-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

2011-ci ildə təşkilatın gördüyü işlər
Şiriftin ölçüsünü dəyiş

   1. Təşkilat 10 fevral 2011-ci ildə “Bütöv Azərbaycan məsələsinə baxış” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübriz Aşırlı; Türk Xalqları Assambleyasının vitse-prezidenti Yəhya Canıyar; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Faiq Babayev; Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Teymurlu; politoloq Nəzirməmməd Qaramanlı; Bakı Dirçəliş Hərəkatının sədri Abbasağa Məmmədov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Aydın Allahverdiyev; Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Taleh Cəfərov; şair Ülvi Məmmədov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Elşən Qasımov; Dünya Azərbaycanlıları Konqresinin təmsilçisi Əlirza Amanbəyli; Vətəndaş Cəmiyyəti İnstitutunun sədri Taleh Əliyev; Dünya Azərbaycanlıları Yazarlar Qurumunun sədri Sayman Aruz; Yasamal rayon Qadınlar Təşkilatının sədri Validə Vəliyeva; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquqşunas Aqşin Atalızadə çıxış ediblər. Tədbir zamanı Qacarlara münasibətin mənfi olmasının qəbuledilməzliyi, İranın parçalanmasının ziyanlı ola biləcəyi, Bütöv Azərbaycan və Güney Azərbaycan ideyalarının özünü doğrultmaması, İranda türklərin hüquqlarının pozulması və s. kimi maraqlı fikirlər gündəmə gəlib. Tədbir iştirakçıları bu cür müzakirələrin davamlı şəkildə keçirilməsini qərarlaşdırıblar.

   2. Təşkilatın İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı və İdarə Heyətinin sədri, redaktor Taryel Faziloğlu 15 aprel 2011-ci il tarixdə regionlara səfər edərək jurnalın tanıtımı istiqamətində görüşlər və tədbirlər keçiriblər. İlk tədbir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında müəllim-tələbə heyətinin iştirakı ilə keçirilib. Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor Xəqani Məmmədov bildirib ki, bugünkü tədbir “Türk Eli” jurnalının tanıtımına həsr olunub. Daha sonra Mübariz Aşırlı, Taryel Faziloğlu, Filialın Humanitar fənlərin tədrisi metodikasının kafedra müdiri, dosent Baxış Ələsgərov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyev, Ümumi elmlər kafedrasının müdiri, baş müəllim Tahir Kərimli, Dil-ədəbiyyat tədrisi metodikasının kafedra müdiri, baş müəllim Əli Əliyev də çıxış edərək belə bir jurnalın təqdimatının keçirilməsindən və dərginin təbliğ etdiyi fikirlərin reallaşmasından, onunla gələcək əməkdaşlıq perspektivlərindən söz açıblar. Növbəti görüş Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin müəllim-tələbə heyəti və 2 saylı şəhər Uşaq-İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə keçirilib. Jurnalın redaktoru Taryel Faziloğlu Universitetin Xarici dil və tarix-coğrafiya fakültəsinin müəllim-tələbə heyəti və Sağlamlıq mərkəzinin rəhbərliyi ilə görüşdə də gələcək əməkdaşlıq perspektivlərini və görüləcək işləri müzakirə edib. Tədbirin və görüşlərin sonunda qarşılıqlı şəkildə işlərin görülməsi qərarlaşdırılıb.

   3. Təşkilatın dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın Suxumi Dövlət Universitetinin (Tbilisi) tarixçi professorları Quram Marixulya, Nodar Berulava, Kaxaber Pipiya 20 aprel 2011-ci ildə Quba rayonundakı kütləvi məzarlığı ziyarət edərək gül dəstələri qoymuş və Azərbaycan televiziyaları vasitəsilə ermənilərin vandalizm aktları ilə bağlı fikirlərini bölüşmüşlər.

   4. Təşkilatın, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ), Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin (GGDMD) təşkilatçılığı, TREND Agentliyinin informasiya dəstəyi ilə 21 aprel 2011-ci il tarixdə “Qafqaz Evi və ermənilər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə AJQA sədri Sevil Yusifova; AMEA İHİ-nin direktoru, millət vəkili Aytən Mustafayeva; Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı; GGDMD sədri Musa Hacıyev; Gürcüstanda yerləşən Suxumi Dövlət Universitetinin (SDU) professoru Quram Marixulya; BDU-nun dosenti Kərəm Məmmədov; SDU-nun professoru Kaxaber Pipiya; professor Şahlar Əsgərov; SDU-nun professoru Nodar Berulava; Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gündüz Şabanov; filosof Aydın Əlizadə; tarixçi Aydın Allahverdiyev; yazıçı-dramaturq Aygün Həsənoğlu; tarixçi Taleh Cəfərov iştirak və çıxış ediblər. Sonda qərara alınıb ki, Azərbaycan və Gürcüstan elmi və ictimai xadimləri ermənilərə qarşı birgə mübarizə aparılması işində aktiv rol alsınlar.

   5. Təşkilatın dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın Suxumi Dövlət Universitetinin (Tbilisi) tarixçi professorları Quram Marixulya, Nodar Berulava, Kaxaber Pipiya 21 aprel 2011-ci ildə TREND Agentliyində, Azərbaycan Müəllif Hüquqları Agentliyində görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.

   6. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı və üzvü Gülnar Əhməd 23-24 aprel 2011-ci il tarixlərində İzmir şəhərində keçirilən Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayında iştirak etmişlər. Qurultayda çıxış edən Mübariz Aşırlı Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı təkliflər vermiş, nəticədə qurultay bu təklifləri bəyənərək yekun qərarında onu əks etdirmişdir.

   7. Təşkilat “Azərbaycan tarixi dərsliklərinin və tədrisinin monitorinqi” (V-VIII siniflər) adlı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi Layihənin 29 aprel 2011-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində təqdimatını gerçəkləşdirmişdir. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova; Layihənin eksperti, Təşkilatın İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış edərək bu barədə məlumat vermişlər. Nəticədə həm rəsmi şəxslərdən, həm də ictimaiyyətdən böyük dəstək nümayiş etdirilmişdir.

   8. Təşkilat 13 may 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Azərbaycanda Atatürk Mərkəzində ilk tədbirini (5-ci və 6-cı sinif “Azərbaycan tarixi” dərslikləri müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov; Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı; “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı; Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin  eksperti Taryel Faziloğlu; dərsliklərin müəllifləri çıxış etmişlər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.

   9. Təşkilat 6 iyun 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində növbəti tədbirini (7-ci sinif “Azərbaycan tarixi” dərsliyi müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin  eksperti Taryel Faziloğlu; orta məktəb müəllimi Maarif Muradov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; sosioloq Əhməd Qəşəmoğlu; Azərbaycan Jurnalist Qadınlar Asossasiyasının rəhbəri Sevil Yusifova; tarix müəllimi Solmaz Quliyeva; “Dinc Dünya” Araşdırmalar Mərkəzinin sədri Əlisəfa Mehdiyev; “Türk Eli” jurnalının redaktoru Gülnar Əhməd; “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı; Təhsil Nazirliyinin Dəsrlik və nəşriyyat şöbəsinin baş məsləhətçisi Hüseyn Quliyev çıxış ediblər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.

   10. Təşkilatın 10 iyun 2011-ci il tarixdə Gəncliyə Yardım Fondunda Altı illik Hesabat konfransı keçirilmişdir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; sosioloq Əhməd Qəşəmoğlu; Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova; Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy; Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliinin başqanı Əkbər Qoşalı; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; “Dinc Dünya” Araşdırmalar Mərkəzinin sədri Əlisəfa Mehdiyev; “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlu; Azərbaycan Milli Elmlər Akademiyasınını Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; “Miras” İctimai Birliyinin nümayəndələri Arzu Soltan, Solmaz Quliyeva, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı, “Müasir İnkişaf” İctimai Birliyinin üzvü, “Türk Eli” jurnalının redaktoru Gülnar Əhməd də çıxış ediblər. Birliyin 6 il ərzində gördüyü işlər təqdirlə qarşılanıb. Azərbaycanda Atatürk Mərzəinin sədri, millət vəkili, professor Nizami Cəfərov təşkilatın təsis etdiyi Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı ilə təltif edilib. Milli Məclisin iclasında iştirak etdiyinə görə tədbirə qatıla bilməyən N.Cəfərova mükafatın təqdim olunması üçün o Mübariz Aşırlı tərəfindən Əkbər Qoşalıya verildi.

   11. Təşkilat 10 avqust 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində sonuncu tədbirini (8-ci sinif “Azərbaycan tarixi” dərsliyi müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin  eksperti Taryel Faziloğlu; orta məktəb tarix müəlliməsi Solmaz Quliyeva; orta məktəb tarix müəllimi Aydın Allahverdiyev; Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Quliyev çıxış ediblər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.

   12. Təşkilatın 15 aprel-15 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsinin yekununda “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” başlıqlı Konsepsiyası hazırlanıb. Konsepsiya Təhsil Nazirliyi də daxil olmaqla müvafiq qurumlara çatdırılmışdır.

   13. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı 1-4 oktyabr 2011-ci il tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olmuşdur. Səfər zamanı Mübariz Aşırlı Türk Ocaqları, Avrasiya Yazarlar Birliyi, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) Avrasiya Araşdırmalar və Uyğulamalar Mərkəzinin (AVAR) təşkilatçılığı və sözügedən qurumların dəvəti ilə 3 oktyabr 2011-ci il tarixdə Ankarada keçirilən Türk Dünyası Günü tədbirində iştirak etmişdir. Üç hissədən ibarət olan və gün ərzində davam edən tədbirdə Türk Ocaqları genel sekreteri, prof. dr. Orhan Kavuncu; TOBB Ekonomi və Teknoloji Universitetinin AVAR müdiri, prof. dr. İhsan Çomak; Türkiyə Prezident Aparatının rəhbəri, prof. dr. Mustafa İsen; Prof. Dr. Güven Sak (TOBB-ETÜ Rektor Vəkili); sabiq səfir, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi) baş katibi Xəlil Akınçı; TÜRKSOY başqanı Düsein Kaseinov; Türk Ocaqlarının başqanı Nuri Gürgür; Türk Dünyası Hüquqşunaslar Birliyinin başqanı, prof. dr. Bəxtimcan Əbdürrahim; Qazaxıstanda fəaliyyət göstərən Əhməd Yesevi universitetinin təmsilçisi, prof. dr. Osman Horata; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Hacettepe Üniversiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümünün təmsilçisi Prof. Dr. Mehmet Öz; Adnan Süer (TRT Avaz Koordinatoru); Dr. Adnan Tekşen (Yunus Əmrə İnstitutunun Başqan Yard.); Ramazan Çokçevik (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, Kültür Fəaliyyətləri Dairəsi Başkanı); Doç. Dr. Yakup Deliömeroğlu (Avrasya Yazarlar Birliyi Başqanı); Cem Gürdal (Kültür ve Turizm Bak. Türk Dünyası Müzik Topluluğu təmsilçisi); Nuri Aksu (TİKA Mətbuat Müşaviri); dr. Murat Yılmaz (siyasət üzrə araşdırmaçı); Ayşe Neşe Gül (Türkiyə Ədliyyə Akademiyası); Doç. Dr. Yakup Deliömeroğlu çıxış etmiş, Türk Dünyasının birliyi üçün görülən işlərdən bəhs etmişlər. Tədbir zamanı Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı və Avrasiya Yazarlar Birliyinin başqanı, dr. Yaqub Dəliöməroğlu “Türk Dünyasına Xidmət” mükafatı ilə mükafatlandırılıblar. Sonda Qazi Üniversiteti Gənclik Korosu - Yesevi Hikmetlərindən bəstələnmiş ilahilər (Yeseviye) oxuyub. Tədbirin qətnaməsi qəbul olunub və sənəddə Türk Dünyasının inteqrasiyası ilə bağlı görülməli olan işlər əksini tapıb.

   14. Təşkilatın, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA), Beynəlxalq Mətbuat Mərkəzinin təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin və Türkiyənin Türk Ocaqları təşkilatının Bakı Təmsilçiliyinin mənəvi dəstəyi, “Trend” İnformasiya Agentliyi və day.az saytının informasiya dəstəyi ilə “Türk Dünyasının mədəni inteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk ədəbi Dili” mövzusunda 10 noyabr 2011-ci il tarixdə konfransı keçirilib. Konfransda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova; Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov; Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç; millət vəkili Sevinc Hüseynova; millət vəkili Fazil Qəzənfəroğlu; Qazaxıstanın Astana şəhərində yerləşən Türk Akademiyasının professoru Maqriba Esenbayeva; dilçi alin Tofiq Hacıyev; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Rusiyadakı Azərbaycan diasporunun təmsilçisi Qalib Ağayev; sosioloq Əhməd Qəşəmoğlu; fəlsəfə elmləri doktoru Aydın Əlizadə; dilçi alim Yusif Rəhimoğlu; Dünya Azərbaycanlı Yazarlar Qurumunun sədri Sayman Aruz; “Oğuz” Birliyinin üzvü Taleh Cəfərov çıxış ediblər. Türk Ocaqlarının konfransa ünvanlanmış təbriki iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin sonunda tədbir iştirakçıları adından Türk Konseyinə, Türk Dövlətlərinin Parlament Assambleyasına, Beynəlxalq Türk Mədəniyyət Təşkilatına (TÜRKSOY), Türk Dünyasının Ağsaqqallar Şurasına, Türk Akademiyasına, türk dövlətlərinin başçılarına müraciət ünvanlanıb. Müraciətdə mövzu ilə əlaqədar təklif və tövsiyyələr əksini tapıb.

   15. Birliyin təşkilatçılığı ilə 9 dekabr 2011-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının konserti keçirilmişdir. Əməkdar artist Nuriyyə Hüseynova, şair Xəyal Rza, Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və s. şəxslər də Şəmistan Əlizamanlı ilə birgə səhnəni bölüşüblər. Tədbirdə Universitetin Nəqliyyat fakültəsinin dekan müavini Taryel Həsənov çıxış edibdir. Sonda Şəmistan Əlizamanlının “Ana yurd” marşını ifa etməsi zalda böyük coşqu yaradıb və bütün tədbir iştirakçıları ayaq üstə alqışlamaqla, rəqs etməklə, Boz Qurd işarələri göstərməklə həm tədbiri, həm də ifanı bəyəndiklərini nümayiş etdirblər.

Bu yazı 1072 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :