-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Avrasiya Dünyası Araşdırma Mərkəzi
Şiriftin ölçüsünü dəyiş

     Araşdırma sahəsində fəaliyyəti daha da təkmilləşdirmək üçün “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin 9 dekabr 2012-ci il tarixli qərarı ilə qurum “Avrasiya Dünyası” Araşdırma Mərkəzi adlandırılmışdır. Bundan sonra Mərkəzin Əsasnaməsinə müvafiq düzəlişlər edilmiş, yeni heyətin fəaliyyətə başlaması qərarlaşdırılmış, İş Planı qəbul edilmişdir.


     “Müasir İnkişaf” İctimai Birliyinin Araşdırma Şöbəsinin bazasında 6 sentyabr 2008-ci ildə “Türk-İslam” Araşdırma Mərkəzi yaradılmış, Əsasnaməsi qəbul edilmiş, strukturu müəyyən edilmişdir.

“Türk-İslam” Araşdırma Mərkəzinin təşkilatçılığıyla ----------
13 iyun 2009-cu il tarixdə Azərbaycanda, Qafqazda, dünyada gedən geosiyasi proseslər;
12 sentyabr 2009-cu il tarixdə “Beynəlxalq iqtisadi krizisdən sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu”;
17 oktyabr 2009-cu il tarixdə “Türkiyə və Ermənistan arasında imzalanmış protokol”;
14 noyabr 2009-cu il tarixdə “İrana münasibət: Türklərin milli oyanışı, yoxsa Güney Azərbaycanın istiqlalı”;
5 dekabr 2009-cu il tarixdə “Milli kimliyimizə daha bir baxış” (məruzəçi kimi Mərkəzin eksperti Ceyhun Bayramlı çıxış edib);
16 yanvar 2010-cu il tarixdə “Uyğur Türkləri” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış edib);
20 fevral 2010-cu il tarixdə “Azərbaycanda yeni kommunizm təhlükəsi” (məruzəçi kimi Mərkəzin eksperti Vüqar Zifəroğlu çıxış edib);
15 may 2010-cu il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurluşu və idarəçilik problemləri” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin Atalızadə çıxış edib);
25 sentyabr 2010-cu il tarixdə “Türkiyə Cümhuriyyətində Konstitusiya dəyişikliyi və onun nəticələri” (məruzəçi kimi beynəlxalq hüquq üzrə mütəxəssis Frəman Salmanlı çıxış edib);
16 oktyabr 2010-cu il tarixdə “Din və ya dünyəvilik”;
18 dekabr 2010-cu il tarixdə “Qərbin inkişafının səbəbləri və nəticələri” (məruzəçi kimi professor Şahlar Əsgərov çıxış edib);
15 yanvar 2011-ci il tarixdə “İdeoloji mübarizədə Kütləvi İnformaiya Vasitələrinin rolu” (məruzəçi kimi “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri, BDU-nun müəllimi Vüqar Zifəroğlu çıxış edib);
12 mart 2011-ci il tarixdə “İslamda müxtəlif cərəyanlar və onların Azərbaycan cəmiyyətinə təsiri” (məruzəçi kimi BDU-nun müəllimi, dinşünas Saleh Kazımov çıxış edib);
7 may 2011-ci il tarixdə “Modernizm və çağdaş Azərbaycan cəmiyyəti” (məruzəçi kimi fəlsəfə elmləri doktoru Aydın Əlizadə çıxış edib);
23 oktyabr 2011-ci il tarixdə “Azərbaycan-Türkiyə-İran Türklərinin Birliyi”;
19 noyabr 2011-ci il tarixdə “Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyinin) inteqrasiya imkanları” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü çıxış edib);
17 dekabr 2011-ci il tarixdə “Milli kimliyin dərki: yanlışlar və doğrular” (məruzəçi kimi “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev çıxış edib);
14 yanvar 2012-ci il tarixdə “Erməni diasporasının formalaşması və Türk Dünyasına qarşı fəaliyyəti” (məruzəçi kimi “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü Taleh Cəfərov çıxış edib);
18 aprel 2012-ci il tarixdə “Azərbaycanda beyin axını” mövzusunda ekspertlərin, mütəxəssislərin, alimlərin iştirakı ilə müzakirələr aparılmışdır.
Müzakirələrin sonunda müvafiq tövsiyyələr qəbul edilmiş və cəmiyyətə çatdırılmışdır.

Bu yazı 1472 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :