-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Dövlətlərinin Birliyi Günü
Şiriftin ölçüsünü dəyiş

        Dünya mədəniyyəti və tarixində xüsusi yeri olan Türk Millətinin gördüyü işlər danılmazdır. Türklərin bəşər tarixinə bəxş etdiyi incilər indi də öz izini qoruyub saxlayır. Lakin son bir neçə əsr ərzində bəşəriyyətdə baş verən proseslər Dünya Türklərinin bir-birindən ayrı düşməsi və zəifləməsilə nəticələnib. Aparıcı dövlətlərin birliyə doğru getdiyi bir zamanda Türk Dünyasının da mədəni, ictimai, elmi, iqtisadi, siyasi, hərbi və s. sahələrdə birliyinə böyük ehtiyac yaranıb. Ona görə də bu istiqamətdə aparılan çalışmalar, vaxtaşırı olaraq keçirilən Türk Dövlət və Muxtar Qurumlarının Qurultayı, Türk Dövlət Başçılarının Zirvə Sammiti kimi tədbirlər, burada Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin və Orta Asiya respublikalarının dövlət başçılarının etdikləri çıxışlar, qəbul olunan qərarlar alqışa layiqdir.
       Türk Birliyini möhkəmləndirmək üçün Azərbaycan ictimaiyyətinin bir qrupu təkliflə çıxış edir. Azərbaycan Dillər Universitetinin professoru Oruc İbrahimoğlu Türksevər tərəfindən 31 mart 2006-cı ildə gündəmə gətirilən, «Müasir İnkişaf» İctimai Birliyinin Bakı şəhərində yerləşən Azərbaycanda Atatürk Mərkəzində 20 dekabr 2006-cı ildə keçirilən tədbirində dəstəklənən bu təklif az müddət ərzində özünə geniş tərəfdarlar tapır. “Müasir İnkişaf” İctimai Birliyinin Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə apardığı təbliğat nəticəsində Dünya Türklərinin Həmrəylik Günü ilə bağlı olan təklifi Türk Dünyasının önəmli şəxsləri, qurumları - Şahlar Əsgərov, Nizami Cəfərov, Qənirə Paşayeva, Nazim Məmmədov, Sabir Rüstəmxanlı, Firudin Ağasıoğlu, Səməd Seyidov, Hidayət Orucov, Akif Əli, Xəlil Öztürk, Əhməd Qəşəmoğlu, Fərəc Quliyev, Rauf Zeyni, Nurəddin Mehdixanlı, Şəmistan Əlizamanlı, Əminə Yusifqızı, Esat Kabaklı, Nuriyyə Hüseynova, Seyfəddin Çaxmaqçı; təşkilatlar - Azərbaycan Dillər Universiteti, Gənclər və İdman Nazirliyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi, Axıska Türklərinin “Vətən” Cəmiyyəti, “Tuqantel” Tatar Mədəniyyət Cəmiyyəti, TRT-nin Bakı ofisi, TİKA-nın Bakı Ofisi; mətbuat - «Şərq», «Yeni Azərbaycan», «Olaylar», «Xəzər», «Xalq Cəbhəsi», «Ekspress» qəzetləri; onlarla ictimai təşkilat; minlərlə tələbə gənc və s. dəstəkləyir. İdeyanı dəstəkləyənlər ilin əvvəlcədən müəyyən edilmiş bir gününün Dünya Türkləri arasında Həmrəylik Bayramı kimi qeyd olunmasının hazırda çox vacib olan birliyin yaranmasına və möhkəmlənməsinə gözəl töhfə ola biləcəyini anlayırlar. Qeyd edək ki, tədbir iştirakçılarının böyük əksəriyyəti Həmrəylik Bayramının, Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoyun təklifi ilə Ergenekon Günü, yaxud Novruz Bayramı (hər iki bayram 20-21 marta təsadüf edir) ərəfəsində, yəni 20 martda qeyd olunması təklifinə tərəfdar çıxırlar. (Haşiyə: Türk Qurultayı adlanan Türk Dövlət və Muxtar Qurumlarının ilk Qurultayı da 1993-cü ilin mart ayının bu günlərində keçirilib. Bundan başqa 23 fevral 2010-cu il tarixdə BMT-nin Baş Assambleyası hər il 21 mart tarixini Ümumdünya Novruz Günü elan edib. Gürcüstanda isə 2010-cu ildən etibarən Novruz bayramı Ümumrespublika bayramı elan olunub. Yeri gəlmişkən Türk Dünyasının ortaq televiziyası olan TRT AVAZ-ın fəaliyyətə başlaması da 2009-cu ilin mart ayının bu günlərinə təsadüf edir).
        Nəticədə 4 aprel 2009-cu il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi, “Təkan” Tələbə Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhər Gənclər və İdman İdarəsi və TİKA-nın sponsorluğu ilə Bakı şəhərində yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Həmrəylik Gününə həsr olunmuş musiqili gecə təşkil edilir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Türkiyə səfirliyinin mətbuat müşaviri Bülənt Uğur; “Təkan” Tələbə Gənclər İctimai Birliyinin sədri Elşən Hüseynov; millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı; Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov; professor Oruc İbrahimoğlu Türksevər çıxış edir. İncəsənət xadimləri Ağalar Bayramov; Ədalət Oğuz; Xəyal Rza; Şəmistan Əlizamanlı; Esat Kabaklı; Əminə Yusifqızı; Sanaz Niknam; Seyfəddin Çaxmaqçı; Rza Cudi; Məhəmməd İftixari; Tatar, Avar, Ahıska Türkləri mahnı, şeir və rəqs ifa etdirlər.
       20 mart 2010-cu il tarixdə həmin il üçün nəzərdə tutulmuş tədbir təşkil edilir. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Müşaviri Qazi Bilgin; millət vəkili Nazim Məmmədov; “Yeddi dövlət – bir millət” Mədəniyyət və Həmrəylik Dərnəyinin baş təmsilçisi Azər Həsrət; professor Oruc İbrahimoğlu Türksevər; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal; telejurnalist Kamran Həsənli çıxış etdirlər. İncəsənət xadimlərinin – tədbirin aparıcısı, xalq artisti Nurəddin Mehdixanlı; əməkdar artist Aybəniz Haşımova; mügənni Şəmistan Əlizamanlı; İran Türklərinin təmsilçisi, vokaliz Rza Cudi; əməkdart artist Nuriyyə Hüseynova; Kərkük Türklərinin təmsilçisi olan müğənni Seyfəddin Çaxmaqçı; şair Xəyal Rza və gənc aşıqların ifaları tədbirə xüsusi rəng qatır. Eyni zamanda tədbirdə Türk Ocaqlarının Bakı Təmsilçiliyinin rəhbəri Xəlil Öztürk; sosioloq Əhməd Qəşəmoğlu; Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Bülənt Uğur; Dini İşlər Müşaviri Müzəffər Şahin; “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli; Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları; müxtəlif ali və orta məktəblərin müəllimləri; QHT təmsilçiləri; jurnalistlər; tələbələr və s. daxil olmaqla təxminən 300 nəfər iştirak edir.
      Bu tədbirlərlə və təbliğatla sözügedən ideya Azərbaycandan bütün Türk Dünyasına (Türkiyədə Avrasiya Yazarlar Birliyi bu istiqamətdə təbliğat aparır) yayılmağa başlayır və Türk Dünyasının ən müxtəlif yerlərindən dəstək sədaları eşidilir. Görülən işlər öz səmərəsini verir. Türk Dövlət Başçılarının (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan) 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərindəki Zirvə Sammitində bununla bağlı qərar qəbul edilir. Dövlət başçıları qərara alırlar ki, hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi kimi qeyd edilsin.
      “Müasir İnkişaf” İctimai Birliyi və Türk Ocaqlarının Bakı Təmsilçiliyi Azərbaycanda bu işin əsas təbliğatçısı və ideya müəllifi olaraq hər il 3 oktyabr tarixini Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd etməyi qərara alır. Qərardan sonra 1 oktyabr 2010-cu il tarixdə Gəncliyə Yardım Fondunun konfrans zalında "Müasir İnkişaf" İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığıyla "Türk Dövlətləri Günü" münasibətilə tədbir keçirilir. Tədbirdə "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu, “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu, “YOM” jurnalının redaktoru Nizami Zöhrabi, “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov, Dünya Gənc Türk Yazarlar Birliyinin baş katibi Rəsmiyyə Sabir, “Xocalı Soyqırımını Tanıtıma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, “Oğuz” İctimai Birliyinin sədri Vüqar Zifəroğlu çıxış edərək dövlət başçıları tərəfindən qəbul edilən qərarı dəstəklədiklərini və bu istiqamətdə aparılan təblğatın öz nəticəsini verməsindən məmnunluq duyduqlarını bildirbilər.
     3 oktyabr 2011-ci ildən isə Dünya Türklərinin Həmrəylik Günü – Türk Dövlətlərinin Birliyi Günü Azərbaycanla yanaşı, Türkiyənin paytaxtı Ankara şəhəri də daxil olmaqla qardaş ölkənin bir sıra regionlarında da keçirilir. Dünya Türklərinin Həmrəylik Günü ideyasının sürətlə yayılması davam etməkdədir.
      3 oktyabr 2012-ci il tarixdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə - Türk Dövlətlərinin Birliyi Gününə həsr olunmuş vətənpərvərlik konsert proqramı keçirilib. Tədbir “Müasir İnkişaf” İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü, “Türk Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələkbərsoy, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BMT-nin Xalq Yaradıcılığı Şurasının üzvü, həkim Seyfəddin Əsəd, Türk Xalqları Assambleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar çıxış etmişlər. Bayram konserti Novruz Novruzlu, Şəmistan Əlizamanlı, Nuriyyə Hüseynova, Əlirza Amanbəyli, Nemət Qasımlı, Yaqub Zurufçunun möhtəşəm ifaları ilə rövnəqləndirilib.  Azərbaycan Sayokan Döyüş növlləri Federasiyasının azyaşlı üzvləri maraqlı idman nömrəsilə, Azərbaycanın xalq artisti Rüfət Xəlilzadənin “Azəri inciləri” rəqs qrupu isə “Zəngəzur yallısı”yla çıxış ediblər. Gənclərin bayraq şöləni hər kəsi ayağa qaldırıb. Bayram konserti Novruz Novruzlunun Azərbaycan bayrağına sarılmış halda oxuduğu “Giziroğlu Mustafa bəy” mahnısıyla sona çatıb.

Bu yazı 5143 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :