-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2010-cu ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

    1. Təşkilat 26 yanvar 2010-cu il tarixdə “Qloballaşmanın gətirdiyi faydalar və ziyanlar” mövzusunda konfrans keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; Azərbaycan Milli Emlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi əməkdaşı, Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu; Azərbaycan Avropa Hərəkatının prezidenti Surxan Lətifov; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; sosioloq, fəlsəfə doktoru Əhməd Qəşəmoğlu; İrandan olan soydaşımız Hüseyn Yurd; yazıçı-dramaturq Aygün Həsənoğlu; tarix elmləri namizədi Bəhmən Əliyev; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; “Türk-İslam” Araşdırma Mərkəzinin eksperti Vüqar Əliyev; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Qloballaşmanın gətirdiyi faydaları və ziyanları müzakirə edən çıxışçılar sonda belə vacib mövzuları əhatə edən tədbirlərin davamlı olmasını qərara aldılar.
    2. Təşkilat 20 mart 2010-cu il tarixdə həmin il üçün nəzərdə tutulmuş Dünya Türklərinin Həmrəylik Günü adlı musiqili tədbirini təşkil edib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Müşaviri Qazi Bilgin; millət vəkili Nazim Məmmədov; “Yeddi dövlət – bir millət” Kültür və Dayanışma Dərnəyinin baş təmsilçisi Azər Həsrət; professor Oruc İbrahimoğlu Türksevər; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal; telejurnalist Kamran Həsənli çıxış etmişlər. İncəsənət xadimlərinin – tədbirin aparıcısı, xalq artisti Nurəddin Mehdixanlı; əməkdar artist Aybəniz Haşımova; mügənni Şəmistan Əlizamanlı; İran türklərinin təmsilçisi, vokaliz Rza Cudi; əməkdart artist Nuriyyə Hüseynova; Kərkük Türklərinin təmsilçisi olan müğənni Seyfəddin Çaxmaqçı; şair Xəyal Rza, gənc aşıqların ifaları tədbirə xüsusi rəng qatmışdır. Eyni zamanda tədbirdə Türk Ocaqlarının Azərbaycan Nümayəndəliyinin rəhbəri Xəlil Öztürk; sosioloq Əhməd Qəşəmoğlu; Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Bülənt Uğur; Dini İşlər Müşaviri Müzəffər Şahin; “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli; Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları; müxtəlif ali və orta məktəblərin müəllimləri; QHT təmsilçiləri; jurnalistlər; tələbələr və s. daxil olmaqla təxminən 300 nəfər iştirak etmişdir. Sonda tədbir iştirakçıları ideyanın Azərbaycandan bütün Türk Dünyasına yayılmağa başladığını söyləyiblər.
    3. Təşkilat 23 aprel 2010-cu il tarixdə Bakı Slavyan Universitetinin akt zalında 500 nəfər tələbənin iştirakı ilə “Mən Vətənimi sevirəm” adlı musiqili tədbir təşkil edib. Tədbirin digər təşkilatçıları kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Slavyan Universitetinin tələbə gənclər təşkilatı çıxış edirdi. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov; Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev; Birliyin İdarə Heyətinin sədri, “Türk eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı çıxış etmişlər. Eyni zamanda vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı; əməkdar artist Nuriyyə Hüseynova; şair Xəyal Rza və s. mədəniyyət və incəsənət xadimlərinin çıxışı tələbə gənclərin alqışları ilə qarşılanıb.
    4. Təşkilatın 4 iyun 2010-cu il tarixdə beş illik Hesabat konfransı keçirilmişdir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Mübariz Aşırlı; millət vəkili Fəzail İbrahimli; professor Şahlar Əsgərov; millət vəkili Nazim Məmmədov; Azərbaycan Respublikasının Przeident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev; sosioloq Əhməd Qəşəmoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Bülənt Uğur; Kərkük mədəniyyət təbliğatçısı Seyfəddin Çaxmaqçı; Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev; “Professional Mühasib” jurnalının baş redaktoru Mehdi Babayev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı çıxış etmişlər. Tədbir iştirakçıları təşkilatın beş illik fəaliyyətini müsbət dəyərləndirib, bundan sonrakı işində uğurlar arzulayıblar.
    5. Təşkilat 1 oktyabr 2010-cu il tarixdə Dünya Gənc Türk Yazarlar Birliyi ilə birgə “Türk Dövlətləri Günü” mövzusunda tədbir keçirib. Tədbir 3 oktyabrın Türk Dövlətlərinin Əməkdaşlığı Günü elan olunması münasibətilə keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu; “YOM” jurnalının redaktoru Nizami Zöhrabi; “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov; Ümid Partiyasının sədr müavini Arif Paşa; Dünya Gənc Türk Yazarlar Birliyinin baş katibi Rəsmiyyə Sabir; “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu; QHT təmsilçisi Şahin Qədirov; kimya elmləri doktoru Pənah Qədirov; Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis sədri İlqar İlkin; “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov; Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim; “Oğuz” İctimai Birliyinin sədri Vüqar Zifəroğlu çıxış etmişlər. Çıxışçılar 3 oktyabrın Türk Dövlətlərinin Birliyi günü kimi qeyd edilməsini müsbət qarşılamış, eyni zamanda 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərində Türk Dövlət Başçılarının Zirvə Sammitinin keçirilməsini müsbət qiymətləndirərərk Türk Dünyasının inteqrasiyası istiqamətində təkliflər səsləndirmişlər. Qərara alınmışdır ki, hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd edilsin.
    6. Birliyin təşəbbüsü ilə sentyabr ayında Ortaq Türk Əlifbasının və Ortaq Türk Ədəbi Dilinin yaradılması üçün türk dövlət başçılarına Müraciət ünvanlanmışdır. Müraciəti üç ay ərzində Azərbaycandan 70-dən çox ictimai birlik, 12 siyasi partiya, 7 qəzet, 6 millət vəkili, 6 jurnal və s. imza atdı.
    7. Ortaq Türk Əlifbasının yaradılması üçün türk dövlət başçılaına ünvanlanan müraciət Azərbaycan ictimaiyyəti tərəfindən dəstəkləndikdən sonra diqqət Türkiyəyə yönəldi. Kampaniyanın əsas təşkilatçılarından olan “Müasir İnkişaf” İctimai Birliyi Türkiyə ictimaiyyətinin də dəstəyini almağa çalışdı. Bununla bağlı Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı 23-27 noyabr 2010-cu il tarixlərində Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər etdi. Səfər zamanı 23 noyabr 2010-cu il tarixində İstanbulda “YOM” jurnalının sahibi, professor Fethi Gedikli, Türk Ocaqlarının İstanbul şöbəsinin sədri Cezmi Bayram və dr. Gülarə Yeniseylə; 24 noyabr 2010-cu il tarixdə Memar Sinan Gözəl Sənətlər Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin Tarix Bölümünün müəllimləri doç. dr. Osman Yorulmaz, professor Abdulvahap Kara və s., Dünya Türkləri və Qohum Toplululuqlarına Xidmət Dərnəyinin sədri Metin Özkanla görüşlər keçirilmiş və onlardan kampaniyaya dəstək alınmışdır. 25 noyabr 2010-cu il tarixində Ankarada Diyanet Denetim Elemanları və Uzmanları Derneyinin sədri Abdulkadir Sezgin, Türkiyə Kamu Sendikasının sədri Bircan Akyıldız, Türk Biro Sendikası sədri Fahrettin Yokuş, Türk Diyanet Vakıf-Sendikasının sədri Hazım Zeki Sergi, Türk Tarım Orman Sendikasının sədri Ahmet Demirçi, Türk Ocaqlarının sədr müavini Efendi Barutçu, Bakı təmsilçisi Halil Öztürk; 26 noyabr 2010-cu il tarixində Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan Qrup Başqan Vəkili Sadık Yakut, MHP-dən olan Qrup Başqan Vəkili Oktay Vural, Avrasiya Yazarlar Birliyinin İdarə Heyətinin üzvləri, Muhsin Yazıçıoğlu adına Gönüllərdə Birlik Vakfının təmsilçiləri ilə görüşlər keçirilmiş və onlardan da dəstək alınmışdır. 27 noyabr 2010-cu il tarixdə TürkBirliyi.net saytının sahibi Halil Kurumahmut, professor Yusuf Gedikli və jurnalist Hüseyin Altınalanla da görüşlər keçirilmiş, kampaniyanın onlar tərəfindən də dəstəklənməsinə nail olunmuşdur. Görüşlər zamanı hər kəs Ortaq Türk Əlifbasının yaradılmasına tərəfdar olduğunu bildirmiş, Azərbaycanda belə bir işin görülməsini razılıqla qarşılamış, Türkiyədə imza kampaniyasını davam etdirəcəklərinə söz vermişlər.
    8. Təşkilat 8 dekabr 2010-cu il tarixdə “Azərbaycanın İslam dini modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı, professor, əməkdar elm xadimi Şahlar Əsgərov, sosioloq, tanınmış ziyalı Əhməd Qəşəmoğlu, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rüstəm Ramazanov, “Aydınlığa Doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli, İslam Konfransı Gənclər Formunun təmsilçisi, politoloq Alpay Əhmədov, “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Aydın Allahverdiyev, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov bildirib, Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov, “Canlı Aləmin Mühafizəsi” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, Milli Tarix Muzeyinin şöbə müdiri, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təmsilçisi Elşən Quliyev çıxış ediblər. Sonda səslənən təkliflərin sistemləşdirilməsi və iştirakçılar adından Müraciət hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilməsi, onların təmsilçiləri ilə görüşlər keçirilməsi qərarlaşdırılıb.
    9. Təşkilat 15 dekabr 2010-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə "Mən Vətənimi sevirəm" adlı musiqili tədbir keçirib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan tədbir Memarlıq və İnşaat Universitetinin akt zalında gerçəkləşib. Tədbirin rəsmi hissəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Səadət İmanova; bədii hissəsində isə Türk Dünyasının ozanı, vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı, əməkdar artist Nuriyyə Hüseynova, "Savalan" qrupunun solisti Novruz Novruzlu, şair Xəyal Rza və s. sənətçilər çıxış ediblər.

Bu yazı 1225 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :