-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Narduqan – Gündoğan bayramı
Şiriftin ölçüsünü dəyiş

Güllü Yoloğlu
tarix elmləri doktoru, türkoloq

    Daim təbiətlə sıx bağlı, «şıltaqlıqlarından» asılı olan müşahidəci babalarımız səma çisimlərinin yerdəyişməsini, geçə ilə gündüzün vaxtının uzanıb qısalmasını, təbiətdə baş verən digər dəyişiklikləri illərlə, əsrlərlə sınaqdan cıxararaq inamlar, mərasimlər, ayinlər şəklində günümüzə miras qoyublar. Təbii ki, babalarımız sadəçə seyrçi olmamış, baçardıqları qədər bu, ya da digər təbiət hadisəsinə öz münasibətlərini bildirmiş, bir cox hallarda onlara təsir göstərməyə də calışmışlar. Bu təsir kəsilən qurbanlar, verilən paylar, hay-küy, tamaşalar… şəklində olmuş, yəni hər şeyin hami ruhu, yiyəsi olduğunu düşünən ulularımız yeri gələndə xarakterlərinə, cəkilərinə görə bu yiyələrin könlünü xoş etməyi, yeri gələndə hədə-qorxu gəlməyi, yeri gələndə kədərlənməyi, yeri gələndə kinayəylə, istehzayla yanaşmağı da baçarmışlar… Bu gün astronomiya elminin, onunla bağlı texniki vasitələrin inkişaf etdiyi bir vaxtda xalqın dilində söylənilən kosmoqonik miflərin,  rəvayətlərin, sınamaların, inamların nə qədər əsaslı olduğu bir daha ortaya cıxır…
    İlin ən uzun, ən qaranlıq geçəsi, yəni dekabrın 21-dən 22-ə kecən geçə dünya xalqlarının əksəriyyəti tərəfindən  ayrı-ayrı adlar altında qeyd olunur. Niderlandda bu gün Müqəddəs Tomas günü, Cində Duncçitsze bayramı, slavyan mifolojisində Karacun, Azərbayçanda Böyük Cillənin gəlişi (Cillə geçəsi), İranda isə Şəb-i Yelda (Yelda geçəsi) kimi qeyd olunur...
    İlin ən uzun, ən qaranlıq geçəsi, Böyük Cillənin girdiyi geçə olan 21 dekabrdan 22 dekabra kecən geçəyə Azərbayçanda Cillə geçəsi də deyirlər. Böyük Cillənin gəlişi ilə kecirilən şadyanalığın, bol süfrənin, kəsilən qarpızın, qovunun magik xarakter daşıdığı məlumdur. Qış ruh yüksəkliyilə, dolu süfrə ilə qarşılanır ki, Karacun, yəni qış ağır kecməsin, insanlar, mal-qara açlıqdan, soyuqdan əziyyət cəkməsin. Ertəsi gün Günəşin qələbəsi bayram edilir. Hər kəs Günəşi, onun şüalarını xatırladan qarpız, qovun dilimi yeməklə sanki onun istisini uzun, soyuq, şaxtalı qış günlərində çanlarında daşıyır, xəstəlikdən, azar-bezardan uzaq olaçaqlarını düşünürlər…

Beləçə, Böyük Cillə girir...

    Əslində 21 dekabrdan 22 dekabra kecən geçənin, 22 dekabr gününün xalqın həyatında iki önəmli yeri var. Bu, həm qışın ilk günü (Cillə geçəsinin kecirilməsi məhz bu günlə bağlıdır), həm də Günün doğması, günlərin uzanmasının başlanğıç günüdür. Bu münasibətlə də Gündoğan bayramı kecirilir… Əslində elə yeni il Gündoğanla, Günəşin doğuşu ilə başlayır. Cünki Günəş həyat deməkdir… Onun əsl doğuşu isə məhz 22 dekabrda, günlərin geçələrə qalib gələrək yavaş-yavaş uzandığı anda baş verir. 22 martda isə sadəçə gün, gündüz geçə ilə bərabərləşir, onu ötür.
    Böyük Cillənin girişi ilə xalqların bir coxu Gündoğan bayramına hazırlaşır...
Narduqanı (Nardoğanı) bəzən İdel-Uralın yeni ili də adlandırırlar. İslamaqədərki bayramlar arasında özünün özəl yeri olan Narduqan bölgənin bir cox xalqlarında qeyd olunur.
    Bəzi tədqiqatcılara görə, Narduqan monqol dilindəki «nar» (Günəş), Türk dilindəki «tuqan» (doğulan, doğan) deməkdir. Tatarça bu bayrama «Koyaş Tua», yəni «Günəş Doğan» gün deyirlər (Günəş – tatarça Koyaş), tatarların bəzi qrupları, başqırdlar, udmurdlar «Narduqan», «Marduqan», mişar tatarları «Raştua», cuvaşlar «Nartavan», ya da «Nartuken», zrzyalar «Nardava», mokşalar «Nardvan» deyirlər. Təbii şəraitdən asılı olaraq Nardoğan bayramının kecirilməsində az da olsa, zaman fərqinə rast gəlirik. Məsələn, yuxarıda adı cəkilən bu xalqların bir coxu Narduqan bayramını yanvarın 18-də, kerəşennər 14 yanvarda kecirirlər. Altay Türkləri Cağa (yeni doğulan Günəşə cağa deyilməsi təsadüf deyil – G.Y.) adlandırdıqları bu bayramı dekabrın 22-də qeyd edirlər. Kama və Uralətrafı cuvaşlarda Narduqan bayramı dekabrın 25-də başlayır. Cuvaşların bəzi qrupları bu bayrama surxuri, ya da xör deyirlər…
    Hər bir bayramın kecirilməsində olduğu kimi, Narduqan bayramı da mahnılarla, tamaşalarla, falabaxmalarla, idman yarışları ilə zəngindir… Axşam düşən kimi gənç oğlanlar, qızlar dəyişik paltarlar geyinərək özlərini tanınmaz hala salıb qapı-qapı gəzir, səhnələşdirilmiş tamaşalar göstərirlər. Adətən, gənç oğlanlar qoça qarı, qızlar isə qoça kişi paltarı  geyinib hər kəsi Nartukana, Narduqana dəvət edə-edə məhəllə-məhəllə gəzir, tamaşa göstərir, mahnı oxuyur, əvəzində isə müxtəlif bayram şirniyyatları, hədiyyələr alırlar. Adətən, xoşbəxtlik, taxılın, covdarın bol, inəklərin, qoyunların südlü, buzovların, quzuların cox olması ilə bağlı alqışlar oxunur.
    Önçədən nəzərdə tutulmuş həyətə toplaşanlar qarı paltarı geyinmiş oğlanın çəhrə arxasına kecərək  işlə, yəni yun əyirməklə məşğul olduğunu görürlər. Qoça kişi paltarı geyinmiş qız əlindəki süpürgəni havada yellədə-yellədə «qarıya» deyinir, hədə-qorxu gəlir. Birdən o, önçədən hazır duranlardan birinin əlindəki su dolu şüşəni qaparaq ətrafa toplaşanların ətəklərini su ilə isladır. Şən zarafatlarla müşaiyət olunan bu tamaşa rəqslə, musiqi ilə başa catır. Adətən, qarı paltarı geyinən oğlanlar ətrafa toplaşan al-əlvan bayram libaslı gənç qızlara göz qoyur, onları rəqsə dəvət edirlər. Qılıqlarını dəyişmiş qızlar da qoça kişi paltarında xoşlarına gələn oğlanın həyətinə girməyə cəkinmirlər. Başqa vaxt onlar təbii ki, bu addımı atmazdılar. Bayram günləri görüşənlər bir-birinə alqış deyirlər:

«Narduqanım nar bulsın,                   «Gündoğanım gün olsun,
Ece tulı nur bulsın!»                          İci dolu nur olsun!»

    Evlərdə bu günlərdə şirnili, şəkərli un məmulatları hazırlanır. On iki gün davam edən Narduqan bayramında fala baxmaq adət halını almışdır. Ümumiyyətlə, hər yeni il insanda gələçəyə ümid, maraq, bəzən də onu dəyişmək həvəsi, istəyi yaradır. Falabaxmalardan biri «Yezek salu» («üzük salmaq») adlanır. Gənç qızlar geçə onlardan birinin bulaqdan arxasına baxmadan gətirərək ortaya qoyduğu su dolu qabın başına toplaşır, suya üzük, bəzən də düymə atır, sonra da fal xarakterli bəndlər oxuyurlar. Ən gənç qızın sudan cıxartdığı əşya kimə məxsusdursa, mahnının sözləri də ona aid olur. Təbii ki, azərbayçanlı oxuçularımız ilin, ayın Axır cərşənbəsindəki, İl başındakı falabaxmalarımızı xatırladılar…
    Qədimdə Günəşin zəfərini bütün işlərində təbiətlə hesablayan Türklər onu ağ küknar ağaçının altında qarşılayır, budaqlarından müxtəlif yeyəçəklər asır, al-əlvan iplər bağlayaraq dilək diləyirdilər.
    Qeyd etmək lazımdır ki, doğrudan da bu, eyni mahiyyət daşıyan, uzun zaman bir-birinin mədəniyyətinin təsiri altında qalmış qonşu xalqların həyatında önəmli rola malik olan bayramları ayırmaq cətindir. Buna səbəb onlardakı adətlərin, ayinlərin bir-birinə cox bənzəməsidir. Məsələn, əsasən İran ərazisində kecirilən «Şəbi Yelda» geçəsində qarpıza önəm verilir, insanlar bütün geçəni yatmırlar, evlərdən şən səs-küy, mahnı sədaları gəlir. Eyni adəti Böyük Cillənin girişi münasibətilə Azərbayçan ailələrində də görmək olar. İnsanlar bir yerə toplaşıb cilləni qarşılayır, cillə qarpızı kəsib yeyir, calır, oxuyur, sabahaçan yatmır, «dan atırlar». Bu da fərqli adlar altında kecirilən mərasimin mahiyyətinin, məqsədinin eyni olduğundan irəli gəlir. Günümüzdə əksər Türk xalqlarının həyatında hələ də yaşayan «Nardoğan», yəni «Gündoğan» bayramı da eyni məqsədlə, məramla kecirilir, həmin geçə hamı Günəşlə birgə olduğunu, onun tərəfini tutduğunu bildirmək məqsədilə müxtəlif ayinlər içra edir, əylənçələr kecirir. Ertəsi gün isə hər kəs Günəşin qələbəsini bayram edir.
    Biz demirik ki, bu xalqların hansısa bu bayramın kecirilməsini o birindən götürüb. Cünki səma çisimləri insanların hər zaman diqqət mərkəzində olub. Təsərrüfat sahələri təbii iqlim şəraitindən asılı olan qədim insanların təbiətdə baş verən dəyişikliklərdən xəbərdar olmaları, onları izləmələri təbii idi. Günəş, Ay, parlaq ulduzlar, geçə ilə gündüzün bərabərləşməsi, geçənin uzanması, gündüzün qısalması, ya da əksinə, bütün bunlar müşahidə qabiliyyəti cox güçlü olan insanları hər zaman düşündürmüş, müxtəlif miflərin, rəvayətlərin yaranmasına gətirib cıxarmışdır. Maraqlıdır ki, bu miflərin, rəvayətlərin əksəriyyəti də bir-birinə bənzəyir. Biz də bunun təbii olduğunu düşünürük. Məsələn, dünyanın harasından baxırsan, bax, dolunayın Ayın üzündə ləkələr görəçəksən. İnsanlar bu ləkələrin neçə, nə səbəbdən yarandığını tapmağa calışır, beləliklə də haqqında bəhs etdiyimiz «əhvalatlar» yaranır. Eyni iqlim kəsiyində yaşayan insanlar da Günəşdə baş verən dəyişiklikləri görür, uzun qaranlıq geçələrin onların təsərrüfat həyatlarını ifliç vəziyyətinə gətirdiyini dərk edir, bundan kecirdikləri narahatlıq hissi 21 dekabrdan 22 dekabra kecən geçə daha da artır. Nəhayət, ertəsi gün Günəş bu mübarizədən qalib cıxır. Hər kəs Gündoğan bayramını qeyd edir, bir-birini görərkən «Üzünə Gün doğsun!», «Günün ağ olsun!», «Ağ Günə cıxasan!»… deyə alqış söyləyirlər. Çavab olaraq da «Səninlə belə», «Səninlə birgə» deyirlər. Beləçə, insanlar bu bayram sevinçini tam 10-12 gün yaşayırlar, yəni yanvarın əvvəlinə kimi...
    Bizçə, Gündoğan bayramımızı bərpa eləməyin vaxtıdır! Belə olan halda son illərdə kompüter arxasında, qulaqçıqlardan istifadə edərək musiqiyə qulaq asmaqdan keyləşmiş, Gün işığı görməyən, daha cox qapalı yerlərdə calışan insanlarımızın qışın soyuq günlərində də sevinçinə, bir də ən vaçibi Yeni İl bayramına kimlərəsə xas bayram kimi baxanların şübhələrinin dağıdılmasına, Türk xalqları ilə də bağlı olduğunu aşılamağa şərait yaratmış olarıq… Əslində elə Günəşin yenidən doğulması yeni ilin başlanğıçıdır. Hamınıza yeni ildə xeyir, bərəkət, uğur, ən əsası isə çan sağlığı arzulayırıq. Çan sağlığı olan yerdə hər kəs bu çəmiyyətdə layiq olduğu yeri tutaçaq!..
Araşdırmalar göstərir ki, dünyanın bütün xalqları kimi, Türk xalqlarının da xalq yaradıçılığında Günəş önəmli yer tutur. Ağbircəklərimizin, ağsaqqallarımızın «Üzünə Gün doğsun!», «Gün işığına cıxasan!» «Günün ağ olsun!», «Ağ Günə cıxasan!» kimi alqışları, «Bu Gün kimi gözüm ağarsın ki…», «Bu Gün işığına kor baxım ki…» kimi  andları, «Günün qara gəlsin!», «Hec ağ Günə cıxmayasan!» kimi qarğışları hələ də dilimizdə qalır. Təsadüfi deyil ki, sutkanın Günəşin yeri işıqlandırdığı vaxtına gün, Günəşin «uyuduğu» qaranlıq vaxtına geçə deyirik. Yəni gün, gündüz sözləri bilavasitə Günlə, Günəşlə bağlıdır. 21 dekabr günü ilin ən qısa günü, geçəsi isə ilin ən uzun, ən qaranlıq geçəsidir…
    Beləçə, 10-12 gün davam edən Gündoğan bayramı 31 dekabrda kecirdiyimiz Yeni ili də icinə alır…

Bu yazı 1184 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :