-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Koalisiya haqqında məlumat
Şiriftin ölçüsünü dəyiş

    «Milli Tərəqqi Uğrunda» İctimai Koalisiya yeddi qeyri-hökumət təşkilatının – Dünya Gənc Türk Yazarlar Birliyi; “Müasir İnkişaf” İctimai Birliyi; “Elmi Araşdırmalar” İctimai Birliyi; “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi; “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İctimai Birliyi; “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu; İnsan Hüquqlarının Təbliği və İnformaisya Mərkəzinin təsisçiliyi ilə yaradılıb. Koalisiyanın yaradılması ilə bağlı ilk təşəbbüs 2009-cu ilin avqust ayında irəli sürülüb. Bir il ərzində Koalisiyanın təsisçisi olan təşkilatlar qurumun təşkilatlanması istiqamətində çalışıblar. Koalisiyanın təqdimat tədbiri 29 aprel 2010-cu il tarixdə Azərbaycanda Atatürk Mərkəzində ziyalıların və ictimaiyyət nümayəndələrinin, mətbuatın iştirakı ilə keçirilib. Həmin ilin oktyabr ayında Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası da Koalisiyaya üzv olub. Hazırda Koalisiyaya səkkiz qeyri-hökumət təşkilatı daxildir.
Təsisçi təşkilatların hazırladıqları Əsasnamədə Koalisiyanın məqsəd və məramının milli-mənəvi dəyərləri qorumaq, milli mentaliteti, milli mədəniyyəti, milli ruhu təbliğ etmək olduğu qeyd edilmişdir. Qurumun yaradılmasında əsas məqsəd dövlətin inkişafı naminə, milli tərəqqi istiqamətində qeyri-hökumət təşkilatlarının səy və qüvvələrini birləşdirmək, maarifləndirmə işini təşkil etmək, əhali arasında vətənpərvərlik ruhunun təbliği, milli dəyərlərin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərməkdir. Bu fikirləri bölüşən, Koalisiyanın Əsasnaməsi və qaydaları ilə tanış olub, ona əməl edəcək hər bir qurumla əməkdaşlıq nəzərdə tutulub.

Dünya Gənc Türk Yazarlar Birliyi
    Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə Qazaxıstanın Türküstan şəhərində Əkbər Qoşalı, Rəsmiyyə Sabir İlqar İlkin daxil olmaqla 11 nəfər gənc yazar tərəfindən təsis edilmişdir. Təşkilat 1999-cu ilin 2 iyununda dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət göstərdiyi 10 il ərzində ən müxtəlif ədəbi hadisələrə, məsələlərə həsr olunmuş onlarla tədbir keçirmişdir. DGTYB-nin nəşri olan “Türkün səsi”nin 8 sayı, “Turan yolu” toplusunun bir sayı, “Altun bitig”in birinci basqısı işıq üzü görmüşdür. Türkiyədə isə müxtəlif adda doqquz kitab oxucuların ixtiyarına verilmişdir. (Habelə “Ədalət” qəzetində “Turan” xüsusi buraxılışı (20 say) çap edilmişdir). Qarabağ probleminə həsr olunmuş məqalə müsabiqəsi də yaddaqalan tədbirlərdən olmuşdur. 2008-ci ildən Gəncliyə Yardım Fondu ilə birlikdə fərqli yaş və fərqli üsluba mənsub şairlərin iştirakı ilə “Poeziya görüşü”nə start verilmiş, ilk görüş Türkiyədə çap olan “Üz ağı” ədəbiyyat dərgisinin baş redaktoru, şair Mehmet Əli Eşməli və Məmməd Aslan arasında keçirilmişdir. Birliyin Türkiyə təmsilçiliyi iki dəfə Uluslararası Füzuli Şeir Yarışması təşkil etmiş, Ankarada Uluslararası Poeziya Axşamı keçirmişdir.


“Müasir İnkişaf” İctimai Birliyi
    Birlik öz fəaliyyətini Azərbaycançılıq ideyası, Türk-İslam dəyərləri üzərində qurub. Birliyin təsis konfransı 5 iyun 2005-ci il tarixdə keçirilmişdir. Təşkilat 5 iyun 2005-ci il tarixdən 1 fevral 2006-cı il tarixədək «Türk-İslam Dünyası» İctimai Birliyi adı altında fəaliyyət göstərib. Birliyin 1 fevral 2006-cı ildə keçirilən növbədənkənar Ümumi Yığıncağında üzvlərin təklifi ilə təşkilatın adı «Müasir İnkişaf» İctimai Birliyi adlandırılıb. Təşkilat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 15 mart 2006-cı il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilat yarandığı gündən 5 iyun 2010-cu il tarixə kimi 30-a qədər tədbir gerçəkləşdirmişdir. Təşkilatın 2008-ci ilin iyun ayından “Türk Eli” adlı (doqquz sayı) jurnalı nəşr olunur. Jurnal 2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər «Dialoq-XXI əsr» adı altında (üç sayı) nəşr olunub. Təşkilatın [email protected] adlı internet qrupu və www.uluturk.info saytı fəaliyyət göstərir. Təşkilat “Qismət” nəşriyyatı ilə birlikdə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının çapını, geniş ictimaiyyətin iştirakı ilə təqdimatını, onun Azərbaycan vətəndaşlarına çatdırılmasını təmin etmişdir. Təşkilat professor Oruc İbrahimoğlu Türksevər tərəfindən 2006-cı ildə gündəmə gətirilən Dünya Türklərinin Həmrəylik Günü ideyasının həyata keçməsi üçün geniş tədbirlər keçirmişdir. Nəticədə 2010-cu ildə türk dövlət başçılarının qərarı ilə 3 oktyabr tarixi Türk Birliyi Günü kimi elan edilmişdir. Təşkilatın tərkibində 2010-cu ildən fəaliyyət göstərən “Türk-İslam” Araşdırma Mərkəzinin təşkilatçılığıyla Azərbaycanda, Qafqazda və dünyada gedən geosiyasi proseslər, Beynəlxalq iqtisadi krizisdən sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu və s mövzularda alimlərin iştirakı ilə müzakirələr aparılmışdır. Təşkilatın tərkibində 2005-2010-cu illərdə fəaliyyət göstərən “Türk-İslam Dünyası” Diskussiya Klubunun təşkilatçılığıyla tələbə gənclərin iştirak etdiyi 30-dan çox tədbir keçirilmişdir. Azərbaycançılıq, Türk-İslam ideologiyası, Milli İdeologiya, Türk Dünyası, İslam dini, Türk tarix, Türkün soykökü, qloballaşma, erməni terroru, gənclərin durumu, vətənpərvərlik və s. mövzularda keçirilmiş tədbirlərdə yüzlərlə tələbə gənc iştirak etmişdir. Tədbirlər eyni zamanda Azərbaycanın bir neçə ali məktəbində də təşkil olunmuşdur.
 
“Elmi Araşdırmalar” İctimai Birliyi
        “Elmi Araşdırmalar” İctimai Birliyi tədqiqatçıları, yazarları birləşdirən təşkilatdır və 2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mərkəzin əsas məqsədi Azərbaycan, Dağlıq Qarabağ problem ilə bağlı həqiqətləri yaymaq, milli-mənəvi dəyərləri qorumaq, bu istiqamətdə tədqiqatçıların, yazarların fəaliyyətinə dəstək vermək, onların potensialını ölkəmizin inkişafına yönəltməkdir. Təşkilat göstərilən məqsədə uyğun olaraq beynəlxalq tədbirlərin təşkilini planlaşdırır. Mərkəzin üzvləri arasında Azəbaycanla bərabər, Türkiyədə, İsveçdə, Belçikada yaşayan tədqiqatçı və yazarlar da vardır.

“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi
    “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi 15 mart 2006-cı il tarixdə bir qrup mətbuat təmcilçisi tərəfindən yaradılıb. İctimai Birlik 29 sentyabr 2006-cı il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatina alınıb. “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin əsas missiyası Azərbaycanda dürüst və qərəzsiz mətbuatın formalaşmasına, onun müasir tələblər çərçivəsində inkişafına töhfə verməkdir. Eyni zamanda İctimai Birlik Azərbaycan cəmiyyətinin maarifləndirilməsi prosesində yaxından iştirak etməyi də özunun əsas vəzifələrindən biri kimi qəbul edir. “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi indiyə qədər bir sıra müttəfiq təşkilatlarla ortaq layihələrin icrasında iştirak edib. İctimai Birliyin sədri Elçin Xalidbəyli 15 ildən artiqdir ki, mətuat sahəsində fəal jurnalistika ilə məşğul olur.

"Qlobal İnteqrasiya və Dialoq Mərkəzi" İctimai  Birliyi
    “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İctimai Birliyi 2006-ci ildə Yasəmən Qaraqoyunlu və Nazəndə Vəliyeva tərəfindən təsis edilmiş və həmən il dövlət qeydiyyatına alınmışdır. Məqsəd qloballaşmanın mənfi və müasbət cəhətlərini araşdırmaq və müsbət cəhətlərinin cəmiyyətimizin inkişafında tətbiq edilmə yollarını araşdırmaqdır.

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu
"Oğuz" MAQ 21 aprel 2010-cu ildə yaradılıb. "Oğuz" MAQ-ın əsas məqsədi elmi araşdırmalarla məşqul olan müstəqil tədqiqatçıları öz sıralarında birləşdirmək, dövlətimizin və millətimizin rifahı və bəkası üçün çalışmaq, bu istiqamətdə maarifləndirici iş aparmaqdır. "Oğuz" MAQ bu istiqamətdə elmi araşdırmaların aparılmasını və elmi-kütləvi tədbirlərin təşkil edilməsini əsas vasitə olaraq görür. Birlik “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın təsisçilərindəndir. "Oğuz" MAQ-ın emblemi özündə Türk mifoloji qaynaqlarının zəngin məlumatlarını və qədim Türk simvolikasını əks etdirir. "Oğuz" MAQ İdarə Heyəti tərəfindən idarə edilir. İdarə Heyətinin sədri Vüqar Zifəroğludur.

"İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi" İctimai Birliyi
    "İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi" İctimai Birliyi 2005-ci ildə Fərman Salmanlı və Hafiz Təmirov tərəfindən təsis edilmişdir. Məqsəd insan hüquqlarının təbliği və insanların hüquqi marifləndirilməsi sahəsində fəaliyyət göstərməkdir. Təşkilat 5 illik fəaliyyət dövründə bir sıra tədbirlər təşkil etmişdir. 2005-ci ildə keçirilən parlament seçkilərinə “Müstəqil Gənclər” seçki bloku ilə qatılmışdır.

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası
    Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası araşdırmaçı jurnalist təşkilatıdır. Təşkilatın məqsədi informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırmağın üsullarını, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirməyin yollarını, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsi sahəsində jurnalist araşdırmalarına təşkil edilməsi və jurnalist peşakarləğının artırılmasına çalışmaqdır. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlıdır.

Bu yazı 923 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :