-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Nəriman Nərimanov və soyqırım
Şiriftin ölçüsünü dəyiş

Alxan Bayramoğlu
filologiya elmləri doktoru, professor

        Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti laxlayıb ölkədə xalqların azadlıq mübarizəsi gücləndikcə zaman-zaman qanımıza susayıb yurdumuza sahib çıxmaq istəyən düşmənlərimiz Azərbaycan xalqını fiziki,mənəvi və siyasi cəhətdən məhv edib yer üzündən silməyə çalışırdılar. Bu məqsədlə bolşevik-daşnak hərbi birləşmələrinin dəstəyi ilə 1918-ci ilin martında Bakı, Quba, Şamaxı və digər yerlərdə Azərbaycanlılara qarşı soyqırım törədilmişdi. Belə ki, məlum olduğu kimi, 1917-ci ilin 25 oktyabrında Rusiyada hakimiyyəti ələ alan bolşeviklərin lideri V.İ.Lenin də Qafqaza, o cümlədən Azərbaycana böyük əhəmiyyət verir, xüsusən Bakıya «yağlı tikə» kimi baxaraq, Bakı nefti olmadan Sosialist Rusiyasının yaşamasını mümkünsüz sayırdı. Məqalə və çıxışlarında Bakını Rusiyanın sənaye və iqilab mərkəzlərindən biri kimi göstərən Lenin oktyabr inqilabının qələbəsindən az sonra bolşevik maskası altında öz daşnaksifət xislətini gizlədən Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə Səlahiyyətli Komissar təyin etmişdi. Ş.Şaumyan isə yaxın silahdaşı, millətçi Alyoşa Caparidze ilə əl – ələ verərək, yuxarıda göstərdiyimiz kimi, 1918-ci il martın son günlərində Bakı və ətraf yerlərdə azərbaycanlılara qarşı, inqilab düşmənləri ilə mübarizə pərdəsi altında, soyqırım törədilməsinə nəinki rəvac verdi, hətta Nəriman Nərimanovun gözlənilən qurğunun qarşısının alınması məqsədi ilə göstərdiyi bütün cəhdləri riyakarcasına qulaqardına vuraraq, bu qanlı aksiyanın gözlənildiyindən də dəhşətli, ağrılı və genişmiqyalı olması üçün əlindən gələni etdi.
        «Hümmət» qəzetində çap edilən «Qanlı hadisədən 4 saat qabaq» (1 aprel 1918) başlıqlı məqalədə bu haqda ətraflı məlumat verilmişdir. Məqalədə göstərilir ki, martın (1918) sonlarına doğru Bakıda ictimai-siyasi, sosial- psixoloji vəziyyətin partlayış həddinə çatdığını görən N.Nərimanov qeyri millətlərdən olan səlahiyyətli bolşevik həmkarlarını, o cümlədən Ş.Şaumyanı məşvərət üçün öz evinə dəvət etmişdir. Şaumyan bu məclisə saat 12-də gəlir. N.Nərimanov dərhal mətləbə keçir. Məqalədə bu haqda oxuyuruq: «Doktor N.Nərimanov məclisi açıb təsirli bir nitq söylədi və axırda üzünü Şaumyana tutub dedi:
        – Yoldaş! Siz də, mən də müsəlmanların (azərbaycanlıların – A.B.) halını bilirik. Hərgah bir iğtişaş başlansa ayaq altında qalan fəqir – füqəra olacaqdır. Həmən fəqir -füqəra ki, siz də və mən də onun yolunda işləyirik. Ona görə sizdən təvəqqə edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qurtarınız.
        Bu xahiş və yalvarışlarda N.Nərimanovun vətəndaşlığı, hümanizmi və inzibati - hüquqi səlahiyyətsizlikdən irəli gələn əlacsızlığı adamda ona dərin rəğbət qarışıq əsl kədər hisləri doğurur. Bununla belə N.Nərimanov özünün nüfuzundan və ictimai - siyasi mövqeyindən çıxış edərək, hadisələrin qarşısını almaq üçün irəli əməli təkliflər sürüb, sözünə belə davam edir: «Hər iki tərəfi (yəni ermənilərlə azərbaycanlıları – A.B.) sakit etmək üçün mən təklif edərdim, tüfənklər müsəlman şurası firqələrə və yainki bunlardan ibarət bir komitəyə tapşırılaydı.
        Şaumyan cavab verdi:
        - Doktor N.Nərimanovun sözlərinə bütün – bütünə şərik olduğumdan var qüvvətimlə bu işi yatırtmağa səy edəcəyəm»…
        Ancaq erməni riyakarlığı, xəyanəti və qaniçən daşnak xisləti özünü bir daha göstərir; məqalədə bildirilir ki, saat 4-də qurtaran bu məclisdən çıxan kimi Şaumyan Hərbi İnqilab Komitəsinə gələrək vəziyyətlə bağlı məruzə edib müvafiq         tapşırıqlar verir.
        Bu tapşırıqların mahiyyəti isə belə üzə çıxır; Ş.Şaumyan vaxt qazanmaq məqsədi ilə, müsəlman vəkilləri danışıqlar aparmaq üçün İcraiyyə Komitəsinə – A.Caparidzenin yanına göndərir. Caparidze isə, güya, müsəlmanların təkliflərinin qəbul edildiyini bildirərək onları belə aldadır:
        «Siz arxayın gediniz, sabah tüfəngləri müsəlman siyasi qüvvələrinə verəcəyik».
        Ancaq müsəlman vəkilləri İcraiyyə Komitəsinin binasından çıxar - çıxmaz ermənilər şəhərdə (Bakıda) müsəlman əhalisinə qarşı soyqırıma başladılar. Müsəlman vəkilləri atışma və qırğın sədaları altında özlərini müsəlman komitəsinə         – «Hümmət» qərargahına çatdırdılar.            
        Ş.Şaumyanın razılığı və dəstəyi ilə əvvəlcədən hazırlanmış plan əsasında
        Birinci Dünya müharibəsi cəbhəsindən qayıdan ordu hissələrinin bolşe-viklərin sərəncamına keçən 6 minə yaxın əsgəri qüvvəsinin (bunların koman-dirləri əsasən ermənilərdən ibarət idi) və «Daşnaksütun» partiyasının 4 minə yaxın hərbi qüvvələrinin birgə fəaliyyəti ilə Bakıda şəhərin müsəlman (Azər-baycan) əhalisinə qarşı görünməmiş vəhşiliklə kütləvi qırğın törədilməyə başladı. 10 minə yaxın bolşevik-daşnak hərbi birləşmələri üzdə bolşeviklərin və daşnaq-ların siyasi rəqibi olan Müsavat partiyasının sosial dayaqlarını və özünü məhv etmək pərdəsi altında şəhərin azərbaycanlı əhalisini – uşaq, qadın, qoca bilmədən bütün nümayəndəsini, xüsusən az-çox elitar hissəsini qətlə yetirir, evlərini yan-dırır, özlərini diri – diri alovlanan evlərin içinə atırdılar. Küçələr və evlər parça-lanmış qadın, qoca, uşaq cəsətləri ilə dolu idi. Qətlə yetirilən və qaçıb canını qurtarmağa çalışan azərbaycanlıların evləri, varidatları talan edilirdi. Ş.Şaumyan isə nəinki azərbaycanlılara qarşı törədilən bu soyqırımın qarşısını al-maq üçün hər hansı təşəbbüs göstərir, heç, məsələn, Azərbaycan İctimai və xeyriyyə təşkilat-larının qəzet redaksiyalarının yerləşdiyi «İsmailiyyə» binasının söndürülməsi üçün ona olunan müraciətlərə əsasən, yanğınsöndürənlərə belə göstəriş də vermirdi. Halbuki həmin yanğınsöndürənlər «İsmaliyyə»nin düz böyründə olan Krasilnikov qardaşlarının evinə yanğının keçməməsi üçün orada idilər.
        Vəziyyəti belə görən N.Nərimanov Ş.Şaumyana və A.Caparidzeyə onların riyakarlıqlarını və xəyanətlərini ifşa edən ittiham və təhdid məzmunlu məktub göndərdi. «Hümmət» qəzetində (3 aprel 1918) çap edilən «Yoldaşımız doktor N.Nərimanovun Şaumyana və Caparidzeyə yazdığı məktubların məzmunu» başlıqlı redaksiya məqaləsində bu haqda oxuyuruq:
        «Yoldaş şəhərdə (Bakıda – A.B.) qalan müsəlmanlar … ürəkdən Şura hökümətini qəbul ediblər. Fəqət bunları çaşdıran odur ki, siyasi mübarizə axırda milli mübarizə yolu alıbdır. Bu halət Şura hökümətinə ləkə salıb onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura höküməti burada davam edə bilməyəcəkdir.
        Sizə məlumdur ki, top - tüfəng qüvvəti ilə alınmış hökümətin camaat arasında nüfuzu olmaz isə, çox yaşaya bilməz. Ona binaən var qüvvənizlə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss etsin ki, müharibəyə milli rəng verən «qara qüvvə» ilə Şura yoldaş deyildir.
        Gərək nəinki söz ilə, fel ilə bildirmək ki, qara qüvvə ilə siz açıq - açığına müharibə edirsiniz».
        N.Nərimanov Bakının Kommuna hakimiyyətinin başçılarının – Ş.Şaumyan və A.Caparidzenin ikiüzlü və xəyanətkar əməllərini birbəbir açıb göstərərək, onları  öz qanlı və məkrli əməllərindən sözdə deyil, işdə əl çəkib günahlarını heç olmasa bir qədər yumağa çağırdıqdan sonra bolşevik – daşnaqları qəti şəkildə hədələyərək sözünə belə davam edirdi:
        «Bir-iki gündə Şura höküməti özünü bu qara, vicdansız qüvvəyə göstərməsə, bən və yoldaşlarım iş başından çəkiləcəyik…
        Bən artıq dərəcədə təvəqqə edirəm, burada yazdığım sözlərə fikir verib tezliklə müsalmanların yaralı ürəklərinə dərman tapılsın».
        Bu qanlı qırğınlar Bakıda yerli müsəlman əhalinin olan - qalanının talanması və dəhşətli aclıqla müşayiət edilirdi. Ona görə N.Nərimanov hökümət qarşısıqda ərzaq məsələsinin də tezliklə həlli məsələsini qoyaraq yazırdı:
        «İkinci mühüm məsələ ərzaq problemidir. Müsalman hissəsində müsalmanların halı insanı çaşdırır. Acından fəqir- füqəra küçələrdə və talan olmuş evlərində ölməkdədirlər. Bu məsələyə artıq dərəcədə fikir verilməlidir».
        N.Nərimanovun bu təkidli tələb və ittihamları təsirsiz  qalmamışıdr; qəzetdə göstərilir ki, Ş.Şaumyanla A.Caparidze həmin məktuba  cavab olaraq N.Nərimanovun qaldırdığı məsələləri müsalman sosialistlərlə müzakirə etməyə hazır olduqlarını bildirib bu məqsədlə müşavirə çağırılmasını xahiş etmişlər.
        Ş.Şaumyanla A.Caparidze dişlərinin dibindəki zəhərlərinin xeyli hissəsini tökmüşdülər. İndi isə öz canlarının hayına qalaraq özlərini təmizə çıxarmağa çalışırdılar. Bütün bunlar növbəti müşavirədə onların özlərini necə aparmalarından, müsəlman sosialistlərin gözlərinə kül üfürməyə çalışmaların-dan da aydın şəkildə görünməkdədir. Müşavirədə Ş.Şaumyan riyakarcasına bildirir ki, güya, Şura höküməti müsəlmanların hüquqlarını müdafiə etməyə qadirdir. Sən demə işlərin bu cür alınmasına və onun çaş - baş qalmağına səbəb dağıstanlılar (dağlılar) tərəfindən olan hücum imiş.
        Özünün ifşa olunduğunu və müsəlmanların etimadını tamamilə itirdiyini çox gözəl başa düşən A.Caparidze Ş.Şaumyanın bu sözlərindən sonra deir:
        «Bən öz tərəfimdən Şaumyanın sözlərini təsdiq edib deyirəm ki, bilsəm ki, müsalmanlar bana  inanıyorlar,  qeyri işlərdən əl çəkib müsəlman hissəsinin əmin-amanlığını öz əlimə alardım”.  Vəziyyətlə hesablaşmağa məcbur olan müsəlman nümayəndələri ona inandıqlarını söyləyib, vəziyyətin nizama salınması üçün təcili və əməli tədbirlər görməsini xahiş edirlər.
        Ertəsi gün müsləman bolşeviklər iclas çağıraraq Hərbi İnqilab Komitəsi qarşısında Erməni Milli Komitəsinin buraxılması, həmin komitənin milli qoşun hissələrinin ya şəhərdən təmamilə çıxarılması, ya da Şura hökümətinə tabe etdirilməsi, şəhərin müsəlman hissəsinə ancaq müsəlman qorodovoyların keşik çəkməsi, ərzaq probleminin həllində müsəlmanlara xüsusi diqqət yetirilməsi tələblərini rəsmi şəkildə irəli sürürlər. «Hümmət» qəzetinin 8 aprel 1918-ci il tarixli nömrəsində Şaumyan, Karqanov, Nərimanov və katib Kuznetsovun imzaları ilə Hərbi İnqilab Komitəsi tərəfindən Erməni Milli Komitəsinə göndərilən nota çap edilmişdir. Notada Erməni Milli Komitəsindən öhdələrində olan qoşun bölmələrini təmamilə buraxmaq və onların beynəlmiləl qoşunun tərkibinə qatılması, bu əmrə tabe olmayanların şəhərdən çıxması, tələb edilir, hər hansı qüvvənin hökümət adından çıxış edib evlərdə axtarış aparması, əhalidən vergi yığılması, adamları həbs etmək və ya müxtəlif üsullarla cəzalandırmaq səlahiyyətinin dövlətə aid olduğu bildirilirdi.
        Mart soyqırımından sonra Şaumyanın əmri ilə Karqanov və Avakyanın rəhbərliyi ilə bolşevik və daşnak hərbi birləşmələri Qırmızı ordu adı altında rəsmən birləşdirildi. Bu üzdəniraq orduya əsasən erməni cavanları səfərbər edildilər. Onlar faktiki olaraq heç bir işlə məşğul olmurdular. Şəhərin müsəlman əhalisi indi də aclıqdan qırıldığı halda bu «əsgərlər» azərbaycanlıların yanğından salamat qalmış ən yaxşı evlərində yerləşdirilmiş və hər cəhətdən yüksək səviyyədə qayğı ilə əhatə olunmuşdular. Onlar sanki cənnətdə imişlər kimi bütün günü və gecəni eyş - işrət və çalıb - oynamaqla keçirirdilər. Bununla belə Bakıda və ətraf yerlərdə Azərbaycanlıların soyqırımı N.Nərimanovun və müsəlman məsləkdaşlarının səyi və iradəsi ilə dayandırıldı. Bu,Nəriman Nərimanovun Azərbaycan  xalqı və vətəni qarşısında göstərdiyi çoxsaylı və əvəzsiz xidmətlərinin biridir. 

Bu yazı 705 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :