər adını da qoruyub saxlamışdır:
 


Keçən əsrə qədər
aran yerlərdə qamış, çubuq və möhrədən yüngül quruluşlu evlər (qamış ev, qom ev, qarğı ev) inşa olunur, ağaclıq bölgələrdə ağac tirlərindən cımqa ev, kərtmə ev tikilirdi.  Bu tip evlərin quruluşu göstərir ki, onların yaranma tarixi çox qədimdir. Zəlzələ vaxtı evin divarına elastiklik vermək üçün möhrəli və kərpic evlərin, hətta dağlıq bölgələrdə tikilən daş evlərin divarlarında ağacdan dövrələmə bir neçə qat qurşaq qoyulurdu. Tikintidə istifadə olunan bu üsul da yerli sakinlərin burada minillərlə davam edən yaşam təcrübəsinə əsaslanırdı.



Tikinti sahəsi gəlişdikcə memarlıq abidələri də çoxalırdı. Belə ki, arxitektura baxımından yaşayış evi, qala, bürc, saray, türbə, kilisə, məscid, xanəgah, karvansara, hamam, körpü, ovdan tikintisi özünəməxsus çalarlarla diqqəti çəkir. Biz burada bu tikintilərin yaranıb inkişaf etmə tarixindən danışmaq fikrində deyilik, çünki bu məsələlərin çoxu prof. D. Axundovun və başqa memarların əsərlərində geniş verilmişdir. Burada məqsədimiz yalnız İslamaqədər Azərbaycana qayıdan bozqır Türklərindən fərqli olaraq, oturaq yerli Türk boylarının gəlişmiş tikinti kulturuna sahib olduğunu vurğulamaqdır. Doğuya miqrasiya edən Türk boylarının oturaq yaşama keçənləri də Ön Asiyadan apardıqları gələnəklərlə yeni Atayurdlarda tikinti kulturunu gəlişdirmişlər.



Azərbaycanda tikintidə işlənən gil, əhəng, kirəc, daş, ağac, metal bol idi. Hörgü üçün daş və bişmiş kərpicdən istifadə olunurdu, lakin daşı və bişmiş kərpic üçün gili olmayan bölgələrdə, özəlliklə aran yerlərində tikinti materialı kimi saman qatılan palçıqdan istifadə olunurdu. Qəlibdən çıxan belə çiy kərpici günəşli havada qurudaraq tikintidə istifadə edirdilər. Son vaxtlara qədər belə kərpiclər (ayıbalası) əsas tikinti materialı idi.
Azərbaycan İslamlaşma çağına artıq çoxəsrlik sınaqlarda oturuşmuş mükəmməl tikinti texnologiyası ilə daxil olmuş, bu çağlarda həm quzey, həm də güney bölgələrdə yeni memarlıq məktəbləri yaranmağa başlamışdı. IX-XIII əsr tikililəri keçmiş gələnəyə dayansa da, artıq yeni Türk-İslam tikinti kulturu çalarları ilə seçilirdi.



Yaşayış məskənlərilə bağlı Türk dillərində düşərgə, oba, yurd, şenlik, kənd, ordu, balıq kimi söz və terminlər yarandığı kimi, tikintinin təyinatı, növü və elementinə görə də sıra sözlər yaranmışdır: ev, dam, koma, xaqan otağı, saray, ağotağ, qaradam, ağdam, qala, it damı, toyuq hini, samanlıq, ağıl, dəyə, körpü, bürc, tapınaq, özül, qurşaq, divar, çəpər, dam, çatma, atma, artırma, sındırma, döşəmə, qapı, eşik, baca, tağ, taxca, çadır, alaçıq, köşk, tikmə, daşqura, qazma, kərtmə, ocaq, oda, otaq və sair. Azər dilində tikinti ilə bağlı şəhər, qəsəbə, paytaxt, pəncərə, hasar və bu kimi bir sıra alınma sözlər də vardır. Azər dilində koma, daş koma, dam sözləri olduğu kimi, antik dövr yazarlarının əsərlərində də «kənd, qəsəbə, məskən, bölgə» anlamlarında tas kom
a, koma, dem (demus) sözləri işlənmişdir. Yunanca koma və demos (əvvələr dam-os) terminləri diqqəti çəkir, çünki bunlar azər və yunan dillərində ortaq söz kimi işlənir. Ola bilər ki, azər dilində koma və dam sözləri yunan dilindən alınmadır. Hələ antik çağda Hesix (Hesych) yunan sözlərini izah edərkən oba sözünün «kənd, qəsəbə» anlamını qeyd etmişdir. Spartada «uruq», «boy» anlamında isə oba sözü işlənirdi və bu sözün «kənd» mənası da vardı. Sparta 5 obadan ibarət idi.  Görünür, bu söz də prototürklərdən yunan dilinə keçmişdir. Urartu dilində «ölkə» anlamında ebani sözünün işlənməsi də diqqəti çəkir. Belə ki, Ön Asiyaya gələn urartular bu sözü prototürklərdən (eb, oba) alıb öz dillərindəki -ni şəkilçisilə işlətmişdər. 
Qədim Türk dilində şəhərə balıq deyilmişdir, palçıq sözü ilə eyni kökdən olan bu söz do
ğu Türklərin Beşbalıq, Sarıbalıq, Toğubalıq, Ordubalıq, Baybalıq şəhərlərinin adında vardır. İslamdan sonra artıq Ordubalıq adı «başkənd» anlamında işlənirdi. Olsun ki, Balakən, Beyləqan adları da bu sözlə yaranmışdır. Doğu Türklər Balasaqun, Buqaraq (Buxara), Kaşqar və sair məşhur şəhərlər saldığı kimi, quzeyə gedən Türk boylarının da erkən orta əsrlərdə Sarkel, İtil, Bulqar, Subar adlı və başqa məşhur şəhərləri vardı. Bu baxımdan şəhərləşmə olayını təkcə Atayurdda qalan prototürklər deyil, başqa ölkələrə köçüb orada məskən salan Türk boyları da yaşamışlır.
Azərbaycanda Urar
tu və Sasani işğalları çağında hərbi qarnizonlar üçün salınmış bəzi qalalar sonradan böyüyüb şəhərə çevrilmişdir. Sasani şahlarının quzeydə tikdiyi Dərbənd qalası sonralar genişlənib «Dəmirqapı Dərbənd» adlandığı kimi, urartuların düşmən saydıqları protoazər az boylarının yaşadığı Ağrı ovalığında tikdiyi Erebuni (İrəvan), Arqiştixinili (Qəmərli), Teyşebaini (Karmir-blur), Qaradağla Təbriz arasında tikdiyi Sardurixorda adlı qalaların bəzisi sonralar böyüyüb şəhərə çevrilmişdir. Maraqlıdır ki, Erebuni və Sardurixorda qala adları yerli azər boylarının deyimi ilə urartu yazılarına düşmüşdür: Er-eb(uni), Sardur(ix)-orda. Bu adlarda mötərizə içində verdiyimiz urartu dilinin şəkilçilərini nəzərə alanda bu adlarda «əsgər evi» (qarnizon) və urartu çarı Sardurun «ordası» (Sardur ordugahı) anlamları görünür. Arazın bu tayında isə həmin Sardur qalasının qənşəri sayılan Ordubad şəhəri yerləşir.




Beləliklə, bozqır Türk
boylarından fərqli olaraq, oturaq Türk boylarının şəhər-kənd yaşamında özünü göstərən tikinti kulturunun tarixi çox qədimlərə gedib çıxır. Azər Türkləri möhtəşəm məbəd tikintisinə meyl etməsələr də, böyük şəhərlər salmağa təpər göstərmişlər.
















Bu yazı 3717 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :