-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

İstiqlal mücahidi, qəhrəman şair
Şiriftin ölçüsünü dəyiş

Fazil Əliyev
filologiya elmləri namizədi, dosent

    “...Klassik irs yalnız müasir və bəşəri olmağı yox, həm də orijinal, fərdi, milli olmaği bizə öyrədir. Bu irsdə... xalqın milli mənliyi, təkrarsız və bənzərsiz bir mənəvi “özüm”lüyü daşlaşır, abidələşir və əbədiləşir”.
Yaşar Qarayev
        
    Odur ki, XX əsrin astanasında müstəqil dövlətçilik zəminində milli-mənəvi dəyərlərə, ədəbi-bədii düşüncə tariximizin kecdiyi yollara üz cevirməyə daha cox ehtiyac duyulur. Klassik irsimizin səhifələrini vərəqləməyə, özümüzü dünənimizdə tapmağa, bu günümüzə və gələcəyimizə işiq salmaq imkanını aramağa, ərsəyə gətirməyə daha cox ehtiyac duyulur.
    Milli İdeologiyamızın tarixi qaynağı, Türklük ruhunun əksi olan “Kitabi-Dədə Qorqud”a üz tutmağımız soykökə qayıdışımızın dövlətçilik səviyyəsində təsdiqi, qərəzli anti-türk konsepsiyaların iflası deməkdir. “Kitabi-Dədə Qorqud”a qayıdış yolu isə ancaq bədii irs orbitindən keçə bilər. Ona görə ki, epik düşüncə dünyamızın oğuznamələr məkanına aparan yolları klassik poeziya aləmində qovuşur, bir-birini tamamlayır.
Bu gün “repressiya ədəbiyyatı”, “dissident ədəbiyyatı” şərti adları altında dərk olunan ədəbi-bədii gedişatın təməl dəst-xəttinin dünənimizdə yaşamış qaynaqlardan, Qazi Bürhanəddin poeziyasının döyüşkənlik-mərdlik ruhundan, ondan daha qədim olan “Orxon-Yenisey” kitabələrindəki birlikdən, özünüdərkə cağırış sədasından doğduğu danılmazdır.
    Azərbaycan ədəbiyyatı tarixində “yazılı ədəbiyyatda aşıq şeirinin nümayəndələri” kimi tanınan söz sahiblərinin  də bu yolda qələm caldığı ləyaqəti, cəsarəti, mərdliyi, qorxmazlığı tərənnüm edilməyə, yad olunmağa layiq bədii hadisələrdir. Milli mənlik şüurumuzun inkişafına xidmət edən bədii sənət nümunələrinin  öyrənilməsinə, saf-çürük edilməsinə, böyük Türk hökmdarı Əfrasiyabdan Xəlil Rza Ulutürkədək qılınc və qələm cəngavərlərinin daim anılmasına ciddi ehtiyac vardır. Ədəbiyyat tariximizdə əcdadlarımızın döyüşkənlik ruhunu əks etdirən, milli-mənəvi  sərvətimiz olan bədii nümunələr isə kifayət qədərdir.
    XIX  əsr ədəbi mühitinin tədqiqi istiqamətində atılan ilk addimlardan aydın olur ki, XVIII əsrin sonu, XIX  əsrin birinci onilliklərində həyatı və əməli ilə Vətən, millət yolunda can qoyan işıqlı şəxsiyyətlər cox olmuşdur. Onlardan biri Əbdürrəhman ağa Molla Əli Dilboz oğludur. Qazax qəzasının Xanlıqlar kəndində anadan olan Əbdürrəhman ağa yaşadığı dövrdə “Şair” təxəllüsü ilə tanınmışdır. Əbdürrəhman ağa Şairinin bir müxəmməsi, iki qoşması, bir gəraylısı əsrin əvvəlində Müfti Hüseyn Əfəndi Qayibovun tərtib etdiyi təzkirədə toplanıb. Hüseyn Əfəndi Qayibovun topladığı əlyazma materialları ancaq 1989-cu ildə kitab halında cap edilmişdir.
    Görkəmli ədəbiyyatşünas Feyzulla Qasımzadə 1956-cı ildə çap etdirdiyi “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı ali məktəblilər ücün dərslikdə Əbdürrəhman ağa Şairini Vaqif və Vidadinin müasiri kimi təqdim etmiş, onun 1804-cü il Gəncə hadisələrinin şahidi olduğu, Cavad xana biri heca, biri əruz vəznində iki şeir həsr etdiyi haqqında məlumat vermişdir. Feyzulla Qasımzadə göstərir ki, Əbdürrəhman ağa hər iki şeirdə Cavad xanı tərifləmiş, onun tərəfini saxlamış və çar istilasının əleyhinə cıxmışdır. Çar istilasının əleyhinə çıxan  Əbdürrəhman ağa Şairini xəyanət yolu ilə Tiflisə dəvət edən, Rusiya təbəəliyini qəbul etmiş II İrakli onun gözlərini çıxartdırmışdır. Amma bu vəhşilik çarizmin ayağına yazılmamış, Əbdürrəhman ağa dərsliklərdə feodal zülmünə məruz qalan “bədbəxt şair” kimi təqdim olunmuşdur. Professor Sadıq Şükürovun  “Gəncəli Cavad xanın hekayəti” adlı bədii-tarixi povestində Cavad xana həsr olunmuş “Müxəmməs” tarixi hadisə hesab edilmişdir. Tədqiqatlar göstərir ki, Əbdürrəhman ağa Şair hec də feodal zülmünə məruz qalmamışdır. O, milli-istiqlal ideyasını əks etdirdiyinə görə çarizmin imperialist siyasətinin qurbanı olmuş vətənpərvər şair, istiqlal düşüncəmizin salnaməsinə imza atmış işıqlı şəxsiyyətdir. Onun Cavad xana həsr etdiyi “Müxəmməs”i isə milli-müstəqillik ruhunu, vətənin azadlığını tərənnüm edən bədii-sənət incisi, XIX əsr Azərbaycan Türk ədəbiyyatının ictimai əhəmiyyətinə görə abidələşməyə layiq nümunələrindən biridir. 39 bənddən ibarət “Müxəmməsin” birinci üc bəndində çərxi-fələyin gah şadlıq, gah da bəla gətirən əməllərindən danışılır. Vətənpərvər şair Cavad xan kimi qüdrətli, mərdanə bir vətən oğlunun vəsf edilməsindən söhbət acır və bu yolda ilk addım atdığını iftixarla bildirir.

Şahi-namə şərh edən yox ol Cavad xan vəsfini,
Mədəni-cudi səxavət, ədli divan vəsfini,
Hikməti-loğmandan artıq dərdə dərman vəsfini,
Bir müxəmməs nəzminə inşa qılım əşardan.
    Cavad xanın ədalət sahibi, mahir sərdar-başçı olduğunu, Şəki, Şirvan, Qarabağ xanlıqları arasındakı çəkişmələrdə göstərdiyi qətiyyəti, gürcü valiləri ilə döyüşlərini xatırladır. Eyni zamanda “Padişahi-Rus”un əli ilə törədilən xəyanətin ünvanını nişan verərək yazır:

“Padişahi-Rus”un axır ərz edib ehzarına,
Əmr qıldı bir şpixdir nam olan sərdarına,
Gəncənin ol qələsin, fərman buyurdu əğyarına,
Üstünə gəldi hezaran saldati-xünxardən.
    Göründüyü kimi, Əbdürrəhman ağa Şair gürcü knyazı Georgini rus çarını Gəncəni tutmağa çağırmasını alçaqlıq və satqınlıq adlandırır. Xəyanətə nifrətini bildirməkdən çəkinmir. Əbdürrəhman ağa Şair dövrünün görkəmli şəxsiyyəti kimi, xanlıq və sultanlıq arasında birliyin olmadığına təəssüflənir. Köməksiz qalan Gəncənin bir ay qırx gün düşmən qabağında mərdliklə dayandığını, düşmənə zərbələr vurduğunu yada salır:

Ta bir ay qırx gün keçincə, onda möhkəm durdular,
Sübhi şam dəva qılub küffarə tiqu urdular.
Ləşkərani-rusi hər dəm büşuməran qırdılar.
    "Müxəmməs"də qalanın müdafiəsi bütöv halda öz əksini tapmışdır. Döyüş səhnələri - Cavad xanın kiçik oğlu Uğurlu xanın kömək dalınca getməsi, qala bürcləri uğrunda döyüşlər Əbdürrəhman ağanı vəcdə gətirmiş, mərdlik və döyüşkənlik lövhələrinin yaranmasına səbəb olmuşdur.

Qaldı tənha ol Cavad xan, gör necə də ad eylədi,
İki bürcün saldatın çox qırdı bərbad eylədi,
Əhli beytin möhnəti ol dəmdə kim yad eylədi,
Ya ilahə saxla sən der intizarəm yardan.
    Əsərdə Cavad xanın bütün keyfiyyətləri üzə çıxmış, Vətən, torpaq şərəfini öz canından, övladından üstün tutan ata, qəhrəman sərkərdə obrazı yaradılmışdır:

Ol Hüseynqulu ağa gəldi xanın yanına,
Layiqdir hər hünərlər şövkətinə, şanına,
Qoymadı xan göndərib bir qeyri bürc meydanına.
Yəni anın vəhşətin mən görməyim didardan.
    Əbdürrəhman ağa Şair Cavad xanı təkcə istiqlal yolunda şəhid olan qəhrəman kimi vəsf etmir. Onun din yolunda qılınıc vuran sərkərdə, ölümü ilə İslamı şərəfləndirən cənnətməkan olduğunu dilə gətirir:

Çağırır ərşdə mələklər, mərhaba ey xan Cavad,
Dini yolunda qıldın axır ömrünü viran Cavad xan.
    Unutmayaq ki, Cavad xanların, Əbdürrəhman ağa Şairlərin vətən, millət yolunda göstərdikləri şücaət, əyilməzlik dahi Xəqaninin:
 
Nə zindandan qorxarıq, nə qanlı dar ağacından,
Çünkü Türkük, ər kökümüz al qırmızı dan yeridir_
beytində ifadə olunan həqiqəti bir daha təsdiqləyir. Bizləri qürurlu olmağa, vətəni, onun daşını, torpağını ürəkdən sevməyə, göz-bəbəyi kimi qorumağa, köləlik və simasızlığa nifrət etməyə səsləyir.

Bu yazı 781 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :