-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

II Vazgenin gizli məktubları
Şiriftin ölçüsünü dəyiş

Bəhmən Əliyev
fəlsəfə doktoru

        Erməni katalikosunun SSRİ Hazirlər Sovetinin sədri N.A.Bulqaninə yazdığı məktublar XX əsrin sonunda Azərbaycan xalqının başına gələn faciələrin "yol xəritəsi"dir. Belə ki, bir müddət əvvəl erməni mətbuatı katolikos II Vazgenin “qəhrəmanlığından” dəm vuran materiallar dərc edib. Ermənilərin Türkə düşmən olduğu hamıya məlum olsa da, həmin sənədlər erməni fitnəkarlığının miqyasını, mahiyyətini bir daha üzə cıxarmaq ücün Azərbaycanın elmi ictimaiyyəti, vətənpərvərlik təbliğatı ilə məşğul olan qeyri-hökumət təşkilatları, KİV-ləri ücün xüsusi maraq doğurur.
        "Eçmiədzin" jurnalının 1956-cı il may tarixli nömrəsində qeyd olunub ki, həmin il may ayının 12-də ermənilərin katolikosu II Vazgen Moskvada SSRİ Hazirlər Sovetinin sədri Nikolay Bulqaninlə görüşüb. Bu qeyd haqqında əlavə heç nə yazılmayıb. Çox az adama bəllidir ki, görüşdə II Vazgen Bulqaninə iki məktub verib. Hətta Ermənistanın özündə belə sözügedən məktubla bağlı məlumatlar indi işıq üzü görür. Katalikos SSRİ-nin baş nazirinə verdiyi həmin məktublarda "erməni xalqının taleyi" ilə bağlı məsələlərə toxunub.
Birinci məktubda katalikosun Şimali Qafqaz, Orta Asiya, xüsusilə Azərbaycan və Gürcüstanda ermənilərin mənəvi həyatının "pisləşməsi" barədə yalanları əksini tapır, vəziyyətdən çıxış yolu üçün bir sıra kompleks tədbirlər təklifi irəli sürülür.
        İkinci məktubda II Vazgen "əsasən ermənilərin yaşadığı" Dağlıq Qarabağ muxtar vilayəti, Naxçıvan MSSR və Axalkalaki rayonuyla bağlı problemlərin "ədalətli" həllinin vacibliyini vurğulayır. II Vazgen bu ərazilərin Sovet Ermənistanına birləşdirilməsini təklif edir. O öz təklifini "zorla vətənlərindən qovulmuş ermənilərin" öz "doğma" torpağında milli həyatını yaşaması tələbiylə əlaqələndirir.
Hazırda Ermənistan Mərkəzi Tarix Arxivində (f. 409, op. 1, d. 5787, ll. 1-8) saxlanılan məktubları 2010-cu ilin iyul ayında "Regnum" agentliyi çap edib. Həmin məktubları qısaltsaq da, bütövlükdə mahiyyətinə toxunmadan oxucumuza təqdim edirik. Düzdür, Azərbaycanın başına gətirilən faciələrdə erməni kilsəsinin xüsisi rolunun olması barədə həqiqətləri bilirik. Amma aşağıda oxuyacağınız material həmin həqiqətləri daha da dəqiqləşdirir, konkretləşdirir.
        Qeyd edək ki, katolikos II Vazgen (mülki adı Levon Palin) 3 oktyabr 1908-ci ildə Buxarestdə anadan olub. 1936-cı ildə Buxarest Universitetinin fəlsəfə və ədəbiyyat fakültəsini bitirib. 1929-1943-cü ildə Buxarestdəki erməni məktəblərində dərs deyib. 1955-ci ildə bütün ermənilərin katolikosu seçilib. 1950-1960-cı illərdə dünyanın müxtlif ölkələrindəki erməni diaspora nümayəndəliriylə görüşüb. 1991-ci ildə Ermənistan müstəqilliyini elan edəndən sonra ona ilk "milli qəhrəman" adı verilib, 1994-cü ildə o dünyaya yollanıb.
        30 sentyabr 1955-ci ildə katalikos seçilən II Vazgenin N.A.Bulqaninə yazdığı və 12 may 1956-cı ildə təqdim etdiyi birinci məktubun girişində əvvəlcə sovet hakimiyyəti təriflənir, "inanclı" erməni xalqının sovet hakimiyyətinə sadiq olduğu vurğulanır. Sovet hökumətinin Eçmiədzin kilsəsinə, ölkədəki dini müəssisələrə xeyirxah münasibət bəsləməsi qeyd olunur, erməni kilsəsinin xalq kütlələrinin ehtiyac və maraqlarına həssaslıqla yanaşdığı göstərilir.         Məktubda qeyd olunur ki, bir neçə əsr əvvəl öz "dövlətçiliyini" itirən erməni xalqı kilsənin simasında özünün müdafiəçisini və ictimai həyatındakı yeganə rəhbərini görüb. Ermənilərin sovet quruluşunda "tam azadlıq" və "dövlətçiliyini" əldə etdiyini yazan Vazgen guya əsas diqqətlərini xalqın mənəvi həyatını zənginləşdirməyə yönəltdiklərini bildirib: "Amma Sovet İttifaqının sərhədlərindən kənarda demək olar ki, erməni xalqının yarısı yaşayır. Onlar erməni kilsəsilə sıx bağlıdırlar, erməni kilsəsinin simasında özünün milli mövcudiyyəti üçün mühüm institutu görürlər. Belə bir şəraitdə erməni kilsəsi və onun mərkəzi Eçmiədzinin qarşısındakı vəzifə özünəməxsus xarakterilə seçilir. Bu vəzifə ilk növbədə kilsə vasitəsilə xaricdəki erməniləri assimilyasiya və ölümdən xilas etmək, onları öz Eçmiədzin kilsəsi və vətənlə mənəvi və mədəni baxımdan bağlamaqdır".
        Məktubda erməni kilsəsinin "yadellilərə" qarşı müdafiəsindən danışan Vazgen erməni kilsəsinin yeni dünya müharibəsi törətməyə çalışanlara qarşı "sülh düşərgəsinə" dəstək verməyə hazır olduğunu vurğulayıb.
        Nikolay Aleksandroviçə müraciət edən II Vazgen bir sıra təklifləri irəli sürür. Bu təkliflərin sırasında 5 ildən bir erməni kilsəsinin yepiskoplar yığıncağını və milli-kilsə yığıncağını çağırmaq, 1957-ci ildə yepiskoplar yığıncağını keçirmək kimi təkliflər daxildir. II Vazgen Sovet Ermənistanı erməniləri ilə xaricdəki ermənilər arasında ədəbiyyat, incəsənət, elm sahəsində əlaqələri artırmağı, nümayəndə heyətlərinin, bu sahə mütəxəssislərinin qarşılıqlı səfərlərinin təşkilini vacib sayır. Sovet Ermənistanı nəşriyyatlarının çap etdiyi ədəbiyyat, dərsliklər, dövrü mətbuat nümunələrinin xaricə göndərilməsini təklifini də irləi sürür. II Vazgen bildirir ki, 19 aprel 1945-ci ildə SSRİ Nazirlər         Sovetinin keçmiş sədri İ.V.Stalin Eçmiədzin kilsəsinə bir sıra güzəştlər verib. Amma kilsə və icra orqanlarının günahı ucbatından həmin güzəştlərdən istifadə olunmur. Eçmiədzinin monastr ərazisindəki başqalarına verilmiş bina və müəsisələrin kilsəyə qaytarılması, Eçmiədzinin jurnal, kitab çap etməsi üçün öz nəşriyyatına sahib olması,         40 ildən çoxdur ki, ordunun zəbt etdiyi patriarx binalarının əsaslı təmir olunmasından sonra qaytarılması əksini tapır. Katolikos yazır: "Sizin yüksək diqqətinizə çatdırırıq ki, Sovet İttifaqının ermənilərin çox yaşadığı rayonlarında yeni kilsələrin tikilməsi vacibdir: "Azərbaycan ərazisində yarım milyondan çox erməni yaşayır, amma cəmi iki kilsə - Bakı və Kirovabadda fəaliyyət göstərir. 200 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağda isə yalnız bir kilsə var. O da vilayət mərkəzində deyil, uzaq bir kənddədir. Hətta Haxçıvanın ermənilər yaşayan rayonlarında kilsə yoxdur. Erməni əhalisinin sayı 100 min nəfərə çatan Orta Asiya respublikalarında fəaliyyətdə olan erməni kilsəsi yoxdur. Gürcüstanda 400 min erməni yaşayır, cəmi 4 kilsə - ikisi Tiflisdə, ikisi isə ayrı-ayrı rayonlarda fəaliyyət göstərir. Batumi və Suxumi kimi ermənilərin çox yaşadığı böyük şəhərlərdə heç bir kilsə yoxdur. Bütün bunlar Sovet Ermənistanına gələn yüksək çinli ruhanilərə, ictimai xadimlərə də məlumdur. Bu da bizim ölkədə kilsə işinin təşkili barədə qeyri-normal vəziyyət yaradır. Eçmiədzin kilsəsinin katolikosluğu Ermənistan rayonlarından, eləcə də Sovet İttifaqının müxtəlif rayonlarında yaşayan ermənilərdən kilsə tikilməsi üçün təkliflər irəli sürmək barəsində məktublar alır". Məktubda Ermənistan, Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Orta Asiya rayonlarında kilsə tikilməsinə icazə verilməsi xahiş olunur. Eçmiədzin rəhbəri özləri üçün "tarixi" əhəmiyyət daşıyan Qanzasar (Azərbaycanda), Tatev ( Ermənistanda), Surb Xaç (Rostov vilayətində) kilsələrinin onlara verilməsini də istəyir. Daha sonra erməni və rus xalqlarının qardaşlığından, 200 ildir ki, ermənilərin öz talelərini rus xalqının taleyi ilə bağlamasından danışılır, milli azadlıqları, iqtisadi və mədəni inkişafı üçün ermənilərin rus xalqına minnətdar olduğu vurğulanır.
        İkinci məktubda Vazgen erməni yeparxiyasının nümayəndələrinin xarici ölkələrinə səfərlərindən danışır, üç ay ərzində Livan, Misir, İtaliya, Fransa, İngiltərədə olduqlarını, erməni koloniyalarına baş çəkdiklərini, diaspor ermənilərinin onları isti qarşıladıqlarını bildirir. Üç aylıq səfərdən qayıdan katalikos xaricdə yaşayan bir milyon erməninin diqqətinin "Ana Vətən" - Sovet Ermənistanına, Eçmiədzinə yönəldiyini bildirir: "Onlar onillərdir ki, səbirlə erməni məsələsinin həllini  gözləyirlər, vətənə dönmək həsrətiylə alışıb-yanırlar. Xüsusilə təxminən 400 min erməninin yaşadığı Livan, Suriya, Misir, Fransada görüşdüyümüz onlarla insan müraciət etdilər, yalvardılar: "Bizi burada qoymayın, vətənə götürün". Beyrutdan tutmuş Misirə, Fransaya qədər bütün yollar vətənə qayıtmaq istəyən erməni xalqının göz yaşı ilə yuyuldu". Keşişin həyasızlığının miqyasına bax!
        II Vazgen yazıb ki, görüşdükləri yepiskoplar, milli-kilsə hakimiyyətinin nümayəndələri Sovet hökumətinə minnətdarlıqlarını çatdırmağı xahiş edib: "Çünki böyük rus xalqının və böyük Sovet İttifaqının köməyilə təxminən yarım milyona qədər insan Sovet Ermənistanında sakit və xoşbəxt həyata nail olub. Amma bu erməni məsələsinin yalnız üçdə birinin həlli deməkdir. Bir milyondan çox erməni qonşu Zaqafqaziya ölkələrində - Gürcüstan və Azərbaycanda yaşayır. Elə o qədər də erməni xaricdə yaşayır. Bu Birinci Dünya müharibəsi zamanı Türkiyə Ermənistanından qovulmuş, Türk hakimiyyətinin tarixdə görünməmiş zülm və qətliamlarından xilas olanların qalığıdır. Bütün erməni xalqı rus xalqına və sovet hakimiyyətinə ümid bəsləyir". Katolikos daha sonra bildirir ki, xaricdə mənə əksəriyyət ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan MSSR, Axalkələki rayonlarının məsələsinin "ədalətli" həllinin vaxtının çatdığını deyirdilər: "Amma həmin ərazilər Sovet Ermənistanının sərhədlərindən kənarda qalıb. Xaricdəki ermənilər ümid edirlər ki, sovet hakimiyyəti onların geri - vətənə qayıtması, öz qardaşlarıyla doğma torpaqda birləşməsi üçün zəruri olan torpaq (ərazi), iqtisadi, mənzil şəraitini yaradacaq".
        Vazgen bildirir ki, xaricdə görüşdükləri erməni rəhbərləri sovet hökumətindən xahiş edirlər ki, hər il 30-40 min erməninin Ermənistana repatriasiyası üçün yaxın beş-yeddi ildə proqram hazırlansın: "Təbii ki, onlara müvafiq ərazinin verilməsi və proqramın həyata keçirilməsi məqsədiylə yaşayış evlərinin tikilməsinə xeyli vəsait, ləvazimat lazımdır". Məktublardan aydın görünür ki, ermənilər sovet hökumətinin qarşısında saysız-hesabsız tələblər irəli sürüblər, həmin tələblər isə azərbaycanlıların, Azərbaycanın hesabına ödənilib. Vazgenin məktubunda deyilir: "Xaricdəki ermənilər ondan narazıdırlar ki, ermənilərin kompakt yaşadığı Gürcüstan və Azərbaycan rayonlarında çoxlu erməni məktəbləri ümumiyyətlə bağlanıb. Erməni məktəblərinin fəaliyyət göstərdiyi yerlərdə isə öz dilini öyrənmək istəyən erməni uşaqları tam şəkildə çatmır. Məsələn, Rostov-Donu, Krasnodar, Armavir, Pyatiqorsk, Batumi, Suxumi, Xəzər sahili respublikalarda və digər yerlərdə 1937-ci ilədək erməni orta məktəbləri fəaliyyət göstərirdisə, indi həmin məktəblər ümumiyyətlə, yoxdur.
        Məktubunun sonunda Nikolay Aleksandroviç Bulqaninə yaltaqlanan II Vazgen vurğulayır ki, yazdıqları erməni xalqının ən səmimi hissləri və arzularıdır: "Bunu cəsarət edərək bildirirəm ki, əgər Zaqafqaziyada erməni xalqı və         Ermənistan nə qədər güclü olsa, bir o qədər də Böyük Vətənin cənub sərhədlərinin təhlükəsizliyi möhkəm olacaq. Son 200 ildə erməni xalqı öz tarixilə böyük və humanist rus xalqı ilə dostluğa sadiqliyini təsdiqləyib. Həmişə olduğu kimi, bu gün də bizim xalqın taleyi və bütün həyatı özünün böyük şimal dostu, xilaskar xalqıyla daha çox bağlıdır".
        ...“Belə- belə işlər, qırılsın keşişlər". Fikrimizcə, Azərbaycan xalqı II Vazgenin, ümumiyyətlə, erməni kilsəsinin, erməni qriqoryan keşişlərinə həmişə özünəməxsus qiymətini verib, lənətləyib. Amma indi müstəqillik dövründə həqiqətləri daha dərindən öyrənmək imkanlarımız artıb. Düşmənin əməllərini, başımıza gətirdikləri faciələri, planlarını araşdırmaqdan, öyrənməkdən çəkinməməliyik, ərincəklik etməməliyik. Tarixi həqiqətləri öyrəndikdən sonra isə qətiyyətlə, amansız şəkildə, dönmədən, dayanmadan, nəticəyə nail olanadək mübarizə aparmalıyıq.         Yalnız mübarizə yoluyla belə məktubların yazılmasının da, onların həyata keçməsinin də qarşısını almaq mümkündür.

Bu yazı 764 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :