-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Çöllük mədəniyyəti və Тürklər
Şiriftin ölçüsünü dəyiş

Savalan Fərəcov

        Dörd minillik bir tariximizin olduğunu deyirdik. Ancaq əsaslı dəlillərlə iki min ildən əvvələ gedə bilmirdik. Bundan gənclərimiz üzülər, alimlərimiz isə susub durardı. Yadelli yazarlar isə əsassız bir hökmlə açıqlardı: “Türklər köçəri millətdir. Köçəri millətlər böyük və mədəni əsərlər yarada bilməzlər”. Böyük yazarların və tarixçilərin səhvi bağışlanılmazdır. Çnki bu səhv böyük təzdlar, qarışıqlıqlar yaradır.  Bu yanlışlığı düzəltmək üçün uzun illər vaxt lazım gəlir. Belə səhvlərdən biri  XIV-XV əsrdə yaşamış ərəb tarixçisi İbn Haldun tərəfindən olub. O, xalqları “bədəvi” və “mədəni” olaraq iki qrupa bölür. Bədəvilərin mədəniyyət qurmadıqlarını və tarixsiz olduqlarını göstərir. Türkləri də bədəvi hesab edir. Çünki İbn Haldun bir “çöllük mədəniyyəti”nin mövcudluğundan, Тürk tarixindən xəbərsiz иди. Çöllük iqlimi ilə çöl iqliminin, çöllükdəki köçərilərlə Ərəbistan çölündəki köçəriləri bir-birindən ayıra bilmirlər. Köçərilər həqiqətən torpağı becərmədən, əkinçilik və ya sənətlə məşğul olmadan heyvan bəsləyiblər. Çöllükdə yaşayan Тürklər isə heyvandarlıqla yanaşı dəmiri, poladı və qızılı işləyiblər. Torpağı əkib, ev tikib, kurqan yapıb və abidə yaradıblar. Təşkilatçılıqları sayəsində bir çox dövlətlər qurublar. Sözsüz ki, Тürklər çox hərəkətli bir çöllük həyatı yaşayıblar, heç bir xalqın qurmadığı çöllük mədəniyyəti qurуblar. Tarixçilərin qəbul etdiyi və daha çox “Andronov” mədəniyyəti adlandırılan bu mədəniyyət həm də “Yenisey mədəniyyəti” kimi tanınır. Məşhur Yenisey kitabələri və digər arxeoloji tаpıntılar da vaxtilə bu kənddə aşkar edilib. Bir çox arxeoloji tədqiqatlardan sonra məlum olub ki, bu yerlər ən qədim zamanlardan Abakan Тürklərinin məskunlaşdığı ərazilərdir. Onu da deyək ki, tarixən bu bölgələrdə yaşayan Тürklər sonralar “Abakan tatarları” kimi tanınır. Qədim Тürk tayfası olan bu Abakan tatarları bir çox tayfalara, qövmlərə ayrılır: Qoş, Qoybat, Saqay, Katasin, Beltir, Şor, Qızıl qaya, Aba qızıl, Tuba və Xakas. Ancaq onlar rus imperiyasının əsarəti altına düşəndən sonra ümumilikdə “Xakaslar” adlanıblar. Adət və ənənələri altaylı Тürklərdən heç nə ilə fərqlənmir. Qadınların geyimləri isə Anadolu qadınlarının geyimləri ilə eyniyyət təşkil edir.
        Yenisey çayının çox da uzaq olmayan bölgələrində yerləşən bир kənddə uzun zaman arxeoloji qazıntılar - axtarışlar aparılır və nəticədə maraqlı tapıntılar aşkar olunur. Həmin tapıntılara əsasən məlum olur ki, Тürklər atı əhəlləşdirməklə bərabər, həm də metala sahib olublar. Ondan müxtəlif əşyalar, o cümlədən qılınc, qalxan və nizə düzəldiblər. Onlar at kimi sürətli bir vasitəyə sahib olaraq, dəmir və poladdan hazırlanan silahla silahlanaraq cəsur savaşçı olublar. Belə olan halda onların olduqları yerə yapışıb qalmamaları və geniş torpaqlara sahib olmaq məqsədilə hərəkətə keçmələri təbii olub. Köçəri Тürklərdən fərqli olaraq, başqa köçəri toplumlarda buna imkan olmamışdır.
Türklər təbiət aşiqi olublar. Sıx meşələr, yalçın qayalar onlar üçün aşılmaz aşırımlar, keçilməz sədlər olmayıb. Ancaq Тürklərin ucsuz-bucaqsız torpaqları, müqəddəs (ata məzarları) kurqanları var. Onları qoruyub yaşadаrаq, bəzən də bir yerdə saplanıb qalmayacaq qədər coşqun və comərd olublar. Хarakterləri şifahi və yazılı dastanlarında öz əksini tapmışdır. Məsələn, Oğuz xaqan xalqına xitabən deyir: “Qarğuları dəmirdən bir ormanı andıran böyük ordumuzla zəfərdən-zəfərə gedəcəyik. Yurdumuz elə böyüyəcək ki, onun üzərində quracağımız otaq göy qübbəsi, onun təpəsinə dirəyəcəyimiz (sancacağımız) bayraq isə ancaq günəş olacaqdır”. Doğrudan da, bu fikirlər çox keçmir bir həqiqət olur. Bu xarakterdə, duyğuda çoxsaylı əhalisi olan Тürklər həm də geniş sahələrdə hökmranlıq edirlər. Milyonlarca heyvan sürülərini otarmaq, saxlamaq üçün mövsümlərə görə bölgədən-bölgəyə köç edirlər. Ancaq bu köçərilik mədəniyyət qurmamış, tarixi abidələr yaratmamış bəzi çöl və meşə toplumlarının köçəriliyi olmamışdır. Türklərin bir yarısı çobançılıq edib dünyanı dolaşdığı halda, digər bir yarısı da öz vətənlərində oturaq həyat yaşayıb. Bu hal indinin özündə də belədir. Hər göründükləri yerdə də quruculuq işləri aparmаmışlar. Çöllük Тürklərinin göründükləri, olduqları yerlərdə tarixi abidələr arayan və bunları görməyənlər “Тürklər köçəridir, köçərilər mədəniyyət qura bilməz, onların tarixi yoxdur” hökmünü veriblər.
        Abbasi xəlifəsi Müqtədirbillah 920-ci ildə Türküstana bir elçi heyəti göndərir. Heyətin başçısı İbn Fadlan müsəlman olmayan Тürk ellərində gördüklərini “Er-Rihlə” («Səyahətnamə») adlı risaləsində yаzır: “…Oğuzlar adlanan bir Тürk qəbiləsinin qonağı oldum. Öyrəndim ki, müsəlman olmayan bir Тürk əgər bir zülmə uğrar və ya sevmədiyi bir şeylə qarşılaşarsa, başını yuxarı qaldırıb “Bir Tenqri” deyir. Bu «Bir Allah» anlamına gəlir. Çünki Тürkcə Tenqri Allah deməkdir… Türk qadınları yerli və yabançı kişilərdən qaçmazlar, vücudlarını gizlətməzlər. Ancaq zinalıq deyilən bir şey də bilməzlər… Müsafiri olduğum Тürk tərcüməçisinə dedi: “Bu ərəbdən soruş, Тanrısının qarısı varmı?… Onun bu sözünü böyük günah saydım və tövbə etdim. Bu hərəkətim onun xoşuna gəldi. O da mənim kimi tövbə etdi…» Sonra İbn Fadlan Тürkün adəti haqqında da yazır: «Bir Тürkün yurdundan tanımadığı bir kimsə keçib ona “Mən sənin müsafirinəm. Dəvələrindən, heyvanlarından və parandan bu qədər ehtiyacım var” deyərsə, Тürk onun istədiklərini verər.
1970-ci ildə İssık Gölü civarında Esik kurqanında arxeoloji qazıntılar aparılır. Tapılan məlumat Тürk yazı dilinin tarixini 2500 il əvvələ aparır. Açılan məzardan çıxan əşyalar gözqamaşdırıcı olur. Məzarın bir Тürk vəliəhdinə aid olduğu anlaşılır.  Vəliəhd məzara qızıl geyimi və qızıl tacı ilə qoyulubmuş… Belə qeyd edilir ki, Misir fironu Tutanohamanın məzarından sonra ən çox qızıl (4.800 parça) bu Тürk vəliəhdinin məzarından tapılıb. Ancaq Тürk tarixi üçün əvəzsiz dəyər bu qızıllar olmur. Əvəzsiz tapıntı yarısı oksidləşmiş gümüş tabağın üzərindəki iki sətirlik yazı olur. Yazı oxunur və tərcümə edilir. Aparılan radio-karbonik təhlildən “Orxon” hürufatlı yazının miladdan öncə V əsrə aid olduğu məlum olur… “Əşyaları araşdırarkən birdən arxeoloqun gözləri parıldayır. Gördüyü şeyə əlini uzadarkən barmaqları titrəyir. Gördüyü şey işım-işım parlayan qızılların yanında diqqəti cəlb etməyən, yarısı xeyli qaralmış bir gümüş tabağ olur. Qazax tarixçisi bu gümüş tabağın bütün qızıllardan müqayisə olunmayacaq qədər dəyərli olduğunu bilir. Çünki gördüyü əşyanın üzərində naxış vardı. Bu naxış 26 hərfdən ibarət iki sətirlik yazı olur. Məlumat olduğu kimi “Komsomolskaya pravda”da dərc olunur. Orada yazılır: «Bu iki sətirlik yazı “lal-kar”olan əski çağı dilə gətirdi».
        İyirmi altı hərflik iki sətirlik yazı bir qədər sonra kurqanda tapılan qızılları kölgədə qoyur. Tarixçilərin gözündə işıq kimi yanır. Çünki bu fakt Тürk tarixinin miladdan əvvəlki yüzilliklərinə işıq salır. Yazı Orxon əlifbası ilə yazılıbmış. Sovet Тürkoloqları yazını oxumaqda gecikmirlər. İki sətirlik yazının mənası belə olur: “Xanın oğlu 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”.
        Altun geyimli adamın məzarı ortaya çıxan kimi dünyanın bir çox Тürkoloqları Alma-Ataya gəlir. O əvəzsiz məlumatlar təkrar-təkrar araşdırılır. Miladdan öncə V yüzillikdə yaşamış bu vəliəhdin kimliyi aydın edilmir. Amma onun bir Тürk vəliəhdi və Тürk əsilli sakların hökmdarı olduğu fikrində birləşirlər…
İndi Тürklər köçəri millətdir, köçərilər tarix yarada bilməz deyənlər geri çəkilib. Çünki Тürk tarixinin eramızdan əvvəlki         dövrlərini işıqlandıran məlumatlar var. Əllə tutulan, gözlə görünən və muzeyləri dolduran əsaslı faktlardan başqa, muzeylərə sığmayan, yüksək mədəniyyət nümunələri göz qabağındadır. Bu kimi faktların yenə də olacağı şübhəsizdir. Çünki arxeoloqların həyəcanverici izlər üzərində çalışmaları bir çox müjdəli xəbərlərdə təsdiq olunur…                   
   
           
         
 

Bu yazı 1695 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :