-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Ocaqları
Şiriftin ölçüsünü dəyiş

Bir əsrlik yaşı olan təşkilat

        Türk Ocaqları təşkilatı 25 mart 1912-ci ildə - Osmanlı tarixinin ən qaranlıq zamanlarında qurulub. Osmanlı dövləti 1893-cü il müharibəsi və Balkan müharibəsi nəticəsində məhv olma nöqtəsinə gəlmişdi. Osmanlıçılıq, Qərbləşmək təkliflərinin yetərli olmadığı müşahidə olunmaqdaydı. Türk millətçisi olan gənclər və ziyalılar o günün şərtləri daxilində dildə, fikirdə, sənətdə və siyasətdə Türk Birliyi ideyasını reallaşdırmaq üçün hərəkətə keçdilər. Türk Ocaqları Türkiyədə ümmətdən millətə keçid prosesinə böyük təkan verdi. Hərbi tibb məktəbinin 190 nəfər tələbəsinin müraciətinin həyata keçməsini təmin etməyə çalışan Əli bəy Hüseynzadə, Məmməd Əmin Yurdaqul, Əhməd bə Ağaoğlu, Fuat Sabit Ağacık, Yusif Akçura və Ziya Göyalp təşkilatın qurulması istiqamətində ilk addımları atanlar oldular. Qurumun ilk sədri Əhməd Fərid Tək, baş katibi isə Məmməd Əli Tevfik olmuşdur. Ötən müddət ərzində Həmdullah Sübhi Tanrıövər, Fərid Cansevər, professor Osman Turan, professor Emin Bilgiç, professor Orxan Düzgeniş, Sadi Somuncuoğlu kimi ziyalılar da təşkilatda geniş fəaliyyət göstərmişlər.

        Təşkilat qurulduğu tarixdən etibarən Türklük məsələsini bütün ölkə boyu geniş şəkildə təbliğ etməyə başladı. Türk tarixini, mədəniyyətini araşdıramaq, çap etmək, toplantılar, konfranslar keçirməklə Türklük düşüncəsinin genişlənməsini, gənclər tərəfindən mənimsənilməsini təşkil etmək təşkilatın əsas məqsədidir. Nizamnaməsində ideya ilə bağlı bəndi hər zaman müdafiə edib saxlayan təşkilat bundan sonra da onu mühafizə etmək fikrindədir: “Təşkilat milli kültürün, əxlaq və fikir həyatının inkişaf etdirilməsi, milli birliyin gücləndirilməsi, cəmiyyətin quruluşunun sağlamlaşdırılması və Türklüyün ucaldılması məqsədiylə qurulmuşdur”. Bu məqsəd qısaca olaraq “Türk Millətçiliyi” də adlandırıla bilər. Fəaliyyətini gündəlik siyasətə qarışmadan müstəqil bir təşkilat kimi davam etdirir.

        1918-ci ildə ingilis işğalçıları İstanbula daxil olduqları zaman ilk olaraq İttihad və Tərəqqi Partiyası ilə Türk Ocaqlarının qərargahını ələ keçirdilər. Çünki Türk millətinə məlumatları və fikirlərilə xidmət etmək niyyətində olan Türk Ocaqlarının gəncləri Çanaqqalada, Sakaryada “söz mövzusu vətəndirsə gerisi təfərrüatdır” deyərək canlarını verdilər. İstiqlal müharibəsində Türk Ocaqları İstanbuldan Anadoluya insan və silah tədarükü prosesində önəmli rol oynadı.

Cümhuriyyətin quruluşu dövründə Türk Ocaqları Atatürkün göstərişi ilə Ankarada fəaliyyətə keçdi. Qısa zaman kəsiyində 260-dan çox şöbə qurdu. Atatürk getdiyi hər yerdə əgər var idisə Türk Ocaqlarının yerli şöbələrini ziyarət edir, yoxdursa şöbəsinin açılmasını istəyirdi. Sözün həqiqi mənasında Türk Ocaqları yeni Türk dövlətinin formalaşmasında önəmli rol oynadı. Buna görə də demək olar ki, yeni dövlətin quruluş fəlsəfəsi Türk Ocaqlarının Tük Millətçiliyi ideyasından qaynaqlanmışdır.

100 ilə yaxındır istiqamətini dəyişdirmədən fəaliyyət göstərən Türk Ocaqları ictimai təşkilat olduğunu unutmur və millətə heç bir xeyir güdmədən xidmət edir. Türk Ocaqlarının üzvlərinin sırasında universitetlərdə, dövlət idarəsində çalışan, müstəqil fikir sahibi olan intellektual insanlar yer alır. Türk Ocaqlarının üzvləri və rəhbərləri gördükləri işlərin qarşılığında əmək haqqı almırlar. Bu gün 77 yerdə şöbəsi olan Türk Ocaqlarının 20000-ə qədər üzvü var. Qurulduğu zamandan qarşısına qoyduğu məqsədə çatmaqdan ötrü atdığı addımlar düzgün olduğu üçün həm siyasətçilər, həm də məmurlar arasında böyük etibar sahibidir. Üzvləri arasında və icra aparatında müxtəlif siyasi partiyaları təmsil edən çoxsaylı elm adamları var. Yuxarıda qeyd etdiyimiz kimi Türk Ocaqları başda Atatürk olmaqla Türkiyə Cümhuriyyətinin bütün prezidentlərinin himayəsini görmüşdür. Bu səbəbdən hökumətin qərarıyla Türk Ocaqları “İctimai Faydalar üçün Çalışan Təşkilat” statusu almaqla xüsusi olaraq tanınmışdır. Türk Ocaqlarının Mükafatı 1986-cı ildən etibarən iki ildə bir dəfə Türk Dünyasının inkişafına xidmət göstərən şəxslərə verilir.

1980-ci ilin 12 sentyabr çevrilişindən sonra fəaliyyəti dayandırılan Türk Ocaqları 1985-ci ildə Ankarada keçirdiyi böyük bir qurultayla dayandığı yerdən işinə davam etdi. Bu yeni şəraitdə müntəzəm olaraq millətçiliklə bağlı tarixi-elmi konqreslər, milli təhsil simpoziumları keçirilməyə başlanıldı. Təşkilatın “Türk Yurdu” jurnalı tarixində ilk dəfə olaraq 20 illik fasiləsiz çap edildi. 2000-ci ildə Türk Ocaqlarının hazırladığı sayta (www.turkocagi.org.tr) çox sayda ziyarətçi daxil olmaqdadır.

        Türk Ocaqlarının yenidən fəaliyyətə başladığı zamandan bir müddət sonra Sovet İttifaqı dağıldı. Sovet dövlətinin dağılmasından bir neçə il əvvəl Türk Dünyasına yönəlik işlər görən Türk Ocaqları SSRİ-nin çökməsindən sonra fəaliyyətini bu istiqamətdə aktivləşdirdi.


Bu yazı 943 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :