-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Koalisiyanın Əsasnaməsi
Şiriftin ölçüsünü dəyiş

Dünya Gənc Türk Yazarlar Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İctimai Birliyi, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu, “İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi” İctimai Birliyi dünya sivilizasiyasının ümumi sərvəti olan demokratik dəyərləri qəbul etməklə yanaşı, həmin dəyərlərin əsl mənbəyinin milli, dini, mənəvi və əxlaqi dəyərlərə bağlı olduğunu bəyan edərək, Azərbaycan xalqının və dövlətinin maraqları baxımından milli-mənəvi dəyərlərin qorunması, bundan sonra daha da inkişaf etdirilməsi üçün bu fikirləri bölüşən bütün qeyri-hökumət təşkilatlarının, KİV-lərinin, qurumlarının daha sıx birliyinə ehtiyac duyaraq və bununla əlaqədar, öz fəaliyyət məqsədlərinə çatmaq üçün birgə fəaliyyəti təmin edə biləcək koalisiyanın yaradılmasının zərurətini nəzərə alaraq, “Milli Tərəqqi Uğrunda” İctimai Kolalisiyanı yaratmağı qərara alırlar və bu Əsasnaməni qəbul edirlər.

I. Ümumi müddəalar

1.1    Dünya Gənc Türk Yazarlar Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İctimai Birliyi, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu, “İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi” İctimai Birliyi (bundan sonra təsisçilər) “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanı (bundan sonra ismin müvafiq hallarında “Koalisiya”) təsis edirlər.
1.2    Koalisiya Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında fəaliyyət göstərən və bu Əsasnamədə müəyyən olunmuş məqsəd və prinsipləri rəhbər tutan ictimai birliklərin, KİV-lərin, təşkilatların ümumi maraqlar əsasında birləşmiş könüllü birliyidir.
1.3    Koalisiya öz fəaliyyətini iş bölgüsü əsasında və Fəaliyyət Proqramı üzərində qurur.

II. Koalisiyanın məqsədi və fəaliyyət istiqamətləri

2.1. Koalisiyanın məqsədini milli-mənəvi dəyərləri qorumaq, milli mentalitetin, milli mədəniyyətin, milli ruhun təbliğinə nail olmaq təşkil edir.
2.2. Məqsədinə çatmaq üçün Koalisiya ümummilli məsələlərlə bağlı ortaq mövqedən çıxış etməyi, bu sahədə müşahidələr, təhlillər aparmağı, rəylər toplamağı, informasiya bazası yaratmağı, birgə layihələr həyata keçirməyi, mövcud problemlərlə bağlı elmi-praktik konfranslar, cimpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi qarşıya vəzifə qoyur.

III. Koalisiyaya üzvlük

3.1. Koalisiyanın məqsəd və prinsiplərini bölüşən, bu Əsasnaməni qəbul edən, onun işində fəal iştirak etməyə hazır olan istənilən qeyri-hökumət təşkilatı, KİV və digər qurumlar onun üzvü ola bilər.
3.2. Koalisiyaya yeni üzvlər, təsisçilərdən və üzvlərdən birinin tövsiyyəsi əsasında Koalisiya Şurası tərəfindən sadə səs çoxluğu ilə qəbul edilir. Koalisiyaya yeni üzv qəbul olunmuş qurumun rəhbəri Şurada təmsil olunmaq hüququ qazanır.
3.3. Koalisiyanın üzvü olan təşkilatlar maddi və hüquqi müstəqilliklərini saxlayırlar.
3.4. Koalisiyanın üzvü digər Koalisiyanın üzvü ola bilər.
3.5. Koalisiya üzvü öz təşəbbüsü ilə, yaxud, Koalisiyanın Əsasnaməsinə, məqsəd və prinsiplərinə zidd fəaliyyət göstərdiyi halda, onun işində iştirak etmədikdə Koalisiya Şurasının qərarı ilə üzvlükdən çıxarıla bilər.


IV. Koalisiyanın strukturu və idarə olunması

4.1. Koalisiyanın idarəetmə orqanı üzvlərin rəhbər şəxslərindən və ya onların vəkalət verdikləri şəxslərdən ibarət olan, ayda bir dəfədən az olmayaraq yığışan Şuradır.
4.2. Şuranın növbədənkənar toplantısı onun üzvlərindən birinin təşəbbüsü ilə çağırılır. Şuranın iclasları barədə üzvlərə ən azı 1 həftə əvvəl məlumat verilməlidir.
4.3. Şuranın qəbul etdiyi qərarlar onun üzvlərinin yarısı iştirak etdiyi halda səlahiyyətlidir. Şura Koalisiyanın fəaliyyət istiqamətləri ilə bağlı üzvlər üçün tövsiyyə xarakteri daşıyan, yeni üzvlərin qəbul edilməsi və üzvlükdən çıxarılma ilə bağlı məcburi xarakterli qərarlar qəbul edir. Şuranın qərarları sadə səs çoxlugu ilə qəbul edilir. Səslər bərabər olduqda həmin vaxt iclasa sədrlik edən şəxsin səsi həlledici sayılır.
4.4. Şuranın iclaslarına rotasiya prinsipi əsasında adın baş hərfinin əlifba sırasına uyğun olaraq seçilən Sədr başçılıq edir.
4.5. İcraçı Katib:
4.5.1. İcraçı Katib Koalisiya Şurası tərəfindən qurumda təmsil olunan təşkilatların üzvləri sırasından bir il müddətinə seçilir;
4.5.2. Koalisiyanın üzvü olan təşkilatların rəhbərləri İcraçı Katib ola biməz;
4.5.3. Şuranın iclaslararası dövrlərdə Koalisiya üzvlərinin fəaliyyətini Koordinasiya edir;
4.5.4. Şuranın iclaslarını təşkil edir və onun yeri və vaxtı barədə, eləcə də Koalisiyanın və onun üzlərinin keçirdiyi tədbirlər barədə Koalisiya üzvlərini məlumatlandırır;
4.5.5. Şuranın fəaliyyəti ilə bağlı sənədləşmə işlərini aparır;
4.5.6.  Şuranın qərarlarının icrasını təmin edir;
4.5.7. Şuranın verdiyi səlahiyyətlər çərçivəsində Koalisiyanın fəaliyyəti ilə bağlı digər cari məsələləri həll edir.


V. Koalisiya üzvlərinin hüquqlari

5.1. Koalisiya üzvləri aşağıdakı hüquqlara malikdirlər:
5.1.1. Koalisiyanın idarə edilməsində, Şuranın iclaslarında iştirak etmək;
5.1.2. Koalisiyanın imkanlarından istifadə etmək;
5.1.3. Koalisiyanın fəaliyyəti və proqramı barədə məlumat almaq və vermək;
5.1.4. Şuranın iclaslarında baxılması üçün təkliflər vermək;
5.1.5. Koalisiyadan məşvərətçi, metodiki, hüquqi və digər növ yardım almaq;
5.1.6. İstədiyi vaxt Koalisiyadan çıxmaq.

VI. Koalisiya üzvlərinin vəzifələri

6.1. Koalisiya üzvləri:
6.1.1. Fəaliyyətinin Koalisiyaya aid olan istiqaməti barədə Şuraya hesabat vermək;
6.1.2. Şuranın iclaslarında müntəzəm iştirak etmək;
6.1.3. Bölgü əsasında üzərinə düşən işləri yerinə yetirmək;
6.1.4. Şuranın qərarlarına riayət etmək;
6.1.5. Koalisiyanın fəaliyyətinə dair konfidensial məlumatları yaymamaq;
6.1.6. Ehtiyac yarandığı halda Koalisiyanın digər üzvlərinə məşvərətçi, metodiki, hüquq və başqa növ yardım etmək;
6.1.7. Koalisiyanın nüfuzuna zərər gətirə biləcək fəaliyyətlə məşğul olmamaq;
6.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinin, bu Əsasnamənin müddəalarına riayət etmək;
6.2. Koalisiya üzvünün icazəsiz şəkildə qurumun adından hər hansı bəyanat vermək, çıxış etmək hüququ yoxdur.
 
VII. Yekun müddəalar

8.1. Bu Əsasnamə təsisçilər tərəfindən imzalandıqdan sonra qüvvəyə minir;
8.2. Əsasnamənin əsli Şuranın İcraçı Katibində saxlanılır, təsisçilərə və digər üzvlərə Əsasnamənin surəti təqdim edilir;
8.3. Əsanamənin mətninə dəyişikliklərlər Şura tərəfindən səs çoxluğu əsasında edilir;
8.4. Koalisiyaya yeni üzvlər qəbul edildikdə Əsasnaməyə Protokol şəklində əlavə edilir və həmin Protokol təsisçilər, üzvlər və yeni üzvlər tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
8.5. Protokolların əsli Şuranın İcraçı Katibində saxlanılır, təsisçilərə və digər üzvlərə onun surəti təqdim edilir.
8.6. Koalisiya Şuranın üzvlərinin 2/3 qərarı ilə ləgv edilə bilər.


Bu yazı 2906 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :