-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Böyük Çərkəz sürgünü – 21 may 1864-cü il
Şiriftin ölçüsünü dəyiş

Yusif Əfşar
fəlsəfə doktoru

        Tarix unudulmur – deyib atalar. Amma tarix müəyyən müddət məcburən unutdurulur. Həmin unudulmuş zaman kəsiyində isə tarixi düşmən dost kimi qələmə verilir. Necə ki biz Azərbaycan Türklərinin, Çərkəzlərin, Krım Tatarlarının başlarına gətirilmiş sürgün faciələri bir zaman az qala yaddaşlardan silinmiş kimi görünürdü. Bunu yapan düşmən qüvvələr isə sanki heç bir şey olmamış kimi başımız üzərində var-gəl edirdilər.
        Bəs bu tarixi faciələri biz Türklərə kimlər yaşadıb və nə üçün unutdurmaq istəyirlər?
        Rusiyanın 1721-ci ildə İsveç üzərində qələbəsindən sonra, I Pyotrun ideyaları və rəhbərliyi altında imperiya formasında təşəkkül tapması Avropa və Asiyada təlatümlə qarşılanmışdı. Bu imperiyanın qüvvətlənməsi ilə paralel olaraq Türk dövlət və imperiyaları zəifləməyə başladı. Ruslar imperyanın sərhədlərini tarixi Türk torpaqlarının hesabına genişləndirərək bu millətə qarşı bənzəri olmayan faciələr yaşatmışdır. Rusların bu ilhaq siyasətinə erməni və gürcü kimi xırda etnoslar yardımçı olmuşlar.
        Rusların 1828-ci il Türkmənçay müqaviləsindən sonra həyata keçirdiyi erməni siyasəti, ermənilərin milli komitələr yaradaraq müstəqillik mücadiləsinə başlamasına yol açmış oldu. Osmanlı İmperiyasında yüksək dövlət vəzifələri tutmuş, kifayət qədər zəngin olan ermənilər bu mücadiləyə gizlin və açıq formada yardımlar və dəstəklər göstərirdi. 29 mart 1863-cü il tarixində Osmanlı dövlətində yaşayan ermənilər etnik durumlarını daha da möhkəmləndirmək üçün Erməni Patrix məclisləri tərəfindən hazırlanmış “Erməni millətinin nizamnaməsi” adlı nizamnamə ilə “dövlət içində dövlət” müstəqilliyi kimi yüksək imtiyaz aldılar.
        Ermənilərin rus himayəçiləri sayəsində tarixi Türk torpaqlarında “Böyük ermənistan” yaratmaq xülyası ilə məşğul olduqları bir vaxtda Qafqazda Türk-müsəlman xalqlarına faciələr və fəlakətlər yaşadılaraq məhv edilirdilər.
        Bu fəlakətlərdən ən dəhşətlisi isə bütöv bir xalqın – Çərkəzlərin yaşadığı ərazidən tamamilə sürgün edilməsi olmuşdur.
        Qara dəniz sahil yolunun Rusiya üçün böyük önəmi olduğundan buranı yerli xalqlardan təmizləməli idi və təmizlədi də. Cənubi Qafqazda, yəni bugünki Çeçenistan, İnquşetiya, Dağıstan və Osetiya ərazilərində misli görünməmiş sürgün planları hazırlanmışdı. Belə ki, bu bölgələrdə yaşayan Çərkəzlər, Abxazlar və Ubilar doğma vətənlərində sürgün edilməli idi. Çar hökuməti boyunduruq altına almaqda çətinlik çəkdiyi Çərkəzləri strateji əhəmiyyəti önəmli olan bölgədə bir arada tutmaq istəmirdi. Dənizə bitişik olduğu üçün hər cür əməliyyata təhlükəli olan sahil yolu üəzrində yaşayan bu xalqlar, gələcəkdə problem yaratmaması üçün bu ərazilərdən sürgün yoluyla təmizləndi.
        Bu sürgünə mane ola biləcək qüvvə ancaq və ancaq Osmanlı dövləti idi. Həmin zaman zəif düşən və sərhəd problemləri yaşayan Osmanlı dövləti isə savaşa biləcək güc – əsgər axtarışındaydı. Belə bir mövcud hərbi güc vəziyyətinə uyğun olaraq Osmanlı sultanı və Rusiya çarı öz aralarında bu sorunda həmən anlaşdılar.
        12 may 1864-cü il uzun sürən Qafqaz-rus savaşlarının sonucu, Çərkəzlərin müqavimətinin tükəndiyi gündür. Həmin gün dünya kültüründə savaşa, kinə, nifrətə qiymət verəcək bir xalqın – Çərkəzlərin tragediya, faciə günüdür. Həmin gün Çərkəzlər əzablı və məşəqqətli bir durumla Osmanlıya sürgünə yollandılar. Ruslar gələcəkdə burada yaşananların hesabını soracaq bir xalqın qalmasından ehtiyat edərək, buranın aborigen əhalısını tamamilə sürgün etdilər.
        Sürgünün acı nəticələrinə nəzər salaq. 1,5 milyon insan doğma vətənini tərk edərək çöllərə düşdü. 500 mindən çox insan sürgün yolunda və ilk yerləşdikləri yerlərdə həyatlarını itirdilər. Təkcə Trabzonda, əksəriyyəti uşaq və yaşlı olmaqla 7 gün içində 53 min insan öldü. Adıgey, Abxaz və Ubıhlara (bu xalqın dilində danışacaq bir kimsə qalmayıb) yaşama açıqlamasından baxdıqda, Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq yaşayanların, Qafqazda, yəni tarixi ana vətənində yaşayanlardan çox olması, yaşanan faciənin dəhşətindən xəbər verir. Bu xalqlar təbii və milli ortaqlıqlarından qoparıldı. Qafqazın yerli xalqlarından Adıgeylərin bir qolu olan Natuhayların adı, sadəcə, tarix kitablarında oxunur. Qafqazda gedən savaşlar bu xalqı yox etdi.
        Çərkəzlərin tarıxi vətənlərindən sürgün edilməsi faktlarına rus məmur, zabit və ziyalılarının arxiv və xatirələrində də rast gəlinir.
        Çar naibi olmuş Prens Baryatinski: “Qara dənizin bir rus dənizi, ətraf torpaqlarını bir rus torpağı halına gətirmək üçün dağlıları bu ərazilərdən təmizləmək məcburiyyətindəydik. Buna görə də bu xalqların bütünlüklə sürgün qərarına gəldik”.
        Məşhur rus ədəbiyyatçısı Lev Tolstoy: “Kəndlərə gecə vaxtı girmək adət halını almışdır. Gecənin qaranlığında rus əsgərlərinin ikibir, üçbir evlərə dolmasını izləyən dəhşət səhnəsi o qədər qorxuncdur ki, heç bir rəhbər vəzifəli şəxs onları axtarmaya cəsarət etməzdi”.
        Polyak polkovnik Teophil Lapinsky: “Köçkünlərin sorunu fəlakətə dönürdü. Aclq və xəstəlik tüğyan edir. Trabzona gələn 100 min insan 70 min nəfər oldu. Samsuna 70 min nəfər düşdü. Günlük ölü sayı 500-700 nəfərdir”.
        İtalyan alim Barozzinin raportlarında daha ilginc olaylar diqqət çəkir: “İnsanlar uzün müddət bitkilər, bitki kökləri və çörək qırıntılarıyla “qidalanmağa” çalışırdılar”.
        Belə faktları sakitcə oxuyub üzərindən keçməyin necə ağır olduğunu yəqin ki, hər birimiz anlayırıq. Belə bir məşəqqətli sürgünü təsəvvür edib özümüzü həmin yerdə fikirləşsək dəhşətə gələrik. Bu gün dünyanın ən “zavallı xalqı”nı müdafiə edərək sanki biz Türklərin və müsəlmanların gözündə özlərinin törətdiklərini kölgələmək istəyirlər.
        Sonda Ulu Tanrıdan Böyük Türk millətinə birlik, əmin-amanlıq və hadisələri qabaqlamaq bacarığı diləyirəm.

Bu yazı 959 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :